Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5


Lokal təsvirlərin modelləşdirilməsi



Yüklə 0,74 Mb.
səhifə8/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n


7. Lokal təsvirlərin modelləşdirilməsi


Obyektlərin moddelləşdirilməsi üsulu ilə verilənlər bazasının konseptual layihələndirilməsi 2 mərhələ üzrə aparılır:


1) lokal təsvirlərin modelləşdirilməsi;
2) lokal təsvirlərin birləşdirilməsi və ümumi konseptual sxemin alınması.
Lokal təsvirlərin modelləşdirilməsi verilənlər bazasına daxil edilən və mövzu sahəsinin müxtəlif cəhətlərini əks etdirən informasiyanın modelləşdirilməsini əhatə edir.
Lokal təsvirlərin modelləşdirilməsi aşaıdakı addımlarla aparılır:
1) Lokal təsvirlərin təyini;
2) Verilənlərin formalaşdırılması;
3) Hər verilən üçün təyinedici atributun seçilməsi;
4) Təsviredici atributların müəyyənləşdirilməsi;
5) Əlaqələrin müəyyənləşdirilməsi.


Lokal təsvirlərin təyini.
Adətən, hər bir lokal təsvir müəyyən tətbiq sahəsinə, funksional məsələyə və ya istifadəçiyə uyğun gəlir. Bəzi halda lokal təsvir predmet sahəsinin müstəqil bölməsinə uyğun ola bilər. Məsələn, ali məktəb üçün verilənlər bazasının layihələndirilməsində lokal təsvirlər kimi ayrı-ayrı funksional bölmələr, fakultələr götürülə bilər. Lokal təsvirin əhatə dairəsinin seçilməsində layihəçi adətən, kompromis qərar qəbul edir, çünki dar çərçivə verilənlərin inteqrasiya səviyyəsini kiçildir, əhatə dairəsinin çox genişliyi isə layihənin mürəkkəbliyinə və qeyri səlisliyinə gətirib çıxarır.
Verilənlərin formalaşdırılması.
Hər bir lokal təsvir üçün verilənləri formalaşdırmaq lazımdır, yəni haqqında informasiya toplanılan obyektlərin verilənlərinin tipləri müəyyənləşdirilməli, verilənlər qruplaşdırılmalıdır.
Təyinedici atributun seçilməsi.
Hər bir obyekt üçün onun nüsxəsini birmənalı təyin edən identifikator gösətrilməlidir. İdentifikator kimi bir və ya bir neçə atribut seçilə bilər. Verilənlərin emalı sistemlərində qiyməti baxılan obyekti birmənalı təyin edən atributa açar deyilir. Həmin sistemlərdə belə bir hipotez var: obyektlər yığımında hər bir obyekt fərqlənməlidir. Odur ki, hər bir obyekt yalnız ona uyğun açara malik olmalıdır.
Əgər obyektləri xarakterizə edən verilənlər içərisindən açar seşmək mümkün deyilsə, onda verilənlərin tərkibinə açar kimi istifadə olunan xüsusi atribut daxil edilir. Məsələn, müəssisədəki işçilər haqqında verilənlər bazasında “işçinin tabel sayı”, əmanət bankı sistemində “əmanətçinin hesab sayı” açar kimi istifadə oluna bilər. Verilənlərin modellərinin layihələndirilməsində açarın seçilməsi vacib məsələlərdən biridir. Bu onunla izah olunur ki, açar verilənlərin mahiyyətini birmənalı təyin etməlidir. Bəzi hallarda veriləni təyin edən bir neçə açar ola bilər. Onlardan biri əsas (birinci) açar kimi təyin olunur, o biriləri isə mümkün açarlar hesab olunur. Əsas açar kimi uzunluğu ən kiçik olanı seçilir.
Təsviredici atributların müəyyənləşdirilməsi.
Açar kimi istifadə olunan atribut seçildikdən sonra obyektlərin xassələrini təsvir edən digər atributlar müəyyənləşdirilir. Açar kimi seçilən atribut (və ya atributlar) veriləni tam təyin etdiyindən, təsviredici atributlarla açar arasında funksional asılılıq olmalıdır. Təsviredici atributlar tərkibli ola bilməz, yəni onlar birqiymətli olmalıdır. Nisbət baxımından bu o deməkdir ki, verilən 1-ci normal formada olmalıdır və atributlar təkrarlana bilməz.
Əlaqələrin müəyyənləşdirilməsi
Bu addımda lokal təsvirdəki verilənlər arasındakı asılılıq araşdırılır və bununla da verilənlər arasında əlaqələr müəyyənləşdirilir. Müəyyənləşdirilən əlaqələrin xarakteristikaları təyin edilir. Lokal təsvirlərin modelləşdirilməsi formalaşdırılan verilənlərin və atributların, həmçinin, onlar arasında əlaqələrin qrafiki təsviri ilə nəticələnir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin