Xronik miqren üç ay ərzində ayda 15 və daha çox dəfə baş
verən miqren kimi təsnifatlanır. Xronik miqren zamanı daha çox
gərginlik BA-ya səciyyəvi olan əlamətlər müşahidə oluna bilər.
Miqrendən əziyyət çəkən xəstələrin 50%-nə yanlış olaraq başqa
BA diaqnozu qoyulur. Ən çox yol verilən səhv diaqnoz
– epizodik
gərginlik diaqnozudur.
Əksər hallarda xəstələrdə tipik miqren əlamətləri müşahidə
olunmur (40%-də bilateral (iki tərəfli) ağrı müşahidə olunur,
xəstələrin 50%-i isə ağrını pulsasiya etməyən kimi təsvir edir, qusma
halları isə 33%-dən az hallarda təsadüf olunur).
Aurasız miqren ilə epizodik GBA diferensiasiyasının çətin
olmasını nəzərə alaraq, İCHD-II (Baş Ağrılarının Beynəlxalq 2-ci
Təsnifatı) kriteriyalarına əsasən, miqren diaqnozunun dəqiq-
ləşdirilməsi üçün ən azı 5 xəstəlik tutmasının olması tələb olunur.
Auralı miqren diaqnozunun qoyulması üçün iki tutmanın olması tələb
olunur. Birdən çox BA növü olan xəstələrdə IHS (Baş Ağrılarının
Beynəlxalq Assosiasiyası) diaqnozun ən ağır baş ağrısı formasına
əsaslanması ilə səviyyəli diaqnostika strategiyasını təklif edir.
Miqreni digər baş ağrıları formalarından ayırd etməyə imkan
verən anamnestik məlumatların xüsusiyyətləri (diaqnozun
qoyulması üçün aşağıda verilən simptomların hamısının olması
zəruri deyil):
fəaliyyətin məhdudlaşmasına gətirən epizodik kəskin baş ağrıları
ürəkbulanma
baş ağrıları zamanı işığa qarşı həssaslıq
ağrı tutmalarıarası işığa həssaslıq
səs-küyə qarşı həssaslıq
tipik aura (xəstələrin 15-33%-də)
fiziki fəaliyyət zamanı kəskinləşmə
ailə anamnezində miqrenin olması
Funksional pozuntuların qiymətləndirilməsi ilə birgə, miqrenin
diaqnostikasında ən həssas və spesifik olan əlamətlərə ürək bulanma
və işığa qarşı həssaslıq aiddir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
Ürəkbulanma və işığa qarşı artmış həssaslıq ilə müşahidə
olunan, əmək qabiliyyətinin məhdudlaşdırılmasına gətirən
təkrarlanan kəskin baş ağrıları ilə nevroloji müayinələrin
nəticələri normal olan pasiyentlər miqren xəstəliyi olan xəstələr
kimi qəbul olunmalıdırlar (С).
Gərginlik baş ağrısı
Gərginlik baş ağrısı (GBA) geniş yayılmış baş ağrısı formasıdır.
Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA
miqrenlə müqayisədə mülayimdir. Adi hallarda GBA zamanı BA
aşağıdakı xüsusiyyətlərə malikdir:
ikitərəfli lokalizasiya
sıxıcı və ya təzyiqedici xarakter
ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər
ürəkbulanma və ya qusma yoxdur
adi fiziki gərginlik zamanı artmır
perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış
həssaslıqla müşahidə oluna bilər
Epizodik (EGBA) (müxtəlif davamiyyət və başvermə tezliyinə
malik və ayda 15 gün ərzində baş verən) və xronik (3 ay ərzində
ayda 15 gündən çox müddət ərzində baş verən) GBA formaları
mövcuddur.
EGBA nadir hallarda əmək qabiliyyətinin itirilməsinə gətirir və
xəstələr hər zaman həkimə müraciət etmirlər. İlkin müayinə zamanı
miqren, adətən, səhv olaraq GBA kimi təyin edilir.
GBA-nın səbəbləri tam aydın deyil, lakin onun əmələ gəlməsinə
gətirən amillər müəyyən edilmişdir. Onların sırasına aşağıdakılar
aiddir:
emosional (həyəcan, depressiya, ailədə və həyatda stress və
münaqişə vəziyyətləri)
əmək və asudə vaxt rejiminin pozulması (işdə və ya təhsildə
monoton əmək və ya artıq iş yükü, dincəlmə müddətinin yetərli
olmaması)
cinsi problemlər
yuxunun pozulması
havanın dəyişməsi
gicgah-çənə oynağının disfunksiyası
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
14
ənsə-alın və ənsəaltı əzələlərin spastik yığılması, əzələ
gərginliyinə anadangəlmə meyililik
Gərginlik baş ağrısı diaqnozu nevroloji müayinələrin
nəticələrinin normal olması ilə yanaşı əmək qabiliyyətinin
itirilməsinə gətirməyən ikitərəfli baş ağrısı olan xəstələrə
qoyulmalıdır (С).
Trigeminal vegetativ sefalgiyalar
TVS nadir hallarda baş verir və üçlü sinir nahiyəsində güclü
birtərəfli ağrı tutmaları ilə səciyyələnir. Bu ağrılar ipsilateral kəllə
vegetativ xüsusiyyətlərdən asılıdır.
Klaster baş ağrıları (KBA) TVS-nin ən geniş yayılmış
formasıdır – əhali arasında yayılma dərəcəsi 1:1000 təşkil edir.
Paroksizmal hemikraniya – ehtimal olunan yayılma dərəcəsi
1:50 000 təşkil edir.
Konyuktivanın qızarması və göz yaşının axması ilə qısa müddətli
birtərəfli baş ağrıları (KQNBA) və kranial vegetativ simptomlarla
müşayiət olunan qısa müddətli birtərəfli nevralgik baş ağrıları
(KVBA) nadir hallarda baş verir.
Klaster baş ağrısı
KBA-nın xüsusiyyətlərinə orbital, supraorbital, gicgah
nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız
birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə
aşağıdakılar aiddir:
həddindən artıq dözülməz olması
gündüz və gecə ərzində dəfələrlə təkrarlanması
üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür etməsi
xəstəliyin özünəməxsus formada getməsi
ağrı tutmalarının dalbadal və ya “dəstə” şəklində baş verməsi.
Ağrı olan tərəfdə tutmalar bir və ya bir neçə əlamətlərlə müşayiət
olunur: konyuktivanın qızarması, göz yaşının axması, burunun
tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə,
mioz, ptoz, göz qapaqlarının şişkinliyi. Hər bir tutma gözlənilmədən
başlayır və tamamlanır, 15 dəqiqədən 3 saata qədər çəkir, günaşırı bir
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
15
dəfədən gün ərzində səkkiz dəfəyə qədər təkrarlana bilər. Xəstə
tutmalar zamanı həyəcanlı olur.
Bəzi xəstələrdə klaster tutmaları arasında ənənəvi və miqrenoz
xüsusiyyətli baş ağrıları davam edə bilər. BA sirkad ritmə tabe olaraq
ilin eyni fəslində və ilin eyni vaxtında inkişaf edir. Xəstələrin
80-90%-də KBA-nın epizodik formaları müşahidə olunur və bu
zaman bir neçə həftədən bir neçə aya (adətən 6 ay) qədər davam edən
xəstəliyin kəskinləşməsi dövrləri uzun müddətli remissiyalarla
müşahidə olunur, xəstələrin 10-20%-də isə daha nadir hallarda baş
verən Xronik forma müşahidə olunur. Bu zaman il ərzində remissiya
müşahidə olunmur və ya remissiyanın müddəti 1 aydan az olur.
Paroksizmal hemikraniya
Paroksizmal hemikraniyanın klaster baş ağrısına bənzər
xüsusiyyətləri var, lakin hücumlar daha qısa müddətli olur
(2-45 dəqiqə) və onlar daha tez-tez – gün ərzində 40 dəfəyə qədər
baş verir, adətən, qadınlarda daha çox müşahidə olunur. Xəstələrin
əksəriyyəti xəstəliyin epizodik deyil, Xronik formasından əziyyət
çəkir. Hücumların əksəriyyəti öz-özünə baş verir, lakin 10% halda
mexaniki səbəblərdən (başın bükülməsi və ya fırlanması) baş verə
bilər. Diaqnozun təsdiqlənməsi üçün istifadə edilən İCHD-II (Baş
Ağrılarının Beynəlxalq 2-ci Təsnifatı) meyarları indometasinlə tam
müalicəvi cavab (indometasinin terapevtik dozada təyin edildiyi
zaman hücumların qarşısı tam olaraq alınır) və ağrı tutmaları zamanı
ipsilateral vegetativ simptomların olmasıdır. Yəni ağrı tərəfində
aşağıdakı simptomlardan birinin olması nəzərdə tutulur:
konyuktivanın qızarması və/və ya göz yaşının axması; burunun
tutulması və/və ya rinoreya; göz qapaqlarının şişkinliyi; alının və
üzün tərləməsi; mioz və/və ya ptoz.
Konyuktivanın qızarması və göz yaşının axması ilə
qısamüddətli birtərəfli nevralgik baş ağrıları (KQNBA) və kranial
vegetativ simptomlarla qısamüddətli nevralgik baş ağrıları (KVBA)
KQNBA paroksizlmal hemikraniya və klaster baş ağrıları ilə
oxşar xüsusiyyətlərə malikdir. Hücumların müddəti qısadır
(2-250 saniyə), lakin tezliyi daha çoxdur – saatda 30-dək. Onlar bir
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
16
zərbə, zərbələr qrupu və ya üst-üstə düşən hücumlar kimi («mişar
dişləri») baş verir. Tutmalar toplusu 1-3 saat davam edə bilər.
Konyuktivanın qızarması və/və ya göz yaşının axması diaqnozun
təsdiqi üçün tələb olunan simptomlardır.
Hücumlar kortəbii və ya üçlü sinirin qıcıqlanması (məsələn, üzə
toxunma) nəticəsində və ya ekstra-trigeminal təsirdən (məsələn,
idman hərəkətləri) baş verə bilər. Residivlər və remissiyaları öncədən
müəyyən etmək mümkün deyil. Kranial vegetativ simptomlarla
qısamüddətli nevralgik baş ağrıları KQNBA əlamətlərinə malikdir,
lakin digər beyin vegetativ xüsusiyyətləri ilə müşahidə olunur.
TVS-ni miqrendən diferensiasiya edən xüsusiyyətlər cədvəl l-də
verilmişdir .
Cədvəl 1. Trigeminal vegetativ sefalgiyaları miqrendən
fərqləndirən xüsusiyyətlər
Baş ağrısının növü
Xüsusiyyətlər KQNBA PH
KBA
Miqren
Müddət
2-250
saniyə
2-45
dəqiqə
15 dəqiqə-3
saat
4-72 saat
Başlanğıc
Sürətli Sürətli Sürətli Tədricən
Tezlik
Gündə 1
dəfədən
saatda
30 dəfəyə
qədər
Gündə
1-40
dəfə
Günaşırı bir
dəfədən gündə
8 dəfəyə qədər
İldə 1 dəfədən
gündə 1
dəfəyə qədər
(orta hesabla
ayda 1-2 dəfə)
Tutma zamanı
narahatlıq
50% 50% 100%
0
İpsilateral
avtonom
simptomlar
Qabarıq Qabarıq Qabarıq Nadir
hallarda
təsadüf edilir
Vegetativ klinik təzahürləri olan, bir tərəfdə lokallaşan, tez-tez,
qısamüddətli baş ağrılarının olması trigeminal vegetativ sefalgiya
sayılmalıdır (D).
Trigeminal avtonom sefalgiyalı xəstənin ilk gəlişində onu
müvafiq dar mütəxəssisə göndərmək lazımdır (D).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
17
Digər birincili baş ağrıları
Davamlı birtərəfli baş ağrıları (Hemicrania continua)
Hemikraniya continua (HC) sırf birtərəfli davamlı baş ağrıları ilə
səciyyələnir, onların intensivliyi artır və azalır, lakin tam itmir. Qısa
deşici ağrılar davamlı baş ağrılarının üstünə gələ bilər və ipsilateral
vegetativ əlamətlərlə müşayiət oluna bilər (konyuktivanın qızarması
və/və ya göz yaşının axması, burunun tutulması və/və ya rinoreya,
ptoz və/və ya mioz
)
. Nadir hallarda baş verməsinə baxmayaraq, HC
indometasinə mütləq müsbət effekt verdiyi üçün baş ağrılarının
diferensial diaqnostikasında indometasindən istifadə olunmalıdır.
Baxmayaraq ki, indometasinlə müalicəyə mütləq müsbət cavab
ikincili baş ağrısını istisna etmir.
Sırf bir tərəfli xronik baş ağrıları hemikraniya continua kimi
qəbul olunmalıdır (D).
Hemikraniya continua diaqnozuna şübhəli bilinən yeni xəstələri
mütəxəssis müayinəsinə göndərmək lazımdır (D).
Yeni gündəlik davamlı baş ağrısı
Gündəlik və başlanğıcından davamlı xarakterdə olan baş ağrıları
yeni gündəlik davamlı baş ağrıları kimi təsnifatlanır. Üç ay ərzində
ikincili baş ağrılarını nəzərdə saxlamaq vacibdir, bu müddətdən sonra
diaqnoz qoyula bilər. Yeni gündəlik davamlı BA-nın istənilən
fenotipi ola bilər. Bu müddət ərzində ikincili baş ağrılarının səbəbləri
kimi subaraxnoidal qansızmaları (SАQ), meningit, yüksək
beyindaxili təzyiq, onurğa beyni mayesi (likvorun) təzyiqinin aşağı
olması, giqant hüceyrəli arteriit və posttravmatik BA-nı nəzərdən
keçirtmək lazımdır.
Yeni gündəlik davamlı BA olan xəstələri mütəxəssis müayinəsinə
göndərmək lazımdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
18
İkincili baş ağrıları
İkincili baş ağrısı – əsas xəstəliyin olması nəticəsində əmələ
gələn baş ağrısıdır, ilk dəfə baş ağrıları və ya əvvəllər rast gəlinən
BA-dan fərqli olan baş ağrıları simptomları olan xəstələrdə onu
ehtimal etmək lazımdır. Potensial ikincili baş ağrılarının əlavə
müayinələr tələb edən xəbərverici əlamətləri (“təhlükə əlamətləri”)
mövcuddur.
Təhlükə əlamətləri:
İlk dəfə baş verən və ya 50 yaşdan sonra əlamətləri dəyişmiş baş
ağrısı
İldırım sürətli baş ağrısı: qısa müddətdə (bir neçə saniyədən 5
dəqiqəyədək) intensivlik zirvəyə çatır
Fokal nevroloji əlamətlər (məs: ətraflarda zəiflik, 5 dəqiqədən az
və ya 1 saatdan artıq çəkən aura)
Qeyri-fokal nevroloji əlamətlər (məs: koqnitiv funksiyaların
pozulması əlamətləri)
Baş ağrısının tezliyinin, əlamətlərinin və ya yanaşı simptomların
dəyişməsi
Nevroloji müayinədə patoloji simptomların aşkarlanması
Bədən vəziyyətinin dəyişməsi ilə bağlı ağrının xarakterinin
dəyişməsi
Yuxudan ayılmağa məcbur edən baş ağrısı (diqqət: miqren səhər
baş ağrılarının ən çox rast gəlinən səbəbidir!)
BA-nın fiziki aktivlik və ya Valsalva sınağı (məs: öskürək,
gülmə, gücənmə) zamanı güclənməsi
Beyinin venoz ciblərinin trombozuna aid risk faktorlarının olması
Çeynəmə vaxtı çənədə fasiləli ağrı və ya görmə pozğunluğu
Ənsə əzələlərinin rigidliyi
Qızdırma
İİV yoluxmuşlarda ilk dəfə meydana çıxan BA
Onkoloji xəstələrdə ilk dəfə meydana çıxan BA
Baş ağrıları və yuxarıda qeyd edilmiş simptomları olan ikincili
baş ağrısı diaqnozu ehtimal edilən şəxsləri müayinələrinin davam
etdirilməsi üçün mütəxəssisə göndərmək lazımdır (D).
Davamlı baş ağrısı olan xəstələrdə, klaster ağrısı zamanı əmələ
gələn və sonralar qalan ptoz istisna olmaqla, nevroloji müayinələr
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
19
normal olur. Ocaqlı və qeyri-ocaqlı nevroloji və/və ya patoloji
simptomların olması patologiya ehtimalını əhəmiyyətli dərəcədə
artırır.
Göz dibinin müayinəsini və arterial təzyiqin ölçülməsini əhatə
edən müvafiq klinik və nevroloji müayinə xəstənin ilk gəlişi zamanı
çox əhəmiyyətlidir (D).
İldırım sürətli baş ağrısı
İldırım sürətli BA birincili və ya ikincili ola bilər. İldırım sürətli
baş ağrısı – yüksək intensivliyi olan, sürətlə inkişaf edən və
1 dəqiqədən az müddətə maksimal intensivliyə çatan baş ağrısıdır.
Əksər xəstələrdə baş ağrısı ani olaraq zirvəyə çatır. 19% halda SAQ
olan xəstələrdə ağrı tədricən (5 dəqiqəyə qədər) maksimal səviyyəyə
çatır.
Gözlənilmədən bərk baş ağrıları cinsi aktivlik və ya məşq zamanı
baş verə bilər. Digər səbəblər beyindaxili qansızma, beyinin venoz
sinuslarının trombozu, arteriyanın laylanması və hipofizar
apopleksiya ola bilər.
İldırım sürətli birincili və ikincili baş ağrılarının etibarlı
fərqləndirici əlamətləri yoxdur və SAQ zamanı qəfləti baş ağrısının
meydana çıxması daha mülayim xarakterdə ola bilər.
İldırım sürətli BA içərisində ikincili BA əhəmiyyətli azlıq təşkil
edir. Birinci dəfə təyin edilmiş ildırım sürətli güclü BA ilə xəstə
dərhal ikincili səbəbi, xüsusilə SAQ-ni, istisna etmək üçün
mütəxəssisin yanına göndərilməlidir.
İldırım sürətli BA-nın baş verməsindən sonrakı 2 həftə ərzində
KT və onurğa beyini mayesinin lümbal punksiyası vasitəsi ilə
aparılan müayinə mənfi olduqda SAQ diaqnozu istisna edilə bilər.
İlk dəfə ildırım sürətli baş ağrısı hadisəsi olan xəstə
təxirəsalınmadan (həmin gün) müayinə edilməsi üçün xəstəxanaya
göndərilməlidir (D).
İldırım sürətli baş ağrısı olan xəstədə mümkün qədər tez (ilk
hadisədən sonra 12 saat ərzində) beyinin kompüter tomoqrafiyası
aparılmalıdır (D).
İldırım sürətli baş ağrısı olan xəstədə normal KT müayinəsi
nəticələri olduqda lümbal punksiya aparılmalıdır (C).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
20
Lümbal punksiya təyin edilmiş xəstələrdə, onurğa beyini
mayesinin müayinəsi keçirilərkən oksihemoqlobin və bilirubin
yoxlanılmalıdır (D).
Normal kompüter tomoqrafiyası və subaraxnoidal qanaxma
şübhəsi olan xəstələrdə lümbal punksiya mümkün qədər tez ilk
simptomların əmələ gəlməsindən 12 saat sonra aparılmalıdır.
Həkimə gec müraciət edildiyi zaman lümbal punksiya ilk
simptomların əmələ gəlməsindən sonra iki həftə ərzində aparıla bilər.
Dərman vasitələrinin artıq miqdarda istifadə edilməsi
nəticəsində yaranan baş ağrıları (abuzus baş ağrıları)
Dərmanların həddindən artıq istifadəsi nəticəsində əmələ gələn
baş ağrısı ayın 15 və daha çox günü ərzində olan və dərmanların
müntəzəm qəbulu zamanı başlayan və ya ağırlaşan ağrı kimi
müəyyən olunur.
Dərmanların həddindən artıq istifadəsinə görə baş ağrıları
miqren, GBA, hemikraniya continua, yeni gündəlik davamlı BA,
KBA və KQNBA zamanı müşahidə olunur. KBA və KQNBA olan
xəstələrin şəxsi və ya ailə anamnezində, adətən, miqren olur.
ICHD-II meyarlarına əsasən təklif edilir ki, dərmanların
həddindən artıq istifadəsinə görə BA hesab olunması üçün: triptan,
erqot, opioid və kombinə edilmiş analgetiklər qrupuna aid dərmanlar
üçün onların ayda 10 gün ərzində, sadə analgetiklər üçün isə ayda
15 gün ərzində qəbul edilməsi tələb olunur.
Tez-tez baş ağrıları olan xəstələrdə xronik baş ağrısının olması
riski artır. Baş ağrıları nə qədər tez-tez baş versə, risk bir o qədər
yüksəkdir.
Artıq miqdarda dərman qəbulunun dayandırılması baş ağrılarının
tutma tezliyinin və ağrıların kəskinliyinin azalması ilə nəticələnir.
Dərmanların həddindən artıq qəbulu ilə bağlı baş ağrısı xronik
baş ağrıları (baş ağrıları ≥15 gün/ay, 3 ay ərzində) olan bütün
xəstələrdə istisna edilməlidir (D).
Həkim nəzərə almalıdır ki, baş ağrılarının təxirəsalınmaz və ya
simptomatik müalicəsi üçün dərmanlardan istifadə edən şəxslərdə
dərmanların həddindən artıq qəbulu ilə bağlı baş ağrılarının əmələ
gəlməsi riski mövcuddur. Ən yüksək risk qrupuna miqrenli, tez-tez
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
21
baş ağrıları olan şəxslər və opioid tərkibli preparatlardan və ya
triptanlardan artıq dərəcədə istifadə edən pasiyentlər daxildir (D).
Dostları ilə paylaş: |