Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə19/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   15   16   17   18   19   20   21   22   ...   61
Monoqrafiya

Not to be worth smb’s little finger, not to lift a foot, to 
bear  two  faces  under  one  hood,  don’t  teach  your 
grandmother to suck eggs və s. ingilis dilində; heç bir şey 
çıxmayacaq,  özünü o  yerə qoymamaq, iki  qoçun başı  bir 
qazanda  qaynamaz,  üçüncünü  deməzlər,  dil  boğaza 
qoymamaq,  ilan  ulduz  görməsə,  ölməz  və  s.  Azərbaycan 


 
106 
dilində.  Təsdiqdə  işlənən  idiomatik  ifadələri  pozitivlər, 
inkarda  işlənən  idiomları  şərti  olaraq  neqativlər 
adlandırmaq  olar.  İdiomatik  ifadələrin  inkarda  işlənməsi, 
şübhəsiz,  onların  tərkibində  leksik  və  qrammatik 
indikatorların  mövcudluğu  ilə  bağlıdır.  Daha  geniş 
mənada  isə  inkarlığa  kommunikativ  kateqoriya  olmaqla 
funksional-semantik 
sahə,  inteqral-semantik  yükün 
bölüşdürülməsində  yaxından  iştirak  edən  bütün  dil 
yaruslarında  müxtəlif  səciyyəli  və  rəngarəng  tipli  ifadə 
vasitələrinin kontekstual-situativ indikatorları kimi baxılır. 
Bu  sırada  inkarlığın  ifadəsində  leksik  indikatorlar  əsas, 
başlıca rol oynayan vasitələrdəndir [98, 36];  
b)  yalnız  felin  təsdiq  formasında  işlənən  idiomatik 
ifadələr:  ing.  to  put  an  old  head  on  young  shoulders 
(“başına  ağıl  qoymaq”),  to  get  one’s  foot  on  the  ladder 
(“ilk uğurlu addım atmaq”), to make a hand (make a fair, 
good  hand)  (“nail  olmaq”),  to  go  about  with    one’s head 
in the air (“lovğalanmaq”) və s.; azərb. cin atına minmək, 
dərisinə saman təpmək, əlindən yanmaq, tük salmaq, daş 
atıb başını tutmaq, əli çıraqlı axtarmaq və s;   


 
107 
 
c)  həm  təsdiqdə,  həm  də  inkarda  işlənən  idiomatik 
ifadələr:  ing.  to  put  a  good  face  on  smth  (“özünü  sakit 
aparmaq”) – not to put a good face on smth (“özünü sakit 
aparmamaq”), to carry on its face (“tam aşkar olmaq”) – 
not  to  carry  on  its  face  (“tam  aşkar  olmamaq”),  to  put 
one’s best foot (“əlindən gələni etmək”) – not to put one’s 
best  foot  (“əlindən  gələni  etməmək”)  və  s.;  azərb.  baş 
əymək  –  baş  əyməmək,  əlini  üzmək    əlini  üzməmək,  söz 
tapmaq – söz tapmamaq, dediyndən dönmək – dediyindən 
dönməmək,  tüpürdüyünü  yalamaq    tüpürdüyünü 
yalamamaq, boynuna almaq  boynuna almamaq, gözünə 
yuxu  getmək    gözünə  yuxu  getməmək,  boşa  çıxmaq   
boşa çıxmamaq, ayaq basmaq  ayaq basmamaq, xoşuna 
gəlmək    xoşuna  gəlməmək,  üz  vurmaq    üz  vurmamaq, 
yola  getmək    yola  getməmək  və  s.  Müşahidələr  göstərir 
ki,  Azərbaycan  dilində  həm  təsdiqdə,  həm  də  inkarda 
işlədilən  feli  idiomatik  ifadələr  böyük  intensivliyə 
malikdir. 
 
  Azərbaycan  dilində  feli  idiomatik  ifadələrin  fel 
komponenti  felin  müxtəlif  növlərində  çıxış  edə  bilir. 


 
108 
Məlum  növdə  fellərin  sayı  çox  olduğu  kimi,  bu  növdə 
işlənən  idiomatik  ifadələrin  sayı  da  kifayət  qədərdir:  
könül  vermək,  qulaq  vermək,  qol-qanad  açmaq,  meydan 
sulamaq, mat qalmaq, oda tutmaq, ömür sürmək, ömrünü 
başa  vurmaq,  səs  düşmək,  səsini  kəsmək,  saqqalı  yüngül 
etmək,  tük  salmaq,  ürəyinə  dammaq,  ürəyi  getmək,  üz 
vermək, yer eləmək, beyninə düşmək, başa düşmək, ağzına 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin