Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə22/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   18   19   20   21   22   23   24   25   ...   86
Cədvəl 9 
 
 
Fəsilələr 
Miqdarı,  
ədəd 
Ümumi növlərə 
görə, 

cinsi 
növü 
cins 
növ 
Asteraceae Dumont 
43 
95 
12.3 
11.9 
Poaceae Barnhart 
34 
73 
9.7 
9.1 
FagaceaeBumort 
15 
45 
4.3 
5.6 
Caryophylaceae Cuss. 
18 
43 
5.1 
5.4 
Cruciferae Cuss. Brassica-
ceae 
25 
44 
7.1 
5.5 
Rosaceae Cuss. 
23 
35 
6.6 
4.4 
Liliaceae Cuss. 
12 
27 
3.4 
3.4 
Boraginaceae Cuss. 
11 
16 
3.1 
2.0 
Apiaceae Lindi. 
22 
33 
6.3 
4.1 
Lamiaceae Lind. 
21 
48 
6.0 
6.0 
 
Cədvəldəki  10  fəsilədə  224  cins, 459 növ  qeydə  alınmışdır.  Bu 
fəsilələr ümumi müxtəlifliyin 57.4%-ni təşkil edir. Cinslərin içərisində 
ən  çox  növ 
Astraqalis  cinsinə  aiddir  (18).  Silene  cinsində  12  növ, 
Sedum 10 növ, Carduus 10, Cirsium 9, Hieracium 9, Trifolium 8 növ 
ilə təmsil olunur. 
Göstərilən növlərin daxilində bioloji müxtəlifliklə yanaşı bioekoloji 
qruplar  və  müxtəlif  həyat  formaları  mövcuddur.  Bunlar 
aşağıdakılardır: 
 


 
40 
Bitki növləri və bioekoloji qruplar 
Növlərin sayı 
Ağaclar 
35 
Kollar 
45 
Kolcuqlar və yarımkollar: 
 
Çoxillik otlar 
440 
Birilliklər və ikiilliklər 
22 
İkiilliklər ? 
35 
Birilliklər? 
102 
Soğanaqlılar, köküyumrular 
34 
 
Regionda rast gələn formalar içərisində ot bitkiləri üstünlük təşkil 
edirlər.  Birillik  bitkilərin  həddən  artıq  çox  olması  region  üçün 
xarakterik  haldır.  Belə  ki,  birilliklərin  əksəriyyəti  efemer  formada 
olmaqla, erkən yazda yaranaraq tezliklə məhv olurlar. Adventik alaq 
bitkilərinin bolluğu onların bir qisminin mədəni bitkilərin (tərəvəz və 
bostan  bitkiləri)  ardınca  hərəkəti  ilə  müşahidə  olunur.  Birillik 
obliqativlər  adlanan  digər  qrupa  isə  təbii  senozların  tərkibində  rast 
gəlinir 
(Р.В.Камелин,  1973).  Bunlardan  Galium  tricorne,  G. 
Pedemontanum,  Filaqo  arvense  bitkilərini  göstərmək  olar.  Bəzi 
bitkilər  ərazinin  meşə  qurşaqlarında  xüsusilə  meşə  sahələrində  yaz 
aylarında  cücərərək  bütün  ontropogenezini  erkən  payız  aylarına 
qədər  uzadırlar. 
Anthemis  hyrcana,  Geranium  robertianum,  Viola 
arvense,  Trifolium  resupinatum,  T.  arvense  və  Trigonella-nın  bəzi 
növləri  buna  misaldır.  Ərazinin  rütubətliyindən  və  torpağın 
nəmliyindən  asılı  olaraq  bəzi  birilliklərin  çiçəkləmə  və  meyvəvermə 
fazaları  çoxömürlü  olur.  Belə  bitkilərdən  misal  olaraq 
Ranunculus, 
Viola cinslərinin bəzi növlərini göstərə bilərik.  
Regionda  rast  gəlinən  meşəaltı  kolcuqların  əsasını  həmişəyaşıl 
kolcuqlar  (
Buxus  hyrcana, Ilex hyrcana)  tutur,  Tragagant  gəvənləri 
və 
Acontilimon-un  bir  çox  növləri  yastıq  formalı  sərt  tikanla  örtülü 
olur. Kolcuqların əksəriyyəti meşəsiz sahələrdə, xüsusilə dağ-kserofit 
mühitdə tək-tək və ya qarışıq cəngəlliklər yaradırlar. 
Ərazidə bolluq təşkil edən 27 növ fonorofitlər, yəni ağaclar Hirkan 
rezervatının  sanki  güzgüsüdür.  Xüsusilə, 
Parrotia  persica,  Quercus 
castaneifolia, Albizzia culibrissin, Fagus orientalis, Zelcowa carpinifo-
lia, Carpinus betulus, C.schuschense, Alnus barbata, Taxus baccata, 
Acer  laetum,  A.campestre,  Fraxinus  excelsior  və  bir  çox  başqaları 
Hirkanda  geniş  sahələrdə,  xüsusilə  dərələrdə  sıx  meşəlik  yaradırlar. 


 
41 
Lianlardan  bu  ərazidə 
Hedera  pastuchowii,  H.hyrcana  meşə 
komponenti kimi geniş, sıx meşə sahələrində rast gəlinir.
  
Regionun  Üçüncü  dövr  relikt  dendroflorasını  əsasını  aşağıdakı 
növlər təşkil edir:  

 
buasye armudu 
(Pyrus Boussiriana Fed.); 

 
budaqlı danaya 
(Danae racemosa L.); 

 
dəmir ağacı 
(Parrotia persica C.A.M.); 

 
giləmeyvəli qaraçöhrə 
(Taxus baccata L.); 

 
hirkan armudu 
(P. hyrcana Fed.); 

 
hirkan azatağacı 
(Zelkova hyrcana Gross.); 

 
hirkan ağcaqayını 
(Acer hyrcanum F.ex.M.); 

 
hirkan bigəvəri 
(Ruscus hyrcana Poyark.);  

 
hirkan şümşadı 
(İlex hyrcana Poyark.);  

 
qafqaz xurması 
(Diospyros Lotus L.); 

 
qrossheym armudu 
(P. Grosheimii Fed.); 

 
qanadmeyvəli yalanqoz 
(Pterocarya pterocarpa Michx); 

 
lənkəran akasiyası (ipək akasiya) 
(Albizzia culibrissin); 

 
məxməri ağcaqayın 
(Acer velutinum Boiss.); 

 
nar 
(Punica granatum L.); 

 
şabalıdyarpaq palıd 
(Quercus castaneifolia C.A.M.); 

 
şümşad 
(Buxus hyrcana Poyark.); 

 
ürəkvariyarpaq qızılağac 
(Alnus subcordata C.A.Mey.); 

 
vələsyarpaq azatağacı 
(Zelkova carpinifolia Depp.); 

 
yunan qozu 
(Cuglans regia L.). 
Ərazi  çoxillik  ot  nümayəndələri  ilə  də  zəngindir.  Milli  park 
ərazisndə qonşu ərazinin real tiplərinin nümayəndələrinə, yəni qədim 
meşə, boreal, bozqır, kserofit və adventiv tiplərinə də rast gəlinir.  
Ərazidə  çoxlu  miqdarda  xırda  göl,  gölməçələr,  axmazlar  və 
bataqlıq sahələri də vardır ki, bunlarda da özünə məxsus zəngin flora 
və  rəngarəng  bitki  örtüyü  inkişaf  etmişdir.  Çay  kənarında  qamış 
(Phragmites  australis)  cəngəlliklərində  tez-tez  rast  gəlinir.  Ərazidə 
Asclepiadaceae fəsiləsinin iki cinsi Cynanchum acutum L. və Periploca 
graeca  L.  çay  kənarlarında,  o  cümlədən  taxıllardan  Alopecurus 
myosuroides  Huds.  Nəmli  sucaq  yerlərdə  tək-tək  və  yaxud  birgə 
senoz yaradırlar. Çiyənin 
(Typha) bir neçə növü (T. angustata və T. 
angustifolia  L.)  ərazinin  bataqlıq  və  yaxud  sucaq  sahələrində 
cəngəlliklər  yaradırlar.  Burada  savanna  tipli  hündür  boylu  murqus 
(Erianthus  purpurascens.)  bitkisinə  rast  gəlinir.  Çala  tipli  sahələrdə 
isə çayır 
(Cynodon dactylon) və bigəvər (Bolboschoenus maritimus) 


 
42 
üstünlük  təşkil  edir.  Bigəvər  cəngəlliyi  quruluşuna  görə  qarğı 
cəngəlliyini  xatırladır.  Ərazinin  dəniz  kənarı  bataqlıqlarında  isə  su 
çiçəyi 
(Potamogeton  pectinoides  L.,  P.  Lucens  L.),  saçaqotu 
(Myriophyllum  spicatum),  su  fındığı  (Trapa  hyrcana  G. Wor.),  bala 
casugülü 
(Lemna  minor  L.)  və  s.  kimi  bitkilər  çoxluq  təşkil  etməklə 
ərazinin  dağətəyi  sahələrində  bataqlıq  formasiyaları  yaradırlar. 
Ərazinin  dəmir  yolu  sahələrində  sarı  bataqlıq  süsəni 
(İris 
psendacorus  L.)  qurbağaotu  (Sparqanium  erectum  L.),  bataqlıq  cili 
(Schoenoplectus  lacustus  Polla.)  və  bataqlıqca  (Eleocharis  palustris 
Ledeb.) xüsusi formasiyalar yaradırlar.  
Ərazinin  quruyan  bataqlıqlarında  qaymaqçiçəyinin  bir  neçə  növü 
(Ranunculus  sceleratus  L.,  R.  hyrcanus  Grossh.,  qafqaz  endemi,  R. 
bulbosus L., R. arvensis L.), büsiya (Buschia laterifolia ovez.), lipniya 
(Lippa  nodiflora  Michk.),  nanə  (Mentha  aguatica  L.),  qırxbuğum 
(Polygonum  minus  L.),  yol  bigəvəri  (Alisma  plantago  L.)  və  s.  kimi 
boyu  qısa  alabəzək  çoxillik  otların  yayılması  çox  səciyyəvidir.  Su  – 
bataqlıq bitkiliyinə ərazinin orta və yüksək dağ qurşaqlarında da rast 
gəlinir. 
Son  dövrlər  AMEA  Botanika  İnstitutunun  əməkdaşları  tərəfindən 
Talış  regionlarında  aparılan  botaniki  ekspedisiyaların  nəticəsində  və 
dünya  botanikləri  tərəfindən  toplanmış  çox  saylı  herbarilərin  və 
ədəbiyyat  siyahısında  göstərilən  botaniklərin  yazdıqları  flora  və 
monoqrafik əsərlərin, xüsusilə I-VIII cildlik Azərbaycan və VII cildlik 
Qafqaz  floralarının,  o  cümlədən  akademik  V.Hacıyevin  rəhbərliyi  ilə 
tərtib  edilmiş  monoqrafik  əsərin 
(«Флора  и  растительность 
Талыша», 1979) yekunu əsasında alınmış məlumatlar Hirkan Biosfer 
Rezervatı  ərazisinin  florası  və  bitki  örtüyünün  biomüxtəlifliyinin  qısa 
tərtibinə imkan yaratmışdır.  
Tədqiqatlar  göstərir  ki,  Hirkan  Biosfer  Rezervatının  ərazisində 
təxminən 481-ə qədər ali sporlu və ali bitkilər vardır. Bunlar aşağıdakı 
cədvəldə göstərilmişdir. 


 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin