Xəbər bülleteni №16

Yüklə 0.61 Mb.
səhifə1/27
tarix03.02.2017
ölçüsü0.61 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27
Xəbər bülleteni № 16

http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Dekabr 2015

Hakimlər qarşısında sərt tələblər qoyuldu

01.12.2015

Şəki Məhkəmə Kompleksində Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə regional müşavirə keçirilib. Transparency.az Ədliyyə Nazirliyinin 30 noyabr məlumatına istinadla bildirir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri, Ali Məhkəmənin, Şəki, Şirvan, Gəncə apellyasiya məhkəmələrinin, birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, ədliyyə işçiləri, vəkillər, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məruzə ilə çıxış edərək dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarını diqqətə çatdırıb, problem və nöqsanları, xüsusilə korrupsiyaya şərait yaradan pozuntuları, süründürməçiliyi qətiyyətlə aradan qaldırmağın zəruri olduğunu vurğulayıb, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyini bildirib.

İclasda ayrı-ayrı hakimlərin nöqsan və çatışmazlıqları diqqətə çatdırılaraq belə halların qətiyyətlə aradan qaldırılmasının vacibliyi,  habelə işində dönüş yarada bilməyən hakimlərin fəaliyyəti qiymətləndirilməklə prinsipial tədbirlərin görüləcəyi qeyd olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasınin, şəffaflığın artırılmasının, məhkəmə təcrübəsinə dönmədən əməl olunmasının vacibliyini qeyd edib, məhkəmələrin fəaliyyətində yol verilən xarakterik nöqsanlara və həmçinin korrupsiyaya şərait yaradan hallara toxunub.

Müşavirədə hakimlər, vəkillər və QHT nümayəndələri çıxış ediblər. Çıxışlarda texnoloji yeniliklərin tətbiqinin ədalət mühakiməsinin səmərəliliyilinin artırılmasında mühüm rolu qeyd olunub, qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın daha da artırılması, ictimai iştirakçılığın genişləndirilməsi təklifləri irəli sürülüb.

mushavire 1

mushavire 2

Nardaran qəsəbəsində təhlükəsizlik tədbirləri gücləndirilib

01.12.2015

nardaranDekabrın 1-i səhər saat 5 radələrindən hüquq mühafizə orqanları Bakının Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirib. APA-nın məlumatına görə, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb. Nardaran ətrafına xüsusi texnika cəlb olunub.

Metronun “Koroğlu” stansiyasında da təhlükəsizlik tədbirləri gücləndirilib, polis vətəndaşları ciddi şəkildə yoxlayır.

Hüquq mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənir.

Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 6 nəfər həlak olub. Onlardan 2-si polisdir. Daha bir yaralı Nardaran sakini sonradan xəstəxanada keçinib.

Əməliyyatda “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov və onun bir sıra tərəfdarları tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.

Noyabrın 26-dan qəsəbənin İmam Hüseyn meydanında toplantılar keçirilib. Nardaran Ağsaqqallar Şurası noyabrın 29-da meydanın boşaldılması haqda qərar qəbul edib, sakinlər evlərinə qayıdıb, meydan bütünlüklə təmizlənib.

Notarius imtahanında 51 nəfər uğur qazanıb (Siyahı)

01.12.2015

edliyye 1
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən şəxslər noyabrın 28-də test imtahanı verib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə keçirilən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün 100 sual qoyulub.

Transparency.az-ın məlumatına görə, imtahanda 51 nəfər müvəffəqiyyət qazanaraq müsahibəyə buraxılıb (Namizədlərin siyahısı).

Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   27

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə