Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5


Verilənlər bazasının idarəetmə sistemi



Yüklə 0,74 Mb.
səhifə10/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

VERİLƏNLƏR BAZASININ İDARƏETMƏ SİSTEMİ

9. Verilənlər bazasının idarəetmə sistemi


Verilənlər bazasının idarə olunması linqvistik və proqram təminatı baxımından verilənlər bazasının idarəetmə sistemi, təşkilati baxımından isə verilənlər bazasının administratoru tərəfindən yerinə yetirilir.


Verilənlər bazasının mərkəzləşdirilmiş idarə olunmasını və verilənlərə müraciəti təmin etmək üçün linqvistik və proqram vasitələrindən ibarət xüsusi kompleks yaradılır. Bu kompleks verilənlər bazasının idarəetmə sistemi (VBİS) adlanır.
Seçilən modeldən asılı olmayaraq, verilənlər verilənlər bazasında əlaqələndirilmiş fayllar şəklində saxlanır. Odur ki, VBİS-in əsas funksiyaları verilənlər bazasının verilənlərini aralarındakı əlaqələri nəzərə almaqla təşkil etmək, verilənlər bazasında lazımi düzəlişləri (verilənlərin əlavə edilməsi, dəyişdirilməsi və silinməsi) və sorğulara görə verilənlərə müraciəti təmin etməkdir. Bu əsas funksiyalardan əlavə müasir VBİS-də sorğuya görə seçilən verilənlərin emalı da (onlar üzərində hesab və məntiq əməliyyatlarının aparılması) nəzərə alınır.
Verilənlərə müraciətin VBİS tərəfindən idarə olunması aşağıdakı kimi aparılır.



Fərz edək ki, istifadəçinin sorğusuna görə müəyyən xarici yazının seçilməsi tələb olunur. Bu zaman nəzərə alınır ki, bütün proses interpretasiya olunandır, yəni sorğunun təhlili, müxtəlif sxemlərdən seçmələr və digər əməliyyatlar sorğunun icrası zamanı yerinə yetirilir. İnterpretasiya prosesinə nisbətən çox vaxt sərf olunduğundan, onun məhsuldarlığı aşağı olur. Praktikada, adətən, sorğunun icrasından əvvəl o kompilyasiya edilir, yəni sorğu əvvəlcədən sistemin daxili dilinə çevrilir. VBİS verilənlərin bütün səviyyələrdə (xarici, konseptual, daxili) təyinini və bu təyinlərin uyğün formalara çevrilməsini təmin etməlidir. Bunun üçün onun tərkibində linqvistik vasitəsilər (verilənlərin təsvir dilləri) və linqvistik prosessor olmalıdır. Yəni VBİS verilənlərin təsvir dillərinin morfologiyasını və sintaksisini “başa düşməlidir”.


VBİS verilənlərin seçilməsi, dəyişdirilməsi, yeniləşdirilməsi və silinməsi əməliyyatlarını təmin etməlidir. Bunun üçün o verilənlərin emalı dilinə və prosessora malik olmalıdır. Həmin prosessor həm reqlamentli (planlaşdırılmış), həm də təsadüfi (planlaşdırılmamış) sorğuların emalını təmin etməlidir. Təsadüfi sorğuların emalı xüsusi problem olduğundan, o, VBİS-in və ona əlavə olunan üstqurum proqram vasitələrinin köməkliyi ilə həll olunur. Reqlamentli sorğular adətən əməliyyat xarakterli tətbiq üçün (məsələn, standart formalarla müxtəlif hesabat cədvəllərinin qurulması), təsadüfi sorğular isə qərarların qəbulunun informasiya təminatı üçün nəzərdə tutulur. Reqlamentli sorğuların emalı əvvəlcədən hazırlanmış poqramlarla, təsadüfi sorğuların emalın isə təyinat üzrə interaktiv aparılır.
VBİS istifadəçilərin sorğularını nəzarətdə saxlamalı, verilənlərin təhlükəsizliyini və tamlığını təmin etməlidir. Verilənlərin bərpasına və təhlükəsizliyinə nəzarət də VBİS-in funksiyalarına daxildir. VBİS-in vacib tərkib hissələrindən biri də verilənlər lüğətidir. Verilənlər lüğətinə sistemin metaverilənlər bazası kimi baxmaq olar. Burada «verilənlər haqqında verilənlər» («metaverilənlər»), o cümlədən, hər səviyyəyə uyğun sxemlərin (xarici, konseptual, daxili) təsviri, sxemlərin bir-birində əksləri, standart sorğular, həmin sorğularla onları emal edən proqramlar arasında əlaqələr, sorğulara uyğun hesabat formaları, istifadəçilər, verilənlərin alınma mənbələri, sistemə qoşulan terminallar və s. haqqında məlumat saxlanır. Metaverilənlər bazasının idarə olunması, yəni onun yaradılması, verilənlərin seçilməsi və dəyişiliklər aparılması üçün də ayrıca proqram təminatı hazırlanır.
Bəzi hallarda, istifadəçilər sistemdən uzaq məsafədə olanda, sorğular VB-yə kommunikasiya məlumatı formasında ötürülür (istifadəçinin işçi stansiyasından birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə VBİS-ə). İstifadəçilərə cavablar da VBİS-dən birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə bu cür məlumat formasında çatdırılır. Bu prosesin idarə olunması “verilənlərin ötürülməsi dispetçeri” adlanan proqram kompleksi vasitəsilə aparılır. Adətən, bu proqram kompleksi VBİS-dən ayrı yaradılır və özünün hüquqi əsaslarına malik olur. Bu cür sistemlərə səpələnmiş verilənlər bazaları sistemləri deyilir. Bu tip sistemlər son illərdə geniş yayılan kliyent/server arxitekturası ilə qurulur.
Beləliklə, yuxarıda şərh olunanları yekunlaşdıraraq demək olar ki, VBİS-in əsas vəzifəsi verilənlər bazası ilə istifadəçi arasında interfeysin təmin edilməsidir. İstifadəçi interfeysi istifadəçinin sistemlə əlaqəsini təyin edir.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin