77 IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri


)Səlcuq türklərinin Azərbaycanda hökmranlığı



Yüklə 37,48 Kb.
səhifə5/12
tarix09.10.2023
ölçüsü37,48 Kb.
#153410
1   2   3   4   5   6   7   8   9   ...   12
78-61

71)Səlcuq türklərinin Azərbaycanda hökmranlığı.
Monqol yürüşləri ərəfəsində Azərbaycanda Eldənizlər (Kürdən çənubdakı Azərbaycan torpaqları), Şirvanşahlar (Kürdən Dərbəndə qədərki əraziləri) və Ağsunqurilər ( Maragada) sülalələri hökmranlıq edirdilər. Səlcuq türklərinin Azərbaycanda hökmranlığı XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Öğuz türkləri olan Səlcuq türklərinin adı məşhur türk sərkərdəsi Səlcüğün (qınıq tayfasından) adından əmələ gəlmişdi. Səlcuq türklərinin qoşunları İran və Azərbaycan torpaqlarından keçərək, Bizans qoşunlarına qalib gəldilər.1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti meydana gəldi. Səlcuğun nəvəsi Sultan Toğrulun hakimiyyəti illərində (1040-1063) Səlcuq türkləri daha da qüvvətləndi. 1040-cı il mayın 24-də Dəndənəkan vuruşmasında Qəznəvilər dövlətinin hərbi qüvvələri darmadağın edildi. 1043-cü ildə dövlətin paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü. Səlcuq qoşunları üç istiqamətdə - Həmədan, İsfahan, Gilan istiqamətlərində Azərbaycana doğru yürüşə başladılar. Həmədan və İsfahan da daxil olmaqla bütün Qərbi İranı ələ keçirən Səlcuq qoşunu Dəclə çayının sahillərinə çıxdı.Azərbaycanın cənub əyalətləri Səlcuq sərkərdəsi Həsənin nəzarəti altına keçdi. Səlcuq-Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-də Bizans, erməni və gürcü feodalarının birləşmiş qüvvələrini darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu. Sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan və Xarəzm (1038-1044), Qərbi İran (1042-1051) Səlcuq türklərinin hakimiyyətinə keçdi. 1055-ci ildə Bağdad da daxil olmaqla İraq tabe edildi. Abbasilər asılı vəziyyətə düşdü.1054-cü ildə Sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı , Rəvvadi hökmdarı Vəhsudan Səlcuq sultanına tabe olduğunu bildirdi. Şəddadi hökmdarı Əbüləsvar Şarur da səlcuqlara tabe oldu. Səlcuq sultanı ilə Şəddadi hökmdarı arasında bir saziş bağlandı: onlar Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı əlbir hərəkət etsinlər. 1066-cı ildə müqavimətə baxmayaraq, Şirvanşah I Fəribürz səlcuqlara tabe oldu . Bununla da Azərbaycan bütünlüklə Böyük Səlcuq imperatorluğuna qatılmış oldu. Sasanilər və Ərəb xilafətinin hökmranlıq etdiyi təqribən 600 illik bir tarixi dövrdə bütün türk, habelə qeyri-türk tayfalarının vahid xalq halında qaynayıb-qarışması prosesi gedirdi. Sasanilər və Ərəb xilafətinə qarşı birgə mübarizə bu prosesə müsbət təsir göstərmişdi. Bundan başqa I Səlib yürüşü dövründə (1096-1099) səlibçilərə qarşı mübarizə, Aralıq dənizinin Kiçik Asiya,Suriya və Fələstin sahillərində çox mühüm ərazilərin itirilməsi də Böyük Səlcuq imperatorluğunun tənəzzülünə müəyyən təsir göstərdi. Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin (1118-1157) hakimiyyəti illərində imperatorluq faktiki olaraq, ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. Bu dövlətləri Səlcuq sultanlarının vəliəhdlərinin tərbiyəçiləri-atabəylər idarə edirdilər.

Yüklə 37,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin