1. Tətbiqi proqram təminatı



Yüklə 15,18 Kb.
tarix22.10.2023
ölçüsü15,18 Kb.
#159758
1(1)(1)


1.Tətbiqi proqram təminatı
İqtisadi informasiyanın işlənmə texnologiyalarının tətbiqi, proqram təminatı-nın başlıca təyinatı, istifadəçinin konkret məsələləri işləyib hazırlamasını və yerinə yetirməsini həyata keçirməkdən ibarətdir. Tətbiqi proqram təminatının təsnifat sxemi aşağıdakı kimidir.
Tətbiqi proqram paketləri istifadəçi tərəfindən həll edilən məsələnin avto-matlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq istifadəçini informasiya-nın işlənməsində kompüterin bu və ya digər funksiya və proseduralarının necə yerinə yetirilməsini bilməkdən azad edir. Hal-hazırda öz funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli tətbiqi proqram paketləri mövcuddur.
Tətbiqi proqram paketləri müəyyən olunmuş sinif məsələlərin həlli üçün təyin olunmuş kompleks proqramdır.
Bir-birindən fərqli tətbiqi proqram paketləri mövcuddur:

  • Ümumi təyinatlı (universal);

  • Üsulyönlü;

  • Problemyönlü;

  • Qlobal kompüter şəbəkələri;

  • Hesablama prosesinin təşkili.

Ümumi təyinatlı tətbiqi proqram paketləri istifadəçinin funksional məsə-lələri və informasiya sistemlərini hazırlaması, həmçinin istismarının avtomatlaş-dırılması üçün təyin olunan universal proqram məhsuludur.
Üsulyönlü tətbiqi proqram paketləri riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aşağıdakı tətbiqi proqram paketləri aiddir:

  • Riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s. );

  • Şəbəkə planlaşdırma və idarəetmə;

  • Riyazi statistika.

Qlobal şəbəkələrin tətbiqi proqram paketlərinin əsas vəzifəsi istifadəçi-nin ərazilər üzrə paylanmış ümumi şəbəkə resurslarına, verilənlər bazasına müra-ciət, məlumatların ötürülməsini və s. Rahat və etibarlı təmin etməkdən ibarətdir. Elektron poçtu, telekonfrans, elektron elanlar lövhəsinin təşkili, həmçinin müxtəlif qlobal şəbəkələrə informasiyanın gizli ötürülməsini təmin etmək üçün standart tətbiqi proqram paketlərindən istifadə olunur. Tətbiqi proqram təminatının inkişafının əsas meylləri mütərəqqi informasiya texnologiyalarının yaradılması və yeni informasiya sistemlərinə keçilməsi ilə bağlıdır. Yeni informasiya sistemləri iyerarxiya quruluşuna malik olmaqla, işin ağırlıq mərkəzinin lokal şəbəkələrdən lokal serverlər şəbəkəsinə keçilməsinə əsas-lanır.
Yüklə 15,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin