Dərmanların həddindən artıq istifadəsi ilə bağlı baş
ağrılarının diaqnostikası zamanı insanda psixiatrik pozğunluğun
və ya dərmandan asılılığın olduğu istisna edilməlidir (C).
Dərmanların həddindən artıq istifadəsi ilə bağlı baş ağrıları və
psixi pozğunluqları və ya dərman asılılığı olan şəxslərdə hər
xəstəlik ayrıca müalicə olunmalıdır. Eyni zamanda onların psixiatr
və ya psixoterapevtə göndərilməsi nəzərdən keçirilməlidir (C).
Servikogen baş ağrısı
Xronik baş ağrılarının 14-18%-i servikogen mənşəlidir, yəni
onurğa sütununun boyun hissəsində skelet-əzələ disfunksiyası
nəticəsində əmələ gəlir.
SBA, adətən, başın bir yarısını əhatə edən, boyundan və ya ənsə
nahiyəsindən başlayan və gücünə görə maksimal ağrının cəmləşdiyi
başın alın və gicgah hissələrinə yayılan orta və ya mülayim
intensivlikli ağrı tutmaları ilə səciyyələnir.
Ağrı boyunun spesifik hərəkəti və ya uzunmüddətli fiksə edilmiş
vəziyyəti ilə bağlı güclənə bilər.
Manual müayinə oynaq hərəkətliliyini, əzələlərin dartılma
qabiliyyətini və bükülmə və dartılma formasında hərəkət
diapazonunu müəyyən edir və diaqnozun qoyulmasında yardım edə
bilər. Əgər vizual olaraq və/və ya laborator üsullarla onurğa
sütununun boyun nahiyəsində zədələnmələrin olduğu təsdiqlənirsə,
baş ağrısı servikogen mənşəli ola bilər.
Baş ağrıları şikayətləri olan bütün xəstələrdə aşağıdakıların
nəzərə alınması ilə boyun nahiyəsinin müayinəsini aparmaq
lazımdır:
boyunun vəziyyəti
hərəkət həcmi
əzələlərin tonusu
əzələlərin ağrılı olması (D)
Yüksək beyindaxili təzyiq
Beyindaxili təzyiqin artması ilə bağlı BA, adətən, uzanıqlı
vəziyyətdə artır və xəstəni yuxudan oyada bilər. Ağrı Valsalva
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
22
sınaqları (öskürmə, gülmə, gərginlik) və fiziki gərginlik zamanı
güclənir. Valsalva sınaqları və bədən vəziyyətinin dəyişməsi zamanı
gözlərdə qaralma və görmənin keçici pozulması likvor təzyiqinin
artması ehtimalını göstərir. Bu simptomlardan hər hansı biri
müşahidə olunarsa, əlavə müayinə üçün mütəxəssisə müraciət etmək
lazımdır.
Böyük ölçüdə olmayan, xüsusilə alın payları kimi nevroloji
olaraq “lal” nahiyələrdə yerləşən beyindaxili şişlər nadir hallarda baş
ağrılarına səbəb olur. Hipofiz və arxa kəllə çuxuru şişləri istisna
təşkil edir.
Şişə olan qansızma qəfil güclü baş ağrısı verə bilər, lakin belə
xəstələrdə, qıcolmaların və ya ümumi (məsələn, koqnitiv dəyişiklər)
və ya ocaqlı (məsələn, hemianopsiya, hemiparez) nevroloji
simptomatikanın olması daha səciyyəvidir. Anamnezdə onkoloji
xəstəlik likvor təzyiqinin yüksək olması ehtimalını artırır.
İdiopatik beyindaxili hipertenziyanın əhali arasında rastgəlinmə
tezliyi hər 100 000 nəfərdən 1-3-də, 15-45 yaşlarında qadınlar
arasında isə hər 100 000 nəfərdən 21-də müşahidə edilir. İdiopatik
beyindaxili hipertenziya özünü beyindaxili təzyiqin artmasını
müşayiət edən əlamət və simptomlarla göstərir. Xəstəlik zamanı
neyrovizualizasiya müayinələri (o cümlədən KT və venoz sinusların
trombozunun istisna edilməsi üçün maqnit-rezonans venoqrafiya)
patologiyanın olmasını və onurğa beyini mayesi təzyiqinin artmasını
aşkarlamır.
Baş ağrısı ilkin olaraq epizodik olur, sonra bir neçə həftə ərzində
yüksək beyindaxili təzyiqə xas əlamətlərlə gündəlik baş ağrısına
qədər inkişaf edir.
Müşahidə edilən digər əlamət və simptomlara daxildir: keçici
görmə pozulması, qulaqlarda pulsasiya edən küylər, uzaqlaşdırıcı
sinirin parezi, kor ləkələrin böyüməsi və papilloedema (görmə siniri
disklərinin durğunluğu).
Ən çox fertil yaşda və piylənməsi olan qadınlarda baş verir.
Əksər hallarda etiologiya aydın deyil, lakin aşağıdakı ikincili
səbəbləri nəzərdə saxlamaq lazımdır: venoz sinusun trombozu,
müxtəlif dərmanlar (məsələn: tetrasiklinlər və retinoidlər), onurğa
beyini mayesinin iltihabı dəyişiklikləri, infeksiyalar və ya törəmələr.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
23
Baş ağrısı olan xəstədə titrətmə, boyunun rigidliyi, ocaqlı
əlamətlər və ya qıcolmalar kimi əlamətlərin hamısı və ya bir neçəsi
varsa, mərkəzi sinir sisteminin infeksiyası ehtimalını nəzərdən
keçirmək lazımdır. İnfeksiya ümumi (meningit və ya ensefalit) və ya
lokal (beyin absesi) ola bilər. Anamnezdə QİÇS olduğu halda
şübhələr artır.
Beyindaxili təzyiqin artmasına dəlalət edən əlamətlərlə baş ağrısı
olan xəstələri təxirə salmadan mütəxəssisə göndərmək lazımdır (D).
MSS infeksiyası əlamətləri ilə olan BA-lı xəstələri təcili olaraq
(həmin gün) mütəxəssisə göndərmək lazımdır (D).
Beyindaxili hipotenziya (spontan və ya yatrogen)
Beyindaxili təzyiqin aşağı düşməsi ilə bağlı baş ağrıları bədənin
vəziyyətinin dəyişməsi ilə əlaqəli olur. Baş ağrısı şaquli vəziyyət
aldıqdan bir qədər sonra əmələ gəlir və ya güclənir və xəstə
uzandıqdan sonra tezliklə azalır. Xronikləşmə zamanı o, bu
xüsusiyyətini itirir. Beyindaxili hipotenziya zamanı baş ağrısının
səbəbi onurğa beyini mayesinin azalmasıdır. Ən çox yayılmış səbəb
– diaqnostik lümbal punksiyadır, yaxud çox vaxt aşkar olunmayan
likvorun dural axması.
Şaquli vəziyyətə gələrkən inkişaf edən və ya pisləşən baş ağrıları
olan xəstələrdə beyindaxili hipotenziyalar istisna edilməlidir (D).
Giqant hüceyrəli arteriit
Giqant hüceyrəli arteriit (GHA) baş ağrısı yaşı 50-dən çox olan
xəstələrdə nəzərdən keçirilməlidir. Ağrı gicgah nahiyəsində
məhdudlaşmamaqla, daha çox diffuz xarakter daşıyır, daimidir və
intensiv ola bilər. Səciyyəvi, lakin həmişə rast gəlinməyən
simptom – fasiləli çeynəmədir, yəni qida qəbulu zamanı ağrılara görə
xəstə çeynəməni bir neçə saniyəlik dayandırmalı olur. GHA-nın
olmasını proqnozlaşdıran növbəti etibarlı əlamət – görmənin
pozulmasıdır. Qabaran, təsbehvari, genişlənmiş gicgah arteriyaları
diaqnoz baxımından GHA-nın ən əhəmiyyətli fiziki əlamətidir.
EÇS-nin normal olması diaqnozun ehtimalını azaldır, lakin istisna
etmir.
GHA diaqnozuna şübhə yaradan əlamətləri olan xəstələri
dərhal müayinə üçün mütəxəssisə göndərmək lazımdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
24
Yaşı 50-dən çox olan bütün xəstələrdə, xüsusilə yeni yaranmış və
ya yeni növlü baş ağrısı olanlarda GHA nəzərdən keçirilməlidir (D).
GHA şübhə olunan xəstələrdə EÇS və ya C-reaktiv zülalın
müayinələrini aparmaq lazımdır, lakin maksimal həssaslığın və
spesifikliyin əldə edilməsi üçün hər ikisinin aparılması tövsiyə edilir
(D).
Qapalı bucaqlı qlaukoma
QBQ orta yaşa qədər nadir hallarda baş verir. Risk amillərinə irsi
faktor, qadın cinsi və hipermetropiya (uzaqgörmə) aiddir. Xəstəlik
müxtəlif formalarda təzahür edir. Xəstədə bəbəyin orta dərəcədə
genişlənməsi, gözdaxili təzyiqin kəskin artmasına dəlalət edən
görmənin pozulması, gözlərin qızarması ola bilər. Qapalı bucaqlı
qlaukoma sadalananlara alternativ olaraq qeyri-spesifik baş ağrısı,
göz ağrısı, işıq mənbəyi ətrafında halə və auralı miqren baş ağrısını
imitasiya edən ağrılarla özünü birüzə verə bilər. Kəskin QBQ-dən
öncə keçici QBQ baş verə bilər və gözlərdə hiperemiya olmaya da
bilər.
Baş ağrıları gözlərin qızarması, işıq haləsi görüntü və görmənin
birtərəfli pozulması əlamətləri ilə müşayiət olunan xəstələrdə QBQ
diaqnozunu nəzərdən keçirmək lazımdır (D).
Kəskin qlaukoma tutması təxirəsalınmaz oftalmoloji vəziyyətdir.
Karbon oksidi (dəm qazı) ilə zəhərlənmə
Dəm qazı ilə zəhərlənmə simptomlarına baş ağrıları,
ürəkbulanma, qusma, baş gicəllənmə, əzələlərdə zəiflik və tutqun
görmə daxildir.
Başın və/və ya boyunun travması ilə bağlı baş ağrıları
Baş ağrılarının ən tez-tez baş verən səbəblərindən biri başın və
boynun travmalarıdır. Travmaların ən ciddi nəticəsi kəllə-beyin
travmasıdır (KBT). KBT-nin təzahürləri sırasında baş ağrıları önəmli
yer tutur. Baş ağrılarının müxtəlif formaları və dərəcələri baş beyin
zədələnmələrinin bütün dövrləri zamanı ən çox təsadüf edilən
simptomlarıdır.
Baş ağrılarının beynəlxalq təsnifatında posttravmatik baş ağrıları
(PTBA) kəskin və xronik formaya bölünür. Beynəlxalq Təsnifatın
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
25
meyarlarına görə kəskin BA-lar KBT-dən sonra ilk 14 gün ərzində
əmələ gəlir və travmadan sonra ən çox 8 həftə sürür, xronik PTBA-
lar da travmadan sonra 14 gün ərzində əmələ gəlir, lakin travmadan
sonra 8 həftədən çox sürür.
Kəskin posttravmatik baş ağrıları
Başın travması ilə əlaqəli kəskin BA-lar simptomatik xarakter
daşıyır. Belə BA-nın səbəblərinin müəyyən edilməsi istənilən ixtisas
həkiminin başlıca vəzifəsidir. KBT-dən sonra ilk 2 həftə ərzində
əmələ gələn BA baş beyinin ciddi patologiyasının əmələ gəlməsinə
işarə ola bilər. İlk növbədə beyindaxili hematomaları, travmatik
subaraxnoidal qansızmaları və baş beyinin zədələnməsini istisna
etmək lazımdır.
Beləliklə, həkimə sinir sisteminin üzvi patologiyasının olduğunu
şübhə etməyə əsas verən ən vacib narahatedici amillər üç qrupa
bölünür:
BA-nın vaxt xüsusiyyəti (travma ilə vaxt bağlılığı, başlanğıc
dövrün xarakteri: qəfil baş verməsi və ya ləng inkişafı, ağrının
davamiyyət müddəti, xəstəliyin gedişinin vaxt dinamikası);
təhrik edən amillər (başın vəziyyətinin dəyişməsi, yuxu, öskürmə,
başın perkussiyası və s.);
yanaşı simptomlar (qusma, huşun pozulması, epileptik tutma,
ocaqlı nevroloji simptomların əmələ gəlməsi, hərarət, meningeal
sindrom).
Şübhə olunan patologiyanın neyrovizualizasiya müayinələri
vasitəsilə təsdiqi mütləq tələb olunan şərtdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
26
Xronik posttravmatik baş ağrıları
Simptomatik kəskin PTBA-lardan fərqli olaraq xronik hal
müstəqil xarakter alır, travmanın ağırlığından və nevroloji statusun
qüsurlarından asılı olmur. Ən tez-tez rast gəlinən xronik PTBA beyin
strukturunda aydın dəyişikliklərə gətirməyən və morfoloji qüsurların
geriyədönən olduğu BBT-dən sonra əmələ gəlir. Xronik PTBA-lar
travmadan sonra aylar və illər çəkə və hətta uzaq gələcəkdə belə,
inkişaf edə bilər.
Ağrı müxtəlif xarakterdə ola bilər. Adətən, o, küt, basıcı, deşici,
döyəcləyici, nadir hallarda pulsasiya edən olur. Bir qayda olaraq ağrı
diffuz, yayılmış olur, miqrasiya edə bilər və olduqca nadir hallarda
sırf lokallaşmış olur (hemikraniya). Tutmalar saatlarla, hərdən
günlərlə davam edir. Sefalgiya sindromu meteohəssasdır, fiziki,
emosional gərginlik zamanı güclənir. Xronik PTBA-nın aşağıdakı
formaları mövcuddur: gərginlik baş ağrıları (ən geniş yayılmış),
miqrenəbənzər ağrılar, klaster baş ağrıları (nadir variantdır, kavernoz
sinus nahiyəsində zədələnmənin istisna edilməsini tələb edir),
nevralgiya ağrıları, servikogen ağrılar.
PTBA-nın xronikləşməsində psixososial amillər və
analgetiklərdən sui-istifadə əsas rol oynayır.
Qadınlarda baş ağrıları
Qadınlarda baş ağrıları, ginekoloji statusdan (hamiləlik, aybaşı,
menopauza, oral kontraseptivlərin qəbulu) asılı olaraq, spesifik
təzahürlərə malik ola bilər.
Hamiləlik. Hamiləlik zamanı müalicənin təyin edilməsindən
mümkün qədər çəkinmək lazımdır, xüsusilə birinci 3 ayda.
Menstrual miqren. Qadınların 50%-dən çoxunda aybaşı zamanı
miqrenin baş verməsi tezliyi və ağırlığı artır. Bu, aybaşının son lütein
fazasında estrogenin ifraz olunması ilə əlaqəlidir. 10%-dən az
qadınlarda miqren “sırf” aybaşı ilə bağlıdır və başqa vaxtlar
müşahidə olunmur.
Aybaşı ilə bağlı olmayan miqrendən fərqli olaraq menstrual
miqrenin tutmaları daha ağır, daha uzun, daha böyük dezadaptasiya
və standart terapiyaya davamlılıqla xarakterizə olunur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
27
Baş ağrıları və oral kontraseptivlər. Miqrendən əziyyət çəkən
qadınlar tərəfindən oral kontraseptivlərdən istifadə edilməsi diqqət
tələb edən xüsusiyyətlərə malikdir.
Auralı miqrendən əziyyət çəkən və kombinə edilmiş oral
kontraseptivlərdən istifadə edən qadınlarda insult olmasının nisbi
riski artır. Aurasız miqreni və yaşı 35-dən çox olan qadınlar kombinə
edilmiş oral kontraseptivlərin istifadə edilməsi ilə işemik insultun
yüksək riski ilə qarşılaşır. Miqreni olan və oral kontraseptivlərin
təyin edilməsini tələb edən qadınlarla insult təhlükəsinin müzakirə
olunması əhəmiyyətlidir. 24-44 yaşlarında qadınlar arasında insult
riski çox aşağıdır.
Auralı miqreni olan qadınlar kombinə edilmiş oral
kontraseptivlərdən istifadə etməməlidirlər (В).
Aurasız miqrendən əziyyət çəkən və yaşı 35-dən çox olan
qadınlar kombinə edilmiş oral kontraseptivlərdən istifadə
etməməlidirlər (D).
Menopauza. Miqren tutmalarının ikinci zirvəsi qadınlarda
40-50 yaşlar arasında, bədəndə hormonal tarazlıq pozulanda və
progesteronun səviyyəsinin kəskin şəkildə azalması hesabına “nisbi”
hiperestrogeniyanın yaranması və sikldən-siklə hormonların
səviyyəsinin tərəddüd etdiyi zaman baş verir. Menopauzanın
başlanması və reproduktiv sistemdə dövrü proseslərin başa çatması
miqrenin gedişatına müsbət təsir göstərir. Lakin bəzi qadınlarda
vəziyyət pisləşə də bilər, adətən, klimakterik sindrom və ya digər
psixovegetativ pozğunluqlar baş verdiyi zaman. Cərrahi menopauza
(yumurtalıqların alınması), xüsusilə gənc yaşlarda, miqrenin klinik
təzahürlərinə mənfi təsir edir: xəstəlik daha ağır gedişat alır.
Miqrendən əziyyət çəkən qadınlara menopauza və ya ondan
öncəki dövrdə hormonəvəzedici terapiya təyin edilməlidir (D).
Hormonəvəzedici terapiya fonunda xəstədə miqren
simptomlarının pisləşdiyi zaman həmin terapiyanı xəstənin
vəziyyətinin pisləşməsinin səbəbi kimi nəzərdən keçirmək
lazımdır (D).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
28
DİAQNOSTİKA
(bax Əlavə 2)
BA-nın diaqnostikası əsaslanır:
anamnezin toplanılmasına
ümumi klinik və nevroloji müayinələrə
tələb olunduğu halda — mütəxəssislərin baxışlarına (nevroloq,
otolarinqoloq və oftalmoloq)
laborator və instrumental müayinə metodlarına
Müayinənin vacib mərhələləri:
1. Ətraflı anamnez
Son üç ayda işdə, məktəbdə, ev işləri zamanı və ya istirahət
müddətində yaranan funksional pozğunluqlar haqqında dəqiq
məlumat.
Baş
ağrısı xüsusiyyətlərinin dəyərləndirilməsi üçün
aşağıdakıların
müəyyən edilməsi tələb olunur:
Zamana görə xüsusiyyətlər:
Tutmanın başlanmasından zirvəyə çatanadək olan müddət
Adətən, nə vaxt tutur (mövsüm, ay, menstrual sikl, həftə, günün
saatı)
Tezliyi və davam etmə müddəti
Həyatının son altı ayı ərzində sabitlik və ya dəyişikliklər
Vegetativ sinir sisteminin disfunksiyasına aid olan əlamətlər:
Burunun tutulması
Rinoreya
Göz yaşının axması
Göz qapağının ptozu və ya ödemi
Xarakterik xüsusiyyətlər:
pulsasiyaedici (nəbzvari), sıxıcı, kəskin və s.
Yerləşməsi:
birtərəfli
ikitərəfli
tərəfini dəyişən
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
29
Ağırlığı:
Baş ağrısını kəskinləşdirən və ya yüngülləşdirən amillər və
xarakterik cəhətlər
Baş ağrısını aradan götürən/yüngülləşdirən amillər
Səhhətlə bağlı digər problemlər
Effektiv və ya effekti olmayan müalicə tədbirləri (farmakoloji və
qeyri-farmakoloji)
Aura (miqren xəstələrinin təqribən 15%-də mövcuddur)
2. Dəqiqləşdirilmiş fiziki müayinə
Həyati göstəricilər (arterial təzyiq, nəbz, tənəffüsün sayı və hərarət)
Yuxu arteriyaları, burunətrafı ciblər, kəllənin dəri örtüyü
arteriyaları, servikal, paraspinal əzələlər kimi ekstrakranial
strukturlar.
Meningeal qışaların qıcıqlanmasını/həssaslığını yoxlamaq üçün
boyunun lateral rotasiya vəziyyətində fleksiya hərəkətlərinin
qiymətləndirilməsi (boyunda fleksiyanın cüzi məhdudlaşması
belə pozğunluğa dəlalət edir).
3. Dəqiqləşdirilmiş nevroloji müayinə
Dəqiqləşdirilmiş nevroloji müayinə baş ağrısı ilə müraciət edən
xəstədə xəstəlik və ya ikincili səbəbdən yaranan hər hansı bir
anormal əlamətin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir.
Bu müayinə zamanı
ən azı
aşağıdakı amillər
qiymətləndirilməlidir:
Xəstənin huşunun aydınlığı/pozulması, yaddaşın pozulması və
onun dərəcəsi
Oftalmoloji müayinə: göz bəbəklərinin simmetriyası və
reaktivliyi, göz dibi, görmə sahəsi və göz almasının hərəkətliliyi
Kəllə sinirlərinin müayinəsi korneal reflekslərin, üzdə hissiyyatın
və üzün simmetriyasının qiymətləndirilməsini daxil etməlidir
Əzələ tonusu və gücünün simmetriyası (özünü əl və ayağın
normal pozasının cüzi dəyişməsi ilə göstərə bilər)
Hissiyyat
Plantar (pəncə) cavab
Yeriş, əllərin və ayaqların hərəkətlərinin koordinasiyası
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
30
Anamnez vasitəsi ilə baş ağrısı növünün diferensiasiyası zamanı
soruşulan sualların siyahısı: bax Əlavə 1.
İkincili baş ağrılarına təhlükə əlamətləri olmayan və normal
nevroloji müayinə zamanı anamnezində aydın miqren olan xəstələrdə
neyrovizuallaşdırma tələb olunmur (D).
Qeyd etmək lazımdır ki, MRT-nin və KT-nin aparılması zamanı
əsas xəstəliklə əlaqəli olmayan və tanışlıq zamanı xəstədə
narahatçılıq hissini yaradan və müalicə həkimlərini yanlış
istiqamətləndirən müxtəlif vizual normadan kənarlaşmaların
müəyyən edilməsi mümkündür.
Dostları ilə paylaş: |