Ümumİ müddəalar Gəmİ Gəmİlərİn və onlara olan hüquqların qeydİyyata alınması


Dövlət bayraq vƏ lİman nəzarətİ 16



Yüklə 0,87 Mb.
səhifə5/20
tarix18.04.2017
ölçüsü0,87 Mb.
#14363
1   2   3   4   5   6   7   8   9   ...   20

Dövlət bayraq vƏ lİman nəzarətİ 16


Maddə 61. Müvafiq icra hakimiyyəti orqanı və Dəniz limanı kapitanı

61.1. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyini və nizam-intizamı təmin etmək funksiyalarını müvafiq icra hakimiyyəti orqanı və dəniz limanı kapitanı həyata keçirir.

61.2. Dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir və bilavasitə ona tabedir. Dəniz limanı kapitanının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Dəniz limanı kapitanı haqqında Əsasnamə” ilə tənzimlənir. 17

61.3. Dəniz limanı kapitanı bilavasitə müvafiq icra hakimiyyəti orqanına tabedir. 18

61.4. Azərbaycan Respublikasının ərazisində dövlət bayraq və liman nəzarətini və dəniz üzgüçülüyü qaydalarına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.19



Maddə 62. Müvafiq icra hakimiyyəti orqanının və Dəniz limanı kapitanının funksiyaları

62.1. Dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının funksiyaları:

62.1.1. ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının ticarət gəmiçiliyinə aid olan beynəlxalq müqavilələrinə əməl edilməsinə nəzarət;

62.1.2. gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və müvafiq gəmi sənədlərini vermək;

62.1.3. gəmilərə və inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəminin və ya inşa edilməkdə olan gəminin və onlara olan hüquqların ipotekasını qeydiyyata almaq və müvafiq sənədlər vermək;

62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, onların verilməsinin təsdiqnamələrini, dənizçinin şəxsiyyət sənədini və dənizçi kitabçalarını vermək;

62.1.5. gəmilər tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək;

62.1.6. dənizdə bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə rəhbərlik və nəzarəti həyata keçirmək;

62.1.7. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;

62.1.8. dənizdə baş vermiş qəzaları qeydə almaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada araşdırmaq.

62.2. Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində aşağıdakı funksiyaları həyata keçirir:

62.2.1. gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək;

62.2.2. gəmi sənədlərini, sertifikatları (diplomları), xüsusi hazırlıq şəhadətnamələrini və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini yoxlamaq;

62.2.3. gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət;

62.2.4. müvafiq gəmi jurnallarının yoxlanılması.20

Maddə 63. Gəmilərə nəzarət

63.1. Gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas göstəricilərinin gəmi sənədlərinə uyğunluğunu, gəmi heyətinin müvafiq qaydada komplektləşdirilməsini və ticarət gəmiçiliyi sahəsində beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.21

63.2. Gəmi sənədləri olmadıqda və ya gəminin dəniz üzgüçülüyü təhlükəsizliyinin tələblərinə cavab vermədiyini güman etməyə kifayət qədər əsas olduqda, “, habelə gəminin istismarı insan həyatına və ya ətraf mühitə real təhlükə yaratdığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı gəmini yoxlaya bilər. 22

63.3. Gəminin dəniz limanından çıxması üçün icazənin verilməsinə maneə törədən çatışmazlıqların aradan qaldırılmasını yoxlamaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı gəminin nəzarət yoxlanmasını həyata keçirə bilər. 23

63.4. Azərbaycan Respublikasının dəniz limanlarına daxil olan, xarici bayraqlar altında üzən gəmilərin son üç təqvim ili ərzində hesablanmış orta illik sayının ən azı iyirmi beş faizi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq nəzarət yoxlamasından keçirilməlidir.

63.5. Gəminin təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 ildən artıq müddət keçdikdə qaz və kimyəvi maddələr daşıyan tankerlər, 12 ildən artıq müddət keçdikdə qalama (balker) yük gəmiləri, 15 ildən artıq müddət keçdikdə sərnişin gəmiləri, eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 15 ildən artıq müddət keçdikdə neft tankerləri bu Məcəllənin 63.4-cü maddəsində qeyd edilən əsasnamədə nəzərdə tutulmuş qaydada geniş nəzarət yoxlamasından keçirilməlidirlər.24



Maddə 64. Gəmilərin dəniz limanından çıxmasına icazənin verilməsi

64.1. Hər bir gəmi dəniz limanından çıxmazdan əvvəl dəniz limanı kapitanının dəniz limanından çıxmağa icazəsini almalıdır. Dəniz limanı kapitanının aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla gəmiyə limandan çıxmağa icazə verməkdən imtina etmək hüququ vardır: 25

64.1.1. gəmi üzgüçülüyə yararlı olmadıqda;

64.1.2. gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqları olduqda;

64.1.3. gəmi sənədlərinə olan tələblər pozulduqda;

64.1.4. sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük, sərhəd və digər səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda;

64.1.5. müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz limanı kapitanının qəbul etdiyi qərarına əsasən tətbiq edilmiş sanksiyaların məbləğləri ödənilmədikdə.

64.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda. 26

64.2. Dəniz limanı kapitanının bu Məcəllənin 64.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranan xərcləri gəmi sahibi ödəyir.

Maddə 65. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə məsuliyyət

Dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati tənbehlər tətbiq edilir.27

VI fəsil


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin