Tofiq quliyev


 İdiomlar dilin frazeoloji sisteminin bir hissəsi kimi



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   2   3   4   5   6   7   8   9   ...   61
Monoqrafiya

1.2. İdiomlar dilin frazeoloji sisteminin bir hissəsi kimi 
 
 
 
Dilçilikdə  frazeologiya  müxtəlif  istiqamətlərdə 
işlənmiş  bir  sahə  olsa  da,  onunla  bağlı  mübahisəli 
məsələlər hələ də mövcuddur. M.F.Çernovun qeyd etdiyi 
kimi,  dil  haqqında  elmdə  ardıcıl  frazeoloji  nəzəriyyənin 
movcud  olduğunu,  xüsusən  də  başlıca  problem  olan 
frazeologiyanın  predmeti  məsələsinin  həllinin  tapıldığını 
deyə 
bilmərik. 
Zənnimizcə, 
dilçilər 
arasında 
frazeologizmlər  haqqında  vahid  fikrin  olmaması  onun 
tədqiqat obyekti kimi mürəkkəbliyindən irəli gəlir. 
 
Frazeologiya  tədqiqatçıların  diqqətini  hələ  XVIII 
əsrdə  cəlb  etməyə  başlamışdır.  İlk  dəfə  “nitq  ifadəsi” 
mənasında  “frazis”  termini  M.V.Lomonosov  tərəfindən 


 
33 
işlədilmişdir.  M.V.Lomonosov  rus  ədəbi  dilinin  lüğətini 
tərtib  edərkən  belə  hesab  edirdi  ki,  lüğətdə  “Rusiya  zərb 
məsəlləri”  (российские  пословия),  “frazeslər”  və 
“idiomatizmlər” öz yerini tapmalıdır. Onun bu göstərişləri 
“Словарь  Академии  Российской”  adlı  lüğətdə  (1784-
1794)  nəzərə  alınmışdır.  Burada  rus  dilinin  təkcə  lüğət 
materialı yox, həm də frazeoloji materialı toplanmışdır. 
 
Sonralar  müxtəlif  frazeoloji  materiallar  izahlı, 
xüsusən  də  ikidilli  lüğətlərdə  öz  əksini  tapmışdır. 
L.V.Şerbanın  haqlı  olaraq  göstərdiyi  kimi,  zəngin 
frazeologiya  izahlı  lüğətin  ən  zəruri  mülkiyyəti, 
inventarıdır  [157,  176].  Lakin  frazeologiya  nəzəriyyəsi 
məsələlərinə XIX əsrin 60-cı illərinə qədər xüsusi diqqət 
ayrılmamışdır. XIX əsrin ikinci yarısı və XX əsrin 30-cu 
illərində  müəyyən  ifadələrin  mənasının  səciyyəsi 
haqqında  alimlər  tərəfindən  dərin  təhlillər  aparılmağa 
başlandı.  Rus  dilinin  tarixi  frazeologiyasına  aid 
İ.İ.Sereznyovskinin sanballı əsərləri meydana çıxdı. 
 
Frazeoloji  vahidlərin  struktur  baxımdan  öyrənilməsi 
İ.A.Boduen  de  Kurtenenin  adı  ilə  bağlıdır.  Elmi 


 
34 
fəaliyyətinin  başlanğıcında  Boduen  de  Kurtene  alman 
dilində mühüm nəzəri məqalə yazmış və dilə sistem kimi 
baxaraq  sintaktik  cəhətdən  üzvlənməyən  ifadələri  belə 
qiymətləndirmişdir:  Avtomatik  təkrar  prosesində  dil 
yaradılmasının  olmadığı  hallarda  hətta  bütöv  cümlələr 
sintaktik  cəhətdən  bölünməzlik  səviyyəsini  qazana  bilir. 
Onlar  atalar  sözləri,  məsəllər,  əzbərlənmiş  şeirlərdir 
(заученные  стихи)  [97,  52-53].  Əlavə  edək  ki,  müəllif 
“frazeologiya” terminindən istifadə etmir. 
 
F.F.Fortunatov ilk dəfə olaraq sabit söz birləşmələrini 
sözə və işarələr nəzəriyyəsinə münasibətdə tədqiq etməyi 
qarşısına  məqsəd  qoymuşdur.  1899-1900-cü  illərdə 
müqayisəli  dilçilik  üzrə  məsələlər  kursunda  müəllif 
dildəki  sadə  sözlərlə  “qeyri-sadə”,  yaxud  “mürəkkəb 
sözləri” fərqləndirmişdir. Qeyri-sadə sözlərin belə növləri 
ola bilər: 1) qovuşuq sözlər, 2) qoşa sözlər, 3) qrammatik 
mürəkkəb  sözlər,  4)  tərkibi  sözlər  [148,  173].  Onun 
fikrincə,  qovuşuq  sözlər  danışanın  beynində  iki  və  daha 
artıq  sözə  bölünür;  bu  zaman  söz  birləşməsinin  mənası 
həmin  sözlərin  mənasından  fərqlənir;  beləliklə,  qovuşuq 


 
35 
sözlər  məna  dəyişmədən  onun  tərkibinə  daxil  olmuş 
sözlərə  bölünmür  [yenə  orada].  Alim  sabit  birləşmələri 
mənaca sözə, formaca isə söz birləşmələrinə bərabər tutur. 
 
Frazeologiya 
nəzəriyyəsinin 
formalaşmasında 
A.A.Şaxmatovun  rolu  böyük  olmuşdur.  “Rus  dilinin 
sintaksisi”  əsərində  o,  frazeologiya  probleminə  sintaktik 
aspektdə yanaşmış və bölünməz söz birləşmələri haqqında 
orijinal 
təlim 
yaratmışdır. 
O, 
bölünməz 
söz 
birləşmələrinin 
(неразложимые 
словосочетания) 
aşağıdakı tiplərini fərqləndirmişdir:  
 
1)  müasir  sintaktik  baxımından  anlaşılmayan, 
qrammatik cəhətdən bölünməz söz birləşmələri: a) leksik 
cəhətdən  müstəqil  və  b)  leksik  cəhətdən  o  qədər  də 
müstəqil olmayan birləşmələr;  
 
2)  leksik  cəhətdən  və  mənaca  bölünməz  söz 
birləşmələri:  a)  müasir  sintaksis  baxımından  qrammatik 
bölünən  söz  birləşmələri:  игральные  карты  və  b) 
qrammatik  cəhətdən  bölünməz  söz  birləşmələri:  спустя 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin