Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə17/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   13   14   15   16   17   18   19   20   ...   61
Monoqrafiya

the  chickens  before  they  are  hatched  “cücəni  payızda 
sayarlar”,  to  take  the  hair  of  the  dog  that  bit  you  “iti 


 
93 
öldürənə  sürütləyərlər”,  to  bite  the  hand  that  feeds  you 
“çörək  verən  əli  kəsmək”;  azərb.  qaz  vurub  qazan 
doldurmaq, əl açıb yalvarmaq.  
İngilis  dilinin  idiomatik  sistemində  feli  komponent 
idiomatik birləşmənin önündə (not inkar ədatı iştirak edən 
tərkiblər  istisnadır)  işlədilir,  Azərbaycan  dilində  isə  bu 
komponent  bu tipli birləşmələrin sonunda gəlir. Müq. et: 
ing.  to  pay  through  the  nose    “çox  pul  ödəmək”;  azərb. 
başa  düşmək,  qulaqardına  vurmaq  (poetik  nitqdə  bu 
qayda  pozula  bilər,  məsələn:  könül,  səccadəyə  basma 
ayaq, təsbihə əl vurma). 
İngilis  dilindən  fərqli  olaraq  Azərbaycan  dilində  feli 
komponent  idiomatik  birləşmənin  daxilində  də  işlənə 
bilər:  gah  başına  döyür,  gah  dizinə;  gah  nala  döymək
gah  mıxa.  Bundan  başqa,  Azərbaycan  dilində  idiomatik 
kontaminasiya hadisəsini də müşahidə etmək mümkündür. 
Bu  zaman  iki  və  daha  artıq  idiomatik  vahid 
komponentlərinin ixtisarı ilə bir birləşmə kimi formalaşır: 
Dolanıb  başına  dönər  fələklər  (Vidadi),  baş-beynini 
aparmaq, əldən-ayaqdan düşmək. 


 
94 
Birinci  misalda  başına  dönmək  və  başına  dolanmaq 
ifadələrində  ismi  komponentin  biri  (başına  sözü)  ixtisar 
olunmuş,  ikinci  misalda  başını  aparmaq  və  beynini 
aparmaq,  üçüncü  misalda  əldən  düşmək  və  ayaqdan 
düşmək  ifadələri  kontaminasiyaya  uğramışdır.  İngilis 
dilində belə hadisə müşahidə edilmir. 
Azərbaycan  dilində  bir  sıra  idiomatik  ifadələr  təkcə  nitq 
prosesində deyil, həm də dilin bütün sistemində  felin həm 
məlum, həm də məchul növü vasitəsilə formalaşır. Bu iki 
halda  baş  verir.  Birinci  hal  onunla  səciyyələnir  ki,  belə 
ifadələrdə fel həm  məlum, həm də məchul növdə işlənir: 
gününü  göy  əskiyə  bükmək  –  günü  göy  əskiyə  bükülmək, 
paxırını  açmaq  –  paxırı  açılmaq.  Belə  birləşmələri  eyni 
idiomatik  vahidin  müxtəlif  struktur  növü  kimi 
qiymətləndirmək  olar.  İkinci  halda  isə  felin  məchul 
növündə  idiomatik  vahid  məlum  növdəkindən  tamamilə 
fərqli  semantikaya  malik  olur.  Müq.  et:  əl  açmaq 
“dilənmək”, “yalvarmaq” mənalarında - əli açılmaq “azad 
olmaq”  mənasında.  Belə  birləşmələr  ayrı-ayrı  idiomatik 


 
95 
vahidlərdir,  çünki  onlar  tamamilə  fərqli  semantikaya 
malikdir.  
 Azərbaycan  dilində  bəzi  idiomatik  ifadələrin  tərkibində 
feli komponent həmin idiomatik ifadənin ismi hissəsi olan 
vasitəsiz  tamamlıqla  işlənir.  Bu  hal  sərbəst  söz 
birləşmələrində  mümkün  deyil.  Məsələn,  gün  ağlamaq 
(“gələcəyin qayğısına qalmaq” mənasında). İngilis dilində 
isə  feli  komponent  həm  idiomatik  ifadələrdə,  həm  də 
sərbəst  söz  birləşmələrində  vasitəsiz  tamamlıqla  işlənir. 
Məsələn, to speak daggers “qəzəblə danışmaq” (idiomatik 
ifadə),  to  speak  English,  French,  many  languages 
“ingiliscə, fransızca, bir çox dillərdə danışmaq”   (sərbəst 
söz birləşmələri).  
Azərbaycan  dilindən  fərqli olaraq ingilis dilində  tabelilik 
söz  birləşmələri  əsasında  yaranmış  feli  idiomatik 
vahidlərlə  yanaşı,  tabesizlik  söz  birləşmələri  əsasında 
yaranmış  feli  idiomatik  vahidlər  də  işlədilir,  məsələn:  to 
cut and run “tələsik qacmaq”. Azərbaycan dilində bu tipli 
idiomatik ifadələr yoxdur. 


 
96 
Azərbaycan 
dilində 
idiomatik 
birləşmənin 
ismi 
komponentinin  hal  şəkilçisinin  dəyişməsi  ilə  birləşmənin 
semantikası da dəyişir, yəni yeni idiomatik ifadə yaranmış 
olur:  göz  olmaq,  gözü  olmaq,  gözdə  (qulaqda)  olmaq, 
gözdən olmaq və s. Bu dörd idiomatik vahidin hər birinin 
öz semantikası vardır.  
İngilis  dilində  bəzi  idiomatik  ifadələrin  qrammatik 
formaları  və  qrammatik  mənaları  analitik  yolla,  yəni 
müəyyən  sözlərin  köməyi  ilə  formalaşır,  Azərbaycan 
dilində  isə  belə  birləşmələr  sintetik  yolla  –  şəkilçilər 
vasitəsilə yaranır. İngilis dilində idiomatik vahidlərin feli 
komponenti  ismi  komponenti  ümumi  halla  idarə  edir, 
onlar  arasında  qrammatik  münasibətlər  sözönülər 
vasitəsilə  ifadə  oluna  bilər.  Azərbaycan  dilində  isə  belə 
birləşmələrin  feli  komponenti  digər  komponentləri  ismin 
bütün  halları  ilə  idarə  edir,  onlar  arasında  qrammatik 
münasibətlər  hal  şəkilçiləri  ilə  reallaşır.  Məsələn,  ing.  to 
dig  one’s  hands  in  blood  “əlini  qana  batırmaq”  (adam 
öldürmək  mənasında),  to  be  out  of  smb’s  hands  “asılı 
olmamaq”,  to  poke  one’s  nose  into  smb’s  affairs  


 
97 
“burnunu  başqasının  işinə  soxmaq”,  to  be  up  in  arms 
“döyüşə  hazır  olmaq”,  without  turning  eyelashes 
“əsəbiləşmədən”,  with  one’s  feet  foremost  “bir  ayağı 
qəbirdə”,  out  of  head  “fikirləşmədən”,  to  work  one’s 
fingers  to  the  bone  “bekar  oturmaq,  tənbəllik  etmək”,  by 
the skin of one’s teeth “tükdən asılı”, in for a penny, in for 
a  pound  “gərçı  oldun  dəyirmançı,  çağır  gəlsin  dən, 
Koroğlu”;  azərb.  başına  daş  salmaq,  əl  çəkmək,  əldən 
vermək,  üzü  dönmək,  göz  qoymaq,  gözünü  sıxmaq, 
başında  çanaq  sınmaq,  gözə  gəlmək,  üz  vermək,  üzə 
salmaq, başdan eləmək.  
Azərbaycan dilindən fərqli olaraq ingilis dilində idiomatik 
vahidlərin  tərkibində  artikllər  də  çıxış  edir.  Məsələn,  to 
seize the  bull  by  the  horns  “qətiyyətlə hərəkət etmək”,  to 
be  a  cool  cat  “sakit  adam  olmaq”,  to  be  hot  under  the 
collar “qəzəblənmək”, let the cat out of the bag “ağzından 
qaçırmaq”,  nail  one’s  collars  to  the  mast  “qətiyyətlilik 
göstərmək, geri çəkilməmək”.  
Müxtəlif  dillərin  idiomatik  sisteminin  tipoloji  təhlili  belə 
qənaətə  gəlməyə  əsas  verir  ki,  müxtəlif  dillərdə  bir  sıra 


 
98 
idiomatik  vahidlər  müəyyən  məqamlarda  struktur-
semantik  oxşarlıq  təşkil  edir,  müəyyən  məqamlarda  isə 
qrammatik  təşkil  və  struktur  formalaşma  baxımından 
fərqlənir. Belə idiomatik vahidlər sırasına məna və üslubi 
çalarına,  komponentlərinin  tərkibi  və  struktur-qrammatik 
təşkilinə görə oxşar və fərqli sabit birləşmələri aid etmək 
olar.  Belə  birləşmələrin  təşkilindəki  oxşarlıq  onların 
obrazlılığının ümumdil xarakteri ilə şərtlənir.                        
Dilçilikdə,  xüsusilə  də  Azərbaycan  dilçiliyində  və 
ingilisşünaslıqda  idiomatik  ifadələrin  hansı  səviyyədə 
öyrənilməsi,  hansı  məsələlərin  öyrənildiyi,  hansı 
məsələlərin  isə  hələ  lazımınca  öyrənilmədiyi  və  ya 
mübahisəli olaraq qalması ilə bağlı bu geniş analitik təhlil 
ingilis  və  Azərbaycan  dillərindəki  idiomatik  ifadələrin 
öyrənilməsinin  ümumi  mənzərəsini,  bu  sahədəki 
boşluqları  incəlikləri  ilə  görməyə  imkan  verir  və  diqqəti 
bu  boşluqların  tədqiqinə  çəkir.  Həmin  boşluqlar  sırasına 
xüsusilə  ingilis  və  Azərbaycan  dillərində  olan  idiomatik 
ifadələrin  struktur  və  semantikasındakı  oxşar  və  fərqli 
cəhətlərin  hələ  müəyyənləşdirilməməsi  və  bu  tipoloji 


 
99 
əlamətlərin inventarlaşdırılmaması, bu dillərdə idiomların 
ekvivalentliyi  və  transformasiyası  məsələlərini  aid  etmək 
olar.  Əsərin  II  və  III  fəsillərində  biz  məhz  bu  məsələlər 
üzərində dayanacağıq. 
 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin