Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə16/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   12   13   14   15   16   17   18   19   ...   86
31 
IV BÖLMƏ 
 
Hirkan Biosfer Rezervatının botaniki  
tədqiqatlarının tarixi haqqında 
 
Hirkan  Biosfer  Rezervatı  ərazisinin  botaniki  tədqiqatlarının  tarixi 
XVII – XVIII əsrlərdən başlayır. Hələ 1768-1774-cü illərdə bu əraziyə 
akademik  S.Q.  Qmelinin  ekspedisiyası  gəlmiş,  buradan  xeyli  herbari 
topamışdır.  Sonralar  XIX  əsrin  30-cu  illərində  K.A.  Meyer  ərazidə 
olmuş  və  70  gün  ərzində  Talışın  düzənlik,  dağlıq  və  meşəlik 
ərazilərindən  külli  miqdarda  herbari  toplamışdır.  Yığılmış  bu  herbari 
kolleksiyaları  hal-hazırda  Sankt-Peterburq  şəhərindəki  Rusiya 
Botanika  İnstitutunda  saxlanılır.  Bu  materiallar  əsasında  botanik-
alimlər  tərəfindən  yüzlərlə  tədqiqat  işləri  aparılmış,  kitablar 
yazılmışdır.  Təkcə  A.A.  Qrossheym  1912-ci  ildən  1918-ci  ilə  qədərki 
dövrlərdə  6  dəfə  Talış  ərazisində  olmuş  və  yeni  bitkilər  aşkar 
etmişdir. A.A. Qrossheym keçmiş sovet dövründə də dəfələrlə Talışda 
və  onun  ətraf  regionlarında  olmuşdur.  Onun  bu  ərazilərdən  yığdığı 
herbari  kolleksiyası  hal-hazırda  Tbilisi  Botanika  İnstitutunda,  Sankt-
Peterburqda və Bakıda yaratdığı Botanika İnstitutunda saxlanılır. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Botanika  İnstitutu  və 
Tbilisi  Botanika  İnstitutlarındakı  herbari  kolleksiyalarında  bu  günə 
qədər saxlanılan herbarilərdə 1829-1830-cu illərdə Hansen və doktor 
Kizerinin,  Hogenekkerin  (1835),  Şmidtin  (1840),  Bunzenin  (1847), 
Zeydlinin (1855), Repmakın 1856-cı illərdə yığdıqları bitki materialları 
Talış  haqqında  yazılmış  ədəbiyyatlarda  geniş  işıqlandırılmışdır. 
Görkəmli  botanik  prof.  Q.  Radde  Tbilisi  Təbiətşünaslıq  Muzeyinin 
direktoru  olarkən  dəfələrlə  Talışda  olmuş,  buradan  müxtəlif  bitki 
kolleksiyaları toplamışdır.  
Keçən  əsrin  əvvəllərindən  başlayaraq  A.B.Şelkovnikov,  N.Lavrov, 
Y.S.Medvedyev,  N.İ.Kuznetsov,  D.İ.Sosnovski,  görkəmli  aqronom 
Dementyev,  P.Z.Vinoqradov  və  öz  dövrünün  onlarca  görkəmli 
botanikləri buraya gəlmiş, tədqiqat işləri aparmışlar. 
Keçmiş sovetlər dövründə, xüsusilə 50-ci illərdən sonra bu ərazidə 
rus  alimlərindən  A.A.Fyodorov  qardaşları,  ölkə  botaniklərindən  isə 
İ.M.İsayev, R.Rzazadə, xanım V.X.Tutayuk, A.M.Quliyev, A.P.Bandin, 
L.İ.Prilipko,  V.C.Hacıyev,  E.X.Xəlilov,  Q.Axundov,  S.Musayev, 
A.Əsgərov,  C.Əliyev,  R.Əsgərova,  V.Qəzənfərova,  V.Kərimov, 
E.Qurbanov və başqaları uzunmüddətli tədqiqatlarında bu regiondan 


 
32 
yığdıqları  herbari  materialları  əsasında  onlarla  əsərlər  yazmışlar. 
İbtidai  bitkilərin  sistematikası  şöbəsinin  əməkdaşlarından  V.İ.Ulya-
nişev,  S.Barxalov,  S.A.Cəfərov,  L.V.Lyubarskaya,  N.İ.Qarayeva, 
V.Novruzov, A. İbrahimov və başqaları göbələklər, şibyələr, mamırlar, 
yosunlar və s. haqqında qiymətli materiallar toplamışlar. 
 
 
 
 
 


 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin