Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   11   12   13   14   15   16   17   18   ...   61
Monoqrafiya

baldır  sözləri  idiomatik  birləşmə  yaratmaqda  fəal  çıxış 
edir.  Müşahidələr  göstərir  ki,  Hind-Avropa  dillərində 
sinonim  dərəcəsinin  heç  də  bütün  üzvləri  idiomatik 
vahidlərin  formalaşmasında  iştirak  etmir.  Məsələn,  rus 
dilində  лицо,  физиономия,  морда,  харя,  рыло,  рожа 


 
87 
sözləri  idiomatik  birləşmələr  yarada  bilir,  lakin  onların 
sinonimləri  olan  мурло,  моська,  ряшка  leksik  vahidləri 
bu  cəhətdən  qeyri-fəaldır.  Qeyd  etmək  lazımdır  ki, 
müxtəlifsistemli  bu  iki  dildə  frazayaratma  prosesində  bir 
sıra sözlərin fəallığı müxtəlif səviyyədədir. Məsələn, “əl”, 
“ayaq”, “çiyin”, “boğaz”, “barmaq” mənalı leksik vahidlər 
german  və  slavyan  dillərində  çox  fəaldır,  türk  dillərində 
isə  göz,  ürək,  böyür,  iç,  can,  baş  sözləri  frazayaratmada 
daha  fəal  iştirak  edir.  Nəhayət,  türk  dillərində  baş-ayaq, 
baş-göz  tipli  qoşa  sözlərə  tez-tez  rast  gəlsək  də,  Hind-
Avropa dillərində belə qoşa sözlərin idiomatik birləşmələr 
yaratmaqda  iştirakına  nadir  hallarda  təsadüf  edirik  [23, 
31]. 
Müxtəlifsistemli dillərin frazayaratma imkanları nə qədər 
fərqli  olsa  da,  bu  prosesdə  oxşar  cəhətlər  də  özünü 
göstərməkdədir.  Bu  oxşarlıq,  ümumilik  daha  çox  dillərin 
leksik-semantik  qrup  yaratmasında  müşahidə  edilir. 
Məsələn, hərəkət felləri, məkanda vəziyyət bildirən fellər, 
obyektə münasibət bildirən və təsir edən fellər, dərketmə 


 
88 
felləri bu cəhətdən fəaldır. Bu, onların assosiativ – obrazlı 
ifadə imkanlarının genişliyi ilə izah oluna bilər. 
Müxtəlif  dillərin  idiomatik  sisteminin  tipoloji  təhlili  bu 
vahidlərin 
oxşar 
və 
fərqli 
struktur 
tiplərini 
müəyyənləşdirməyə  imkan  verir.  Təkcə  ingilis  və 
Azərbaycan dillərində işlənən idiomatik vahidləri struktur 
baxımdan qarşılaşdırmaqla bir sıra maraqlı cəhətlər ortaya 
çıxır. Bu dillərə məxsus idiomatik sistemdə bir sıra oxşar 
cəhətlər diqqəti cəlb edir. Məsələn, bu dillərdə  müqayisə 
olunan 
idiomatik 
vahidlərin 
komponentlərinin 
parçalanmasını,  yaxud  da  bütövlüyə  xələl  gətirməmək 
şərti ilə onlardan birinin işlənməsini müşahidə etmək olar. 
Müq. et: ing. Likewise she watched his toils, and knew the 
measure  of  the  midnight  toil  he  burned  (J.London). 
“Beləliklə,  o,  onun  necə  zəhmət  çəkdiyini  müşahidə  edir 
və gecələr çəkdiyi ağır zəhmətin qədrini bilirdi”.  
I  thought  you  would  follow  in  your  father’s  footsteps,” 
Pickering  said  (J.Aldridge).    “Elə  bilirdim  ki,  sən  atanın 
yolu ilə gedəcəksən,” Pikerinq dedi” (C.Oldric). 


 
89 
Azərb. Salma məni nəzərdən, qurbanın olum (M.P.Vaqif); 
Qaçırmayın  Kürü  gözdən,  bir  an  belə  buraxmayın 
cilovunu əlinizdən (S.Vurğun).  
Hər iki dildə eyni bir idiomatik vahidin müxtəlif struktur 
növünə rast gəlirik: 
1) Hər iki dildə eyni bir idiomatik vahid həm qısaldılmış, 
həm də genişləndirilmiş şəkildə işlədilir. Məsələn, ing. to 
cut  the  knot  –  to  cut  the  Gordian  knot  “düyünü  kəsmək” 
(“Qordian  düyününü  kəsmək”),  a  clean  hand  –  a  clean 
hand needs no washing “təmiz adam”; azərb. dilə düşmək 
– dilə-dişə düşmək – dilə-ağıza düşmək;  
2)  Hər  iki  dildə  söz  sırasına  görə  fərqlənən  idiomatik 
vahidlər mövcudur: Məsələn, ing. to cross the t’s and dot 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin