77 IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri



Yüklə 37,48 Kb.
səhifə7/12
tarix09.10.2023
ölçüsü37,48 Kb.
#153410
1   2   3   4   5   6   7   8   9   ...   12
78-61

Məhkəmə islahatı-1300-cü ildə "Məhkəmə haqqında", "Qazı rütbəsinin verilməsi haqqında", "Dələduzluğun və əsassız iddiaların qarşısının alınması, habelə girovsuz borc alanlar, digər borcluların əhdi pozma hallarının aradan qaldırılması haqqında" fərmanlarla məhkəmə-istintaq islahatı, "İslam hökmdarının qazılara, şeyxlərə, zahidlərə, alimlərə və mömin şəxslərə təlimatları haqqında" fərmanla müxtəlif məsələləri əhatə edən islahat həyata keçirildi. Məhkəmə islahatı ilə əvvəllər mövcud olmuş qayda-məhkəmə hakimi vəzifələrinin iltizama verilməsi qaydası ləğv olunurdu. Həmin fərmanlara əsasən şəriətə aid bütün məsələləri hakimlər, əmirlər, feodallar qazıya bildirməli, qazı isə həmin məsələləri öz hökmü ilə həll etməli idi. Başqa heç bir kəsin bu işə qarışa bilməməsi, qazının həbs etdiyi şəxsi kimsənin azad etməsinin yolverilməz olduğu bildirilirdi.
69)Monqolların Azəbaycana hərbi yürüşləri.
Monqolların Azərbaycana I yürüşü 1220-ci ildə başladı.Bu yürüş kəşfiyyat xarakteri daşıyırdı. Cəbə və Sabutay adlı monqol sərkərdələri başcılıq edirdilər. Zəncan, Ərdəbil, Sərab və s. şəhərləri talan edib, Təbrizə yaxınlaşdılar. Eldəniz Özbək coxlu xəraç verərək şəhəri qoruya bildi. Muğana qışlamağa gedən monqollar Özbəyin gürçü çarı Georqi ilə hərbi ittifaq bağladıgını eşidib Gürcüstana basqın etdilər. 1221-i ildə Gürcüstanda dagıntılar törətdikdən sonra monqollar yenə Təbriz üzərinə yeridilər. Təbriz hakimi Şəmsəddin Tugrayı xərac verməklə şəhəri qarətdən qurtara bildi. Monqollar qəflətən Təbrizdən Marağa üzərinə yürüş edərək, qanlı qırğın törətdilər. Həmədanda xalq üsyanının baş verdiyini eşidən monqollar üsyanı yatırdaraq Ərdəbili ələ keçirdilər və yenidən III dəfə Təbrizə doğru irəlilədilər. Təbrizin şəhər rəisi Şəmsəddin Tuğrayinin sayəsində şəhər yenə işğaldan qurtuldu. Sərab və Beyləqanı dağıtdıqdan sonra, Gəncə əhalisindən xəraç alaraq Gürcüstana kecdilər. Gürcüstandan Şirvan üzərinə yeriyən monqollar Şamaxını dağıdıb, 1222-ci ildə Dərbəndi tuta bilməyərək, gizli yollarla Şimali Qafqaza getdilər. Monqolların İ yürüşü: Azərbaycanın içtimai-iqtisadi və siyasi-mədəni həyatına böyük zərbə vurdu. Feodal pərakəndliyini artırdı. Azərbaycana yeni istilacılırın (qıpçaqların və Xarəzmşah Cəlaləddinin) həmlələrinə imkan yaratdı.1223-cü ildə Şimali Qafqaz çöllərindən keçərək Azərbaycana gələn qıpçaq dəstələri Dərbənddən sonra Şirvan və Arana (Qəbələ və Gəncə) gəldilər. Gəncə hakimilə razılaşma əsaında şəhər ətrafında məskunlaşdılar. Şirvan, Gürcüsian və Dağıstan əhalisinin birləşmiş qüvvələri tərəfindən məglub edildilər.1225çi ildə Gəncəyə soxulan gürçülər şəhəri qarət etdilər.1225-ci ildə Xarəzmşah Məhəmmədin oglu Cəlaləddin Azərbaycana gəldi. Əvvəlcə cənub istiqamətindən irəliləyərək, Marağanı, iyulun 25-də Təbrizi tutdu. Sərkərdəsi Urxan Gəncəni, Şəmkiri və s. şəhərləri tutdu. Eldənizlər və Ağsunqurilər dövlətinə son qoydu. Şirvanşahları isə ildə yüz min dinar xəraç verməyə məçbur etdi.

Yüklə 37,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin