XƏZƏr universiteti humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix01.01.2017
ölçüsü1,24 Mb.
#4279
  1   2   3   4   5   6

 

 



 

     AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ                          



                                  XƏZƏR UNİVERSİTETİ 

 

          HUMANİTAR VƏ SOSİAL ELMLƏR FAKÜLTƏSİ 

İstiqamətin şifri və adı                                                      060209-Psixologiya 

İxtisaslaşmanın adı                                                            Klinik psixologiya 

                    Psixologiya  kafedrasının magistrantı  

                         Quliyeva Nuranə Etibar qızının 

 

                           Magistr dərəcəsi almaq üçün 

 

    AZƏRBAYCANDA  AUTİZM  PROBLEMİ  ƏLAMƏTLƏRİ  VƏ  

                            KORREKSİYA ÜSULLARI   

                                         mövzusunda 

                                  DİSSERTASİYA İŞİ 

                                                                  

 

                     Elmi rəhbər:  Fəlsəfə doktoru  Eldar Şahgəldiyev 

 

                                       

                                             Bakı-2016 

 

 



 

                                               MÜNDƏRİCAT 



GİRİŞ........................................................................................................................3        

I FƏSİL. AUTİZM  HAQQINDA  ÜMUMİ  MƏLUMAT.................................8 

1.1.Yaranma tarixi.....................................................................................................8 

1.2.Yaranma səbəbləri.............................................................................................11 

II FƏSİL. AUTİZMİN  DİAQNOSTİKASI   VƏ  KORREKSİYA ÜSULLARI 

.................................................................................................................................20 

2.1. Ümumi əlamətləri və diaqnostikası..................................................................20 

2.2. Autizmlə bağlı dünya  təcrübəsində aparılan korreksiya üsulları....................33 

2.3. Autizmə   məruz   qalmış    uşaqların   ailələrinin    keçirtdiyi    sosial-psixoloj  

mərhələlər və  aparılan maarifləndirmə işləri..........................................................39 

III FƏSİL. AZƏRBAYCANDA AUTİZM  PROBLEMİ..................................43 

3.1. Autizm səviyyəsi..............................................................................................43 

3.2. Autizm  xəstəliyinin  müayinə və müalicə  profilli müəsissələri....................44 

3.3. Autizmlə  bağlı  aparılan  korreksiyası  üsullarının Azərbaycan  

nümunələri...............................................................................................................46 

IVFƏSİL. AUTIZMİN  KLİNİKASI VƏ KORREKSİYASI...........................50 

4.1. Tədqiqatda istifadə olunan klinik material və metodlar...................................50 

4.1.1. Tədqiqatın iştirakçıları...................................................................................50 

4.1.2. Klinik tədqiqatda istifadə edilmiş metodikalar..............................................50 

4.1.3. Tədqiqatın strukturu......................................................................................51 

4.1.4. Tədqiqatın statistik təhlili..............................................................................52 

4.2. Klinik tədqiqatda istifadə edilən metodikalar və onların təhlili.......................52 

NƏTİCƏ.................................................................................................................68 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT..................................................................70 

ƏLAVƏLƏR..........................................................................................................73 

 

                                         


 

 



 

                                                        GİRİŞ 

      Mövzunun  aktuallığı.  Autizm  uşaqlarda  çoxsaylı  inkişaf  pozuntuları 

içərisində  ən  aktual  problemlərdən  biridir.  Bu  xəstəlik,  müxtəlif  səbəblərlə  bağlı 

olaraq  uşağın  ilk  üç  ili  ərzində  ünsiyyət  və  kiçik  motorika  bacarıqlarının 

çatışmazlığı  və  ya  qüsurlu  olmamasının  nəticəsi  kimi  təzahür  edən,  eləcə  də 

məhdud  maraq  və  təkrarlayıcı  davranışlarla  meydana  çıxan  kompleks  bir  inkişaf 

pozuntusudur.  Autizmli  uşaqların  ən  çox  diqqət  çəkən  xüsusiyyətləri  nitq 

qabiliyyətinin pozuntusu və ya qüsuru, daxilə qapanma, dəyişikliyə güclü reaksiya 

vermək,  eyniliyi  davam  etdirməyi  tələb  etmək,  zaman  və  məkan  qavrayışlarının 

olmaması, insanlarla sosial münasibətlərin zəifliyidir. Oğlanlarda qızlara nisbətən 

üç dəfə çox rast gəlinən autizm xəstəliyinin səbəbləri hələ dəqiq məlum deyildir. 

Aparılan araşdırmalarda müxtəlif səbəblər göstərilmişdir; əsasən, genetik faktorlar, 

genetik uyğunsuzluq, sosial faktorlar, psixoloji və sosiopsixoloji səbəblər, prinatal 

və postnatal travmalar, bəzi dağıdıcı viruslar və xəstəliklər olaraq sıralanır. 

        Statistika

1

 göstərir ki, dünya əhalisinin 1%-i bu xəstəlikdən əziyyət çəkir. Hal-



hazırda  “Amerika  Autizm  Dərnəyi”(The  Autism  Society)  araşdırmalarına  görə 

autizmin cəmiyyətdə yayılma nisbəti 1/500 nəfər, “İngiltərə Milli Autizm Dərnəyi” 

araşdırmalarına  görə  isə  bu  nisbət  1/110  nəfərdir.  Əslində  isə  autizm  sindromlu 

uşaqların sayı statistikalarda göstəriləndən daha artıqdır; belə ki, bir qədər fərqlidir, 

yəni  yüngül  autizm  sindromlarlı  ilə  müşahidə  olunan,  şəxsiyyətin  deformasiyası 

kimi ciddi sosial psixopedaqoji problemlər rəsmi stastistikada qeydə alınmayıbdır.

 

       Tədqiqatlar



2

  nəticəsində  müəyyən  olunmuşdur  ki, autizm  müalicə  olunmayan 

xəstəlikdir.  Buna  görə  də  autizmin  müalicəsi  anlayışı  bir  mənalı  qarşılanmır. 

“Autizmli İnsanların Ümumdünya Təşkilatı” belə hesab edir ki, autizmi “müalicə 

etmək” deyil, “dəyişmək” yaxud“normal vəziyətə” gətirmək, onları olduğu kimi 

qəbul etmək lazımdır. 

1.

Otizm-epidemiyolojisi.(türkcə) https://otizm.wordpress.com/tag/ 



2.

Б.Е.Микиртумов,  П.Ю.Завитаев.Аутизм:история  вопроса  и  современный  взгляд.  Санк-

Петербуг 2012, стр22 


 

 



 

      

Təxmini  statistikaya  görə

3

  Azərbaycanda    dörd    minə    yaxın    uşaq    autizm 



xəstəliyindən    əziyyət    çəkir.  İnsanlar    yetərincə    məlumatlı    olmadığından   

autizmli  uşaqlarla  necə  davranılacağını  bilmirlər.  Azərbaycanda  bu  xəstəlikdən 

əziyyət  çəkən  şəxslərin  əksəriyyətinin  ailəsi  aztəminatlı  olduğundan  onlar  ciddi 

problemlərlə  üzləşirlər.  Cəmiyyətin  autizmi  tanımaması  səbəbindən  bu  uşaqlar 

ümumi nəqliyyatda, ictimai yerlərdə tez-tez ətrafdakıların qınağı ilə üzləşirlər. 

     Azərbaycanda autizmli uşaqların və onların ailələrinin əsas problemlərindən biri 

də bu xəstəlikdən əziyyət çəkənlərə təlim keçəcək peşəkar kadırların olmamasıdır. 

Bu səbəbdəndə həyata keçirilən təlimlərdə yaxşı nəticələr alınmır. 

      Tədqiqat 

mövzusunun  işlənilmə  səviyyəsi.  Sosial  və  ünsiyyət 

qabiliyyətlərinin  yaranmasına  təsir  edən  ümumi  inkişaf  problemi  olan  autizmin 

müalicəsi  üçün  istifadə  olunan  korreksiya  üsulları  son  illər  böyük  maraq 

doğurmuşdur.  Autizm  Spektr  Pozuntusu  dünyanın  istənilən  ölkəsində,  hər  iki 

cinsin nümayəndələrində, sosial və etnik qruplara mənsubiyyətdən asılı olmayaraq 

meydana  çıxır,  xəstələrin  özlərini  və  ailələrini  böyük  problemlərlə  qarşılaşdırır. 

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bu xəstəliyin yaratdığı 

fəsadları  korreksiya  etmək  aktual  məsələlərdəndir.  Müxtəlif  ölkələrdə  xəstəliyin 

klinik  mənzərəsini  yaxşılaşdıran  amillərin  araşdırılması  ilə  bağlı  tədqiqatlar 

aparılmışdır.  Autizmin  korreksiyası  ilə  bağlı  müxtəlif  kooreksiya  üsullarından, 

terapiyalardan  istifadə  olunur.  Müxtəlif    ölkələrdə  aparılmış  araşdırmalar  

nəticəsində    müəyyən  olunmuşdur  ki,  ABA  (Applied  Behavioral  Analysis) 

davranış  terapiyası  və  PECS(Picture  Exchange  Communication  System)  terapiya 

üsulu  autist  uşaqların  müalicəsində  öz  müsbət  təsirlərini    göstərmişdir. 

Terapiyaların  əsası  elmi  araşdırmalara  söykənir. 

      ABŞ-da  ilk  dəfə  olaraq  Dr.İvar  Lovass  və  həmkarları  19  autist  uşaqlarla 

həftədə  40  saat  olmaqla  həm  ev  həm  də  məktəb  mühitində  davranış  terapiyası 

tətbiq etmişdirlər. Digər bir qrupda isə 21 uşaq olmaqla həftədə 10 saat müalicəyə 

vaxt   ayırırlar.   Hər  iki   qrupdakı   uşaqların  stereotip  bacarıqları,   nitqi, inkişaf  

3.

Azərbaycan  Respublikası“Autizm”Defektoloji  və  Psixoloji  Yardım  Mərkəzi  İctimai  Birliyi. 



http//www.autizm.az 

 

 



 

səviyyəsi   və  oyun   bacarıqları   eyni   səviyyədədir.  Alınan    nəticələrə    əsasən  

Birinci  qrupdakı  19  uşaqdan  9-u(47%)  normal  məktəblərə  gedirlər  və  İQ 

səviyyələrində irəliləyiş müşahidə olunur ( İQ= 94-120). 8 uşaq (42%) birinci sinfi 

bitirir,  nitqdə  ləngimə  və  orta  dərəcədə  İQ  səviyyəsinə  malik  əqli  geri  uşaqlarla 

olan qrupda yer alır. Digər iki uşaqda isə inkişaf müşahidə olunmur. İkinci kontrol 

qrupda  isə  yalnız  bir  uşaq  ibtidai  məktəbi  bitirir  və  normal  İQ  səviyyəsi  göstərir. 

Hər  iki  qrupda  yer  alan  və  müalicə  nəticəsində  normal  funksiya  göstərən  uşaqlar 

13  yaşlarında  təkrar  müşahidələr  zamanı  qazandıqları  dəyərləri  qoruduqları 

müşahidə edilmişdir.

4

 

      PECS  (Picture  Exchange  Communication  System)  terapiya  üsulu  Amerikalı 



psixoloq    Andy  Bondy  və  Lori  Forst  tərəfindən  inkişaf  etdirilib.  A.Bondy  və 

L.Forst 1994-cü ildə apardıqlarda bir tədqiqata əsasən 5 yaş arası uşaqlarda 1 ildən 

artıq  PECS  terapiyası  tətbiq  edilmişdir.  Bu  uşaqların  59%-ində  müstəqil  nitq 

qabiliyyətləri  inkişaf  etdirilmişdir.  Uşaqların  30%-ində  isə  PECS  terapiya  ilə 

birlikdə  danışmağı  təmin  etmiş,  11%-ində    isə    danışma    olmadan    PECS 

terapiyaya   davam  etmişdir.

 

      Schwartz və tərəfdaşları 1998-ci ildə 11 uşaqla apardıqları tədqiqatda 6 uşaqda 



(55%)  bir  illik  PECS  üsulu  ilə  müstəqil  nitq  qabiliyyətləri  aşkarlanmışdır. 

      Kravits və tərəfdaşları 2002-ci ildə 6 yaşlı autist uşaqda PECS istifadə edərək 

apardığı  tədqiqatda  sosial  ünsiyyətdə  və  söz  ehtiyatında  irəliləyiş,  davranış 

qabiliyyətlərində isə  müsbət dəyişikliklər müşahidə etmişdir.

       Amerika Birləşmiş Ştatlarının Autizm Layihəsinin tədqiqatlarına əsasən PECS 



sistemi  ilə  bir  ildən  çox  təhsil  görən  uşaqların  76%-ində  ünsiyyət  bacarıqlarının 

inkişafı müşahidə olunub. 

      Bu  kooreksiya  üsulları  Azərbaycanda  autizm  müəsissələrində  tətbiq 

olunmaqdadır.  Azərbaycanda  autizm  aktual  olmasına  baxmayaraq,  geniş 

araşdırılmamışdır. Bu terapiyaların  tətbiqinin nəticələri öyrənilməmişdir. 

4. 


Роберт Шрамм. Детский аутизм и АBA, Рама паблишинг 2007,стр 31.

  

5.



Tohum  Otizim  Vakfı.  Otizmde  Eğitim,  Terapi  ve  Tedavi  Yöntemleri  2003,  Otizimle  ilgili 

araşdırmalar.

 


 

 



 

      Tədqiqatın  obyekti.  Tədqiqatda    76    autist    uşaq    və    onların  valideynləri 

iştirak etmişdir. Əsas qrup kimi 36 nəfər (16 qiz, 20 oğlan) hansı ki, bir il və bir 

ildən  artıqdır  terapiya  olunur.  Kontrol  qrup  kimi  isə  40  nəfər  (18  qız,  22  oğlan)  

hansı ki, bir aya yaxındır  psixoloji  mərkəzlərə  müraciət  etmişdirlər. 

      Tədqiqata cəlb  olunanalar  Müasir  Psixologiya  Mərkəzi və  Loqos Psixoloji 

və Nitq  İnkişaf   Mərkəzinə  müraciət  edən  xəstələrdən  ibarətdir.  Araşdırmaya  

cəlb  olunanlar    2-4  yaş  arası  uşaqlardır.  Hər  bir  uşağın  valideyininə  tədqiqatın 

məqsədi  haqqında  informasiya  verilmiş  və  onların  tədqiqatın  istənilən 

mərhələsində iştirak etməkdən imtina etmək imkanlarının olduğu izah edilmişdir. 

     Tədqiqatın  predmeti.  Autizm  Spektr  Pozuntusundan  əziyyət  çəkən  uşaqlarda 

ABA və PECS korreksiya üsullarının tədqiqini müəyyənləşdirmək. 

    Tədqiqatın fərziyyəsi.  

1. Uşaq autizmi ilə korreksiya üsulları arasında korreliativ əlaqə vardır. 

2. ABA və PECS korreksiya üsulları ilə 1 il və daha artıq müalicə alan uşaqlarda 

proqress müşahidə olunur. 

3.  ABA  və  PECS  korreksiya  üsulları  autizmə  düçar  olmuş  uşaqların  sosial 

münasibətlər, nitq bacarıqları və göz kontaktının qazanılmasında  müsbət nəticələr 

göstərir. 

    Tədqiqatın  məqsədi.  Tədqiqat  işinin  başlıca  məqsədi  Autizm  Spektr 

Pozuntusundan  əziyyət  çəkən  uşaqlarda  ABA  və  PECS  korreksiya  üsullarının 

təsirini müəyyənləşdirməkdir. 

    Tədqiqatın  vəzifələri.  Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  aşağıda  qeyd 

olunan vəzifələrin həlli vacib bilinmişdir: 

1. 1 il və daha artıq müddətdə ABA və PECS korreksiya üsulları ilə müalicə alan 

uşaqlarda ümumi göstəriciləri müəyyən etmək. 

2. 1 ay və daha az müddətdə  ABA və PECS korreksiya üsulları ilə müalicə alan 

uşaqlarda ümumi göstəriciləri müəyyən etmək. 

3. Alınmış nəticələrin müqayisəli və riyazi-statistik təhlili. 

    Tədqiqatın gesişində istifadə olunan metodikalar. Tədqiqatda 2 metodikadan 

istifadə olunub: 



 

 



 

1.CHAT (Checklist For Autism  İn  Toddlers)- Uşaqlarda  Autizm  üçün  Yoxlama 

Siyahsı. 

2. CARS (Childhood Autism  Rating   Scale)-  Uşaqlarda  Autizm  Reytinq Şkalası. 

    Tədqiqatın  elmi  əhəmiyyəti.  Apardığımız    tədqiqat  işinin  elmi  əhəmiyyəti  

böyükdür. Tədqiqat hal-hazırda geniş yayılmış autizm xəstəliyində istifadə olunan 

korreksiya  üsullarının  təsirini  müəyyənləşdirməkdə  və  gələcəkdə  bu  istiqamətdə 

aparılacaq tədqiqat işləri üçün zəmin rolunu oynayır. 



    Tədqiqatın  elmi  yeniliyi.  Tədqiqatın  elmi  yeniliyi  ondan  ibarətdir  ki, 

Azərbaycanda  ilk  dəfə  olaraq  autizm  xəstəliyindən  əziyyət  çəkən  uşaqların 

müalicəsində istifadə olunan korreksiya üsullarının  nəticələrini araşdırmaqdır. 

     Dissertasiya  işinin  quruluşu.  Dissertasiya  işi  giriş,  4  fəsil,  eləcə  də 

yarımfəsillər daxil olmaqla, nəticə, ədəbiyyat  siyahısı  və  əlavələrdən ibarətdir. 

 

     


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

                    I FƏSİL. AUTİZM HAQQINDA ÜMUMİ MƏLUMAT 

   1.1.Yaranma tarixi 

   Bu xəstəliyin tarix boyu mövcud olduğunu sübut edən bir çox məlumatlara rast 

gəlinmişdir. İlk mənbələrə əsasən 100 illər əvvəl hekayə, nağıl və əfsanələrdə bəzi 

insanların  davranış  xüsusiyyətlərinin  autizmə  çox  bənzəməyinə  əsasən  müəyyən 

edilimişdir. Alimlər heyvan mağaralarında tapılan və danışmayan vəhşi uşaqların 

var olma səbəblərini daim izah edilməyə çalışmışlar. Bu uşaqların xüsusiyyətlərini 

izah edərkən, adətən, autizmə düçar olmuş uşaqların xüsusiyyətlərindən danışılır.  

   Autizm nəzəriyyəsinə əsasən aşağıdakı mərhələlər daxildir:

  1.  Donozoloji  mərhələ-XIX  əsrin  sonu  XX  əsrin  əvvəlində  uşaqların  təkliyə 



meyilliyi.  Kiçik  yaşlı  uşaqlarda  ağır  psixi  pozuntular  psixiatr  N.Maudsley 

tərəfindən  “psixoz”  kimi  qiymətləndirilmişdir.  Həmçinin  Nürnberq  çərçivəsində 

aparılmış tədqiqat zamanı 1816-1828-ci illər arasında Kasper Hauser adlı bir uşaq 

dörd yaşından etibarən qaranlıq bir otağa salınmış və ətraf insanlarla  görüşməyinə 

icazə verilməmişdir. Kasper  Hauserin də autizm xəstəsi olduğu iddia edilirdi.     

  2.  Kannerəqədərki mərhələ-XX  əsrin  20-40-cı  illərini  əhatə  edir. Aşkar olunan 

inkişaf  pozuntuları  “şizofreniya”  adı  ilə  adlandırılmışdır.  E.Bluer  1920-ci  ildə 

“Autizm”  terminini  elmə  daxil  etmişdir  (yunanca  “autos”-öz  deməkdir).  E.Bluer 

psixopatiyada qəribə davranış və təfəkkürlərinə görə pasientləri qruplara ayırmışdır. 

E.Bluer əvvəlki tədqiqatlarında autizm sindromunu qapalı uşaqlara aid edirdisə son 

tədqiqatlarında bu uşaqları “aktiv amma qəribə” kimi qiymətləndirmişdir. 

  3.L.Kanner  mərhələsi-XX  əsrin  1943-1970-ci  illərini  əhatə  edir.  Autizm  

nəzəriyyəsinin    işlənilməsi,  autistik  pozuntunun    klinik,  psixoloji  variantlarının 

öyrənilməsi. Autizm  ilk dəfə  Amerika  psixiatrı  Leo Kanner tərəfindən 1943-cü 

ildə  təyin  olunub.  Leo  Kanner  11  uşaqda  gördüyü  oxşar  xüsusiyyətləri  müəyyən 

edərək “Erkən Uşaqlıq Autizmi” (Early İnfantile Autism) adını vermişdir. 1944-cü 

ildə    isə   Avstriyalı   psixiatr   Hans   Asperger    daha  böyük   yaşdakı   uşaq   və  

6.

Е.С.Иванов,Л.Н.Демьянчук,  Р.В.Демьянчук.Детский  Аутизм:диагностика  и  коррекция. 



Санк-Петербург-2004,стр 8-15.

 


 

 



 

 yeniyetmələrdən    ibarət   bir    qrupda    gördüyü    bəzi   davranış    pozuntularını 

“Autist Psixopatiya” olaraq qeyd etmişdir. Hans  Asperger  bu  izahını   müharibə   

illərində    və      alman    dilində      verdiyinə    görə  beynəlxalq  miqyasda  geniş 

tanınmamışdır.  Daha  sonra  aparılan  araşdırmalarda  Kanner  və  Aspergerin    eyni  

xəstəlikləri    müəyyən    etdikləri    ortaya    çıxmışdır.  Kanner    və    Asperger 

sindromlarının fərqli xüsusiyyətləri cədvəldə qeyd edilmişdir.

7

 (Bax:Cədvəl1.1) 



                                                                                                                    Cədvəl  1.1. 

Kateqoriya 

Asperger-sindromu 

Kanner-sindromu 

Xəstəliyin başlandığı dövr 

 

 2-3 yaş 



Həyatının ilk aylarından,  

3 yaşa qədər 

Ünsiyyət qurmaq bacarığı 

Ətrafdakı  insanlar narahat edici  

fərdlər  olaraq qavranılır və göz 

təmasından qaçılır. 

Ətrafda  olan  insanları  

görmədiyini bildirir. Göz 

təması mümkündür, amma  

bu çox qısa müddətlidir. 

Cinsiyyət 

Uşaqların hamısı demək olar  

ki oğladır(8:1) 

Həm qız, həm də oğlan  

uşaqlarında müşahidə edilir, 

lakin, oğlanlar çoxluq təşkil 

edir.(3:1) 

Dil 


Uşaq çox vaxt danışmağa tez 

başlayır və mükəmməl danışıq 

qabilliyətin sahib olur. Gəzməyə 

başlamamışdan əvvəl danışmağı 

 öyrənir. 

Nitq  bacarığı  adətən  gec  üzə 

çıxır.Danışmağa  başlamazdan 

əvvəl gəzməyi öyrənir. 

Motorika bacarıqları 

Motorika bacarıqlarında 

zəifliyə rast gəlinir. 

Motorikanın inkişafında hər  

hansı anomaliya müşahidə  

olunmur. 

Zəka 

Norma ilə normadan artıq əqli 



inkişaf səviyyəsi, mükəmməllik  

səviyyəsində xüsusi qabiliyyət, 

mücərrəd düşünmə qabiliyyəti 

və simvolların qavrama dərəcəsi 

normadan yüksək. 

Əksər  hallarda   qismən  və 

ümumi axsaqlıqlar, mücərrəd 

düşünmə    və   simvolları 

anlama səviyyəsi normadan 

aşağı.  


 

10 

 

 



 

Ailə xüsusiyyətləri 

Autizmə   meyilli   olan    

 intellektual   ata 

Autizmə   meyilli   olan  

intellektual  ata  və  ana 

Ehtimal  

Yetkinlik dövrünə qədər 

Gənclik və yetkinlik dövrü 

 

     L.Kanner  autizmdə  genetik  faktorların  rol  oynadığını  düşünsədə  autizmi 



psixoanaltik  nəzəriyyələrlə  açıqlamağa  çalışmışdır.  Kannerə  görə  bu  uşaqlarda 

görülən  xəstəlik  mənzərəsi  soyuq,  diqqətsiz,  mükəmməliyyətçi  və  tələbkar 

valideynlərdən  qaynaqlanır.  Kannerin  tədqiqat  apardığı  uşaqların  valideynləri 

universitet  bitirmiş  ixtisaslı  mütəxəssislər  idi.  Bu  uşaqlar  normal  zehni  inkşafa 

sahibdirlər,  lakin  valideyn  sevgisizliyinə  görə  duyğusal  sferalarında  pozuntular 

meydana çıxır. Kanner beyində fiziki bir patalogiyanın olduğuna inanırdı.

8

 

     Lakin 60-cı illərdən başlayaraq autizmə səbəb kimi genetik faktorlar qeyd edildi. 



1967-ci  ildə  isə  Autizm  Araşdırma  İnsitutu  (Autism  Research  İntitute-ARİ) 

quruldu.  Universitetin  başında  isə  autizm  dünyasının  əfsanəvi  ismi  Dr.Bernard 

Rimland  dururdu.  ARİ  40  ildən  çox  bir  müddət  autizmin  biotibbi  müalicəsi  ilə 

bağlı araşdırmalar aparmışdır. ARİ və digər autizm araşdırma qrumları genetikanın 

autizmdəki rolunu qəbul etsələrdə, əsas səbəb kimi toksiki kimyəvi maddələr, ətraf 

mühit  faktorlarının  olduğunu  vurğulamağa  başladılar.  80-ci  illərdən  etibarən 

biotibbi müalicələr haqqında yüzlərlə araşdırmalar aparıldı. Bu araşdırmalara görə 

autizmin genetikası olan infeksiyalar, toksiki kimyəvi maddələr, qidalara daxil olan 

protein  və  peptitlər  inkişaf  pozuntularına  yol  açan  səbəblərdir.  1992-ci  ildən 

etibarən  Amerika  Psixiatriya  Dərnəyi  autizmlə  bağlı  diaqnostik  meyarlar  təqdim 

etmişdir.  Autizm  termini  müəyyən  zaman  içində  Autizm  Spektr  Pozuntusu 

(Autism Spectrum Disorders) termini ilə əvəzlənmişdir. ARİ 1995-ci ildə autizmlə 

bağlı  daha  önəmli  bir  addım  atmışdır.  Autizmin  səbəbləri  və  müalicəsi  ilə  bağlı 

araşdırmaların  müzakirə  olunduğu   simpozyum  keçirildi. Bu simpozyuma  DAN 

Konferansı ( Defeat  Autism Now-Autizmə İndi Qalib Gəl) adı verildi. 

7 . 


Dr.Çetin Özbey.Otizm ve Otistik çocukların eğitimi.İnkilap Yayıncılık,İstanbul2005.s14 

8.

Prof.Dr.Ahmet Aydın,Uzm.Dr.Cem Kınacı.Otizme Çözm Var.Hayykitap,İstanbul2015.s11 



11 

 

 



 

Konferansı  (  Defeat    Autism  Now-Autizmə  İndi  Qalib  Gəl)  adı  verildi.  Həmin 

tarixdən  etibarən   hər  il  bu   konferans  keçirilməkdədir.  Konferansda   belə   bir 

nəticəyə   gəlinib  ki,  bu  uşaqların  sağalma  potensiallarını  artırmaq üçün xüsusi 

 

təhsillə  yanaşı  biotibbi  müdaxilələrdə  şərtdir. 



      1.2.Yaranma səbəbləri 

      Sosial, maddi səviyyələri yüksək  olan,  sevgi,  qayğı  və  yaxın  münasibətlərin  

olmadığı  ailələrdə  bu  xəstəlikdən  əziyyət  çəkən  uşaqlara  daha  çox  rast  gəlindiyi 

söylənilir. İlk əvvəl bu xəstəliyə səbəb olaraq valideynlərin uşaqlara olan qayğı və 

sevgi  hisslərinin  yetərsizliyi  göstərilirdi.  Bu  fərziyyəni  müdafiə  edənlərdən  biri 

Bettelhimdir. O uzun illər autizmlə bağlı araşdırmalar aparmışdır. Sonradan geniş 

miqyasda  aparılan  araşdırmalar  autizmin  valideyn  və  uşaq  münasibətlərindən 

qaynaqlanmadığını, sosial,  maddi səviyyə ilə bağlı olmadan  hər irqdə hər sinifdə 

ortaya çıxdığını sübut edilmişdir. Bu xəstəliyin yaranmasına  nəyin yol açdığı hələ 

dəqiq  olaraq  müəyyən  edilməmişdir.  Aparılan  araşdırmalarda  müxtəlif  səbəblər 

göstərilmişdir;  əsasən,  genetik  faktorlar,  genetik  uyğunsuzluq,  sosial  faktorlar, 

psixoloji  və  sosiopsixoloji  səbəblər,  prinatal  və  postnatal  travmalar,  bəzi  dağıdıcı 

viruslar və xəstəliklər olaraq sıralanır.  

     Kanner  ilk  zamanlarda  autizmə  səbəb  olaraq  valideyn-uşaq  münasibətlərində 

meydana gələn axsaqlıqları göstərirdi. 1970-ci illərdə isə uşağın genetik uyğunluğu 

ilə  ailənin  neqativ  tərbiyə  anlayışının  birləşməsi  nəticəsində  autizmin  ortaya 

çıxdığını bildirmişdilər.              

      Autizmdə  genetik  faktorların  rolu.  Son  zamanlarda  bu  xəstəliyə  genetik 

faktorların  yol  açdığına  və  araşdırmaların  bu  istiqamətdə  aparılmasına  üstünlük 

verilir, lakin bu yanaşmanı qəbul etməyən elm adamlarının sayı olduqca çoxdur.  

      Tədqiqatlar nəticəsində

9

 müəyyən olunmuşdur ki, tək yumurta əkizləri genetik 



baxımdan  bir-biri  ilə  eynidir.  Əgər  tək  yumurta  əkizlərinin  biri  bu  xəstəlikdən 

əziyyət   çəkirsə,  digər  əkiz  uşağın autizm olma ehtimalı 35-70% arasındadır. Cüt 

yumurta   əkizlərində   isə  bu  nisbət  0-23%  arasındadır.  Uşaqlardan  biri  autizm 

9. 


Dr.Çetin Özbey.Otizm ve Otiatik çocukların eğitimi. İnkilap Yayıncılık, İstanbul 2005.s22 

12 

 

 



 

xəstəsi  olarsa,  sonra  doğulan  uşağın  autizm  olma  ehtimalı  5-15%  arasındadır. 

Həmçinin  bu  xəstəliyə  düçar  olmuş  uşaqların 15%-ində ailə keçmişində autizmə 

xas xüsusiyyətlərə malik olduğu müyyən edilmişdir. 

     Tək  yumurta  əkizlərində  cüt  yumurta  əkizlərinə  nisbətən  daha  çox  rast 

gəlinməsi, ikinci uşağın autizm olma ehtimalının yüksək olması və ailə keçmişində 

autist fərdlərin olması, autizmin  genetik  səbəblərindən  qaynaqlanan  bir   pozuntu   

olduğu   fərziyyəsini  dəstəkləyir. 

      Bu  xəstəliyə  bir    neçə    genin    səbəb    olduğu    fərz    olunsada,  bu  genlər 

tapılmamışdır.  Autizm  xəstəliyindən  əziyyət  çəkən  uşaqların  çoxunda  artıq 

miqdadarda  tək-gen  polimorfizmləri  vardır.  Tək-gen  polimorfizmlərində  

talasemiya  xəstəliyində  olduğu  kimi,  genlərdə  hər  hansı  bir  əksiklik  və  ya 

fundamental çatışmazlıq yoxdur, lakin genin keyfiyyəti aşağıdır və öz funksiyasını 

yerinə  yetirə  bilmir.  Ətraf  mühit  amilləri  (ağır  metallar, antibiotiklər, infeksiyalar 

və.s) və vitamin çatışmazlığı olduqda bu genlərin funksiyaları daha da pozulur.  

     Ümumi olaraq autizmlə bağlı genetik dəyişikliklər 3 qrup altında araşdırılır:

10 

1.

 



Sitogenetik  araşdırmalarla  müəyyən  olunana  müxtəlif  xromosom 

anomaliyaları ( 5%). 

2.

 

Genotipdə olan bəzi kopya say dəyişikləri ( 10-20%). 



3.

 

Klinik  əlamətlər  daxilində  autizm  tapıntılarının  yer  aldığı  və  tək  gen 



mutasiyalarına səbəb olan genetik sindromlar (5%). 

Autizm  xəstələrinin  təxminən  5%-ində  yüksək  keyfiyyətli  sitogenetik  təhlillər 

nəticəsində  xromosom  anomaliyaları  müəyyən  olunmuşdur.  Bu  günə  qədər 

aparılan  tədqiqatlarda  autizmə  bir  gen  anomaliyasının  səbəb  olmadığı  müəyyən 

olunmuşdur.  Bu  da  autizmin  kompleks  bir  genetik  xəstəlik  olduğunu  sübut  edir. 

Autizmlə bağlı bir neçə xromosom hissələri və genləri tapılmışdır. Əsas xromosom 

hissələri  “2q,  7q  və  17q”  olaraq  bilinməkdədir.  Xüsusilə  autizmlə  əlaqəli  olduğu 

bilinən genlərin siyahısı və nisbəti cədvəldə qeyd olunmuşdur (Bax:Cədvəl 1.2) 

Autizmli xəstələrin 10%-ində NRXN1, NLGN3/NLGN4, SHANK3 kimi  genlərdə  

mutasiyalar    və   ya   nadir   dəyişikliklər    15q11-q13   və   16p11.2   xromosom 

10.

 Прогресс в генетике аутизма: на пороге новой нейробиологии.https//www.aspergers.ru//                                                                                                    



13 

 

 



 

anomaliyaları  müəyyən  olunub.  Həmçinin  autizmlə  əlaqəli  olan  Rett  sindromu, 

Fragile-x  sindromu,   Angelman    sindromlarına  səbəb    kimi    gen   mutasiyaları 

göstərilir. 

      Autizm  sindromlu  uşaqlarda  müşahidə  olunan  xromosom  anomaliyası 

Angelman  sindromuna  aid  kritik  hissənin  15q11-q13  dublikasiyasıdır.  Bu 

xromosom  anomaliyanı    daşıyan    autizm  xəstələrində  mental    gərginlik    və 

epilepsiya  müşahidə olunur. 

                                                                                                                   Cədvəl  1.2. 

                              Autizmlə  əlaqali olduğu bilinən genlərin siyahsı 

Sindromlar 

 Autizm   sindromu ilə 

 bağlı olan genlər 

Autizm     sindromlu 

 xəstələrin   nisbəti 

Angelman 

Sindromu (15q dublikasiyası) 

                UBE3A 

              >40% 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin