Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5


Konseptual layihələndirmədə əlaqələr



Yüklə 0,74 Mb.
səhifə7/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   2   3   4   5   6   7   8   9   10   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

6. Konseptual layihələndirmədə əlaqələr


Əlaqə obyektlər arasındakı rabitəni təyin edir. Obyektlər arasında binar (iki obyekt arasındakı əlaqə), Ternar (üç obyekt arasındakı əlaqə) və ümumi halda n-nar əlaqələr ola bilər. Binar əlaqələrə ən çox təsadüf edilir.


Əlaqə kateqoriyası istiqamət, assosiativlik və seçicilik xassələri ilə xarakterizə olunur. Əlaqənin istiqaməti onun semantikası ilə bilavasitə bağlı olub, əlaqənin təyinedici atributdan təyin edilənə və ya əksinə yönəldiyini göstərir.

Əgər əlaqə hər iki istiqamətdə eyni mənalıdırsa, onda əlaqənin istiqaməti göstərilmir.

Əlaqənin əsas xassələrindən biri də assosiativlikdir. Assosiativlik birmənalılıq xarakteristikası ilə bilavasitə bağlıdır. Birmənalılıq obyektlərin assosiativlik dərəcəsini təyin edir. Hər hansı A obyektinin B obyekti ilə 4 cür assosiasiyası mümkündür: “birin-birə” (1:1), “birin-çoxa” (1:M), “çoxun-birə” (M:1) və “çoxun-çoxa” (M:N). Əgər əlaqə hər iki istiqamətdə birmənalıdırsa, bu cür əlaqəyə “birin-birə” (1:1) əlaqəsi deyilir (şək. 6.1 a). Əgər əlaqə A-ya görə birmənalıdırsa (Şək. 6.1 b), onda assosiasiya “birin-çoxa” (1:M) və əksinə B-yə görə birmənalıdırsa, “çoxun-birə” (M:1) adlanır. Əgər A və B obyektləri arasında birmənalılıq yoxdursa, onlar arasındakı əlaqə “çoxun-çoxa” (M:N) hesab olunur (Şək. 6.1 v).

Əlaqələr Assosiasiyanın növü


Tip Nüsxə



Şəkil 6.1. Assosiasiyaların növləri

Əlaqənin seçicilik xassəsi özünü 4 şəkildə göstərə bilər:



  1. Məcburi olmayan əlaqə: əlaqədə hər iki obyektin varlığı əlaqədən asılı deyil(Şək. 6.2 a).

  2. Mümkün əlaqə: əlaqədə olan obyektlərin varlığı əlaqənin tipindən asılıdır (Şək. 6.2 b).

  3. Şərti əlaqə: obyektlərdən birinin varlığı müəyyən şərtlə təyin edilir. Bu növ əlaqə mümkün olan əlaqənin xüsusi halıdır (Şək. 6.2 v).

4) Məcburi əlaqə: hər iki obyektin varlığı əlaqədən asılıdır (Şək.6.2 q).


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin