4.3. İnformasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması
- "rəqəmsal geriliyin" azaldılması üçün tədbirlərin genişləndirilməsi;
- kompüter istifadəçilərinin sayının artırılması;
- əhalinin müasir informasiya və kommunikasiya texnologiyaları vasitələri və onların
- istifadəsi barədə maarifləndirilməsi, cəmiyyətin İKT savadlılığının artırılması;
- əhalinin bütün kateqoriyaları, eləcə də məhdud imkanlı qruplar (əlillər və sağlamlıq imkanları məhdud uşaqlar) üçün İKT-dən, o cümlədən internetdən istifadənin genişləndirilməsi;
- iqtisadi, sosial və mədəniyyət sahələrində informasiya resurslarının yaradılması və inkişaf etdirilməsi;
- informasiya və kommunikasiya texnologiyaları sahəsində lisenziyalaşdırma ilə bağlı fəaliyyətdə şəffaflığın təmin olunması, beynəlxalq təcrübənin nəzərə alınması;
- elektron iqtisadiyyata keçidin sürətləndirilməsi;
- informasiya təhlükəsizliyi üzrə tədbirlərin görülməsi;
- İKT və informasiya təhlükəsizliyi sahələrində müasir ixtisaslar üzrə kadr hazırlığı və ixtisasartırma üçün tədbirlərin görülməsi.
Dostları ilə paylaş: |