Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə17/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   13   14   15   16   17   18   19   20   ...   86
33 
 
 
 
 
 
 
II HİSSƏ 
 
HİRKAN BİOSFER REZERVATININ FLORA  
VƏ BİTKİ ÖRTÜYÜNÜN BİOLOCİ MÜXTƏLİFLİYİ 
 
 
 
 
 
 
 
I BölməƏrazinin fiziki-coğrafi şəraiti və əsas iqlim 
göstəriciləri  
 
II BölməƏrazinin flora biomüxtəlifliyi 
 
III BölməƏrazinin endemik və relikt bitkiləri, onların 
mühafizəsi («Qırmızı Kitab»lar sistemi) 
 
IV BölməƏrazininin bitki örtüyünün biomüxtəlifliyi və 
meşə bitki örtüyü 
 
V Bölmə. Friqana və ya dağ-kserofit bitki örtüyü 
 
VI  Bölmə.  Bozqırlıq,  çəmənlik  və  bozqırlaşmış 
çəmənlər 
 
VII BölməƏrazinin təbiət abidələri 
  
  
 


 
34 
I BÖLMƏ 
 
Ərazinin fiziki-coğrafi şəraiti və əsas iqlim göstəriciləri 
 
Ərazi  Talış  dağlarının  cənub-şərq  hissəsini  və  Lənkəran  ovalığını 
əhatə  edir.  Talış  dağları  ərazisinin  ən  yüksək  hissələri  Kömürköy 
(2493),  Qızyurdu  (2433),  Divanbil  (981  m),  Qalaqırba  (928  m), 
Vışnabad (848 m), Ulyası (828 m) zirvələridir. Qərbdən şərqə doğru 
ərazinin  relyefi  kəskin  enərək  dağ  yamacları  dağətəyi  və  ovalıqlarla 
əvəz  olunur.  Lənkəran  ovalığı  üçüncü  dövr  dəniz  dibinin  qalxması 
nəticəsində  yarandığından  burada  dəniz  terrigen  və  karbonatlı, 
vulkanogen  və  vulkan-çökmə  süxurları  geniş  yayılmışdır.  Yamaclar 
üçün  denudasion-strukturlaşmış,  ovalıqlar  üçün  isə  akkumulyativ 
əmələgəlmələr xarakterikdir.  
Ərazidə  havanın  orta  illik  temperaturu  yüksəklikdən  asılı  olaraq 
12-14
0
  C  intervalında  dəyişir.  Yanvar  ayında  havanın  orta 
temperaturu 1-3.7

C, iyulda isə 22-24.5 
0
 C olur. Mütləq minimum –
16
0
 C, mütləq maksimum isə 38
0
 C olmuşdur. Aşağı ərazilərdə 10
0
 C-
dən yüksək temperatur cəmi 4275
0
 C təşkil edir. İlk və son şaxtaların 
orta  tarixi  uyğun  olaraq  8  dekabr  və  10  marta  təsadüf  edir 
(Заповедники СССР. Заповедники Кавказа., 1990).  
Xəzər  dənizindən  gələn  rütubət  Talış  dağları  tərəfindən 
kondensasiyaya  məruz  qaldığından  Lənkəran  ovalığında  yağıntının 
miqdarı yüksək olur. Rezervat ərazisində dəniz səviyyəsindən 1000 m 
yüksəklikdən  başlayaraq  dəniz  səviyyəsindən  20  m  aşağıya  qədər 
sahələrdə  yağıntının  illik  miqdarı  900  –  1400  mm  ətrafında  dəyişir. 
Yağıntının  ən  çox  miqdarı  payız  aylarına  (712  mm, 51%), minimal 
miqdarı isə yay aylarına (166mm, 11.8%) təsadüf edir. Buxarlanma 
(750-850  mm)  yağıntı  miqdarına  nisbətən  1.2-1.6  dəfə  az  olur.  İl 
ərzində yağıntılı günlərin sayı 90-ı aşır.  
Lənkəran təbii rayonu ərazisində şimaldan cənuba doğru getdikcə 
düşən yağıntının miqdarı artır. Yağıntının miqdarı həmçinin yüksəklik 
artdıqca  dəyişir.  Dəniz  səviyyəsindən  500  –  600  m-dək  yağıntnın 
miqdarı  artır,  sonra  isə  azalmağa  başlayır.  Bu  səbəbdən  ovalıq 
ərazilər  boyu  cənuba  doğru  subtropik  landşaft  getdikcə  güclənir. 
Dağlıq ərazilərdə 800 – 900 m yüksəkliklərə qədər subtropik landşaft, 
daha yüksək ərazilərdə isə boreal landşaftlar üstünlük təşkil edir.  
Ərazi  Azərbaycan  Respublikasının  iqtisadi  rayonlarının  icmal 
səciyyəsinə  görə  Lənkəran-Astara  iqtisadi  rayonuna  daxildir.  Qərb 


 
35 
hissəsində yerləşən Talış dağları və Lənkəran ovalığının Xəzər dənizinə 
yaxınlığı  burada  iqlim  müxtəlifliyini  təmin  edir.  Ərazi  təxminən  500  m 
hündürlüyə  qədər  nəm  subtropik  iqlim  ilə  səciyyələnir  və  Orta  dəniz 
sahilinin nəm subtropik iqliminə oxşayır. Fəal temperaturun cəmi 3500 – 
4500
0
C, şaxtasız günlərin müddəti 225-290 gün arasında tərəddüd edir. 
Qış  çox  mülayim  keçir.  Orta  qar  örtüyü  ilə  örtülü  günlərin  sayı  10-30 
arasındadır. 500 m-dən  yuxarı  ərazilərdə  subtropik  iqlimin  əlamətləri 
tədricən  silinir  və  yuxarı  qalxdıqca  yağıntı  400-600  mm-dək  azalır  və 
quru yay ilə mülayim-isti iqlim hökm sürür. Burada şaxtasız günlərin sayı 
210-225 gün təşkil edir. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir və 30-
60 gün ərzində qalır. 
Biosfer Rezervatın yerləşdiyi ərazilərin əsas aqroiqlim göstəriciləri 
aşağıdakı cədvəldə verilmişdir. 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin