Tofiq quliyev


I FƏSİL   İDİOMATİKLİK VƏ ONUN DİLÇİLİKDƏ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   2   3   4   5   6   7   8   9   ...   61
Monoqrafiya

I FƏSİL  
İDİOMATİKLİK VƏ ONUN DİLÇİLİKDƏ 
ÖYRƏNİLMƏSİ MƏSƏLƏSİ 
 
1.1. Dilin lüğət tərkibində frazeoloji vahidlərin yeri 
 
 
Dilin sistemi həm qrammatik  modellərin strukturu, 
həm  də  leksik 
material  baxımından  müəyyən 
qanunauyğunluqlar  üzərində  qurulmuşdur.  Bununla  bağlı 
bu  qanunauyğunluqların  frazeoloji  vahidlərin  və  həmin 
vahidlərin dilin lüğət tərkibinin formalaşmasına necə təsir 
etməsi  məsələsi  meydana  çıxır.  Hər  bir  dilin 
frazeologiyası  bu  dilin  özünəməxsus  qrammatik  və 
semantik    xüsusiyyətlərinə  malik  olmaqla  dilin  lüğət 
tərkibindən  kənarda  mövcud  ola  bilmir.  Başqa  sözlə 
desək,  frazeoloji  vahidlərlə  dilin  lüğət  tərkibi  arasında 
əlaqə  mütləqdir,  çünki  bu  vahidlər  ümumiyyətlə  dilin 
leksik-semantik və qrammatik strukturunun bir hissəsidir, 
dilin  yarımsistemlərindən  (lüğət  tərkibindən)  birini  təşkil 
edir. 
Frazeoloji 
vahidlərin 
dilin 
sistemi 
ilə 


 
18 
əlaqələndirilməsi  üçün  bu  kateqoriyaların  qarşılıqlı 
aspektlərinin dəqiqləşdirilməsi zərurəti vardır.    
Məlumdur  ki,  hər  bir  sabit  söz  birləşməsi  dil  sistemində 
öz  paradiqmatik  əlamətlərindən  kənarda,  yəni  frazeoloji 
korpusun normativ vahidləri kimi qiymətləndirilir. Hər bir 
frazeoloji  vahid  fərdi  yaranır  və  bu  şəkildə  də  dilin 
frazeologiyasına  daxil  olur.  Lakin  fərdi  vahidlərdən 
yaranan  frazeoloji  tərkiblər  müəyyən  ümumi  cəhətlər 
qazanır  və  bu  cəhətlər  də  həmin  dilin  sistemində  onların 
yarımsistem kimi qəbul edilməsini şərtləndirir. Frazeoloji 
vahidlər  dilin  bir  hissəsi  kimi  onun  əsas  xüsusiyyətlərini 
özündə saxlayır. Məsələn, əgər dildə isimlərin hallanması 
varsa, frazeoloji tərkiblərdə də müxtəlif hallarda işlənmiş 
isimlər  iştirak  edir;  əgər  hər  hansı  bir  dildə  artikl 
mövcuddursa,  bu  element  frazeoloji  birləşmələrin 
formalaşmasında  iştirak  edir.  Bunun  əksinə  olaraq  daha 
bir  maraqlı  sual  ortaya  çıxır:  dilin  frazeoloji  vahidi  bu 
dilin  sistemindən  asılı  olmayaraq  digər  dillərə  məxsus 
ümumi  cəhətlərə  malik  ola  bilirmi?  Belə  xüsusiyyətlər 
istənilən  qədərdir.  Bu  tipli  birləşmələrin  tərkibindəki 


 
19 
sözlərin  qeyri-müstəqil  xarakterdə  olması  onlarda  daxili 
dəyişmə  imkanlarını  məhdudlaşdırmır.  Diqqəti  başqa  bir 
cəhət  də  cəlb  edir.  Frazeoloji  tərkib  özünün  xüsusi 
“inventarına”,  yəni  ona  daxil  olan  sözlərə  heç  də  həmişə 
eyni  münasibətdə  olmur:  bəzi  sözlər  bir  sıra  sabit 
birləşmələrin 
tərkibində 
iştirak 
edir 
(məsələn, 
somatizmlər, müəyyən qrup fellər və s.), digərləri isə bir, 
yaxud  bir  neçə  birləşmədə  çıxış  edə  bilir.  Frazeoloji 
vahidlərin  böyük  əksəriyyəti  sayca  o  qədər  də  çox 
olmayan  söz  qrupu  vasitəsilə  (məsələn,  somatizmlərlə) 
formalaşır. 
İstənilən  dilin  frazeoloji  vahidlərinə nəzər  salsaq, onların 
böyük  əksəriyyətinin  öz  qrammatik  strukturuna  görə 
sərbəst  söz  birləşmələrindən  fərqləndiyini  görərik.  Aydın 
olur ki, strukturuna görə eyni olan frazeoloji vahidlər on, 
yüz,  hətta  min  vahiddən  ibarət  sıra  yarada  bilir  (“fel  + 
isim”, “fel + sözönü + isim”, “sözönü + isim” və s.). Belə 
sıraların,  yaxud  seriyaların  mövcudluğu  təsadüfi  ola 
bilməz  və  artıq  qeyd  etdiyimiz  kimi,  dilin  strukturundan 
asılıdır. Dilin qrammatik sistemi nə qədər mürəkkəbdirsə, 


 
20 
onda o qədər sərbəst, həm də sabit söz birləşmələri sistemi 
mövcud  olur.  Dilin  frazeoloji  tərkibi  dilin  sisteminin 
xüsusiyyətlərinə  uyğun  formalaşmış  olsa  da,  müxtəlif 
dillərdə  və  müxtəlif  aspektlərdə  bu  xüsusiyyətləri  qeyri-
adekvat  əks  etdirir.  Frazeologiya  üçün  xarakterik  cəhət 
odur ki, dildə olan bəzi meylləri o, dolayısı ilə əks etdirir. 
Bir sıra sərbəst söz birləşmələrinin frazeoloji vahidlərə və 
mürəkkəb sözlərə çevrilməsi meyli buna misal ola bilər. 
Konkret  bir  dilin  frazeologiyasının  spesifikası  və  onun 
həmin  dilin  sistemi  ilə  əlaqəsi  frazeoloji  vahidlərin 
yaranması  üçün  bu  və  ya  digər  sözdüzəldici  tiplərdən 
istifadədə üzə çıxır. Sözdüzəltmə tipləri frazeologizmlərin 
struktur  elementi  ilə  səciyyələnir.  Dünya  dillərinin  bir 
çoxu  frazeologiyada  sözdüzəltmə  tiplərindən  istifadədə 
yüksək dərəcədə seçim imkanlarına malikdir. Bir tərəfdən
burada  sərbəst  söz  birləşməsində  geniş  yayılmış 
sözdüzəldici  elementlər  iştirak  edir  və  onlar  sabit 
birləşmələrin  yaranmasında  eyni  dərəcədə  fəal  olmur, 
digər tərəfdən, bir sıra dillərdə yalnız frazeoloji vahidlərdə 
istifadə olunan müəyyən morfoloji strukturlar mövcuddur. 


 
21 
Bir  çox  şəkilçilər  özlərinin  ekspressivliyindən,  yaxud 
başqa səbəbdən yalnız frazeoloji vahidlərin yaranmasında 
iştirak  edir,  sərbəst  söz  birləşmələrində  isə  təsadüf 
edilmir. 
Frazeoloji 
yarımsistemdə 
dilin 
sisteminin 
xüsusiyyətlərinin  reallaşmasının  özünəməxsusluğu  başqa 
bir  cəhətlə  də  meydana  çıxır.  Məlumdur  ki,  sabit 
birləşmələrin  qrammatik  strukturu  dil  sistemindən 
müxtəlif şəkildə yayınmalar və arxaizmlərlə səciyyələnir. 
Sintaksisdə  istifadə  olunmayan  bu  strukturlar  frazeoloji 
tərkiblərdə  sıralar,  müəyyən  şəbəkələr  yaradır.  Başqa 
sözlə  desək,  bu  sıraların  genişliyi,  yaxud  qısalığı  və  bu 
sıraya  daxil  olan  frazeoloji  vahidlərin  miqdarı  onun 
qrammatik  strukturu  ilə  məhdudlaşmır  (hətta  anomaliya 
kimi qiymətləndirilsə də) və özünəməxsus leksik amillərlə 
əlaqədardır. 
Frazeoloji 
yarımsistemdə 
müntəzəm 
müşahidə  olunan  belə  anomaliyalar  dilin  sinxron 
sistemində  qəbul  edilmir  və  onların  yalnız  diaxron  şərhi 
mümkündür.  Beləliklə,  dildə  əvvəllər  mövcud  olmuş 
qanunauyğunluqlar  frazeoloji  yarımsistemdə  başqa 


 
22 
səviyyədə  –  sintaktik  qruplar  şəklində  reallaşır.  Dilin 
sistemində  təcrid  olunmuş,  anomal  sayılan  hadisə 
frazeologiyada inkişaf edə bilir və frazeoloji sıra yaradır, 
yəni  frazeoloji  yarımsistemin  daxilində  məhsuldarlıq 
qazanır  və  beləliklə,  sistem  yaradır.  Konkret  bir  dilin 
frazeoloji 
sistemi 
öz 
qrammatik 
və 
semantik 
xüsusiyyətlərinə  görə  həmin  dilin  bütöv  sistemindən 
kənarda  qalmır.  Bu  əlaqə,  bağlılıq  bir  sıra  cəhətlərlə 
səciyyələnir.  Hər  şeydən  əvvəl,  dil  sisteminin  “sərbəst” 
cəhəti  frazeologiyada  xarakterini  dəyişir.  Bundan  başqa, 
dilin  struktur  xüsusiyyətlərindən  asılı  olan  frazeologiya 
dilin  heç  də  yalnız  bir  səviyyəsində  –  adətən,  sintaktik 
səviyyədə –  özünü göstərmir, müxtəlif dil səviyyələrinin 
qarşılıqlı  əlaqələrindən  asılı  olaraq  (məsələn,  frazeoloji 
vahidlərin sintaktik strukturu və sözdüzəldici elementlərin 
morfoloji strukturu) meydana çıxır. Nəhayət, dilin ümumi 
sistemi  baxımından  anomal  sayılan  və  yalnız  norma 
vasitəsilə 
tənzimlənən 
dil 
hadisələri 
frazeoloji 
yarımsistemlərin  daxilində  elə  xüsusiyyətlər  əldə  edir  ki, 
onlar başqa keyfiyyətdə olsa da, daimi ifadəlilik qazanır. 


 
23 
V.L.Arxangelskinin  qeyd  etdiyi  kimi,  dilin  strukturunda 
leksik  səviyyədən  başqa,  digər  dil  vahidləri  ilə  həmişə 
müəyyən  münasibətdə  olan  vahidlərə  malik  frazeoloji 
yarımsistemlər  də  mövcuddur.  Frazeoloji  yarımsistem 
özünü açıq səviyyə kimi göstərir. Mövcud olan frazeoloji 
vahidlərə 
yenilərinin 
əlavə 
olunması 
frazeoloji 
yarımsistemi  əhəmiyyətli  dərəcədə  dəyişə  bilmir. 
Frazeoloji səviyyənin və onun vahidlərinin üzərində başqa 
yarımsistemlər yoxdur [91, 98]. 
Müxtəlif  strukturlu  dillərin  dil  sisteminin  iyerarxiyasında 
frazeoloji  yarımsistemin  yeri  onunla  müəyyənləşir  ki, 
frazeoloji  vahidlərin  komponentləri  bir-birilə  qarşılıqlı 
münasibətdə olan dörd dil səviyyəsinin – semantik, leksik, 
morfoloji  və  sintaktik  səviyyələrin  vahidi  kimi  fəaliyyət 
göstərir. Ona görə də frazeoloji vahidlərin komponentləri 
arasındakı münasibətlərin təhlili yalnız  leksik, morfoloji, 
semantik  və    sintaktik  səviyyələrdə  yox,  həm  də  bu 
iyerarxiyanın qovuşuğunda aparılır:  
a) leksik-semantik səviyyədə. Bu zaman frazeoloji vahidin 
bir  komponenti  leksik,  digəri  semantik  səviyyədə  təhlil 


 
24 
edilir  və  komponentlər  arasında  müəyyən  asılılıq  aşkar 
edilir;  
b)  leksik-morfoloji  səviyyədə.  Bu  zaman  bir  komponent 
leksik,  digəri  isə  morfoloji  səviyyədə  təhlil  edilir  və 
komponentlər arasında daimi əlaqə müəyyən edilir;  
c) 
morfoloji-semantik 
səviyyədə.  Əlbəttə,  başqa 
kombinasiyaların, məsələn, semantik-sintaktik səviyyənin 
də müəyyən edilməsi mümkündür. 
Frazeoloji 
vahidlərin 
komponentlərinin 
sintaktik 
səviyyədə  bir-birilə  semantik  əlaqəsi  haqqında  ilk  dəfə 
A.A.Şaxmatovun tədqiqatlarında rast gəlirik. A.Şaxmatov 
göstərir  ki,  söz  birləşmələri  qrammatik  birliyə  malikdir, 
yəni  bu  birləşmənin  əsasını  onu  təşkil  edən  sözlərin  bir-
birilə  daxili  asılılığı  təşkil  edir  [155,  274-275].  Söz 
birləşməsinin  komponentlərinin  qarşılıqlı  münasibətini 
söz birləşməsi sintaksisinin başlıca xüsusiyyətlərindən biri 
sayan  müəllif  söz  birləşmələrinin  daxili  asılılığının  üç 
növünü göstərir:  
1) ikitərəfli qarşılıqlı asılılıq  – bu zaman hər iki üzv bir-
birindən  asılı  olur  (tabe  edən  və  asılı  üzvlərin  olmadığı 


 
25 
birləşmələri A.Şaxmatov qrammatik və mənaca bölünməz 
konstruksiyalar adlandırır);  
2) birtərəfli asılılıq – bu zaman bir üzv asılı, o biri üzv isə 
tabe  edən  komponentdir,  lakin  birtərəfli  asılılıq  külli 
miqdarda tabeedici söz birləşmələrinə əsaslanır;  
3)  heç  bir  üzv  bir-birindən  asılı  olmayan  birləşmələr 
(müəllif  onları  populyativ  birləşmələr  adlandırır)  [155, 
305-306]. 
Bizə belə gəlir ki, frazeoloji vahidləri dil sisteminin vahidi 
və  nitqin  kommunikativ  vahidi  kimi  qiymətləndirmək  və 
bu  anlayışları  bir-birindən  fərqləndirmək  zəruridir,  çünki 
“dil sistemi” və  “nitq” terminlərinin mürəkkəb mahiyyəti 
və  onların  qarşılıqlı  münasibəti  hələ  də  kifayət  qədər 
öyrənilməmişdir.  Bu  anlayışların  fərqləndirilməsinə 
ehtiyac 
olduğunu 
hələ 
F.de 
Sössür, 
L.Şerba, 
V.Vinoqradov, A.İ.Smirnitski və Ş.Balli də qeyd etmişlər.  
Frazeologiya sahəsində “dil sistemində linqvistik işarə” və 
“nitqdə  linqvistik  işarə”  anlayışlarının  ifadəsi  üçün 
terminlər hələlik möhkəmlənməmişdir. Konkret leksikaya 
münasibətdə  Ş.Balli  “virtual  dil”  və  “aktuallaşma” 


 
26 
terminlərindən 
istifadə 
etmişdir: 
“Aktuallaşmanın 
funksiyası  dilin  nitqə  çevrilməsindən  ibarətdir:  hər  hansı 
bir  təsəvvürü  ifadə  edən  bir  və  ya  bir  neçə  söz  modal 
aktuallaşma nəticəsində cümləyə çevrilir (cümlə daha çox 
nitq  aktıdır);  aktuallaşma  nəticəsində  dil  işarələri  cümlə 
üzvü  ola  bilir.  Aktuallaşma  mexanizmində  dil  üçün 
aktualizatorlar  mövcuddur,  yəni  dilin  nitqə  çevrilməsi 
üçün  istifadə  olunan  müxtəlif  vasitələr,  üsullar  vardır” 
[93, 78]. 
Linqvistik  vahidlərin  öyrənilməsində  tez-tez  struktur 
metodlara  müraciət  edilməsi  ilə  dil  sistemində  və  nitqdə 
“işarə”  anlayışının  ifadəsi  üçün  “variant”  və  “invariant” 
terminlərindən  istifadə  olunmağa  başladı.  Düzgün  tərtib 
olunmuş  frazeoloji  lüğət  dilin  frazeoloji  yarımsistemində 
frazeoloji  vahidlərin  yerini  və  sabit  frazaların 
(устойчивые фразы) nitqdə işlənmə qaydalarını müəyyən 
etməyə  imkan  verir  [91,  206].  Lüğətdə  təsbit  edilmiş 
frazeoloji vahid invariant kimi dil sisteminə məxsusdur və 
hələ  ki,  nitq  ünsiyyətinə  daxil  deyildir,  buna  görə  də 


 
27 
nitqdə potensial şəkildə istifadə oluna bilər. Danışan onu 
zaman, şəxs, modallıq, intonasiya əlamətlərinə görə seçir.              
Dilçilər  sübut  etmişlər  ki,  dil  vahidlərində  variantlıq  və 
invariantlıq  ciddi  şəkildə  müxtəlif  dil  səviyyələrində 
öyrənilməlidir.  Dil  vahidlərinə  obyektiv  kateqoriya  kimi 
baxmaq  olar,  çünki  variativlik  dil  strukturunun  bütün 
səviyyələrinə  xasdır.  Bir  cəhəti  xüsusi  vurğulamaq 
lazımdır  ki,  variativlik  bir-biri  ilə  kontakt  və  distant 
vəziyyətdə olan ifadə planında özünü daha parlaq şəkildə 
göstərir.  “İfadə  planında  hər  hansı  dil  vahidi  güclü 
variativliyə məruz qalır, çünki sintaqmatik planda onların 
realizasiya  şəraiti  eyni  deyildir.  ...  Bir  tərəfdən 
seqmentlərin fazalarının bir-birinə keçməsi, digər tərəfdən 
isə  prosodik  ünsürlərin  onlara  güclü  təsiri  nəticəsində 
bizim  danışığımızda  əvvəllər  dil  sistemində  mövcud 
olmayan  çoxlu  sayda  çalarlar  (variantlar)  alınır.  Bu 
çalarların dil sistemində bizə hazır şəkildə verilməməsinə 
baxmayaraq, onlar hədsiz dərəcədə vacib elementlərdir və 
onlarsız  bizim  danışığımız  həddindən  artıq  monoton  və 
anlaşılmaz olardı” [100, 15-16].  


 
28 
Sintaktik  səviyyədə  dilin  ən  az  öyrənilən  sahələri 
semantik,  praqmatik  aspektlərdir.  Struktur  aspektdə  həm 
xaricdə,  həm  də  ölkəmizdə  yerinə  yetirilən  tədqiqat 
işlərinə  maraq  durmadan  artır.  Dilçilikdə  mövcud  olan 
struktur,  semantik  və  praqmatik  aspektlər  göstərilmiş 
«trixotomiya»dan,  yəni  cümlənin  forma,  məna  və 
işlədilməsindən  kənara  çıxa  bilmir  [117,  173].  Müasir 
Hind-Avropa  dillərində  yeddi  aspektin  (1.  məntiqi-
qrammatik,  2.  modal,  3.  cümlənin  dolğunluğu,  4.  nitqdə 
digər  cümləyə  münasibətdəki  rollar,  5.  danışanın  anlam 
çərçivəsi,  yaxud  cümlənin  üzvlənməsi,  6.  kommunikativ 
vəzifə,  7.  emosionallıq)  irəli  sürülməsinə  baxmayaraq, 
diqqətlə izlədikdə onların sözügedən üç aspektdən kənara 
çıxmadığının şahidi olarıq [62, 4].  
Struktur, semantik və praqmatik aspektlər 
 
dilçilikdə əsas 
aspektlər hesab olunur. Dil səviyyələri də məhz yuxarıda 
qeyd etdiyimiz aspektlərdən işıqlandırılmalıdır. 
F.Veysəlli  qeyd  edir  ki,  “hələ  də  dil  vahidlərinin 
variativliyi  probleminə,  invariantların  dəqiq  və  aydın 
şəkildə  müəyyənləşdirilməsi  və  variativliyin  qaydalarına, 


 
29 
habelə  variant  anlayışının  birmənalı  izahına,  dil 
vahidlərinin  variativliyinin  hüduduna  dair  ümumi  nəzəri 
məsələləri özündə ehtiva edən əsərlər yoxdur” [100, 13]. 
Müəllif  nəzəri  dilçiliyin  variativlik  sahəsindəki  əsas 
prinsiplərini aşağıdakı kimi müəyyənləşdirir:  
1)  dil  vahidlərinin  eyniləşdirilməsi  və  fərqləndirilməsi 
meyarları hansılardır? 
2)  nə  üçün  ifadə  planında  öz  aralarında  fərqlənən 
seqmentlər  bir  vahidin  invariantı  kimi  eyniləşdirilir  və 
əksinə,  ifadə  planında  oxşar  olan  hadisələr  müxtəlif 
invariant olan vahidlərə aid edilir? [100, 14]. 
Yuxarıda  qeyd  edilən  məsələlərlə  yanaşı,  F.Veysəlli  bir 
cəhəti  xüsusi  vurğulayır:  dil  vahidlərinin  üzvlənməsi  və 
eyniləşdirilməsi  və  onlarla  bağlı  olan  digər  əlavə 
məsələlər bu fundamental problemin həllinə söykənir, ona 
əsaslanır [100, 15]. 
Hər hansı dildə variant və invariant probleminin həlli dil-
danışıq (nitq), dildə sosial və fərd problemi, sistem, norma 
və  s.  məsələlərin  anlaşılmasına  kömək  edərdi  [100,  15-
16]. 


 
30 
Dilçilikdə variantlara xüsusi elm sahəsi kimi baxanlar da 
vardır (məsələn, F.Veysəlli). Onlar orfoepiya əsasında iki 
elm sahəsini (orfoepiya və orfofoniya) fərqləndirirlər. 
Frazeoloji 
vahidlərin 
nitqdə 
fəaliyyəti 
onların 
seçilməsində  müəyyən  məhdudiyyətləri  şərtləndirir.  Ona 
görə  də  frazeoloji  vahidlərə  dil  sisteminin  normalarının 
münasibəti  məsələsi  indi  də  aktuallığını  saxlamaqdadır. 
Frazeoloji  vahidlərin  bu  planda  öyrənilməsinin  çətinliyi 
iki  səbəblə  şərtlənir.  Birinci  səbəb  frazeoloji  vahidlərə 
nisbətdə  “norma”  anlayışının  özünün  mürəkkəbliyidir. 
Frazeoloji  vahidlərə  dil  iyerarxiyasının  müxtəlif 
səviyyələrində,  təşkilində  mürəkkəblik  səciyyəvidir,  ona 
görə  də  normativ planda  frazeoloji  vahidlər    müxtəlif dil 
səviyyələrinin normalarına uyğun gəlir. 
Frazeoloji vahidlərdə dil sisteminin müxtəlif normalarının 
pozulmasını  bir  sıra  hallarda  müşahidə  etmək 
mümkündür.  Leksik  səviyyədə  ədəbi  dil  norması 
frazeoloji  vahidlərin  müəyyən  komponentlərə  (sözlərə) 
malik  olmasını  tələb  edir.  Sözdüzəldici  səviyyədə  ədəbi 
dil  norması  bu  və  ya  digər  komponentin  müəyyən 


 
31 
sözdüzəldici  şəkilçilərlə  formalaşmasını  nizamlayır. 
Morfoloji  səviyyədə  frazeoloji  vahidin  müəyyən 
komponentinin 
müəyyən 
morfoloji 
normalara 
uyğunlaşması  tələb  olunur.  Sintaktik  səviyyədə  ədəbi  dil 
norması  frazeoloji  vahidin  müəyyən  sintaktk  struktura 
malik  olmasını  tələb  edir.  Semantik  səviyyədə  ədəbi  dil 
norması  frazeoloji  vahidin  ciddi  normativ  mənaya  malik 
olmasını nizamlayır. 
İkinci  səbəb  ondadır  ki,  “norma”  anlayışının  özü  indiyə 
kimi  kifayət  qədər  aydın  və  müəyyən  deyildir.  Dilçilik 
ədəbiyyatında  normanın  mahiyyəti  ona  iki  aspektdən 
yanaşmağa  imkan  verir:  bir  tərəfdən,  norma  dil 
daşıyıcıları  üçün  məcburi  olan  nümunədir  (yəni  norma 
müvafiq  nitq  faktı  üçün  nümunəvi  dil  vasitəsidir),  digər 
tərəfdən,  norma  nitqdə  dil  vasitələrindən  istifadənin 
məcburi qaydalarıdır. “Norma” cəmiyyətə xidmət edən dil 
vasitələrinin  daha  yararlılarının  məcmusudur.  Dil 
sisteminin  normaları  ictimai  nitq  praktikasında  qəbul 
edilmiş qaydalardır [129, 15]. 


 
32 
Deyilənləri  belə  ümumiləşdirmək  olar:  frazeoloji 
vahidlərin  dil  sisteminin  strukturundan  asılılığı  təkcə  bir 
səviyyədə  –  adətən,  sintaktik  səviyyədə  deyil,  dilin  bir-
birilə 
qarşılıqlı 
münasibətdə 
olan 
bütün 
yarımsistemlərində özünü göstərir. 
  
 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin