Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə11/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

10. VBİS-in Linqvistik təminatı


VBİS-in linqvistik vasitələrinə onun fəaliyyəti üçün istifadə olunan müxtəlif dillər və lüğətlər daxildir. VBİS-də istifadə olunan dillərə aşağıdakılar aiddir: verilənlərin təsviri üçün dillər, verilənlərlə əməliyyət aparmaq üçün dillər, proqram təminatının yaradılması üçün işlədilən dillər. Həm istifadəçilər, həm də verilənlər bazasının administratoru verilənlərin strukturunun təyini və dəqiq təsviri məqsədilə verilənlərin təsviri dillərindən istifadə edirlər. Verilənlərin təsviri üçün səmərəli dillərin yaradılması verilənlər bazalarının və onların idarəetmə sistemlərinin layihələndirilməsində mühüm problemlərdən biri sayılır. Bu dillər kompüter texnologiyası ilə məşğul olan bir sıra qabaqcıl firma və müəssisələr tərəfindən təklif olunmuş və yayılmışdır. Verilənlərin təsviri metodlarını tədqiq etmək və səmərəli dillər yaradıb yaymaq məqsədilə kompüter texnologiyası, o cümlədən, verilənlər bazaları üzrə mütəxəssislər tədqiqat qrupları təşkil etmişlər. Onlara misal olaraq verilənlərin emalı sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan komitənin (CODASYL) verilənlər bazaları üzrə işçi qrupunu (DBTG), kompüter texnikası komitəsinin faylların təsviri və emalı üzrə xüsusi qrupunu (ACM SİGFİDET), verilənlərin idarəetmə sistemləri üzrə tədqiqat qrupunu (ANSI / SPARC) göstərmək olar. Təsvir səviyyəsinə uyğun olaraq verilənlərin təsviri üçün 3 tip dillərdən istifadə olunur:



  • sorğuların (xarici sxemin) təsiviri üçün dil (istifadəçilərlə ünsiyyət dili);

  • konseptual sxemin təsiviri üçün dil;

  • daxili sxemin təsviri üçün dil.

Verilənlərin təsvir səviyyələri və dilləri arasında əlaqə şəkildə göstərilmişdir. Hər istifadəçinin özünün ünsiyyət dili var. Tətbiqi proqramçılar üçün bu proqramlaşdırma dillərindın biri və ya baxılan sistemin xüsusi dilidir.
İstifadəçi-şəxslər (sonuncu istifadəçilər) ünsiyyət dili kimi xüsusi sorğu dilindən və ya xüsusi təyinatlı dildən istifadə edirlər. Sorğu dili əsasən xüsusiləşdirilmiş xarakter daşıyır, yəni o istifadəçilərin tələblərinin ödənilməsi baxımından yaradılır. Bəzi sistemlərdə istifadəçilər tətbiqi proqramçıların işlətdiyi dildən istifadə edirlər. Lakin bu dil proqramçı olmayan istifadəçilər üçün çətinlik törədir. Bu səbəbdən də inkişaf etmiş VBİS-də istifadəçi şəxslər üçün xüsusi sorğu dilləri yaradılır. Bu dillərə misal olaraq CBE (Cuery By Example-nümünəyə görə sorğu dili) və SQL (Structured Query Language-strukturlaşdırılmış sorğu dili) dillərini göstərmək olar.

Müasir VBİS-də xüsusi təyinatlı sorğu dillərindən geniş istifadə olunur. Bu dillər əsasən interaktiv rejimdə işləmək üçün nəzərdə tutulur və dialoq dili adlanır. Dialoq dili quruluşuna və öyrənilməsinə görə daha sadə olub, təbii dilə yaxındır.


Verilənlər lüğəti tətbiq sahəsini əhatə edən obyektlər, onların atributları, obyektlər arasındakı qarşılıqlı əlaqələr, verilənlərin alınma mənbələri, mümkün qiymətlər dairəsi, təsvir formatları, istifadəçilər və onların sorğuları və s. haqqında məlumatı mərkəzləşdirilmiş şəkildə özündə saxlayır.
Hər bir müəssisə və təşkilatda verilənlər bazasının tətbiqi uzun vaxt tələb edir. Tətbiqi proqramların yaradılması və inteqrallaşdırılması ilə əlaqədar olaraq verilənlər bazası genişləndirilir. Yeni verilənlər daxil edilir, köhnələri isə silinir və ya dəyişdirilir. Verilənlərin lüğəti bütün bu dəyişkliklər və ümumiyyətlə, verilənlər ehtiyatları haqqında informasiyanı özündə saxlayır.
Çoxbazalı sistemlərdə metaverilənlər bazasında həmçinin verilənlər bazaları və onlar arasında əlaqələr haqqında da məlumat olur. Bundan əlavə hansı proqramın və ya istifadəçinin hansı verilənlər bazasından istifadə etdiyi, verilənlərin mühafizə kodu və onlara müraciətin məhdudluğu haqqında informasiya da qeyd olunur.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin