Yusifov E. F., Hacıyev V. C


Keçid  zonası  (tranzition  area)



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə14/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   10   11   12   13   14   15   16   17   ...   86
Keçid  zonası  (tranzition  area)  –  Həmin  ərazinin  ekoloji 
yönümlü təsərrüfat fəaliyyətinin icazə verildiyi hissəsidir.  
Əvvəldə  qeyd  edildiyi  kimi  bəzi  ölkələrdə,  məsələn,  Qırğızıstan 
Respublikasında dördüncü zona olan sanasiya zonası mövcuddur. 

 
Sanasiya zonası – ərazinin regenerasiya və bərpa tədbirlərinin 
aparıldığı hissəsi hesab edilir. 


 
25 
Biosfer  ərazilərin  bölünməsi  xüsusi  mühafizə  olunan  təbiət 
ərazilərinin  xüsusiyyətlərini  nəzərə  almaqla,  hər  bir  sahəyə  uyğun 
olaraq, elmi əsaslandırılmış şəkildə həyata keçirilir.  
Nüvə zonası ərazinin ciddi mühafizə olunan və bütün landşaft və 
bioloji  müxtəlifliyin  qorunmasında  mühüm  rol  oynayan  mərkəzi 
hissəsini  əhatə  edir.  Bu  zonada  heç  bir  təsərrüfat  fəaliyyətinə  icazə 
verilmir.  Nüvə  zonasında  ətraf  təbii  mühitə  olan  təsirin  minimuma 
endirmək şərti ilə yalnız elmi-tədqiqat, təbiəti mühafizə və monitorinq 
işlərinin aparılmasına icazə verilir. 
Bufer  zonasında  ekosistemin  nüvəsinə  olan  mənfi  təsirlərin 
qarşısının alınması yolundakı müxtəlif fəaliyyət növlərinə icazə verilir. 
Bu fəaliyyətlər aşağıdakılardır: 

 
elmi-tədqiqat,  mütəxəssislərin  peşə  hazırlığı  və  tədris 
mərkəzlərinin təşkili sahəsindəki işlər; 

 
ətraf  təbii  mühitin  monitorinqi  və  ekosistemdəki  dəyişikliklərə 
nəzarət; 

 
meşə təsərrüfatı fəaliyyəti və meşə massivlərinin mühafizəsi; 

 
ərazidəki  torpaq  sahələrindən  nüvənin  bioloji  müxtəlifliyinə  və 
onun  uzunmüddətli  mühafizəsinə  zərər  yetirməmək  şərti  ilə  istifadə 
olunması; 

 
ərazidən  ciddi  nəzarət  altında  və  ekoloji  baxımdan  yol  verilən 
normalar  çərçivəsində  rekreasiya,  təbiət  qoynunda  istirahət,  turizm 
məqsədi ilə istifadə olunması; 

 
mineral sular və müxtəlif müalicəvi resurslardan istifadə; 

 
ekoloji maarifləndirmə, nümayiş (müxtəlif demonstrasiya, sərgi) 
sahələrinin  təşkili,  yeni  texnologiyalar  mərkəzinin  yaradılması, 
məqsədli  təlim  proqramlarının  və  təbiətdən  istifadə  menecmentinin 
(ekoloji menecmentin) aparılması; 
 
Bufer  zonasında  yeni  yaşayış  yerlərinin  yaradılması,  sənaye 
obyektlərinin yerləşdirilməsi və istismarı, istehsal obyektlərinin inşası 
və istifadəsi, geoloji-kəşfiyyat işlərinin   aparılması,  məqsədli  meşə 
qırıntılarının aparılması (meşəbərpa məqsədli qırıntılar istisna olmaq-
la),  əraziyə  yeni  heyvan  və  bitki  növlərinin  gətirilməsi 
(akklimatizasiyası), nüvə zonasının hidroloji reciminin və ümumilikdə 
ekosistemin  dəyişməsinə  səbəb  ola  biləcək  bütün  fəaliyyətlər 
qadağan edilir. 
Keçid zonasında əvvəlki zonalardan fərqli olaraq müəyyən istehsal 
fəaliyyətlərinə  yol  verilir.  Həmin  ərazidə  yaşayan  insanlar  ərazinin 


 
26 
davamlı  ekoloji  və  iqtisadi  inkişafını  təmin  etmək  şərti  ilə  təbii 
sərvətlərin  istehsalı  və  uzunmüddətli  istifadəsində  birgə  iştirak 
etməklə özlərinin müəyyən iqtisadi maraqlarını həyata keçirə bilərlər. 
Keçid  zonasında  şumluqlar,  kənd  təsərrüfatı,  istehsalat  və  müalicə-
sağlamlıq,  mineral  su  mənbələri  komplekslərinin,  eləcə  də  istehsal 
mərkəzlərinin eksperimental sahələrinin yerləşdirilməsinə icazə verilir. 
Keçid zonası ərazinin iri müəssisələrinin fəaliyyət göstərdiyi bələdiyyə 
qurumlarını və inzibati rayonları da əhatə edir, elm-təhsil ocaqlarının 
müxtəlif tədqiqatları aparılır. 
Sanasiya  zonasında  regenerasiya,  rekultivasiya,  eroziya  ilə 
mübarizə, otlaqların bərpası və meşəsalma tədbirləri həyata keçirilir. 
Biosfer  ərazinin  mühafizəsi  və  təbii  resurslardan  istifadə  zamanı 
zonalardan  asılı  olaraq  onlara  qanunamüvafiq  surətdə  müxtəlif 
recimlər tətbiq edilir. Təbiətdən istifadənin qaydaları və normativləri 
hər bir ölkənin öz qanunvericiliyi ilə tənzimlənir. Biosfer ərazinin idarə 
olunması müstəqil hüquqi şəxs statusuna malik olan, büdcə və digər 
mənbələrdən maliyyələşən rəhbərlik tərəfindən həyata keçirilir. 
03.06. 2004-cü  il  tarixinədək  dünyanın  97  ölkəsində  440  biosfer 
rezervat fəaliyyət göstərirdi. O cümlədən 31 ölkədən olan 225 biosfer 
rezervat  Avropa  və  Şimali  Amerikanın  payına  düşür.  Aşağıdakı 
cədvəldə bu sahədə dünyanın aparıcı ölkələrinin siyahısı verilmişdir: 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin