14. Psixologiyanın tədqiqat metodlarının təsnifatı



Yüklə 114,9 Kb.
Pdf görüntüsü
tarix16.10.2022
ölçüsü114,9 Kb.
#65233
14.sual Psixologiya



14.Psixologiyanın tədqiqat metodlarının təsnifatı 
Psixologiyanın tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı 
olmaqla t
əsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment metodlarını 
aid edirl
ər. 
Müşahidə 
psixi hadis
ələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək 
yolu il
ə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat 
metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, 
müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca 
xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə həyata keçirilir. 
Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərinə 
müşahidə aparılan bundan xəbər tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, 
oyun, d
ərs və s.) aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər. 
Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistematik ola bilir. 
Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının 
t
əzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin 
münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan 
müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya 
bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövrü müşahidəyə 
g
əldikdə bu müəyyən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi 
hadis
ənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin 
inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də 
inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Lakin burada müşahidə 
arası kəsilmədən uzun müddət məsələn, bütün dərs ili, müəyyən yaş dövrü 
ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və 
ümumiləşdirmə əsasında müvafiq nəticələrçıxarılır. 
Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləməyə 
imkan verir. Buna baxmayaraq müşahidə zamanı bəzi çətinliklər mövcud ola 
bilir. H
ər şeydən əvvəl psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki 
d
əyişikliyi müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək imkanına 
malik olmur. M
əhz buna görə də nəzarətdən kənarda qalan amillərin təsiri 
altında tam dəqiq məlumat əldə etmək çətinləşir. Bundan başqa müşahidə 
psixoloqun sub
yektiv mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun 
elmi baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış qiymətləndirmə 
stereotipi, etik prinsipl
əri, ustanovkası və s. öz təsirini göstərə bilər. Şübhəsiz 
müşahidə aparan psixoloq bu kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır. 
Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi hadisənin, davranış 
t
ərzinin təzahürünü uzun müddət gözləmək lazım gəlməsi ilə baglıdır.

Yüklə 114,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin