Xəbər bülleteni №16


İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya separatçılarının qətnaməsini ləğv etdi



Yüklə 4,84 Mb.
səhifə8/27
tarix03.02.2017
ölçüsü4,84 Mb.
#7342
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya separatçılarının qətnaməsini ləğv etdi


02.12.2015

katalon 11İspaniyanın Konstitusiya Məhkəməsi dekabrın 2-də Kataloniya parlamentinin müstəqillik barədə qətnaməsini ləğv edib. Novator.az xəbər verir ki, qərar İspaniya hökumətinin vəsatəti əsasında qəbul olunub.

Bu il noyabrın 9-da Kataloniya Muxtar Vilayətinin parlamenti bölgədə respublika qismində müstəqil dövlət yaradılması prosesinə qərar verib. Qətnamədə qeyd olunub ki, müstəqillik prosesi İspaniya hakimiyyət orqanlarının, o cümlədən Konstitusiya Məhkəməsinin iradəsi nəzərə alınmadan aparılacaq.

İspaniya hökuməti Kataloniya parlamentinin qərarını ölkə konstitusiyasının 8 maddəsində zidd sayıb. Konstitusiya Məhkəməsinin 2 dekabr qərarına görə, Kataloniya parlamentinin 9 noyabr qətnaməsi ləğv olunub. Sənəddə bölgənin baş nazirinə, parlament sədrinə və daha 19 vəzifəli şəxsə qərarın yerinə yetirilməyəcəyi təqdirdə vəzifələrindən azad ediləcəkləri barədə xəbərdarlıq yer alır.

Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb. Ərazisi 32 min 114 kvadrat kilometr, əhalisi 8 milyon nəfərə yaxındır.

Muxtar vilayətdə ötən il noyabrın 9-da keçirilmiş rəy sorğusunda iştirak edənlərin çoxu Kataloniyanın müstəqil dövlət olmasına səs verib. İspaniya hökuməti bu rəy sorğusunu qanunsuz elan edib.

Kataloniya vilayətinin parlamentinə bu il sentyabrın 27-də keçirilmiş seçkidə bölgənin İspaniyadan ayrılmasının tərəfdarı olan qüvvələr qələbə qazanıb.


Valyuta ehtiyatları noyabrda da azalıb


02.12.2015

rovshan agayev yeni 01Transparency.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın valyuta ehtiyatları haqda yeni şərh yayıb. Şərhə görə, Mərkəzi Bankın valyuta ehtiyatları noyabrda da azalıb: “Təxminən 600 milyon dollar ərimə var. Ötən ayın sonuna ehtiyatların həcmi 6 milyard 834 milyon dollar idi, hazırda 6 milyard 245 milyard dollardır.

Rəsmi məlumata əsasən, Azərbaycanın cari hesablar balansında müsbət saldo qeydə alınır. Belə vəziyyətdə valyuta ehtiyatlarının əriməsi davam edirsə, ehtimal olunan bir mühüm səbəb var: ölkədən kapital qaçışı. Çox güman, hakimiyyət daxilində baş verənlər və biznes mühitinin özünü riskdə hiss etməsi ölkədən kapital axınını sürətləndirir.

Bir şey dəqiqdir ki, valyutaya çevriləcək likvid manat kütləsinin həcmi çox deyil, burda dollara çevrilərək qaçan əmlak kütləsinin əsas rol oynadığını ehtimal etmək mümkündür. Sonuncu dəfə Mərkəzi Bankın valyuta ehtiyatları 5 il öncə — 2010-cu ilin sonlarında bu səviyyədə olub”.

Nazir: “Nardaranda yaşayanlardan bir daha tələb və xahiş edirəm ki…”


03.12.2015

ramil usubov 1
Daxili işlər naziri general-polkovnik Ramil Usubov dekabrın 2-də Azərbaycan Televiziyasına Nardaran hadisələri ilə bağlı müsahibə verib. AZƏRTAC-ın məlumatına görə, nazir noyabrın 26-dan Bakının Nardaran qəsəbəsində “Müsəlman birliyi” hərəkatı adlanan silahlı təşkilatın Azərbaycan dövlətinə və konstitusion quruluşuna qarşı açıq fəaliyyətə başladığını vurğulayıb. O, araşdırmalar nəticəsində bir ildən artıq müddətdə fəaliyyət göstərən “Müsəlman birliyi” hərəkatının əsas məqsədinin qeyri-konstitusion yolla hakimiyyətə gəlmək, din pərdəsi altında şəriət qanunları ilə idarə edilən dövlət quruluşu yaratmaq olduğunu söyləyib.

Azərbaycanın dövlət və konstitusion quruluşunu dəyişməyə yönələn bu cür aktların qarşısının qətiyyətlə alınacağını deyən Ramil Usubov prezident İlham Əliyevin hüquq mühafizə orqanlarına bununla bağlı ciddi tədbirlər görməyi tapşırdığını bildirib: “İlk əməliyyat zamanı Nardaran qəsəbəsində silahlı müqavimət göstərildi. Daxili işlər orqanlarının əməkdaşlarına avtomatlardan atəş açıldı, qumbaralar atıldı. Həmin silahlı dəstənin zərərsizləşdirilməsi zamanı iki polis əməkdaşı şəhid oldu”.

Nardaranda dövlət qurumları ilə qarşıdurmaların əvvəlki illərdə də olduğunu xatırladan nazir bildirib ki, 2005-ci ildə də iki polis əməkdaşı bu qəsəbədə qətlə yetirilib: “Bu günədək artıq 23-cü dəfədir ki, Nardaranda polislə qarşıdurma olur. Bu hərəkətlərlə bərabər orada kriminogen durum gərginləşir, kriminal hadisələr getdikcə artır. Orada bir neçə dəfə insan ölümü, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, gənclərin bu bəlaya tutulması ilə bağlı çoxlu faktlar olub. Hətta orada torpaq sahəsi alan, ev tikən insanlara müxtəlif ultimatumlar verilirdi.

Bütün bu halların qarşısını almaq üçün noyabrın 26-da Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarının birgə iştirakı ilə xüsusi əməliyyat planı işlənib hazırlanıb və tədbirlər görülməyə başlanıb. Bu gün artıq 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həmin hadisədə polisə və hüquq mühafizə orqanlarının işçilərinə silah tətbiq edən cinayətkarlardan beşi məhv edilib”.

Baş Prokurorluğun intensiv istintaq işləri apardığını qeyd edən nazir bildirib ki, Nardaranda Daxili İşlər Nazirliyinin həm polis, həm də Daxili Qoşun qüvvələri vəziyyəti tamamilə nəzarət altına alıb: “Dekabrın 1-də və 2-də heç bir insident baş verməyib. Biz orada yaşayan vətəndaşlardan silahı yerə qoymağı, əllərdə olan avtomat, tapança, qumbaraları könüllü olaraq təhvil verməyi tələb edirik. Təəssüflər olsun ki, bu günədək bir ədəd də silah könüllü surətdə təhvil verilməyib. Vətəndaşlardan, xüsusən də Nardaranda yaşayanlardan bir daha tələb və xahiş edirəm ki, əllərdə olan silahı təcili ərazidəki polis postlarına təhvil versinlər. Silahı könüllü surətdə təhvil verənlər haqqında heç bir cinayət işi başlanmayacaq. Xüsusi əməliyyat nəticəsində artıq altı avtomat, çoxlu tapança, partlayıcı maddə və qurğular götürülüb və bu iş davam etdirilir”.

Nazirlik Beynəlxalq Əlillər Günü ilə bağlı hesabat yayıb


03.12.2015

nazirlikƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabrın 3-də qeyd olunan Beynəlxalq Əlillər Günü ilə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, nazirlik qeyd edir ki, aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır: “Bu müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Ölkədə əmək pensiyaçılarının da 28,8 %-i əlilliyə görə əmək pensiyası alanlardır və 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım özünü göstərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə prezidentin aylıq təqaüdləri ilə təmin olunan vətəndaşların 69 faizini müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillər təşkil edir. Təkcə ötən il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb və I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq hər ay prezident təqaüdünün təyin olunmasına başlanıb.

Dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamlarına əsasən, hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulanların avtomobillə təminatı başa çatdırılıb, 2014-cü il ərzində növbəyə dayananlara avtomobillərin verilməsinə başlanıb. Ümumilikdə keçən il və cari ilin ötən dövründə bu təbəqələrdən olan 1933 nəfər şəxsə “Naz-LİFAN” markalı minik avtomobili verilib.

Azərbaycan prezidentinin 20 iyun 2014-cü il sərəncamı müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. Bu ilin ötən dövründə 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib və hazırda Bakıda, ölkənin bölgələrində həmin şəxslər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir, onlarda hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur. Cari ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulması yönündə görülən uğurlu işlərin nümunəsidir. Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili də diqqətdə saxlanılır. Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu təbəqələrdən olan 265 şəxsi xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərib, bu da ötən illə müqayisədə 64,6 faiz çoxdur.

Əlilliyi olan insanların peşə reabilitasiyası sahəsində işlərin davamı kimi cari ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib”.


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin