77 IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri



Yüklə 37,48 Kb.
səhifə4/12
tarix09.10.2023
ölçüsü37,48 Kb.
#153410
1   2   3   4   5   6   7   8   9   ...   12
78-61

73)Səlairlər dövləti.
Dövlətin yaradıcısı Mərzuban ibn Məhəmməd Gilan vilayətinin Səlarilər tayfasına mənsub idi. O, cəsur şəxsiyyət və görkəmli dövlət xadimi idi. 942-ci ildə o, Sacilər hakimi Deysəmi məğlub edərək hakimiyyəti ələ keçirdi. Dövlətin paytaxtı Ərdəbil idi (942-981). O, dövləti möhkəmləndirməyə çalışdı. Bu zaman ruslar Bərdəyə hücum etdilər (944) böyük dağıntılar törətdilər. Şirvanşah Məzyədilər dövləti Səlarilərə tabe edildi. Şimal sərhədi Dərbəndə qədər uzandı. Hakimiyyəti qardaşı Bəhsudan ələ keçirdi. Lakin Mərzuban anası və qohumlarının 953-cü ildə əsrlikdən qaçıb Ərdəbilə gələrək hakimiyyəti ələ keçirdi. Bunu eşidən Deysəm əvvəl Mosula, ordan Bağdada qaçdı. 957-ci ildə Mərzuban öldü. Dərbənd və Gəncə vilayəti Səlarilərin tərkibindən çıxdı. Şəddadilər dövlətinin yaranması ilə Arranın bir hissəsi və Ərməniyyə də onların əlindən çıxdı. Belə bir şəraitdə Əhər və Təbriz hakimi Rəvvadilər İbrahimi məğlub edib əsir aldı. Ərdəbili ələ keçirib hakimiyyəti qazandı. Sacilərin hakimi Yusif öz qoşunu ilə ruslarla vuruşmalı oldu. Şirvanşahlar Əli ibn Heysəm həm quruda, həm də dənizdə rus qoşunları ilə döyüşdü. Şirvanşah Maniçöhr ibn Yəzid onlarla vuruşdu və məğlub oldu. 944-cü ildə Ruslar Bərdəyə hücum etdilər.Bərdə qalasında qarətlər törətdilər.
72)Şəddadilər dövləti.
Salarilər dövlətində orduda xidmət etmiş Məhəmməd bu sülaləyə qarşı çıxdı və 951-ci ildə Dəbili ələ keçirib müstəqil əmirlik yaratdı. O, 971-ci ildə varisi Əli Ləşkəri Arazdan şimaldakı feodal mülklərini də özünə tabe etdi. Paytaxtı Gəncə olan müstəqil Şəddadilər dövlətinin əsasını qoydu. Az sonra Bərdə, Şəmkir torpaqlarını da ələ keçirdi.978-979-cu ildə Ləşkəri vəfat etdi. Özündən sonra Gəncə taxtında kiçik qardaşı Fəzli görmək istəyən Ləşkərinin istəyinə rəğmən hakimiyyət Məhəmməd ibn Şəddadın ortancıl oğlu Mərzbanın əlinə keçdi. Onun bacarıqsız siyasəti əvvəllər Şəddadilərin itaətində olan bir çox vilayətlərin itirilməsinə səbəb oldu. 982-983-cü ildə Şirvanşah Məhəmməd ibn Əhməd Bərdəni ələ keçirərək, Musa ibn Əlini şəhər hakimi təyin etdi. Elə həmin dövrdə Naxçıvan əmiri Əbu Düləf də Naxçıvan Dvində hakimiyyətini möhkəmlədə bilmişdi.985-986-cı ildə Fəzl ov zamanı fürsətdən istifadə edərək qardaşı Mərzbanı öldürür, Mərzbanın oğlu Şirvini isə həbs etdirərək hakimiyyəti ələ keçirir. 1073-1074-cü illərdə Şəddadi hökmdarı II Fəzlin oğlu Fəzlun atasına qarşı çıxaraq, onu hakimiyyətdən uzaqlaşdırdı və ölkənin idarəsini əlinə aldı. Lakin 1075-ci ildə Səlcuqi sultanı Məlik şahın əmiri Savtəkin böyük bir qoşunla Arrana göndərilir. Göstərilən müqavimətə baxmayaraq, Fəzlun, nəhayət, Arranın idarəsini Savtəkinə təhvil verməli olur. Əmirliyin ərazisi atabəyliyə çevrilirMənuçehrdən sonra onun nəsli təqribən hələ 130 il Anidə hakimiyyətdə qalmış və nəhayət, bu şəhər gürcülərin əlinə keçmişdi. Dvin Şəddadiləri isə 1130-cu ildə Səlcuqilərin zərbələri nəticəsində süqut etmişdilər.

Yüklə 37,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin