Ümumİ müddəalar Gəmİ Gəmİlərİn və onlara olan hüquqların qeydİyyata alınması



Yüklə 0,87 Mb.
səhifə20/20
tarix18.04.2017
ölçüsü0,87 Mb.
#14363
1   ...   12   13   14   15   16   17   18   19   20

Tətbİq edİlən hüquq


Maddə 324. Tətbiq edilən hüququn müəyyənləşdirilməsi

324.1. Xarici vətəndaşların və ya xarici hüquqi şəxslərin iştirakı ilə, o cümlədən mülki hüquq obyekti Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, ticarət gəmiçiliyindən yaranan münasibətlərə tətbiq edilən qanun Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə, bu Məcəlləyə, digər qanunlara və Azərbaycan Respublikasının tanıdığı ticarət gəmiçiliyi adətlərinə müvafiq olaraq müəyyənləşdirilir.

324.2. Bu Məcəllə ilə nəzərdə tutulmuş müqavilənin tərəfləri müqavilə bağlayarkən və ya sonradan razılaşma əsasında həmin müqavilə üzrə onların hüquq və vəzifələrinə tətbiq edilən qanunu seçə bilərlər. Belə razılaşma olmadıqda, bu Məcəllənin qaydaları tətbiq edilir; belə razılaşmanın mövcudluğu sərnişinin həyatına və ya sağlamlığına zərərin vurulmasına, yükün və baqajın itirilməsinə və ya zədələnməsinə yaxud onların gecikdirilmə ilə çatdırılmasına görə bu Məcəlləyə müvafiq olaraq məsuliyyətinin aradan qaldırılmasına və ya azaldılmasına səbəb olmur.

Maddə 325. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları

325.1. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları, habelə belə hüquqların əldə edilməsi, verilməsi və ya itirilməsi gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə müəyyənləşdirilir.

325.2. Digər dövlətin bayrağı altında müvəqqəti üzmək hüququ verilmiş gəmiyə olan əşya hüquqlarına gəminin bilavasitə bayrağın dəyişdirilməsindən əvvəl qeydə alındığı dövlətin qanunu tətbiq edilir.

325.3. Əgər gəminin inşa edilməsi haqqında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, inşa edilməkdə olan gəmiyə hüquqlar gəminin inşa üçün qəbul edildiyi və ya inşa edildiyi dövlətin qanunu ilə müəyyənləşdirilir.



Maddə 326. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti

326.1. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti və gəminin istismarı ilə bağlı olan gəmi heyəti üzvlərinin arasında yaranan münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə müəyyənləşdirilir.

326.2. Gəmi sahibinin və xarici vətəndaş olan gəmi heyəti üzvlərinin münasibətlərini tənzimləyən müqavilədə başqa hal nəzərdə tutulmadıqda, gəmi sahibi və gəmi heyəti üzvləri arasında olan münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə tənzimlənir. Gəmi sahibi və gəmi heyəti üzvlərinin tətbiq edilən qanunun əmək müqaviləsini seçmələri gəmi heyəti üzvlərinin əmək şəraitinin pisləşməsinə səbəb olmamalıdır.

Maddə 327. Batmış əmlaka hüquqlar

327.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində batmış əmlaka hüquqlar Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilir.

327.2. Açıq dənizdə batmış gəmilərə, onların yükünə və digər əmlakına gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu tətbiq edilir.

Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan münasibətlər

328.1. Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə müqaviləsindən, dəniz agentliyi müqaviləsindən, dəniz sığorta müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, taym-çarter və berbout-çarterdən yaranan münasibətlər müqavilədə tərəflərlə nəzərdə tutulmuş dövlətin, dənizlə sərnişin daşınması müqaviləsindən yaranan münasibətlər isə — sərnişinin biletində göstərilən dövlətin qanunu ilə tənzimlənir.

328.2. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, onların müqavilədən yaranan münasibətləri aşağıda göstərilənlərin təsis edildikləri, əsas fəaliyyət və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir:

328.2.1. dənizlə yük daşınması müqaviləsində — daşıyıcının;

328.2.2. dəniz agentliyi müqaviləsində, taym-çarter və berbout-çarterdə — gəmi sahibinin;

328.2.3. yedəkləmə müqaviləsində — yedəkçi gəmi sahibinin;

328.2.4. dəniz vasitəçiliyi müqaviləsində — sifarişçinin;

328.2.5. dəniz sığorta müqaviləsində — sığortaçının.



Maddə 329. Ümumi qəza

329.1. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, ümumi qəzadan doğuran münasibətlər ümumi qəzaya səbəb olan hadisədən sonra gəmi səfərini başa çatdırdığı limanın dövlətinin qanunu ilə tənzimlənir. Ümumi qəza nəticəsində mənafeləri toxunulan bütün şəxslər bir dövlətə mənsubdurlarsa, həmin dövlətin qanunu tətbiq edilir.

329.2. Əgər ümumi qəza Azərbaycan Respublikasında bölüşdürülürsə, onun qaydası bu Məcəllənin 16-cı fəslində müəyyən edilmiş qaydalara müvafiq olaraq tənzimlənir.

Maddə 330. Gəmilərin toqquşmasından yaranan münasibətlər

330.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində gəmilərin toqquşmasından yaranan münasibətlər Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

330.2. Gəmilər açıq dənizdə toqquşduqda və mübahisəyə Azərbaycan Respublikasında baxıldıqda bu Məcəllənin 17-ci fəslində müəyyən edilmiş qaydalar tətbiq edilir.

330.3. Bir dövlətin bayrağı altında üzən gəmilərin toqquşmasından yaranan münasibətlərə, gəmilərin toqquşduğu yerdən asılı olmayaraq, həmin dövlətin qanunu tətbiq edilir.



Maddə 331. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərdən yaranan münasibətlər

331.0. Gəmilərdən neftlə çirkləndirmədən zərər vurulduqda, bu Məcəllənin 18-ci fəslində müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

331.0.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərə;

331.0.2. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.



Maddə 332. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərdən yaranan münasibətlər

332.0. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı zərər vurulduqda, bu Məcəllənin 19-cu fəslində müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

332.0.1. Azərbaycan Respublikasının ərazisində vurulan hər hansı bir zərərə;

332.0.2. Azərbaycan Respublikasının ərazisində ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərə;

332.0.3. Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərdən fərqli olan zərərə, əgər belə zərər Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmidə daşınan təhlükəli və zərərli maddələrlə vurulubsa;

332.0.4. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.



Maddə 333. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlər

333.1. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlərə tətbiq ediləcək hüquq barədə tərəflərin razılaşması olmadıqda, xilasetmə əməliyyatının aparıldığı dövlətin qanunu tətbiq edilir.

333.2. Xilas edən və xilas edilən gəmilər bir dövlətin bayrağı altında üzdükdə, xilasetmə əməliyyatının aparıldığı yerdən asılı olmayaraq, həmin dövlətin qanunu tətbiq edilir.

Maddə 334. Gəmi sahibinin məsuliyyətinin hüdudları

Gəmi sahibinin məsuliyyətinin hüdudları gəmi bayrağı dövlətinin qanunu ilə müəyyənləşdirilir.



Maddə 335. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri

Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar bu Məcəllədə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.


Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 22 iyun 2001-ci il



№ 146-IIQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 19 dekabr 2006-cı il tarixli 203-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1029)

  2. 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 562)

  3. 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442)

  4. 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)

  5. 20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286)

  6. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)

  7. 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643)

  8. 15 fevral 2013-cü il tarixli 559-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 mart 2013-cü il, № 55, “Azərbaycan” qəzeti 17 mart 2013-cü il, № 60)


QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 2-ci maddəyə yeni məzmunda 2.9-cu və 2.10-cu maddələr əlavə edilmişdir.


2 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə yeni məzmunda 5-1-ci maddə əlavə edilmişdir.


3 20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286) ilə 6-1-ci maddə əlavə edilmişdir.


4 15 fevral 2013-cü il tarixli 559-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 mart 2013-cü il, № 55, “Azərbaycan” qəzeti 17 mart 2013-cü il, № 60) ilə 6-1.1.1-ci maddədə “Bayrağı altında üzmək hüququ (patent)” sözlər “Dövlət bayrağı altında üzmək hüququ” sözləri ilə əvəz edilmişdir.


5 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə yeni məzmunda 6-1.1.21-ci maddə əlavə edilmişdir.


6 19 dekabr 2006-cı il tarixli 203-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1029) ilə 9.2-ci, 36.2-ci, 44.2-ci, 67.2-ci və 69-cu maddələrində "dəniz limanı kapitanı" sözləri, 27.1-ci maddəsində "dəniz limanının kapitanı" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, 44.3-cü maddəsində "dəniz limanı kapitanının" sözləri "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə əvəz edilmişdir.


7 15 fevral 2013-cü il tarixli 559-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 mart 2013-cü il, № 55, “Azərbaycan” qəzeti 17 mart 2013-cü il, № 60) ilə 15.2-ci maddədə “bayrağı altında” sözlərindən əvvəl “Dövlət” sözü əlavə edilmişdir.


8 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə texniki nəzarət və onların təsnifatı gəmi sahibinin və/və ya gəmi mülkiyyətçisinin seçdiyi təsnifat cəmiyyəti tərəfindən həyata keçirilir.


9 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə yeni məzmunda 18.1.21-1 – 18.1.21-4-cü maddələr əlavə edilmişdir.


10 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 22.2-ci maddənin ikinci cümləsində “təsnifat cəmiyyətinin” sözləri “gəmini qeydiyyata alan orqanın” sözləri ilə əvəz edilmişdir.


11 19 dekabr 2006-cı il tarixli 203-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1029) ilə 26.5-ci maddəsində "dəniz limanlarında" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri ilə əvəz edilmişdir.


12 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442) ilə 28.4-cü maddəsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənişlər” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərə uyğun olaraq haqq” sözləri ilə əvəz edilmişdir..


13 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 34.1-ci maddənin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Gəminin qeydiyyata alındığı liman (yer) dəyişdirildikdə, gəminin əvvəlki qeydiyyata alındığı limanda (yerdə) aparılan Dövlət gəmi reyestrində və ya gəmi kitabında olan bütün məlumatlar həmin liman (yer) kapitanının verdiyi sənədlər əsasında gəminin yeni qeydiyyata alındığı limanda (yerdə) aparılan Dövlət gəmi reyestrinə və ya gəmi kitabına daxil edilir.

14 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 34.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



34.2. Gəminin yeni qeydiyyata alındığı limanda (yerdə) aparılan Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınması Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında yenidən verilən şəhadətnamə ilə təsdiqlənir.


15 20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286) ilə 39-cu maddənin ikinci cümləsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tariflər üzrə ödənişlə” sözləri “Dövlət rüsumu ödəməklə” sözləri ilə əvəz edilmişdir.


16 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə V fəslin adında “Dövlət” sözündən sonra “bayraq və” sözləri əlavə edilmişdir.


17 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 61.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



61.2 Dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən dəniz limanı kapitanı haqqında Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.


18 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 61.3-cü maddə ləğv edilmişdir.


19 19 dekabr 2006-cı il tarixli 203-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1029) ilə maddənin adının əvvəlinə "Müvafiq icra hakimiyyəti orqanı və" sözləri əlavə edilmişdir, 61.1-ci maddədə "funksiyalarını" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanı və" sözləri əlavə edilmişdir, yeni məzmunda 61.4-cü maddə əlavə edilmişdir;
29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 61.4-cü maddədə “liman nəzarəti” sözlərindən əvvəl “dövlət bayraq ” sözləri əlavə edilmişdir.


20 19 dekabr 2006-cı il tarixli 203-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1029) ilə maddənin adının əvvəlinə "Müvafiq icra hakimiyyəti orqanının və" sözləri əlavə edilmişdir, 62.1-ci maddənin əvvəlində "Öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanının və" sözləri əlavə edilmişdir;
29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 62-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



62.1. Öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanının və Dəniz limanı kapitanının üzərinə dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsinə dair aşağıdakı funksiyalar qoyulur:

62.1.1. ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının ticarət gəmiçiliyinə aid olan beynəlxalq müqavilələrinə əməl edilməsinə nəzarət;

62.1.2. gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və müvafiq gəmi sənədlərini vermək;

62.1.3. gəmilərə və inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəminin və ya inşa edilməkdə olan gəminin və onlara olan hüquqların ipotekasını qeydiyyata almaq və müvafiq sənədlər vermək;

62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), onların verilməsinin təsdiqnamələrini və dənizçi kitabçalarını vermək;

62.1.5. gəmi sənədlərini, sertifikatları (diplomları) və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini yoxlamaq;

62.1.6. gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət;

62.1.7. ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə tələblərə əməl edilməsinə nəzarət;

62.1.8. gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək;

62.1.9. dəniz bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə rəhbərlik və nəzarət;

62.1.10. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;

62.1.11. dənizdə baş vermiş qəzaları qeydə almaq və araşdırmaq. Dənizdə baş vermiş qəzaların araşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

62.2. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizamın təmin edilməsinə dair dəniz limanı kapitanının sərəncamları limanda olan bütün gəmilər, hüquqi və fiziki şəxslər üçün məcburidir


21 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 63.1-ci maddə yeni verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



63.1. Gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas xarakteristikalarının gəmi sənədlərinə uyğunluğunu və gəmi heyətinin komplektləşdirilməsinə dair tələblərin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti dəniz limanı kapitanı həyata keçirir.


22 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 63.2-ci maddədə “dəniz limanı kapitanı gəmini yoxlaya bilər” sözləri “, habelə gəminin istismarı insan həyatına və ya ətraf mühitə real təhlükə yaratdığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı gəmini yoxlaya bilər.” sözləri ilə əvəz edilmişdir.


23 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 63.3-cü maddədə “dəniz limanı kapitanı gəminin nəzarət yoxlanmasını həyata keçirə bilər.” sözləri “müvafiq icra hakimiyyəti orqanı gəminin nəzarət yoxlanmasını həyata keçirə bilər.” sözləri ilə əvəz edilmişdir.


24 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə yeni məzmunda 63.4-cü və 63.5-ci maddələr əlavə edilmişdir.


25 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə 64.1-ci maddənin ikinci cümləsində “aşağıdakı hallarda” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri əlavə edilmişdir.


26 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə yeni məzmunda 64.1.6-cı maddə əlavə edilmişdir.


27 19 dekabr 2006-cı il tarixli 203-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1029) ilə 65-ci maddədə "dəniz limanı kapitanı" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri ilə, "edə bilər" sözləri "edilir" sözü ilə əvəz edilmişdir.


28 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə 98.3-cü maddəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir.

1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 98.3-cü maddəsinin birinci cümləsində “iş günü hesab edilməyən bayram günləri” sözləri “səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü” sözləri ilə əvəz edilmişdir.




29 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 562) ilə 147-ci maddəsində “qiymətli metalların və onlardan hazırlanmış məmulatların, daş-qaşın” sözləri “qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların” sözləri ilə əvəz edilmişdir.


30 29 may 2012-ci il tarixli 371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 643) ilə yeni məzmunda 275.3-cü maddə əlavə edilmişdir.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin