77 IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri


Monqolların Azərbaycana II yürüşü



Yüklə 37,48 Kb.
səhifə8/12
tarix09.10.2023
ölçüsü37,48 Kb.
#153410
1   ...   4   5   6   7   8   9   10   11   12
78-61

Monqolların Azərbaycana II yürüşü 1231-ci ildə başlandı. Marağa, Gəncə (1235), Şəmkir, Tovuz, Bakı tutuldu. Təbriz mühasirəyə alındı. Danışıqlar nəticəsində xeyli xəraç alındı, şəhərin tanınmış sənətkarları Qaraqoruma, monqolların vətəninə göndərildi. 1239-çu ildə Dərbənd şəhərinin tutulması ilə Azərbaycanın işğalı başa çatdırıldı. 1239-1256-cı illərdə Ali monqol xəqanlığının canişini Azərbaycanı idarə edirdi. Monqollar Azərbaycanda möhkəmləndilər.
Monqolların Ön Asiyaya, o çümlədən Azərbaycana III yürüşü 1253-çü ildə Ali monqol xaqanı Münkenin qardaşı Hülaki xanının rəhbərliyi altında başladı.1256-cı ildə İsmailililərin Ələmut hökmranlığı süquta uğradıldı və Azərbaycan da Hülaki xana tabe edildi. 1258-ci ilin fevralında Bağdadı bir həmlə ilə tutuan Hülaki xan və onun sərkərdəsi Baqu 500 ildən artıq hökm sürən Abbasilər xilafətinə son qoydular.
68)Azərbaycan Hülakülər dövlətinin tərkibində.
Elxanilərə, digər monqol ulusu olan Qızıl Orda arasında müharibə meydanına çevrilməsinə səbəb oldu. Hülaki xan (1258-1265) və Abaqa xanın (1265-1282) hakimiyyətləri dövründə feodal qruplaşmaları arasında dövləti ələ almaq uğrunda mübarizə gedirdi. Feodal əyanları iqtisadi qüdrətlərini artırdılar. Əhməd xan feodal çəkişmələri nəticəsində devrildi. Arqun xan (1284-1291) Əmir Novruzun başcılıq etdiyi feodal qruplaşmasına qarşı mübarizə apardı.Keyxatu xan (1291-1295) Abaqa xanın oğlu idi.Qazan xan (1295-1304) Qarabağda padşah elan edildi. Arslan oğlunun və Taycu oğlunun qiyamlarını yatırdı.Məhəmməd Ulcaytu (1304-1316) mərkəzi hakimiyyəti güçləndirdi. Gilan və Heratı ələ keçirdi. Dövlətin idarəsini Sulduz qəbiləsindən olan Əmir Çobana həvalə etməyi vəsiyyət etmişdi. Əbu Səid (1316-1335) 12 yaşında hakimiyyətə gəldi. Qızıl Orda, Misir məmlük sultanlığı və daxili qiyamçılarla mübarizə aparmış, göstərdiyi igidliyə görə «bahadur» ləqəbi almışdır.Qısa müddətdə hakimiyyətdə bir-birini əvəz etmiş Arpa xan (1335-1336), Musa xan (1336), Məhəmməd xan (1336-1338), bir- birilərini əvəz etdi. Azərbaycanda hakimiyyət faktiki olaraq Çobani məlik Əşrəfin (1344 -1356) əlində idi. O, Təbrizdə baş vermiş üsyanı yatırdı.Azərbaycan əhalisinin elçi olaraq göndərdiyi Qazı Məhyəddin və Şirvanşah Kavusun (1345-1372) xahişi ilə ölkəyə gəlmiş Qızıl Orda xanı Canı bəy tərəfindən edam olundu. Canı bəy Hülakilər dövlətinə son qoydu. Oğlu Bərdi bəyi Təbrizdə səltənətə cıxardaraq Qızıl Ordaya qayıtdı. Atasının ölüm xəbərini eşidən Bərdi bəy Qızıl Ordaya qayıtmalı oldu və Azərbaycan Əxiçunun başcılığı ilə yenidən Çobani əyanlarının əlinə keçdi.Cəlairi əmiri Şeyx Üveys (1354 -1374) vəziyyətdən istifadə edərək 1358 və 1359-çu illərdə Azərbaycana yürüşlər etdi. Təbrizi ələ keçirdi və özünə paytaxt etdi. 1367-ci ildə Şirvan ərazisini tutdu. Azərbaycanı öz dövlətinin tərkibinə qatdı.

Yüklə 37,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin