16p11
Naməlum
Yüksək
22 q silinməsi
SHANK3
1%
Kövrək X xromosomu
FMR1
Kişilər arasında 25%,
Qadınlar arasında 6%
Rett sindromu
MECP2
0.5%
Fragile-x Xq27.3
FMR1
7-8%
Joubert sindromu
Xromosom 17p11 mövqeyi
Naməlum
ABŞ-in Yale, Harvard, Vaşinqton Universitetləri tərəfindən həyata keçirilən
üç ayrı araşdırmada
11
uşaqlarda bu xəstəliyin görülmə riskinin valideynlərin yaşı
artdıqca artdığı və xüsusilə 35 yaşından yuxarı atalar üçün bu riskin daha yüksək
olduğu ifadə edimişdir. Bu xəstəliklə bağlı araşdırmalarının dönüş nöqtəsi ola
biləcək üç araşdırmada de novo mutasiyalar olaraq bilinən və nadir rast gəlinən
genetik pozuntulara diqqət yetirilir. Valideynlərdə xəstəliyin əlamətinin
olmamasına baxmayaraq, uşaqları autizm xəstəsi olan cütlərin qanlarındakı
genetik materiallar analiz edildi.
11.
Otizm çalışmalarındaki son gelişmeler.(türkcə) http//www.e-psikiyatri.com//
14
Beləliklə, ana və atadan keçmiş genetik xüsusiyyətlərin araşdırılması
yerinə autizm xəstəliyinə səbəb ola biləcək ilk mutasiyaların araşdırılması
planlaşdırıldı.
De novo mutasiyalar irsi olmasada, hamiləliyin əvvəlində və ya hamiləlik
müddətində təbii olaraq ortaya çıxır.
İlk araşdırma Yale Universitetində genetik mühəndis və uşaq psixiatrı
Dr.Matthew Sate tərəfindən aparıldı. Tədqiqatlarda bir-biri ilə qohumluğu olmayan
autizm xəstəsi iki uşağın eyni genlərində de novo mutasiyalar aşkarlandı.
Ikinci tədqiqat Vaşinqton Universitetində Dr.Evan Eichler tərəfindən aparıldı.
Oxşar nəticə verən bu araşdırmadada eyni gendə genetik pozuntular təsbit edildi.
Üçüncu və bənzər araşdırma Harvard Unviversitetində Mark Daly və qrupu
tərəfindən reallaşdırıldı. Hər üç araşdırma autizm riskinin valideynlərin yaşının
irəlilədikcə artdığını göstərirdi. Kişilərdəki DNT-in qadınlara nisbətən genetik
pozuntuya səbəb olma ehtimalının dörd qat daha çox olduğu təsbit edilmişdir.
Autizm xəstəsi bir uşağa sahib olma riskinin 25 yaşındakı kişilərə nisbətən 35
yaşındakı kişilərdə artması, yaş faktorunun təsiri tətbiq edilmişdir.
ABŞ-ın Cold Spring Harbar Laboratoriyasında (CSHL) Amerikalı professor
Michael Wigler 2007-ci ildə autizm xəstəsi uşaqlarda 16-cı xromosom üzərindəki
bəzi genlərin kiçik bir hissəsinin “silindiyini” tədqiq etmişdir.
12
Bu hissə “16p11.2”
adı verilən gen bölməsindəki 27 genə təsir edir. Həmin lobaratoriyada professor
Aleo Mills və qrupu xromosom mühəndisliyi deyilən bir texnika ilə “autizm
xəstəsi” edilən siçanlarla bir model meydana getirdiklərini və ilk dəfə bu genlərin
daha az sayda surətinin genetik miras olaraq keçməsinin uşaqlardakı autizm
xəstəliyinə bənzər simptomlara yol açdığını göstərdi. İnsanlardakına uyğun bir
şəkildə gen qrupunun “silinməsinin” nəyə yol açdığını öyrənmək üçün 16p11.2
xromosom hissəsində eyni anomaliya yaratmaq məqsədi ilə siçanlarda edilən
genetik dəyişiklik klinik olaraq heyvanlarda autizm xəstəsi insanlardakına bənzər
davranışlara yol açdı. Tədqiqatçılar bu gen qruplarının alındığı siçanların normal
12.
Аутизм
:
генетические причины.http//www.medici.ru//news
15
siçanlardan tamamilə fərqli davranışlar göstərdiklərini ifadə edərək bu siçanlarda
autizm xəstəliyində görülən ətraf mühitə uyğunlaşmada çətinlik, yuxusuzluq və
təkrar hərəkətlər kimi davranışlar müşahidə edilmişdir.
Dünyanın böyük araşdırma proyekti olan Autizm Genom Layihəsi sayəsində
aparılan tədqiqatlar autizmlə bağlı genlərin təsnifatlaşdırılması və genetik testlərin
kompleks tətbiqi, autizm diaqnostika və müalicəsində mühüm vasitədir.
Autizm Genom Layihəsinə 11 ölkədən 50-dən çox elmi-tədqiqat mərkəzi
daxildir. Bu xəstəliklə bağlı genetik istiqamətdə araşdırmalar hələ də davam
etməkdədir. Əgər autizmə genetik faktorların səbəb olduğu sübut olunarsa,
uşaqların autizm sindromlu xəstə olaraq dünyaya gələcəyi ana bətnində olarkən
müəyyən ediləcək və müxtəlif dərmanlarla müalicəsi aparılacaq.
13
Autizmin yaranmasında ekoloji amillərin rolu. 80-ci illərdən etibarən ekoloji
zərərli maddələrin autizm üzərində olan təsirləri daha geniş araşdırılmağa
başlanılmışdır. Bu araşdırmalara görə autizmin genetik alt quruluşu olan
infeksiyalar, zəhərli kimyəvi maddələr, qidaların tərkibinə daxil olan zülalar və
peptitlər inkişaf pozuntularına gətirib çıxardan səbəblərdir.
Kaliforniyada aparılan bir araşdırmada
14
uşaqların ən az biri autizm diaqnozu
olmuş 200 əkiz uşaqlar tədqiqata cəlb edildi. Elmi olaraq autizmin tamamilə
genetik olduğu nəticəsinə gəlmək üçün tək yumurta əkizlərinin hər ikisində
autizmin inkişafı və ya inkişaf etməməsi lazımdır. Buradan yola çıxan tədqiqatçılar
4 il boyunca əkizləri izlədi və qiymətləndirmədə müasir, inkişaf etmiş üsullardan
faydalandı. Nəticələr ekoloji faktorların autizmə təsir etmədə genetik faktorlardan
daha güclü olduğunu müəyyən etdi. Genetik faktorların 37% , ekoloji faktorların
isə 55% nisbətində təsiri müəyyən olundu.
Autizmin yaranmasına ekoloji amillərə aşağıdakılar aid edilir:
1. Toksiki-kimyəvi maddələr
2.Ağır metallar
3.Viruslar və bakteriyalar
13.
Dr.Çetin Özbey.Otizm ve Otistik çocukların eğitimi. İnkilap Yayıncılık, İstanbul 2005.s28
14.
Prof.Dr.Ahmet Aydın,Uzm.Dr.Cem Kınacı.Otizme Çözm Var.Hayykitap,İstanbul2015.s18
16
4.Peyvəndlərə qarşı həssaslıq
Bu xəstəliyin sürətlə artması antibiotiklərin istifadəsinə başlanan zaman ilə üst-
üstə düşür. 1950-ci ildə ABŞ-da 200 ton olan antibiotik istehsalı 1990-cı ildə
20.000 tona çatmışdır, yəni təxminən 100 qat artmışdır. Bu gün tərkibi bilinməyən
təxminən 80.000 sintetik kimyəvi maddələr dünyada istifadə olunmaqdadır.
Həmçinin hər il 1500 yeni kimyəvi maddələr istehsal olunur. Bu gün
orqanizmdə 60 il əvvəl bilinməyən təxminən 400-500 kimyəvi maddələr
aşkarlanıb. Autizm sindromlu uşaqlarda bəzi minerallar, bəzi aminoasitlər lazımı
qədər olmur. Xəstələrin böyük qismində ağır metallarla zəhərlənmə müşahidə
olunur. Bu uşaqların 85%-indən çoxunda həzm sistemindəki sorulma patalogiyası
ilə əlaqədar qidalanma probleminə rast gəlinir.
1980-ci ildə bir çox araşdırmalarda
15
bu xəstəlikdən əziyyət çəkən uşaqların
sidik nümunələrində opioidə bənzər peptitlərə rat gəlinmişdir. Opioidlər insanda
davranış dəyişikliklərinə yol açan maddələrdir. Opioid proteinləri beyində və
bağırsaqlarda reseptorlara bağlanaraq davranış dəyişiklikləri, qəbizlik, şişkinlik və
ishala səbəb olur. Ağır metalların neyrotoksik yəni sinir sisteminə zərər verəcək
formada olması tibbə yaxşı məlumdur. Cədvəl 1.3-də ağır metal artıqlığının
orqanizmdə yaratdığı fəsadlar qeyd olur.
Cədvəl.1.3.
Metallar
Bu metal artıqlığının orqanizmdə yaratdığı fəsadlar
Qurğuşun(Pb) Allergiyalar, ümumi inkişaf pozuntuları əlamaətləri, koordinasiya
çətinliyi, qəbizlik, nitq geriliyi, baş ağrısı, hiperaktivlik, yuxusuzluq,
əzələ zəifliyi.
Kadmiyum
(Cd)
Şəkər miqdarında disbalans, qripə oxşar əlamətlər, inkişaf geriliyi,
hiperaktivlik, aqressiv davranışlar, öyrənmə çətinliyi, sümük əriməsi.
Arsen(As)
Anoreksiya, allergiyalar, qarında yandırıcı ağrılar, ishal, nəfəsdən
sarmısaq iyinin gəlməsi, əzələ ağrıları, spazmalar, gücsuzlük,
xoruldama, boğazda sıxılma hissi.
Alminiyum
(Al)
Anemiya, iştahsızlıq, davranış problemləri, qəbizlik, quru ağız,quru
dəri, halsızlıq, hiperaktivlik, hafizə zəifliyi, reaksiyaların olmaması,
17
Ağır metallar xüsusilə yağla zəngin orqan və toxumaları seçir. Beynin təxminən
60-70%-i yağla əhatə olunmuşdur. Buna görədə beyin və sinir sistemi ağır
metallardan daha çox zərər görür. Ağır metalların varlığını araşdırmaq üçün saç və
sidikdən alınan nümunələrin xüsusi üsulla müayinəsi lazımdır. Normal uşaqlardan
götürülmüş saç nümunələrindən normal miqdarda ağır metallara rast gəlinməsi
müəyyən olunmuşdur. Autizm sindromlu uşaqlarda isə bu miqdar ya çox aşağıdır
yada ağır metallara rast gəlinmir. Autizmli uşaqlarda aparılan araşdırmalarda bu
xəstələrin çoxunda A, B1, B3 və B5 vitaminləri, selenyum, sink və maqneziyum
aminoasitlər və omega-3 yağ asitləri əksisk olduğu müəyyən olunmuşdur.
(Bax: Cədvəl 1.4.)
16
Cədvəl 1.4.
Autizm sindromlu uşaqlarda ən çox rast gəlimən mineral missdir. Orqanizmdə
misin miqdarının yüksək olması davranış pozuntularına, hiperaktivlik, diqqət
əksikliyi və göbələk xəstəliklərinə yol açır. Sink və molibdenin miqdarını aşağı
salır. Əlavə olaraq yenidən qəbul olunması mövcud vəziyyəti daha da
çətinləşdirir.Sinkin miqdarının yüksək olması immum sistemi əksikliyi, nitq
geriliyi və diqqət əksikliyinə yol açır. Maqneziyum əksikliyi hiperaktivlik, əzələ
spazmaları və enurezə yol aça bilər. Vitamin B6 ilə birlikdə istifadəsi autizmdə
15.
Dr.Jerry Kattzinel.Tərcümə edən:Hande Ölçeroğlu.A-dan Z-ye Otizm Rehberi.Pegasus 2012
16.
Otizmin nedenleri.(türkcə) htpp://www.otizm-autism.tr//
Autizmli xəstələrdə görülən başlıca vitamin və mineral əksikliyi
C vitamini
K vitamini
B1 vitamini(tiamin)
Selenyum
B3 vitamini(niasin)
Magnezyum
B6 vitamini
Fol turşusu
B12 vitamini(metilkobalamin)
Sink
Biyotin
Lityum
A vitamini
Omega-3 yağ asitləri
D vitamini
Kalsiyum
18
müalicə edici təsirə malik olduğu güman edilir. Autizmli uşaqlarla aparılmış 18
tədqiqatda B6 vitaminin xüsusilə maqneziyum ilə birlikdə təsiri xəstələrin ən az
50%-ində müsbət təsirlər göstərmişdir.
Bir çox araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki,
17
peyvəndlərin
tərkibinə daxil olan thimerosal adlı civə və alüminiyum kimi metallar autizmə
səbəb olan faktorlardır. Thimerosal (metilcivə) peyvəndlərin tərkibinə daxil olan
qoruyuculardır, onların mikroba yoluxmasının qarşısını alır. Thimerosalın
(metilcivə) 49.6%-ni civə təşkil edir.
Kəskin civə zəhərlənməsi ölümə yol açarkən, xroniki civə zəhərlənməsi ürək-
damar xəstəlikləri, autizm, nitq pozuntusu, hiperaktivlik və.s xəstəliklərə səbəb
olur. Xroniki civə zəhərlənməsində rast gəlinən sensor, nevroloji, motor davranış
pozuntuları və biokimyəvi pozuntular autizm xəstələrindədə görülməkdədir. Civə
birləşmələrinin yağda ərimə xüsusiyyətləri çoxdur. Beyin və sinir sistemi
hüceyrələrinin böyük bir hissəsi yağlardan meydana gəldiyi üçün civədən daha çox
zərər görür. Civə xüsusilə membran quruluşundakı zülallara bağlanaraq hüceyrə
pərdələrinin funksiyalarını pozur və membran sərtləşərək hüceyrənin tez
yaşlanmasına səbəb olur. Araşdırmalar autistik uşaqların müəyyən bir hissəsində
qan və toxumalarda yüksək civə miqdarının olmasını göstərir. Lakin bu vəziyyət
hər autistik uşaq üçün keçərli deyil. Civəyə məruz qalan hər bir uşaqda autizmin
görülməməsi genetik, immunitet və qida faktorlarının təsiri ilə bağlıdır.
7 iyul 1999-cu ildə Amerika Pediatriya Təşkilatı (AAP) və Amerika Birləşmiş
Ştatları Xalq Sağlamlığı Təşkilatı (PHS) timerosalın (civə) peyvəndlərin
tərkibindən çıxarılmasına qərar verdilər. Lakin bəzi peyvəndlərin və müxtəlif
qidaların autizmə yol açdığı qeyd edilsədə elmi araşdırmalar bu fərziyyəni təkzib
etmişdir.
17
Autizmə sosial faktorların da səbəb olması fərziyyəsi irəli sürülür. Sosial
faktorların autizmə səbəb olmasına sübut olaraq, tək yumurta əkizlərindən biri
autist, digərinin sağlam olmasını göstərmək olar.
17.
Prof.Dr.A. Aydın, Uzm.Dr.Cem Kınacı. Otizme Çözm Var. Hayykitap, İstanbul 2015.səh271
203-207
19
Bəzi araşdırmalara görə beynin bəzi hissələrindəki struktur fərqlərinin autizmə
səbəb ola biləcəyini təsdiqləyir. Autizm xəstələrində beynin ön və yan
hissələrində qan axınında fərqlilik təyin olunmuşdur.
Autizdən əziyyət çəkən uşaqların baş beyni normal uşaqlarla müqayisədə 13%
daha böyükdür. Hamiləlik, prinatal və postnatal travmaların autizmə səbəb
olduğunu qeyd edən mütəxəssislərdə vardır. Genetik olaraq autizmə meyilliliyi
olan uşaqların doğum zamanı beyinə oksigen getməməsi və doğumdan sonra
yüngül beyin travması keçirməyin də autizmə yol açdığı vurğulanır. Lakin bütün
bu fərziyyələri sübut edəcək kifayət qədər məlumat yoxdur.
20
II FƏSİL. AUTİZMİN DİAQNOSTİKASI VƏ KORREKSİYA ÜSULLARI
2.1. Autizmin ümumi əlamətləri və diaqnostikası.
Autizm erkən yaş dövrlərindən başlayaraq sosial münasibətlər və ünsiyyət
sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir.
Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır, lakin
autizm diaqnozu üç yaşından etibarən qoyulur. Autizmin əlamətlərini müəyyən
etmək çətindir, çünki bu xəstəlikdən əziyyət çəkən hər bir uşaq özünəməxsus
əlamətlərə malikdir. Bu uşaqların əlamətləri yaş dövrlərinə görə aşağıdakı kimi
qruplaşdırılır:
19
Körpəlik dövrü. Autizm xəstəliyindən əziyyət çəkən uşaqların körpəlik
dövründəki fiziki inkşafı yaşıdlarından fərqli deyildir. Yuxu və qidalanma
problemlərinin görülməsinə baxmayaraq ümumi inkişafları normaldır. Bununla
yanaşı bu uşaqların 30%-ində 12-24 aylar arasında inkişaf geriliyi müşahidə olunur.
Hələ tam olaraq açıqlanmamış bu gerilik bəzi uşaqlarda ani bir şəkildə autizm
əlamətlərinin meydana çıxması ilə, bəzi uşaqlarda isə yüngül autizm əlamətlərinin
daha da ağırlaşması şəklində özünü büruzə verir. Autizm əlamətləri müşahidə
olunan körpələrdə iki tip davranış forması özünü göstərir. Bunlardan birincisi:
fasiləsiz ağlamaq, narahatlıq, yuxu pozuntuları və uyğun olmayan davranışlar
aiddir. Onlar adətən nadinc olaraq adlandırılan körpələrdir. İkinci qrupa daxil
olanlar isə sakit, dinc, bütün gününü yataqda keçirən körpələrdir. Ac olanda belə
ağlamamaları səbəbi ilə onlara baxmaq asan olsada anadan heç bir qayğı
görməmələri, ətrafına qarşı laqeyd olmaları valideynləri narahat edən
xüsusiyyətlərdir. Bir yaşın sonlarında onları qucaqlamaq istədikdə reaksiyasız
qalmaları, ətrafdakı səslərə, cisimlərə və insanlara qarşı maraqsız olmaları ailənin
diqqətini çəkməyə başlayır. Körpələrdə müşahidə olunan bu davranış valideynlərdə
uşaqların əqli geri olduğunu düşündürür. Bu əlamətlərə əlavə olaraq autizm
əlamətləri göstərən körpələrin göz qabağında itən əşyaları və istəklərini ifadə
etmək üçün işarə barmaqlarından istifadə etməmələri müşahidə olunmuşdur.
19.
A.Kandır.Gelişimde 3-6 yaş:çocuğum büyüyor. Morpa Kültür İstanbul 2003 s110,s43-46
21
Normal inkişaf dövrü keçən körpələr ilk üç ayından etibarən anasına baxar,
anası onunla danışarkən gülümsəyər, qucağa alınmaq üçün qollarını qaldırar,
insanlarla ünsiyyətə girməkdən xoşlanar. Lakin bu xəstəliyə düçar olmuş uşaqlarda
bu davranışlara əks olan davranışlar müşahidə olunur.
Məktəbəqədər dövr. 2-7 yaş arasında olan və autizm xəstəliyindən əziyyət
çəkən uşaqlar normal populyasiyaya nisbətən daha qısa boylu olmağa meyillidirlər.
Məktəbəqədər dövrdə bu uşaqlar aktiv dəyişikliklərə qarşı həddindən artıq tez
reaksiya verirlər. Xəstəliyin əlamətləri bu dövrdə daha da diqqətə çarpır. Oyun
qurmaqda, həmyaşıdları ilə əməkdaşlıq etməkdə yetərsizliklər olduğu nəzərə
çarpmaqdadır. Hərəkətləri təqlid etmək, kiçik motor bacarıqları tələb edən kəsmək,
yazı yazmaq bacarıqları məhdud dərəcədədir. Oyuncaqlarla məqsədli şəkildə
oynamağı bacarmırlar. Məsələn: oyuncaq maşını sürmək əvəzinə onu tərsinə
çevirib saatlarla təkərlərini fırlada bilərlər. Körpəlik dövründə müşahidə olunan
sosial yetərsizliklər, ətraf mühitə qarşı maraqsız olmaları bu dövrdə daha
nəzərəçarpan dərəcədə özünü büruzə verir. İnsanlarla göz kontaktı qurmamaları və
anlıq deyilə biləcək dərəcədə qısa baxışlardan sonra dərhal gözlərini qaçırmaları
diqqəti çəkir. Məktəbəqədər dövr uşaqların xəyali gücü və yaradıcılıqların ən
yüksək səviyyədə olduğu dövrdür. Lakin bu uşaqlarda xəyal gücünün yetərsizliyi
ilə bağlı olaraq yaradıcı və sosial oyunlar oynamaq bacarığının olmadığı müşahidə
edilir. 3-5 yaş dövrü autizm əlamətlərinin ən diqqətə çarpan dövrüdür. Buna görədə
autizm diaqnozunun qoyulması üçün bu dövr çox əhəmiyyətlidir.
Məktəb dövrü. Autizm xəstəliyinə düçar olmuş uşaqlar bu dövrdə məhdud
şəkildə olsada ətrafına və yaşıdlarına maraq göstərməyə başlaya bilər. Üç yaşında
bənzər xüsusiyyətlərə malik iki autizm sindromlu uşaqda məktəb dövrünə gəldikdə
fərqli xüsusiyyətlər müşahidə etmək olar. Belə ki, məktəb dövründə bu uşaqlardan
biri dili ünsiyyət vasitəsi kimi heç istifadə etmədiyi halda, digəri danışmağa
başlaya bilər. Lakin bu nitq məqsədli şəkildə olmaz və uşaqlar bu nitqdən istifadə
edərək ətrafdakı insanlarla sosial ünsiyyətə girməzlər. Onların nitqi məqsədsiz
şəkildə olar, əksər hallarda isə exolaliya şəklində təzahür edilir. Bu xəstəlikdən
əziyyət çəkən uşaqların əksəriyyəti şəxs əvəzliklərindən düzgün istifadə etmirlər,
22
onlar üçüncü şəxsin dilindən çıxış edirlər.
Yeniyetməlik dövrü. Bu uşaqlar yeniyetməlik dövrünü yaşıdları kimi keçirirlər.
Bu dövrün bəzi uşaqların inkişafına müsbət təsir etdiyi halda bəzi uşaqların
inkişafına mənfi təsir etdiyi müşahidə edilmişdir. Belə ki, bəzi uşaqlarda
ağırlaşmalar yəni, inkişafda gerilik müşahidə edilir. Bu geriləmə sosial
münasibətlərə təsir etməklə yanaşı, bəzi hallarda nitqin itməsi və akademik
bacarıqlarda nəzərəçarpan geriliklə təzahür edilir. Bəzi hallarda bu dövrdə
yeniyetmələr öz vəziyyətlərini dərk edirlər və bunun nəticəsində onlarda
depressiya halı müşahidə olunur. Yeniyetməlik dövründə fiziki cəhətdən güclənən
bu uşaqlar nisbətən aqressiv olurlar, istəklərini və ya onları narahat edən hər hansı
bir halı fiziki şiddət göstərməklə ifadə edirlər. Bu dövrdə qızların oğlanlara
nisbətən daha aqressiv olduğu müşahidə edilir. Həmçinin əks cinsə maraq göstərə
bilərlər, lakin bunu ifadə etmək tərzləri yaşıdlarından fərqlidir.
Yetkinlik dövrü. Autizm sindromlu insanların çox az bir qismi yetkinlik dövrünü
normal insanlar kimi keçirirlər. Əksər hissəsi isə ağır şəkildə həyatlarına davam
edirlər. Bu dövrdə autizm sindromlu insanların bəziləri özlərini ətraf mühitdən
izolyasiya edirlər. Bəziləri isə sosial fəaliyyətlərdə iştirak edə bilərlər. Lakin sosial
bərabərliyi şəxsi həyatlarında yaşaya bilməzlər. Yeniyetməlik dövründən etibarən
bu insanların bir peşəyə yönləndirilməsi və sosial həyata daxil edilməsi çox
vacibdir. Peşə fəaliyyəti autizm sindromundan əziyyət çəkən insanların rahat bir
yetkinlik dövrü keçirtmələrini asanlaşdırır.
Fiziki inkişafı və motorika bacarıqları. Autizmli uşaqların fiziki inkişaflarında
və xarici görnüşlərində hər hansı anormallıq görülməz, lakin motorika
bacarıqlarında normal uşaqlara nisbətən gecikmələr olur. Oturma, iməkləmə və
qaçma bacarıqlarını normadan gec qazanırlar. Sağlam körpə ətrafında gördüyü hər
şeyi ağzına salır, yerə vurur, qırmağa çalışır. Danışmağa başlamazdan əvvəl
ağlayaraq, mənasız səslər çıxararaq, gülərək danışmadan əvvəlki hazırlığı
tamamlayır. On ikinci aya qədər bir çox bacarıqlarını təqlid yolu ilə qazanır.
Beləliklə, həm böyük həm də kiçik əzələləri inkişaf edir. Lakin bu uşaqların
ətrafına olan marağı çox az olduğuna görə böyük əzələləri, əsasən isə kiçik
23
əzələləri lazimi inkişaf səviyyəsinə çatmır. Bu səbəblə autizm sindromu ilə
doğulan uşaqlar kifayət qədər bacarıqlı olmurlar. Yazı yazmaq, verilmiş sərhəddin
içini rəngləmək, qayçı ilə kağız kəsmək, ipə muncuq düzmək kimi kiçik motorika
qabiliyyətləri lazımi səviyyədə inkişaf etməz.
Qaçma, yerimə və topa vurmaq kimi böyük motorika bacarıqlarında sağlam
uşaqlar kimi davranırlar. Məsələn, ya çox cəld ya da çox yavaş qaçırlar, bəziləri
yüngül yana meyilli gəzdiyi halda, digərləri önə doğru əyilmiş vəziyyətdə gəzir.
Bəziləri həyatlarının ilk illərində, bəziləri isə həyatlarının sonuna kimi ayaqlarının
ucuna basaraq gəzir, lakin bu gəziş forması çox nadir hallarda təsadüf olunur. Bir
qismi gəzərkən və ya qaçarkən qollarını çarpaz qoymağı bacarmaz və yaxud gec
öyrənər. Uşaqların bir qismi tutarsız əzələ bacarıqlarına malikdir. Məsələn, çox
yaxşı qaçan və gəzən uşaq nərdivanlara yaxşı çıxa və tullana bilməz, gözəl yazı
yazan uşaq böyük muncuqları belə ipə düzə bilməz, əl qabiliyyətləri yaxşı olduqda
belə düzgün gəzə bilməz və s. Təkrarlayıcı davranışlara görə əzələlərin bir qismi
çox güclü olsada digər qismi zəif qala bilər.
Duyğular. Hər bir insanda eşitmə duyğuları hələ ana bətnində olarkən inkişaf
edir. Yüksək səsələrə qarşı əl, ayaq və qollarda hərəkətlilik olur, bir neçə dəfə
dinlənilən musiqi və ananın səsinə qarşı ürək döyüntülərində dəyişikliklər görünür.
Anadan olduqdan sonra anasının səsini digər səslərdən ayır edərkən, üçüncü və
dördüncü aydan etibarən motorika bacarıqları ilə bağlı səsin mənbəyinə yönəlirlər.
Lakin Autizm sindromuna malik uşaqlar səslərə qarşı adətən heç bir reaksiya
göstərmirlər, hətta səsləri eşitdikləri halda belə eşitmədikləri kimi davranırlar. Belə
ki, çağalıq dövründə səsə qarşı reaksiya vermədiklərinə görə valideynlər uşaqlarda
eşitmə probleminin olduğunu düşünürlər. Bu uşaqların səslərə reaksiyaları ünsiyyət
bacarıqları ilə eyni səviyyədədir. Ünsiyyət qurmağı bacaran uşaqlar səslərə qarşı
mənalı reaksiya verdiyi halda, ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar
reaksiyasız qalır və yaxud mənasız reaksiyalar verirlər. Bəzi uşaqlar əlindəki əşya
ilə ətrafdakı cisimlərə vuraraq çıxan səsi həzz ilə dinləyir. Uşaqların bir qismi isə
musiqiyə qarşı olduqca emosional yanaşır və musiqiyə qulaq asmaqdan böyük
həzz alır. Hətta ana və atasının qayğısından imtina edə bilər, sevilməkdən, qucağa
24
alınmaqdan və oxşanmaqdan xoşları gəlməz. Sosial mühitdə heç kimin olmadığı
kimi hərəkət edir və insanlara baxmaq ehtiyacı duymur. İnsanlara obyekt kimi
baxırlar. Tanımadığı insanlara qarşı maraqsız və ya qorxmuş kimi davrana bilərlər.
Göz təması yoxdur və yaxud çox zəifdir, baxışları isə donuqdur. Danışıqlara və
mimikalara reaksiya vermirlər. Valideynlərə bağlılıq yoxdur. İfrat sevinc, əsəbilik
və sıxıntı hisslərindən başqa duyğusuz üz ifadəsi vardır. Bir qisminin duyğu
orqanları ətraf mühitə qarşı həddindən artıq həssasdır. Məsələn: səs, işıq, qoxu və
taktil qıcıqlandırıcılara qarşı həddindən artıq həssasdır.
Bu xəstəlikdən əziyyət çəkən uşaqların bir çoxu hissiyat orqanları vasitəsi ilə
qəbul etdikləri məlumatları qəbul etməkdə və onları təhlil etməkdə çətinlik çəkirlər.
Eyni uşaq müxtəlif vaxtlarda eyni bir qıcığa qarşı hiper və ya hiporeaksiyalar verə
bilər .
20
(Bax:Cədvəl.2.1)
Dostları ilə paylaş: |