Yusifov E. F., Hacıyev V. C


Qafqazın endemik bitkiləri



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə24/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   20   21   22   23   24   25   26   27   ...   86
Qafqazın endemik bitkiləri 
 
1.
 
Agropyrum divaricatum 
2.
 
Allium leucanthum 
3.
 
Alyssum trichostachyum 
4.
 
Astragalus refractus  
5.
 
Cirsium schelkownikowii 
6.
 
Euphrasia caucasica 
7.
 
Fritillaria caucasica 
8.
 
Hieracium cincinnatum 
9.
 
H.Sachokianum 
10.
 
H. Svaneticiforme. H.Hohenachkeri  
11.
 
Gentiana umbellata  
12.
 
Cuniperus oblonga 
13.
 
Lathyrus miniatus 
14.
 
Lotus caucasicus 
15.
 
Medicago caucasica 


 
46 
16.
 
Nepeta transcaucasica 
17.
 
Nonnea decurrens 
18.
 
Onobrychis transcaucasica 
19.
 
Ornithogalum schmalhausenii  
20.
 
Poa densa  
21.
 
Ranunculus elegans 
22.
 
Scrophhullaria divaricata 
23.
 
Sedum corymbosum  
24.
 
Stipa transcaucasica 
25.
 
Symphytum asperum 
26.
 
S. caucasicum 
27.
 
Thesium procumbens 
28.
 
Tragopogon sosnovskyi 
29.
 
Trigonella biflora  
30.
 
Zerna variegata 
 
Azərbaycanın endemik bitkiləri 
 
1.
 
Aethionema levandovskyi 
2.
 
Allium lenkoranicum 
3.
 
A. Talyschense 
4.
 
Astrgalus podocarpus 
5.
 
A. barnassari 
6.
 
A. gudrathi 
7.
 
A. husseinovii 
8.
 
A. kosmalcanicus 
9.
 
A. rostratus 
10.
 
A. zuvanticus 
11.
 
Asyneuma talyschense 
12.
 
Bellevallia fomini 
13.
 
Bunium scabrellum 
14.
 
Carpinus schuschaensis 
15.
 
Centaurea zuvandica 
16.
 
Cephhalalaria grossheimii 
17.
 
Crocus polyantus 
18.
 
Erysimum argyrocarpum 
19.
 
Euphorbia hyrcana 
20.
 
Fritillaria grandiflora 
21.
 
Cuno pseudocaucasica 


 
47 
22.
 
Hieracium schelkovnikovii 
23.
 
Lilium ledebouri 
24.
 
Muscari elegantulum 
25.
 
M. grossheimii 
26.
 
Pimpinella grossheimii 
27.
 
Polygala grossheimii 
28.
 
Phlomis lencoranica 
29.
 
Poa meyeri 
30.
 
Rosa nisami 
31.
 
Satureia intermedia 
32.
 
Scorzonera grossheimii 
33.
 
S. kirpitschnikovii 
34.
 
Scutellaria grossheimiana 
35.
 
S. prilipcoana 
36.
 
Scrophularia hyrcana 
37.
 
S. zuvandica 
38.
 
Silene talyschensis 
39.
 
Trifolium talyschense 
40.
 
Thymus trautvetteri 
 
Nəsli kəsilən nadir bitkilər: 
 
1.
 
Acantholimon hohenachkeri Boiss. 
2.
 
Anthemis hyrcana D.sosn. 
3.
 
Astragalus talyschensis Bge. 
4.
 
Beta lomatogona F. et. M. 
5.
 
Ephedra procera F.et.M. 
6.
 
Erysimum argyrocarpum Basch. 
7.
 
Iris zuvandicus Grossh. 
8.
 
Lactuca orientalis Boiss. 
9.
 
Psephellus zuvandicus D.Cosh. 
10.
 
Quercus macranthera F.et.M. 
11.
 
Scabiosa hyrcana Stev. 
12.
 
Sedum lencoranicum Grossh. 
13.
 
Stashys talyschensis O.Kopel. 
 
Müasir  dövrdə  flora  və  fauna  həm təbii  hadisələr,  həm  də  insan 
fəaliyyəti nəticəsində çox ciddi mənfi təsirlərə məruz qalır. Sel və çay 
daşqınları,  eroziya  prosesləri,  torpaq  sürüşmələri,  qar  uçqunları, 


 
48 
zəlzələlər,  vulkanlar  və  s.  Təbii  fəakətlər  və  ekoloji  təhlükələr,  yeni 
yaşayış məntəqələrinin salınması, enerci mənbələrinin yaradılması və 
nəqli,  müəyyən  ərazilərin  kənd  təsərrüfatı  və  otlaq  sahələri  üçün 
istifadə  edilməsi,  meşələrin  qırılması,  su  anbarlarının  tikintisi, 
torpaqların deqradasiyası və s. səbəblərdən bitki və heyvanların təbii 
yaşayış  mühitləri  dağılaraq  sıradan  çıxır.  Ən  yaxşı  halda  onların 
arealları  getdikcə  daralır,  uzun  illər  ərzində  müəyyən  ərazilərdə 
formalaşmış  bioloji  əlaqələri  pozulur.  Ekoloji  tarazlığın  və 
biogeosenozların  pozulması  nəticəsində  flora  və  faunanın  biotopları 
üçün  xarakterik  olan  növlərin  sayı  azalır,  nəsli  kəsilmək  təhlükəsi 
yaranır.  Antropogen  təsirlər  relikt  və  endemik  bitki  və  heyvanlara 
ciddi  təsir  göstərir.  Bu  nəinki  biosfer  rezervat  ərazisinin,  habelə 
respublika  üçün  ciddi  və  nəzərə  alınması  vacib  olan  bir  prolemdir 
(Azərbaycanın florasının təxminən 15-20%-ni, faunasının isə 10%-ni 
endemik  orqanizmlər  təşkil  edir).  Hirkan  Biosfer  rezervatının 
endemizm və relikt canlılar göstəricisi isə çox yüksəkdir. 
Bu  baxımdan  beynəlxalq  və  regional  miqyasda,  o  cümlədən 
ölkəmizdə  bu  sahədə  görülmüş  işlərin  qısa  xülasəsinin  verilməsini 
zəruri hesab edirik. 
 
Beynəlxalq Qırmızı Kitab 
 
Təbiətin  mühafizə  tədbirləri  içərisində  Qırmızı  Kitabların 
yaranmasının xüsusi əhəmiyyəti vardır. Qırmızı Kitab – nadir və nəsli 
kəsilməkdə  olan  bitki,  heyvan  və  canlı  növlərinin,  onların  indiki  və 
əvvəllki  dövrlərdə  yayılma  arealları,  sayı  və  onun  azalma  səbəbləri, 
görülmüş və zəruri mühafizə tədbirlərinin qısa siyahısından ibarətdir. 
Bu  tip  ilk  rəsmi  nəşr  Ətraf  Mühitin  Mühafizəsi  üzrə  Beynəlxalq 
İttifaqın – ƏMMBİ 
(ingiliscə IUCN – International Union for Conserva-
tion of Nature and Natural Resources)  1963-cı  ildə  tərtib  etdiyi 
Qırmızı  Kitabı  olmuşdur 
(rusca  Красная  Книга  МСОП  – 
Международного союза охраны природы при ООН). Bu hərəkatın 
tarixinə qısa nəzər salaq. 
Biomüxtəlifliyin qorunması üzrə beynəlxalq hərəkatların 100 il yaşı 
vardır. 1902-ci  ildə  Parisdə  bir  neçə  ölkənin  iştirakı  ilə  Quşların 
Mühafizəsi  üzrə  Beynəlxalq  Konvensiya  imzalandı. 1948 ildə  bu 
sahədə iki təşkilat yarandı: Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq 
İttifaq  və  YUNESKO  nəzdində  yaradılmış  məsləhətçi  statusa  malik 
olan beynəlxalq qeyri hökumət təşkilatı. Bu təşkilat 1984-cü ildə 130 


 
49 
ölkədən 502 qurumu əhatə edirdi. 1949-cu ildə isə Nadir Növlər üzrə 
Xüsusi  İctimai  Komissiya  (Species Survival Commission)  yaradıldı. 
Komissiyanın  əsas  məqsədi  nəsli  kəsilmək  təhlükəsi  altında  olan 
növlərin  siyahısının  tutulmasından  ibarət  idi.  Artıq  1949-cu  ildən 
başlayaraq  ƏMMBİ  nadir  bitki  və  heyvanlar  haqqında  məlumatların 
yığılmasına  başlamışdı.  On  dörd  illik  fəaliyyətin  nəticəsində  1963-cü 
ildə ilk «Qırmızı Kitab» (Red Data Book) dünyaya göz açdı. İki cildlik 
«Kitabda» məməlilərin 211, quşların 312 taksonu haqda məlumatlar 
toplandı. 1966-71-ci  illərdə  artıq  suda-quruda  yaşayanlar  və 
sürünənləri də əhatə edən ikinci nəşr çapdan çıxdı. «Kitabın» üçüncü 
nəşri 1972-ci ildə,  dördüncü nəşri isə 1978-80-cı illərdə nəşr oluna-
raq, artıq məməlilərin 226 növ və 70 yarımnövünü, quşların 181 növ 
və  77  yarımnövünü,  sürünənlərin  77  növ  və  21  yarımnövünü, 
amfibiyaların  35  növ  və  5  yarımnövünü,  balıqların  168  növ  və  25 
yarım  növünü  əhatə  edirdi.  Bu  siyahıda  məməlilərin  sayı  bərpa 
edilmiş 7, quşların 2, sürünənlərin isə 2 növ və yarımnövü də vardı.  
Ətraf Mühitin Monitorinqi üzrə Ümumdünya Mərkəzinin iştirakı ilə 
(WCMC) 1981-ci ildən «ƏMMBİ Qırmızı Kitabı» nəşr olunur. Sonralar 
isə  «təhlükə  altında  olan  növlərin  qırmızı  siyahısı»  nəşr  olunmağa 
başlamışdır.  
Növlər  «qırmızı  siyahı»ya  müəyyən  vaxtlarda  işlənmiş  (1991, 
1992, 1993, 1994, 1999 və sonuncu 2001-ci il versiyaları) müəyyən 
kriteriyalar əsasındakı kateqoriyalara bölünür. Kriteriyalar ümumi say, 
populyasiya,  yetkin  fərdlərin  sayı,  nəsil  müddəti,  müəyyən  vaxt 
ərzində  sayın  azalması,  say  azalmasının  tempi  (keçmişdə,  indi  və 
proqnozlaşdırılan  gələcəkdəki  azalma),  areal  (yayılma  ərazisi),  lokal 
məskunlaşma  və  s.  faktorlar  əsasında  qurulur.  Növlər  aşağıdakı 
kateqoriyalara bölünür: 
 
1.
 
«NƏSLİ KƏSİLMİŞ» - 
«EXTINCT» (EX); 
 
2.
 
«YABANI  TƏBİƏTDƏ  NƏSLİ  KƏSİLMİŞ» 
-  «EXTINCT IN THE 
WILD» (EW); 
 
3.
 
«KRİTİK  TƏHLÜKƏ  HƏDDİNDƏ  OLAN»  - 
«CRITICALLY 
ENDANGERED» (CR); 
 
4.
 
«TƏHLÜKƏ HƏDDİNDƏ OLAN» - 
«ENDANGERED» (EN); 
 


 
50 
5.
 
«ZƏİFLƏMİŞ» - 
«VULNERABLE» (VU); 
 
6.
 
«TƏHLÜKƏLI HƏDDƏ YAXIN OLAN» - 
«NEAR THREATENED» 
(NT); 
 
7.
 
«AZ TƏHLÜKƏLİ» – 
«LEAST CONCERN» (LC); 
 
8.
 
«AZ ÖYRƏNİLMİŞ» – 
«DATA DEFICIENT» (DD); 
 
9.
 
«KAFİ MƏLUMAT OLMAYAN» - 
«NOT EVALUATED» (NE). 
 
ƏMMBİ-ın  Qırmızı  Siyahısına  (
IUCN Red List of Threatened 
Species)  salınan  növlər  haqqında  əsasən  aşağıdakı  informasiyalar 
tələb olunur: 
•  növün elmi adı (müəlliflik detalları ilə); 
•  ingiliscə və milli dildə adı; 
•  Qırmızı Siyahıdakı kateqoriya və kriteriyaları; 
•  növün  yaşadığı  ölkə,  region  və  dəniz  əraziləri  (ştat,  vilayət, 
rayon, ada); 
•  su canlıları olarsa, dəniz, göl və s. su sistemlərinə aidliyi; 
•  növün yayıldığı ərazinin coğrafi xəritəsi; 
•  növün Qırmızı Siyahıya salınması zərurətinin əsaslandırılması; 
•  növün azalma tempi haqda məlumatlar; 
•  növün yaşadığı mühit; 
•  növə təsir edən əsas limit faktorları; 
•  görülmüş və təklif olunan mühafizə tədbirləri; 
•  ekspertin adı, soy adı və onun koordinatları; 
 
SSRİ və MDB ölkələrinin Qırmızı Kitabları 
 
SSRİ-nin  «Qırmızı  Kitabı»nın  yaradılması  üzrə  ilk  cəhdi  1961-
1964-cü illərdə sovet zooloqları Q.P. Dementyev, V.Q. Qeptner, A.A. 
Nasimoviç, A.Q. Bannikov və digər mütəxəssislərin iştirakı ilə ƏMMBİ-
nin  «Qırmızı  Kitabı»  üçün  tərtib  edilmiş  məməlilərin  və  quşların 
siyahısını  hesab  etmək  olar.  SSRİ  Elmlər  Akademiyasının  Zooloqiya 
İnstitutlarının,  Ümumittifaq  Təbiəti  Mühafizə  Cəmiyyətinin,  elmi 
cəmiyyətlərin,  ayrı-ayrı  botanik  və  zooloqların  bu  sahədəki 
tədqiqatlarına  ümumi  rəhbərlik  SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyinin 


 
51 
Təbiəti  Mühafizə  üzrə  Mərkəzi  Laboratoriyası  tərəfindən  həyata 
keçirilirdi. 
Keçmiş SSRİ-nin ilk Qırmızı Kitabı 1978-ci ildə ƏMMBİ-nin XIV Baş 
Məclisi  ərəfəsində,  ikinci  nəşri  isə  1984-cü  ildə  çapdan  çıxmışdır. 
Əgər,  birinci  nəşrə  xüsusi  mühafizəyə  ehtiyacı  olan  məməlilərin  62 
növ  və  yarımnövü,  quşların  62  növ  və  yarımnövü,  amfibiyaların  8 
növü,  sürünənlərin  21  növü,  damarlı  bitkilərin  444  növü  daxil 
edilmişdisə,  ikinci  nəşrə  yeni  iri  taksonlar  –  balıqlar,  həşəratlar, 
mollüskalar,  xərçəngkimilər,  göbələklər,  mamırlar,  şibyələr  də  daxil 
edildi.  
SSRİ-nin  «Qırmızı  Kitabı»  sonralar  müstəqillik  əldə  etmiş  MDB 
ölkələri üçün bazis rolunu oynadı. Rusiya Federasiyasının son Qırmızı 
Kitabı  1997-ci  ildə  təsdiq  olunmuşdur.  Rusiya  ərazisindəki  246 
heyvan  növü  Rusiya  Federasiyasının  və  ƏMMBİ-nin  «Qırmızı 
Kitabı»na  salınmışdır.  Onların  65  növ  və  yarımnövü  məməlilər, 108 
növ və yarımnövü quşlar, 11 növ və yarımnövü sürünənlər, 4 növü 
amfibiyalar, 9 növü  balıqlar, 15 növü  mollüsklar  və  34  növü 
həşəratlar  sinfinə  aiddir.  Rusiya  klassifikasiya  sistemi  beynəlxalq 
sistemdən  fərqli  olaraq  0-cı  kateqoriyadan  (əvvəllər  olmuş,  son  50-
100 ildə rast gəlinməyən növlər) 5-ci kateqoriyaya qədər (görülmüş 
tədbirlər  nəticəsində  sayı  artmış  növlər)  olmaqla  6  kateqoriyaya 
bölünür.  Bundan  əlavə  RF  subyektlərinin  (25  diyar,  vilayət  və 
respublikaların)  öz  “Qırmızı  Kitab”ları  mövcuddur.  Göründüyü  kimi, 
RF  ƏMMBİ  klassifikasiyasının  dəyişdirilərək  uyğunlaşdırılmış  6 
kateqoriyalı  variantını  seçmişdir.  Aşağıda  bu  kateqoriyaların  izahı 
verilir: 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin