Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə18/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   14   15   16   17   18   19   20   21   ...   61
Monoqrafiya

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
100 
II FƏSİL 
 
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ 
İDİOMATİK İFADƏLƏRİN STRUKTUR-
SEMANTİK XÜSUSİYYƏTLƏRİ 
 
2.1.  İngilis və Azərbaycan dillərində idiomatik 
ifadələrin leksik-grammatik səciyyəsi 
 
 
Müxtəlifsistemli  dillərdə  idiomatik  ifadələr  diqqəti  təkcə 
obrazlılığına,  ekspressivliyinə  görə  yox,  həm  də  bu 
ifadələrin 
strukturunda 
olan 
ümumi 
və 
fərqli 
xüsusiyyətlərə  görə  cəlb  edir.  Bu  ümumilik  idiomatik 
ifadələrin 
tərkibindəki 
leksik 
vahidlərin 
transformasiyasının  universallığına,  tərkib  daxilində 
onların  funksional-semantik  dinamikasını  göstərən  yaxın 
ifadələrin  yaranmasına  səbəb  olan  qanunauyğunluqlarla 
izah olunur.  
İdiomatik  ifadələr  mənaca  bütöv,  sintaktik  struktur 
cəhətdən sabit və dəyişməz leksik tərkibli konstruksiyalar 
kimi başa düşülsə də, onların məcazlaşması və obrazlılığı 
üçün  kontekst,  başqa  sözlə  desək,  müəyyən  dil  mühiti 


 
101 
tələb  olunur.  Yuxarıda  qeyd  olunduğu  kimi,  iki  və  daha 
artıq  sözün  birləşməsindən  yaranan  idiomatik  ifadələr 
komponentlərinin  sintaktik  əlaqəsinin  səciyyəsi  və  leksik 
tərkibinin  kəmiyyətinə  görə  həm  söz  birləşməsi,  həm  də 
qrammatik  cəhətdən formalaşmış,  məzmunca, intonasiya, 
modallıq və predikativlik baxımdan bitmiş fikri ifadə edən 
cümlə  kimi  çıxış  edə  bilir.  Belə  ifadələr  dil  strukturunda 
həmişə  digər  dil  vahidləri  ilə  müəyyən  münasibətdə 
olduğundan bir sıra hallarda müxtəlif formalara düşə bilər. 
Buna  görə  də  onların  bəziləri  dildə  dəyişiklik  edilmədən 
fəaliyyət  göstərir,  bəziləri  isə  müəyyən  struktur 
dəyişiklikləri ilə işlədilir. 
Başqa  dillərdə  olduğu  kimi,  ingilis  və  Azərbaycan 
dillərində  də  idiomatik  ifadələrin  leksik  və  qrammatik 
semantikası  onlarda  forma  və  məzmun  birliyi  əmələ 
gətirir.  Söz  birləşməsi  və  cümlə  strukturu  idiomatik 
ifadələrdə  onları  təşkil  edən  sözlərdən  biri  qrammatik 
cəhətdən  əsas,  aparıcı  komponent  kimi  çıxış  edir.  Əsas 
komponentin  qrammatik  mənsubiyyətinə  görə  idiomatik 
ifadələrin iki növü vardır: feli və ismi idiomatik ifadələr. 


 
102 
Feli  idiomatik  ifadələrin  struktur  təşkilində  və 
semantikasında  fel  mühüm  rol  oynayır.  Ümumiyyətlə, 
frazeoloji 
sistemin 
tədqiqində 
onların 
ayrı-ayrı 
komponentlərinin  frazeoloji  cəhətdən  bağlanmasında 
fellərin  xüsusi  rolu  ön  plana  çəkilir.  Alman  dilçisi 
V.Şmidt iki əsas kontekstdə – leksik və sintaktik mühitdə 
fellərin  frazeoloji  bağlılığını  tədqiq  edərkən,  belə  bir 
nəticəyə  gəlmişdir  ki,  frazeoloji  cəhətdən  məna  bağlılığı 
öz  qradasiyasına  malik  olması  ilə  səciyyələnir  [84,  62]. 
Fellər  semantik  rəngarəngliyinə  görə  digər  nitq 
hissələrindən  fərqlənir,  qrammatik  kateqoriyalarının 
çoxluğu  və  müxtəlifliyi  onların  semantik  çalarlarını  bir 
qədər  də  artırır.  Bu  münasibətlə  V.Vinoqradov  yazır: 
“Bütün  başqa  qrammatik  kateqoriyalara  nisbətən,  felin 
semantik  strukturu  daha  dolğun  və  zəngindir.  Felin  bu 
xüsusiyyəti 
onun 
qrammatik 
quruluşunun 
özünəməxsusluğundan asılıdır” [101, 339].  
 Fellər  idiomatik  ifadələrin  tərkibində  digər  nitq  hissələri 
ilə,  xüsusən  isimlərlə  birləşərək  idiomların  struktur 
özəyini  təşkil  edir,  cümlədə  onların  semantikasına  və 


 
103 
sintaktik  funksiyasına  təsir  edir.  Müşahidələr  göstərir  ki, 
ingilis  dilində  feli  idiomatik  ifadələr  ismi  birləşmələrə 
nisbətən  daha  sadə  struktura  malikdir.  Bu,  felin  cümlədə 
əsas sintaktik vəzifəsini – xəbər funksiyasını daşıması ilə 
bağlıdır.  Ona  görə  də  felin  əlaqəyə  girdiyi  sözlərlə 
sintaktik  münasibətləri  kəmiyyət  baxımından  o  qədər  də 
çox deyildir. İdiomatik ifadələrdə fellər daha çox özlərinin 
funksional,  semantik  yükü  ilə  səciyyələnir.  Məsələn,  to 
close  one’s  eyes  idiomunda  zaman  göstəricisinin 
olmaması 
onun 
sərbəst 
söz 
birləşməsi 
kimi 
qiymətləndirilməsinə əsas verir. İngilis dilində bir sıra feli 
idiomatik ifadələr struktur cəhətdən iki variantda çıxış edə 
bilir:  to  hang  (hang  down)  one’s  head:  hang  və  hang 
down  paralelliyinə  əsaslanaraq  həmin  ifadə  Azərbaycan 
dilinə  “başını  aşağı  salmaq,  burnunu  sallamaq”  kimi 
tərcümə edilir.  
İngilis  və  Azərbaycan  dillərində  feli  idiomatik  ifadələrin 
qrammatik  strukturu,  əlbəttə,  bu  dillərin  qayda-
qanunlarına  uyğun  şəkildə  qurulur,  ona  görə  də  həmin  
ifadələrin  komponentlərinin  sıralanması  daha  çox  felin 


 
104 
mövqeyindən  asılıdır.  İngilis  dilindən  bir  neçə  nümunə 
göstərək:  to  have  a  bone  in  one’s  throat  (“boğazında 
sümük  qalmaq”),  to  twist  smb  round  one’s  little  finger 
(“kimi  isə  barmağına  dolamaq”),  to  throw  oneself  into 
smb’s  arms  (“kimdənsə  ümid  gözləmək”),  to  give  a  free 
hand  (“əlini  boş  buraxmaq”),  to  give  a  helping  hand  to 
smb  (“əlindən  tutmaq”),  to  fall  on  one’s  feet  (“ayağına 
düşüb  yalvarmaq”),  to  twiddle  one’s  thumb  (“bekar 
oturmaq”).  
Azərbaycan  dilində  feli  idiomatik  ifadələrdə  ad 
komponenti əvvəl, fel komponenti isə sonra gəlir. İngilis 
dilində isə “fel + ad” modelindən istifadə olunur. Bu dildə 
feli  idiomatik  ifadələrin  birinci  tərəfi  fel,  ikinci 
komponenti isə əsasən isimdən ibarət olduğundan onlarda 
ümumi məna komponentlərin bütövlükdə mənasından  və 
sintaktik  strukturundan  asılı  olur,  predikativ  səciyyə 
qazanır.  Onu  da  əlavə  edək  ki,  həm    ingilis,  həm  də 
Azərbaycan dilində feli idiomatik ifadələrin ismi tərəfinin 
çoxu, fel komponentinin isə hamısı dildə əsasən müstəqil 
işlənən leksik vahidlərdir: əlini qana batırmaq (“to bathe 


 
105 
one’s hands in blood ”), üstündə yük olmaq (“to thread on 
smb’s  neck”),  gözünə  girmək  (“to  burst  upon  the  eye”), 
dilini  saxlamaq  (“to  hold  one’s  tongue”),  əldən-ələ 
keçmək (“to pass through many hands”) və s. 
İngilis  və  Azərbaycan  dillərində  feli  idiomatik  ifadələr 
felin təsdiq və inkarlıq kateqoriyasına uyğun olaraq təsdiq 
və  inkar  strukturlarda  çıxış  edə  bilir.  Dilçilik 
ədəbiyyatında  qeyd  olunduğu  kimi,  inkarlıq  kateqoriyası 
felin  təsdiq  və  inkar  formalarının  üz-üzə  dayanması 
fonunda  müəyyənləşir  [27,  32].  Bu  baxımdan    ingilis  və 
Azərbaycan  dillərində  idiomatik  ifadələri  bir  neçə  növə 
ayırmaq olar: 
a)  yalnız  felin  inkar  formasında  işlənən  idiomatik 
strukturlar:  
 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin