6. GÖZLƏNİLƏN NƏTİCƏLƏR
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
- İKT-nin geniş tətbiqi sayəsində respublikada informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması;
- fiziki və hüquqi şəxslərin İKT-dən istifadəyə aktiv cəlb olunması, kompüterlərin və internetin yayılma səviyyəsinin artması, respublika daxilində "rəqəmsal geriliyin" azaldılması;
- fiziki və hüquqi şəxslərə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt xidmətlərinin təqdim olunması;
- e-imzanın və e-sənəd dövriyyəsinin tətbiqi, dövlət orqanları arasında informasiya mübadiləsi ilə bağlı xərclərin azalması, dövlət idarəetməsində operativliyin və səmərəliliyin artması;
- "E-hökumət" həllərinin tətbiqi, səmərəli, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, əhalinin geniş təbəqələrinin idarəetmə prosesində iştirakı, dövlət orqanlarından informasiyanın elektron formada əldə edilməsinin genişləndirilməsi, vətəndaşların dövlət orqanları ilə əlaqəsinin daha səmərəli təşkili;
- İKT üzrə yerli sənayenin inkişafı, yeni iş yerlərinin açılması, sektorun ixrac potensialının yüksəldilməsi;
- fiziki və hüquqi şəxslərin poçt şəbəkəsindən istifadə etməklə, respublikanın bütün ərazisində poçt-maliyyə xidmətlərindən istifadəsinə imkan yaradılması;
- milli informasiya resurslarının formalaşdırılması, Azərbaycan dilinin milli elektron informasiya məkanında geniş tətbiqi, maddi-mədəni irsin qorunub saxlanılması və təbliği üçün İKT-dən istifadənin təmin olunması;
- e-ticarət həllərinin geniş tətbiq edilməsi;
- İKT infrastrukturundan istifadənin liberallaşdırılması, azad rəqabətin təmin olunduğu İKT bazarının inkişaf etdirilməsi və beynəlxalq İKT bazarına inteqrasiyasının genişləndirilməsi;
- İKT üzrə insan kapitalının inkişaf etdirilməsi və sahə üzrə mütəxəssislərə olan tələbatın ödənilməsi.
Akronimlər
ÜTT
|
Ümumdünya Ticarət Təşkilatı
|
BTİ
|
Beynəlxalq Telekommunikasiya İttifaqı
|
ÜPİ
|
Ümumdünya Poçt İttifaqı
|
TAE
|
Trans-Asiya-Avropa
|
İKT
|
İnformasiya-Kommunikasiya Texnologiyaları
|
İT
|
İnformasiya Texnologiyaları
|
ATS
|
Avtomat Telefon Stansiyası
|
NGN
|
"Yeni Nəsil Şəbəkələr" (Next Generation Networking)
|
CDMA
|
Simsiz rabitə xidməti (Code Division Multiple Access)
|
Dostları ilə paylaş: |