Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   2   3   4   5   6   7   8   9   10   ...   61
Monoqrafiya

рукава  [155,  278-279].  A.A.Şaxmatovun  müxtəlif  tipli 
bölünməz  söz  birləşmələrinin  mənası  ilə  qrammatik 


 
36 
xüsusiyyətləri  arasındakı  əlaqə  haqqında  fikirləri  həm 
frazeologiya, həm də sintaksis üçün bu gün də əhəmiyyətli 
hesab edilir. 
 
Frazeologiya  problemləri  L.V.Şerba  və  Peterburq 
dilçilik məktəbinin nümayəndələrinin əsərlərində də geniş 
araşdırılır.  Frazeologiyanın  dil  sistemi  anlayışı,  nitq 
fəaliyyəti  və  dil  materialı  ilə  əlaqədar  öyrənilməsi  məhz 
L.V.Şerbanın 
adı  ilə  bağlıdır.  O,  dil  hadisələrinin  üç  aspektini 
fərqləndirir:  
 
1) danışıq (nitq fəaliyyəti) və dərketmə;  
 
2) lüğət tərkibi və qrammatikanın daxil olduğu  “dil 
sistemi”;  
 
3)  müəyyən  konkret  vəziyyətdə  bütün  deyilən  və 
dərk  edilənlərin  məcmusu  kimi  özünü  göstərən  “dil 
materialı”.  
 
L.V.Şerbanın  fikrincə,  dil  sistemi  və  dil  materialı  – 
nitq  fəaliyyəti  prosesində  olan  bütövlüyün  sadəcə  olaraq 
müxtəlif  aspektləridir  [157,  176].  Müəllif  bütöv  mənası 
olan sabit birləşmələri sintaktik üsulla yaranmış mürəkkəb 


 
37 
sözlər hesab etmiş və onları lüğət tərkibinə və bununla da 
dil  sisteminə  aid  etmişdir.  L.V.Şerbaya  görə,  sözlərin 
birləşməsi  o  zaman  söz  birləşmələri  formasını  alır  ki, 
birləşmənin hər iki elementi fikrin  predmetini ifadə edən 
sözlərlə eynilik təşkil edir.  
 
Frazeologiyanın dilçilik elminin müstəqil sahəsi kimi 
əsaslandırılması  ilk  dəfə  Y.D.Polivanov  tərəfindən  keçən 
əsrin  20-ci  illərində  irəli  sürülmüşdür.  O,  mənaca  sözə 
bərabər  tutulan  sintaktik  birləşmələri  frazeologiyaya  aid 
etmiş  və  əminliklə  bildirmişdir  ki,  dilçilik  ədəbiyyatında 
gələcəkdə  frazeologiya  müstəqil  bir  sahə  kimi  öz  yerini 
tutacaqdır [116, 63]. 
 
Frazeologiyanın əsas anlayışlarının dərin səciyyəsini 
V.V.Vinoqradov  vermişdir.  V.V.Vinoqradovun  dilçiliyə 
daxil etdiyi “frazeoloji vahid” termini göstərir ki, sabit söz 
birləşmələri  dilin  hazır  vahidlərinə  aiddir,  nəsildən  nəslə 
ötürülür  və  nitq  fəaliyyəti  praktikasında  ənənəyə  görə 
formalaşır.  Dilçilik  ədəbiyyatında  V.V.Vinoqradovun 
frazeologiya  sahəsindəki  tədqiqatları  geniş  araşdırıldığına 
və ətraflı şərh edildiyinə görə biz təkcə onu qeyd etməklə 


 
38 
kifayətlənirik ki, bu görkəmli alim rus dilindəki müxtəlif 
tip  sabit  söz  birləşmələri  haqqında  orijinal  və  məhsuldar 
təlim yaratmış, frazeologiya ilə bağlı tədqiqatlarında yeni 
prinsipləri irəli sürmüşdür. 
Frazeologiyanın  transdilçilik  təbiətindən  bəhs  edən 
K.Abdullayev  və  İ.Həmidov  yazırlar:  “Frazeoloji 
vahidlərin  sabitliyi  həmin  vahidlərin  nitqdə  əsrlər  boyu 
dəyişməz  şəkildə  işlədilməsi  ilə  yaranır.  Bu  prosesdə 
böyük  həcmli  mətnlər  (atalar  sözləri  və  s.)  ixtisar 
olunaraq,  frazeoloji  vahid  şəklinə  düşür  (Он  бьет 
баклуши, а ты развесил уши; Собаку съел, а хвостом 
подавился)” [85, 150]. 
Elmi  ədəbiyyatdan  məlumdur  ki,  ingilis  dilinin 
frazeologiyası bu dilin daşıyıcıları olan alimlər tərəfindən 
indiyə 
qədər 
kifayət 
qədər 
sistemli 
şəkildə 
öyrənilməmişdir.  Təsadüfi  deyildir  ki,  bu  münasibətlə 
N.N.Amosova  yazır:  “İngilis  və  amerikan  dilçiliyində bu 
dilçilik  təlimi  (frazeologiya  –  T.Q.)  ümumiyyətlə 
yoxdur...  İngilis  və  amerikan  dilçiliyində  idiomatika 
probleminin  elmi  cəhətdən  işlənməsi  bəzi  “ifadələr” 


 
39 
lüğətində,  yaxud  dil  üzrə  praktik  vəsaitlərdə  giriş 
xarakterli  qeydlərlə məhdudlaşır”  [88,  11].  İngilis  dilinin 
frzeologiyasının  tədqiqi  daha  çox  N.N.Amosova, 
A.V.Kunin, İ.V.Arnold, A.İ.Alyoxina, N.D.Şmelyov kimi 
rus alimlərinin adı ilı bağlıdır. 
N.N.Amosova  özünün  məşhur  “İngilis  frazeologiyasının 
əsasları”  kitabında  frazeologiyaya  aid  tədqiqatların 
prinsiplərini belə müəyyənləşdirmişdir:  
1)  frazeoloji  materialın  öyrənilməsinin  ilk  mərhələsi 
sinxron xarakterli olmalıdır;  
2)  frazeoloji  materialın  araşdırılması  metodu  mümkün 
qədər obyektiv olmalıdır;  
3)  bu  metod  seçilərkən  həmin  dilin  konkret 
özünəməxsusluğuna üstünlük verilməlidir;  
4)  ingilis  dili  analitik  struktura  malik  olduğuna  görə  bu 
dildə söz birləşmələrinin komponentləri arasında əlaqənin 
özünəməxsusluğu  nəzərə  alınaraq  sözlərin  konseptual 
əlaqəsi ön plana çəkilməlidir;  
5) araşdırmaların hər bir mərhələsində kontekstual metod 
nəzərə alınmalıdır [88, 20].      


 
40 
İngilis  dilinin  frazeologiyasının  tədqiqi  sahəsində 
A.V.Kuninin  əməyi  xüsusilə  qeyd  olunur.  Onun  tərtib 
etdiyi  “İngiliscə-rusca  frazeoloji  lüğət”  dəfələrlə  nəşr 
olunmuşdur.  Həmin  lüğətin  “Dilçilik  təlimi  kimi  ingilis 
frazeologiyasının  əsas  anlayışları”  adlanan  müqəddiməsi 
indi  də  bu  sahədə  aparılmış  fundamental  tədqiqatlardan 
sayılır.  Müasir  ingilis  dilindəki  frazeoloji  vahidlərin 
yaranmasını  tədqiq  edən  A.V.Kunin  onların  struktur-
semantik  təhlilini  də  vermişdir.  Burada  o,  frazeoloji 
eyniləşdirmə  metodlarından  çıxış  edərək  variantlı  və 
struktur sinonimlik, frazeoloji kontakt problemi, frazeoloji 
vahidlərin  struktur-semantik  tipləri  və  s.  məsələlərin 
həllini vermişdir [121, 29-51]. 
Dilçilik  elminin  böyük  və  maraqlı  sahələrindən  biri  olan 
frazeologiya  ilə  bağlı  aparılmış  araşdırmalar  artıq 
müəyyən  nəticələr  vermişdir.  Bununla  belə,  bu  sahədə 
öyrənilməmiş məsələlər hələ kifayət qədərdir. 
Azərbaycan  dilçiliyində  indiyə  qədər  frazeologiya 
probleminin  öyrənilməsinə,  frazeologiya  məsələsinin  bir 
sıra  ümumi  və  xüsusi  cəhətlərinin  aydınlaşdırılmasına 


 
41 
həsr  edilmiş  əsərlərin  Azərbaycan  dili  frazeologiyasının 
inkişafındakı  rolunu,  əhəmiyyətini  heç  bir  şəkildə 
azaltmamaqla  demək  olar  ki,  Azərbaycan  frazeologiyası 
həmin  tədqiqatlarda  ətraflı  əhatə  olunmamış,  ümumi 
frazeoloji  problemlər  müfəssəl  həllini  tapmamışdır. 
Azərbaycan  dilinin  frazeologiyası  onun  yaranma 
qanunauyğunluqları 
baxımından, 
başqa 
xalqların 
frazeologiyası  ilə  ümumi  və  fərqli  cəhətlərinin  olub-
olmaması və onların üzə çıxarılması baxımından hərtərəfli 
kontrastiv, müqayisəli tədqiqatlara cəlb olunmamışdır. Bir 
neçə  əsər  istisna  olunmaqla  bu  sahədə,  xüsusilə  də  onun 
qohum  olmayan  dillərin  frazeologiyası  ilə  müqayisəsi 
sahəsində  əsaslı  iş  görülməmişdir.  Halbuki  məhz 
müxtəlifsistemli  dillərin  frazeologiyasının  müqayisəli 
şəkildə  araşdırılması  onların  linqvistik  mahiyyətinə  və 
təbiətinə dərindən nüfuz etməyə imkan verir.  
İngilis  və  Azərbaycan  dillərinin  frazeologiyasının  əhatə 
dairəsi  haqqında  fikir  ayrılıqları  dilçilər  arasında  bu  gün 
də  davam  etməkdədir.  Onların  bir  qismi  yalnız  dar 
mənada frazeologizm anlayışından çıxış edərək idiomları, 


 
42 
digər qismi  həm  də  frazeoloji  birləşmələri,  üçüncü  qismi 
isə  frazeologizm  anlayışını  geniş  mənada  götürərək, 
frazeoloji  ifadə  və  ibarələri,  ekspressivlik-emosionallıqla 
yüklənmiş  terminoloji  birləşmələri  də  frazeologiyanın 
obyekti hesab edirlər. 
Azərbaycan  dilçiliyində  frazeologiya  haqqında  ilk  dəfə 
M.Hüseynzadənin dərsliyində məlumat verilmişdir [27]. 
Bir 
qədər 
sonra 
S.Cəfərovun, 
A.Qurbanovun, 
N.Rəhimzadənin,  H.Bayramovun  yazdıqları  dərsliklərdə 
də frazeologiya haqqında müəyyən məlumatlar verilmişdir 
[13;  47;  49;  11].  Lakin  bu  əsərlərdə  həmin  dil  vahidləri 
haqqında  istər  nəzəri,  istərsə  də  faktik  material 
baxımından  müəyyənləşmiş,  sözün  əsl  mənasında  sabit 
rəy  yoxdur.  Bəzən  eyni  dil  faktları  müxtəlif  dilçilər 
tərəfindən  müxtəlif  terminlərlə  izah  olunur.  Məsələn, 
S.Cəfərov  daha  çox  «idiom,  idiomatik  ifadələr»  [13], 
H.Bayramov «sabit söz birləşmələri» [11], S.Murtuzayev 
«frazeoloji vahidlər» [34] terminlərindən istifadə etmişlər. 
S.Cəfərovun  dərsliyində  daha  bir  terminə  –  «ibarələr» 
termininə  də  rast  gəlirik.  Onun  fikrincə,  sabit  söz 


 
43 
birləşməsinin  bir  qismini  də  ibarələr  təşkil  edir  – 
idiomlarda  olduğu  kimi,  ibarələrdə  də  sözlərin  məcazi 
mənada  işlənməsi  əsas  yer  tutur.  [13,  97].  Müəllif  hesab 
edir ki, dilin lüğət tərkibini təşkil edən idiomlardan fərqli 
olaraq ibarələr bədii ifadə vasitələri sırasına aiddir. 
Frazeoloji  vahidlər,  hər  şeydən  əvvəl,  söz  birləşmələri 
olub,  nominativ  və  kommunikativ  vəzifə  daşıyır. 
Frazeologiyaya  aid  yazılmış  dilçilik  ədəbiyyatlarında 
diqqəti  hər  şeydən  əvvəl  termin  müxtəlifliyi  cəlb  edir. 
«İzahlı  dilçilik  terminləri  lüğəti»ndə  [159]  «frazeoloji 
birləşmə»,  «frazeoloji  vahid»,  «frazeoloji  birlik», 
«frazeoloji  qovuşma»,  «frazeoloji  variantlar»,  «frazeoloji 
variasiya» və s. terminlər işlədilmişdir. Lakin bu terminlər 
frazeoloji  sistemi  tam  əhatə  etmir.  Dilçilikdə  onların  üç 
tipi müəyyən edilmişdir: frazeoloji qovuşmalar, frazeoloji 
birliklər (vəhdətlər) və frazeoloji birləşmələr. Azərbaycan 
leksikoloqlarının  bu  barədə  fikirləri  daha  çox 
V.V.Vinoqradovun 
frazeoloji 
konsepsiyasından 
qaynaqlanır.  


 
44 
Azərbaycan  dilinin  frazeologiyasının  əsaslarını  araşdıran 
H.Bayramov da V.V.Vinoqradovun təklif etdiyi terminləri 
(frazeoloji birikmələr, frazeoloji birləşmələr və frazeoloji 
bitişmələr)  qəbul  edir.  «Birikmə»  termininin  özü  izah 
olunmalıdır.  «Bitişmə»  və  «birləşmə»  terminləri 
arasındakı  sərhədləri  müəyyənləşdirmək  də  çətindir. 
Halbuki terminlər
 
anlaşıqlı olmalı, bildirdikləri anlayışları 
dəqiq  ifadə  etməlidir.  Ona  görə  də  Azərbaycan 
leksikologiyasında  yuxarıda  göstərilən  dörd  terminin 
(frazeoloji  qovuşmalar,  frazeoloji  birliklər,  frazeoloji 
uyuşmalar  və  frazeoloji  ifadələr)  işlənməsini  vacib 
sayırıq.  Bunun  ingilis  və  Azərbaycan  dilləri  kimi  bir-
birinə 
qohum 
olmayan 
müxtəlifsistemli 
dillərin 
frazeologiyasına  tətbiqinin  bütün  hallarda  özünü 
doğruldacağını  demək,  çox  güman  ki,  doğru  olmazdı, 
çünki,  məsələn,  frazeoloji  vahidlər  strukturuna  və 
yaranma  üsuluna  görə  bir-birinə  uyğun  gəlirsə  də, 
semantikasına  görə  fərqlənə  bilir.  Buna  əks  hallar  da 
istisna olunmur. 


 
45 
 İdiomlar  frazeoloji  sistemin  tərkib  hissəsi  kimi  öyrənilir. 
Beləliklə,  frazeoloji  vahidlərin  tədqiqi  prosesində 
idiomların öyrənilməsi qaçılmazdır. 
Məlumdur  ki,  frazeoloji  vahidlər  və  ələlxüsus  idiomlar, 
ümumiyyətlə, hansısa bir hadisə və əhvalatla bağlı yaranıb 
yayılır.  Onlar  sərbəst  birləşmələrin  komponentlərinin  ya 
bir  qisminin,  ya  da  hamısının  yeni  məna  kəsb  etməsi  ilə 
əlaqədar  formalaşır.  Sərbəst  sintaktik  vahidlərin 
bütövlükdə  (bütün  komponentlərinin)  yeni  məna 
qazanması  ilə  idiomatik  səciyyəli  frazeologizmlər 
meydana gəlir. Bu frazeologizmlərin əlaməti həm də ayrı-
ayrı  komponentlərin  öz  mənalarından  uzaqlaşaraq  bütöv 
vahidin  tərkibində  bir  ümumi  məna  bildirmək  üçün  bir-
birinə  qovuşmasıdır.
 
Məsələn,  ing.  to  wash  one's  dirty 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin