Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər


  İstehsalın təşkilinin elmi əsaslarının yaranması



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix03.02.2017
ölçüsü5,08 Mb.
#7577
1   2   3   4   5   6   7   8   9   10

2.7.  İstehsalın təşkilinin elmi əsaslarının yaranması 
 
 
XX
  əsrin  əvvəlində  maşınqayırmada  mexanikləşdirmənin  yeni 
mərhələsi  ABŞ-da  başlayan  və  sonralar  Avropada  da  öz  tətbiqini  tapan 
kütləvi  istehsal,  ixtisaslaşma,  normativləşdirmə,  sinifləşdirmə  və 
qarşılıqlı  əvəzolunma  ilə  xarakterizə  olunurdu.  Tikiş  maşınları, 
velosipedlər və avtomobillərin  istehsalı ilə bərabər silah, büro texnikası 
və elektrotexniki məhsulların hazırlanmasında yeni istehsal formasından 
istifadə böyük əhəmiyyət kəsb  edirdi. Kütləvi istehsalın tətbiqi əlverişli 
bazar şəraiti ilə bağlı idi.  
 
Tezkəsən  alət  poladının  ixtiraçısı  Frederik  Vinslou  Teylor  (şəkil 
2.115)  istehsalın  elmi  cəhətdən 
təşkil 
olunmasının 
yaradıcısı 
hesab  olunur.  Mexaniki  emal, 
metallurgiya  ilə  bərabər,  o, 
istehsalatda  işin  təşkil  olunması 
məsələləri  ilə  məşğul  olmuşdur 
[2.103].  İstehsalın  elmi  təşkil  
olunması  məhsuldarlığın  artırıl- 
ması ilə bərabər, sənayedə işçilər 
arasında 
“sülh” 
yaratmaq 
məqsədi  daşıyırdı.  Bunun  üçün 
Teylora  görə  kapital  və  iş 
arasında 
olan 
münasibətdə 
“mənəvi  inqilab”  baş  verməli  idi.  Bununla,  Teylor  o  dövrdə  bir  çox 
Amerika fabriklərində hökm sürən işçi narazlığına son qoymaq istəyirdi. 
Bu  dövrdə,  ABŞ-da  fəhlələrin  hüquqlarını  qoruyan  qanunlar  yox  idi. 
Axın  şəklində  ABŞ-a  gələn  immiqrantlar  müəssisələr  üçün  savadsız  və 
təcrübəsiz  işçi  kütləsi  yaratmışdır.  XX  əsrin  əvvəli  Amerika 
müəssisələrində  durum  həmkarlar  təşkilatlarının  yaranması,  əmək 
haqqının artırılması və yaxşı iş şəraitinin yaradılması ilə səciyyələnirdi.     
 
Teylor öz məqsədinə çatmaq  üçün  əmək haqqı və işçilərin ixtisasla- 
 
Şəkil 2.115. Frederik V. Teylor. 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
407 
rının  artırılmasını,  vaxt  və  hərəkətin  araşdırılmasını  tətbiq  edir.  Əmək 
haqlarının  differensiallaşdırılması  işçilərdən  yüksək  məhsuldarlıqla 
işləməyi  tələb  edirdi.  İşdə  hərəkətlərin  elmi

tədqiqatlar  əsasında 
araşdırılması  nəticəsində  işçilərə  hər  əl  hərəkətinin  təsviri,  yüksək 
məhsuldarlığın əldə edilməsi üçün işin optimal yerinə yetirilməsi və hər 
hərəkət  üçün  vaxt  haqqında  göstəriş  verilirdi.  Teylor  öz  qaydalarının 
elmi əsaslara söykəndiyini söyləyirdi. Amma bunun düzgünlüyü bir çox 
ixtisasçılar  tərəfindən  sual  altına  qoyulmuşdur.  Onun  ideyasına  görə, 
əqli əmək fiziki əməkdən ayrılır, müəssisə rəhbərliyi tərəfindən yüksək 
məhsuldarlıq  əldə  etmək  üçün  istehsal  planı  tərtib  edilirdi.  Sexlərdə 
ustalar  yuxarı  səviyyələrdə  hazırlanmış  göstərişlərin  yerlərdə  həyata 
keçirilməsinə  nəzarət  edirdilər.  Teylorun  bu  ideyası  zəif  elmi 
nəzəriyyələrə əsaslansa da, öz dövrü üçün tamamilə yeni bir üsul idi.  
 
Hələ  1894-cü  ildə  alman  psixoloqu  Kraepelin  sənayedə  işçilərin 
yorulması  halını  araşdırmışdır  [2.59].  O,  iş  prosesini  kiçik  hissələrə 
bölmək,  işçi  sürətini  təyin  etmək  və  optimal,  məhsuldar  iş  tempinin 
yenidən  bərpa  olunmasına  imkan  verən  tənəffüsü  təyin  etməyi  təklif 
edir. Teylorun dövründə də Amerikada bu ideyaların həyata keçirilməsi 
istiqamətində  çoxlu  hərəkətlər  mövcud  idi.  Teylorun  istehsalın  elmi 
idarə  olunması  sistemi  Amerikanın  bir  çox  müəssisələrində  tətbiq 
olunmağa  başlamışdır.  1914-cü  ilə  qədər  bütün  sənayedə  çalışan 
işçilərin yalnız 1%-i Teylor nəzəriyyəsinə əsasən işləyirdilər.           
 
Teylor  nəzəriyyəsinin,  ümumilikdə  tətbiqi  çox  çətin  olduğundan 
praktikada  onun  yalnız  bir  hissəsindən  istifadə  olunmuşdur.  Buraya 
vaxt,  hərəkət  normativləri  və  işçilərin  “seçilməsi”  daxil  idi. 
Fabrikantların  çox  hissəsi  Teylorizmin  əksinə  olaraq  fəaliyyət 
göstərirdilər, çünki, onlar müəssisələrin  gələcəyini  kiçik  ekspertlərin və 
menecerlərin  öhdəsinə  verməkdən  qorxurdular.  İşçilər  də  yeni  idarə 
üsulunun  əksinə  çıxış  edirdilər.  Onlar  monoton  işə  və  yeni  istismar 
cəhdlərinə qarşı çıxış edirdilər. Bir çox müəssisələrdə tətillər baş verirdi. 
Hər şeydən əvvəl Avropada Teylorun prinsipləri kəskin tənqid edilirdi.  
Alman  psixoloji  professoru  Huqo  Münsterberq  (alm. Hugo Müns- 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
408 
 
terberg)  vaxt  və  hərəkət  əvəzinə  məhsuldarlığın  tədqiqini  təklif 
etmişdir. Fransada dağ-mədən mühəndisi Onri Fayol (fran. Henri Fayol
sənaye menecmentinin vacibliyini əsas götürürdü.  
 
Bu  dövrdə  amerikalı  sənayeçi 
Henri  Ford  (şəkil  2.116),  ilk  dəfə 
olaraq 
Amerika 
avtomobil 
sənayesində 
istehsalın 
təşkilinin  
yeni  formasını  tətbiq  edir.  Edisonun 
elektrik 
firmasında 
fəaliyyət 
göstərəndən  sonra  o,  1903-cü  ildə 
Detroit 
şəhərində 
Ford 
Motor 
Company  firmasını  yaradır.  1908

 
1927-ci illərdə Ford istehsal etdiyi T-
model  avtomobilini  15  milyon  ədəd 
sataraq  böyük  şöhrət  qazanır. Fordun 
firmasında  fəaliyyət  göstərən  istehsal 
münasibətləri Teylor nəzəriyyəsindən 
o  qədər  də  fərqlənmirdi.  Ford  da  işçi–rəhbər  arasında olan  münasibətin 
harmonizə  edilməsini  əsas  götürmüşdür.  Ford  başqa  müəssisələrdən 
fərqli  olaraq,  maksimum  mənfəət  əvəzinə,  avtomobil  sektoru  bazarında 
öz  payının  genişləndirilməsinə  can  atırdı.  İşçi  qüvvəsinin  artıb-
azalmasının  qarşısını  almaq  üçün  Ford  işçiləri  firmaya  daha  sıx 
bağlamağa  çalışırdı.  Bunun  üçün  o,  1914-cü  ildə  işçilərin  gündəlik 
maaşını  2,5  dollardan  5  dollara  qaldırır  [2.59].  Fordun  müəssisəsində 
hökm sürən sosial şərait işçilərin kütləvi şəkildə  oraya axmasına gətirib 
çıxarmışdır.  İşçilər  burada  iş  alandan  sonra  onların  həyatında  ciddi 
dəyişikliyin  olmasını  başa  düşürdülər.  Ford  5  günlük  iş  həftəsi  tətbiq 
edir  və  müəssisədə  qəza  mənbələrini  minimuma  endirməyə  nail  olur. 
Fordun tətbiq etdiyi əməyin təşkilindəki yenilik, avtomobil sənayesində 
axın xəttinin tətbiqi idi (şəkil 2.117).  
Yüksək  əmək  haqqının  olmasına  baxmayaraq  Fordun  firmasında 
axın xəttində istehsal  olunan  hissələr  daha  ucuz  başa  gəlirdi və  buna  
 
 
Şəkil 2.116. Henri Ford 
           (1863-1947).
 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
409 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.117. Ford avtomobilinin istehsalında axın xətti. 
 
görə də, bazarda rəqabətə davamlı idi. 
 
Teylor  və  Fordun  əməyin  təşkili  prinsipləri  arasında  oxşarlıqla 
bərabər,  fərqlər  də  mövcuddur.  Teylor  konseptində  əsasən  geriyə 
layihələndirmə  əsas  götürülürdü.  Onun  təklif  etdiyi  düyün  formalı 
istehsal üsulu XIX əsr üçün səciyyəvi idi. Bu ideya Fordun axın xətti ilə 
əvəz olunur. Ford Teylordan fərqli olaraq işçilər arasında “böyük insan” 
kimi  qəbul  edilirdi.  O,  işin  iqtisadi  tərəfi  ilə  bərabər,  həm  də  sosial  və 
psixoloji tərəfini də düşünürdü.  
 
Avropada  axın  xətti  I  dünya  muharibəsindən  sonra  Opel  və  Sitroen 
avtomobil  firmalarında  tətbiq  olunur.  Almaniyanın  iqtisad  və  sosial 
elmlər  üzrə  alimləri  Fordun  iqtisadi  prinsipini  “ağ  sosializmus” 
adlandıraraq  onu  “qırmızı  sosializmə”  qarşı  qoyurdular.  Buna 
baxmayaraq,  Avropada  Ford  prinsiplərinə  qarşı  da  fikirlər  hökm 
sürməkdə idi. Onlar “amerikanizmi” tənqid edərək, burada yalnız mate- 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
410 
 
rial  dəyərlərinin  üstün  olduğunu  qeyd  edirdilər.  Sonralar  axın  xəttində 
çalışan  işçilərin  şəraitini  yaxşılaşdırmaq  üzrə  tədqiqatlar  aparılır.  Əsas 
məqsəd monoton işdə çalışanları rotasiya etməklə yorğunluğun qarşısını 
almaqdan  ibarət  idi.  Bəzi  müəssisələrdə  isə  əlavə  tapşırıqlar  verməklə 
işdə canlanma yaratmağa səy göstərilirdi.       
 
Axın  xəttində  tətbiq  olunan  avtomatlaşdırılmış  avadanlıqlarda  emal 
prosesləri  XX  əsrdə  sənaye  işlərini  tamamilə  əhatə  etmişdir.  I  dünya 
müharibəsindən  sonra  axın  xətləri  qrup  emalını  yaratmışdır.  Qrup 
şəklində hazırlamada hər şöbədə yalnız bir  məhsul  istehsal  edilirdi. Bu 
texnologiya  maşınqayırma  və  elektrotexnikada  üstünlük  təşkil  edirdi. 
Qrup  texnologiyası  emal  prosesini  daha  kiçik  addımlara  bölməyə  və 
beləliklə,  məhsuldarlığın  artımı  üçün  şərait  yaratmışdır.  Axın  xəttində 
işin  taktı  ayrı-ayrı  yerlərdə  oturmuş  fəhlələrin  qabiliyyətindən  asılı  idi. 
Ümumi  axının  gedişi  isə  axın  xəttinin  başında  oturan  şəxsin  iş 
sürətindən  asılı  olduğundan,  sahibkarlar  orada  həmişə  yüksək 
məhsuldarlığa malik işçiləri oturdurdular.  
 
Elektrotexnika  sənayesində  sonralar  tətbiq  olunan  “yerdəyişən 
stollar”  böyük  rol  oynamağa  başlayır.  Yerdəyişən  stollar  elektrik 
ötürməsinə  malik  idilər.  Bu  stolların  tətbiqi  hələ  axın  xəttinə  keçid 
demək  deyildi.  Buraya  həmçinin  ehtiyat  hissələri  saxlanan  anbarın, 
başqa  emal  və  yığma  sexlərinin  işləri  inteqrasiya  olunmalı  idi.  Axın 
xəttinin 
tətbiqi 
bir 
çox 
müəssisələrdə 
fəhlələrin 
mütəşəkkil 
müqavimətinə rast gəlirdi.  
 
I  dünya  müharibəsindən  sonra,  ümumiyyətlə  Amerika  və  Avropa 
dövlətlərinin  sənayesində  durğunluq  baş  verir.  Kütləvi  şəkildə  istehsal 
olunmuş  məhsulların  izafiliyi  getdikcə  daralan  bazarda  onların 
satılmasını çətinləşdirməyə başlayır.   

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
411 
2.8. Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru  
 
2.8.1. İstehsalatda rasionallaşdırma  
 
 
K
eçən  əsrin  20

30-cu  illərində  cəmiyyətin  inkişafının  tərkib 
hissəsinə  çevrilmiş,  istesal  sahələrində  texnikanın  təkmilləşdirilməsi 
sülh  şəraitində  baş  verirdi.  Onun  inkişafı  gurultulu  ixtiralardan  çox, 
məlum  ixtiraların  tətbiqində  iqtisadi  səmərəliliyin  artırılması  ilə 
xarakterizə  olunurdu.  XIX  əsrdə  ixtira  olunmuş  texniki  yeniliklər  və 
alətlər  artıq  ümumi  şəkildə,  gündəlik  tələbat  mallarının  istehsalında  da 
tətbiq  olunmağa  başlamışdır.  Texnikanın  məlum  imkanlarının  bu 
həcmdə  tətbiqi  böyük  maliyyə  və  elmi  işlərin  aparılmasını  tələb  edirdi. 
Bütün  bunlar  kütləvi  istehsalın  sürətlə  yayılmasına  gətirib  çıxarır. 
Ümumilikdə  axın  xəttinin  tətbiqi  nəticəsində  sənaye  cəhətdən  inkişaf 
etmiş  ölkələrdə  böyük  rasionallaşdırma  effekti  əldə  edilmişdir.  Ancaq 
istehsalda  əldə  edilmiş  bu  effektin  yalnız  bir  hissəsi  məhsul  artımında 
özünü  göstərmişdir.  Məhsuldarlığın  artması  bir  çox  ölkələrdə  işsizliyin 
artmasına səbəb olmuşdur.  
 
Sənayenin  inkişafı  müxtəlif  ölkələrdə,  onların  inkişaf  tarixi  ilə 
əlaqədar  olaraq  müxtəlif  idi.  ABŞ  bu  inkişafın  önündə  gedirdi.  Sənaye 
dövlətlərində  baş  verən  məhsuldarlığın  artımı,  artan  işsizlik  şəraitində 
tələbatın aşağı düşməsi nəticəsində istifadə olunmamış qalmışdı.  
 
I  dünya  müharibəsindən  sonra  sənaye  dövlətlərində  sosial  –iqtisadi 
münasibət  olduğu  kimi  qaldığından,  texnika,  iqtisadiyyat  və  siyasətdə 
aparıcı  dairələr  də  olduğu  kimi  qalırdı.  Əsasən  müharibədə  uduzmuş 
Almaniyada  böyük  sənayeçilər  yeni  bir  sahə  axtarmağa  cəhd  edirdilər. 
Bir çox Qərb dövlətlərində hərbi texnika vasitəsilə çoxlu pul qazanmaq 
ideyası  hökm  sürürdü.  Buna  görə  də,  dövlətlərin  texniki  və  sənaye 
potensialı  əvvəlkindən  də  artıq  dərəcədə  hərbi  strategiyaların  təsiri 
altında  idi.  Bu,  ona  gətirib  çıxarmışdır  ki,  vətəndaş  obyektlərinin 
inkişafına  qoyulan  sərmayələr  getdikcə  azalmağa  başlamışdır.  Bu 
maliyyə vəsaitləri  getdikcə  hərbi  sənayedə  işlənmiş   texniki   yenilik- 

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
412 
lərin bahalı sınaqlarına yönəldilirdi.        
 
Texnikanın  inkişafında  prinsipial  yeni  bir  dövr,  əsasən  Oktyabr 
inqilabı  nəticəsində  dəyişməkdə  olan  Rusiya  ərazisində  nəzərə 
çarpmaqda  idi.  İnqilabdan  sonra  işçilərin  əlinə  keçən  zavod  və 
fabriklərin  inkişafı  cəmiyyətə  xidmət  etməyə  yönəldilmişdir.  Köhnə 
dünya  tərəfindən  ələ  salınan  Sovetlər  dövləti,  təkcə  sadə  maşın  və 
avadanlıq  istehsal  etməklə  yox,  həm  də  inkişaf  etmiş  sənaye  dövlətləri 
arasındakı böyük texniki fərqi aradan götürməli idi. Sovetlər ölkəsi buna 
yalnız  xarici  işğalçıları  dəf  etdikdən  sonra  böyük  miqyasda  başlaya 
bilmişlər.     
 
Maşınqayırma  sənayesinin  metal  hissələrlə  təmin  olunması  həmişə 
olduğu  kimi bu sahədə texniki inkişafın əsasını təşkil  edirdi. Metalların 
hazırlanmasında  yeni  tendensiya  hiss  olunmaqda  idi.  Əlvan  metalların 
tətbiqi  getdikcə  artmaqda  idi.  Metalların  alüminium  və  maqnezium 
əsasında  legirlənməsi  əlvan  metalların  spektrini  artırmışdır.  Getdikcə 
süni  materialların  inkişaf  etdirilməsi  və  istehsalda  tətbiqi  metallara 
rəqabət yaradırdı.   
 
Buna  baxmayaraq,  polad  və  çuqun  20-ci  illərdə  sənaye  üçün  əsas 
material  sayılırdı.  Bu  dövrdə  dünyada  istifadə  olunan    materialların 
90%-i  onların  payına  düşürdü.  İstehsal  olunan  polad  və  çuqunun 
miqdarı bu və ya diqər dövlətin sənayeləşmə dərəcəsini göstərirdi.  
 
Metallurgiyada  mövcud  olan  texniki  inkişafın  əsasında,  məlum  olan 
texnologiyanın  təkmilləşdirilməsi  ilə  əlaqədar  olan  yeniliklər  dururdu. 
Domna  sobaları,  həmçinin  polad  istehsalında  tətbiq  olunan  konverter, 
Simens-Martin  və  soyuq  halda  emal  metodları  yeni  inkişafın  təsirinə 
məruz  qalmışdılar.  Təkmilləşmə  sobaların  ölçülərinin  böyüdülməsi, 
yanacağın azaldılması, istehsal gücü və prosesin stabilliyinin artırılması 
ilə  səciyyələnirdi.  Onu  da  qeyd  etmək  lazımıdr  ki,  20-ci  illərin 
əvvəlindən başlayaraq Besemmer və Tomas üsullarının tətbiqi Simens-
Martin üsulunun xeyrinə azalmışdır.  
 
Polad istehsalında əldə edilən irəliləyiş istehsalın təşkilində baş verən 
təkmilləşdirmədən  ibarət  idi.  Bir  növ  “inteqrasiya  olunmuş”  istehsal 

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
413 
tətbiq  olunurdu.  ABŞ  və  Avropa  ölkələrində  polad  istehsalı  və  onun 
yarımfabrikat  şəklində  hazırlanması  texnologiyasını  bir  zavodda 
birləşdirməyə  cəhd  edilirdi.  Bu  təmərküzləşdirməyə  parallel  olaraq 
iqtisadi bir proses gedirdi. Zavodların böyüməsi ilə əlaqədar kapitalın da 
böyüməsi  baş  verirdi.  Yaranmış  dəmir  və  polad  monopoliyası 
nəticəsində bu sahə getdikcə böyük siyasi təsir qazanırdı.    
 
Bu proses fasiləsiz yaymanın inkişafı ilə daha da gücləndirilmiş olur. 
Fasiləsiz  yayma  prosesinin  köməyi  ilə  30  m  uzunluğunda  olan  metal 
lövhələri  hazırlamaq  mümkün  idi.  Yayma  maşının  işçi sahəsinin böyük 
olması  nəticəsində  enli  lövhələrin  istehsalı  da  mümkün  idi.  Belə  ki, 
avtomobilin damını bir dəfəyə almaq olurdu.  
 
Metalların  döyülməsində  də  inkişaf  nəzərə  çarpırdı.  Buxarla  işləyən 
çəkiclər  pnevmatik  çəkiclərlə  əvəzolunmağa  başlayır.  Bununla  bərabər 
hidravlik preslərin də tətbiqi genişlənir. 30-cu illərin əvvəlində çəkic və 
preslərin  güçü  1500  MVt-a  çatırdı.  Çəkisi  250t  olan  metal  külçələrin 
emalı  problemsiz  həyata  keçirilirdi.  Döyülən  metal  bloklarını  döymə 
temperaturuna  (1200°)  qədər  qızdırmaq  üçün  induksiya  elektrik 
qızdırıcılardan istifadə edilirdi [2.59].     
 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  maşınqayırmada  inkişaf 
tendensiyası  bu  sahədə  məlum  ixtiraların  istehsalat  və  məişətdə  geniş 
tətbiqi  nəticəsində  elektrik  mühərrikləri,  avtomobil,  kənd  təsərrüfatı 
maşınları,  cihazqayırma  və  təyyarəqayırmanın  inkişafında  özünü  daha 
aydın  büruzə  verirdi.  Maşınların  istehsalında  yeni  texnologiyalar 
yaradılıb  tətbiq  edilirdi.  Bunun  üçün  lazım  olan  avadanlıqların 
hazırlanması  daha  təkmilləşdirilmiş  dəqiq  üsullar  tələb  edirdi.  Yeni 
yaradılmış  sahələr  maşınqayırmadan  təkcə  yeni  avadanlıqların 
hazırlanmasını yox, həm  də onların istehsalı üçün yeni texnologiyaların 
işlənib  tətbiq  olunmasını  tələb  edirdi.  Dəzgahqayırmada  elektronikanın 
tətbiqi və bir çox əməliyyatların avtomatlaşdırılması nəticəsində yüksək 
məhsuldarlıq  əldə  edilmişdir.  Maşınqayırmada  avtomatlaşdırılmanın 
əsası  sayılan  elktrotexnika  getdikcə  böyük  əhəmiyyət  kəsb  etməyə 
başlayır.  

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
414 
2.8.2.  Elektrik 
enerjisinin 
maşınqayırmada 
istifadəsinin 
genişlənməsi 
 
Ə
srin  20-ci  illərində  elektrik  enerjisinin  istehsalındakı  inkişaf, 
əsasən  iki  istiqamətdə  baş  verirdi.  Birincisi,  cərəyan  istehsal  edən 
maşınların  gücünün  kəskin  şəkildə  artması  ilə  səciyyələnirdi.  İkincisi, 
uzaq  məsafəyə  elektrik  enerjisinin  verilməsində  gərginliyin  və 
məsafənin artırılması ilə bağlı idi. 
 
1900

1930-cu  illər  arasında  turbinlərin  inkişafına  nəzər  saldıqda 
görmək  olur  ki,  onların  gücü  texnikanın  inkişafı  nəticəsində  200  dəfə 
artmışdır  [2.59].  Texniki  inkişaf  zamanı  turbinlərin  işləməsinin  əsas 
prinsipləri  olduğu  kimi  qalırdı.  Burada  əsas  dəyişikliyi  tətbiq  olunan 
turbin,  generator  və  elektrik  stansiyalarının  ölçülərinin  böyüməsində 
görmək olurdu.  
 
Güc artımının başqa səbəblərindən biri də, generatorla buxar turbinin 
inteqrasiya  olunmasında  idi.  Dinamonun  rotoru  birbaşa  buxar  turbinin 
valı ilə birləşdirilmişdir. Su ilə işləyən turbinlərdə də eyni təmayül  hiss 
olunurdu. 
 
Elektrotexnika,  termodinamika,  və  metalloqrafiya  kimi  elmi 
sahələrin  inkişafı  sayəsində  elektrik  stansiyalarının  faydalı  iş  əmsalını 
artırmaq mümkün olmuşdur. 1920-ci ildə bu 35 il əvvəlkinə nisbətən iki 
dəfə artaraq 10%-ə çatmışdır. Elektrik enerjisinin belə sürətlə yayılması 
və  həcminin  artmasının  səbəbləri,  əlbəttə  cəmiyyətdə  yaranan,  elektrik 
enerjisinin tətbiq sahələrinin artması ilə bağlı idi. Digər tərəfdən elektrik 
enerjisinin  qiymətinin  aşağı  düşməsi  elektrik  ilə  işləyən  texnikanın 
sürətlə  yayılmasına  gətirib  çıxarmışdır.  Burada  ənənəvi  sənaye  sahələri 
ilə  bərabər  elektrik  enerjisindən  məişətdə  və  kimya  sənayesində, 
metallurgiyada  elektrolit  üsulların  tətbiqi  ilə  elektrik  enerjisinə  tələbat 
daha da artmışdır.    
 
Maşınqayırmada,  XX  əsrin  əvvəllərində  mühəndislər  qarşısında 
duran əsas texniki məsələ, fərdi və ya qrup şəklində ötürmə istiqamətləri 
artıq  öz  həllini  tapmaqda  idi.  Böyük  müəssisələrdə  qrup  şəklində 

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
415 
idarəetmə  ötürmələri  artıq  yerli  elektrik  mühərriki  ilə  işləyən 
ötürmələrlə  əvəz  olunmaqda  idi.  Fərdi  işləyən  ötürmə  sistemləri  həm 
iqtisadi,  həm  də  təhlükəsizlik  baxımından  öz  üstünlüyünü  sübut 
etmişdir.  
 
Buna  baxmayaraq,  fərdi  ötürmələrin  inkişafında  bir  sıra  problemlər 
mövcud  idi.  Elektrik  mühərrikləri  birbaşa  işçi  maşının  aparan  valı  ilə 
birləşdirildiyindən  rotorun  dəqiqliyi,  onun  yerinə  yetirdiyi  işin 
keyfiyyətinə  təsir  edirdi.  Ona  görə  də,  rotorların  yüksək  dəqiqlikdə 
hazırlanması və tarazılanmasına ehtiyac var idi.  
 
Digər  tərəfdən,  bir  çox  maşınlarda  dövrlər  sayının  tənzim  olunması 
tələb  olunurdu.  Bunun  üçün  20-ci  illərin  sonunda  fərdi  ötürmələrin 
yaranması  dövründə  hansı  elektrik  mühərrikinin-  dəyişən,  yoxsa  sabit 
cərəyanla  işləyən  mühərrikin  seçilməsi  məsələsi  dururdu.  Dəyişən 
cərəyanla  işləyən  mühərriklər  çox  az  dövrlər  sayına  malik  idilər. 
Hazırlanan mühərriklərdə dövrlər sayı adətən 3000 dövr/dəq qoyulurdu. 
Dövrlər  sayının  azaldılması  üçün  ötürmədən  istifadə  olunurdu. 
Mühərriklərdə  qütblərin  sayı  ilə  dövrlər  sayını  yalnız  böyük  addımlarla 
azaltmaq  mümkün  idi:  3000-1500-750-600-500  dövr/dəq.  20-ci  illərin 
sonunda tənzim olunan dəyişən cərəyan mühərriki məlum deyildi.  
 
Sabit  cərəyan  mühərrikləri  isə  pilləsiz  tənzim  oluna  bilirdi.  Bu 
mühərriklərdə  dövrlər  sayını  xüsusi  dəstəyin  köməyi  ilə  müəyyən 
intervalda pilləsiz dəyişmək mümkün idi. Sabit cərəyan mühərriklərinin 
tətbiqi əməktutumlu idi və işə salınması üçün reostat tələb edirdi. Tərkib 
hissəsində  fırçalar  və  qəbuledicilər  kimi  yeyilən  hissələrin  olması 
onların iş qabiliyyətini tez itirməsinə gətirib çıxarırdı. 1940-cı ildə kiçik 
ölçülü  maşınların  böyük  əksəriyyətində  dəyişən  cərəyan  mühərrikləri 
tətbiq  edilirdi.  Böyük  maşınlarda,  xüsusilə  dəzgahlarda  sabit  cərəyanla 
işləyən  mühərriklərsiz  keçinmək  olmurdu.  Çünki,  dəzgahların  dəyişən 
texnoloji tapşırıqlara uyğunlaşdırılması üçün dövrlər sayını tənzimləmək 
lazım idi. 
 
Ümumiyyətlə, 
mühərriklərin 
birbaşa 
işçi 
maşının 
valına 
birləşdirilməsi  ideyası  heç  də  praktikada  bir  mənalı  qarşılanmamışdır. 

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
416 
Elektrik  mühərriklərinin  müxtəlif  ölçü  və  dəqiqlikdə  hazırlanması  bu 
kompanovkanın  tətbiqində  çətinlik  yaradırdı.  Tənzim  oluna  bilən 
mühərriklərin  tətbiqi  ona  görə  də,  bir  epizod  olaraq,  praktikada  öz 
həllini tapmamış qalmışdır.         
 
Elektrik  maşınlarının  özləri  də  inkişafdan  qalmırdı.  Elektro-
maqnetizm  nəzəriyyəsinin  fiziki  əsaslarının  daha  dərindən  öyrənilməsi 
hesabına  maşınlarda  yeni  materialların  tətbiqi  mümkün  olmuşdur. 
Rotorlarda  yeni  ferromaqnetik  materialların  tətbiqi 
maşınların 
keyfiyyətini  nəzərə  çarpacaq  dərəcədə  artırmışdır.  Dəqiq  hesablama 
üsulları, məhsuldar emal növləri və konstruksiya formalarının tətbiqi ilə 
bu  uğur  daha  da  artırılmışdır.  Konstruksiyada  aparılan  optimallaşdırma 
nəticəsində elektrik mühərriklərinin çəkisini təxminən 3,5 dəfə azaltmaq 
mümkün olmuşdur [2.104].     
 
Kütləvi istehsalda tətbiq olunan elektrik maşınları ilə bərabər, xüsusi 
texnologiyalar  üçün  də  mühərriklər  hazırlanmağa  başlayır.  Əsasən 
yayma  xətləri,  dağ-mədən  maşınları,  nəqliyyat  xətləri,  ventilyatorlar  və 
bir sıra sənaye maşınlarının hərəkətə gətirilməsi üçün müxtəlif güclərdə 
olan elektrik mühərrikləri istehsal edilirdi.  
 
Sonralar 
elektrik 
mühərriklərində 
dövrlər 
sayının 
pilləsiz 
dəyişdirilməsinə  imkan  verən  elektrik  vasitələrinin  (gücləndiricilərin) 
tətbiqi  sayəsində,  fərdi  ötürmələrin  istehsalatda  yayılmasını  daha  da 
sürətlənmişdir.  Nəticədə  elektrik  mühərriklərini  birbaşa  iş  maşınlarında 
quraşdırmaq  mümkün  olmuşdur.  Bu,    maşınların  kinematikasında 
sadələşmə  aparmaqla  və  ötürmə  bəndlərinin  sayını  azaltmaqla 
maşınların faydalı iş əmsalını artırmağa imkan vermişdir.           
 
Elektrik  enerjisinin  yayılması,  metal  hissələrin  hazırlanmasında 
qaynaq  texnologiyasını  vacib  bir  istehsal  üsuluna  çevirmişdir.  Qaynaq 
üsulu  ixtira  olunduğu  vaxtdan  maşınqayırmanın  bütün  sahələrində 
qaynaq  birləşməslərinə  rast  gəlinir.  30-cu  illərin  əvvəlində  qaynağın 
inkişaf  perspektivləri  prosesin  avtomatlaşdırılmasından  ibarət  idi.  Bu 
ərəfədə  bir  çox  dövlətlərdə  qövs

qaynaq  üsulunun  avtomatik  olaraq 
aparılması üçün üsullar işlənmişdir.  

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
417 
1936-cı  ildə  ABŞ-da  arqon  qazı  ilə  qaynaq  üsulu  ixtira  edilir.  Bu  üsul 
başqa  üsullardan  öz  yüksək  keyfiyyəti  və  ekoloji  cəhətdən  əlverişli 
olması  ilə  fərqlənirdi.  Qaynağın  aparılması  zamanı  verilən  qaynaq 
materialı  və  elektrik  cərəyanı  qaynaq  şəraitindən  asılı  olaraq    optimal 
tənzim oluna bilirdi.      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
418 
 
 a) Lövhə ütü, təxm. 1700 
 
 
 b) Kömür ütüsü, 1900 
 
 
 c) Elektrik ütü, 1920 
 
Şəkil 2.118. Ütülərin inkişafı.
 
Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin