Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə25/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   21   22   23   24   25   26   27   28   ...   61
Monoqrafiya

gördü  ki,  padşah  dönüb  quduz  köpəyə”  (“Nüşapəri 
xanımın nağılı”) [167, 188]. 


 
127 
 
İdiomların  özünəməxsus  mənalarını  təyin  edərkən, 
ilk növbədə, dilin birləşmənin semantikasını üzə çıxaran, 
formalaşdıran  struktur  vahidlərinə  diqqət  yetirmək 
lazımdır.  Bu  baxımdan  idiomların  komponentləri 
əhəmiyyətli  funksiya  daşıyır.  Ümumiyyətlə,  idiomların 
bəzilərinin 
ümumi 
semantikasının 
onların 
komponentlərinin zəifləmiş mənalarından doğması fikrini 
irəli sürmək olar. 
 
Məlumdur  ki,  idiomların  mənasından  fərqli  olaraq 
sözlərin  mənası  morfemlər  əsasında  müəyyənləşdirilir. 
İdiomun tərkibindəki hər bir komponent müəyyən morfem 
əsaslıdır  və  onun  mənası  bu  morfemə  görə  aydınlaşır. 
Həmin  məna  sözlərin  lüğəvi  mənasıdır.  Sözdə  isə  bir 
ümumi  və  müxtəlif  sayda  xüsusi  mənalar  olur.  Ümumi 
məna dilə, xüsusi məna isə nitqə şamil edilir. “Mürəkkəb 
frazeoloji bütöv xüsusi semantik kateqoriyadır. O, nitqdə 
də belə bir funksiya daşıyır. Bu bütövün elementlərini bir-
birindən  ayırmaq,  onların  arasındakı  bağlılığı  yox  etmək 
mümkün deyildir” [33, 93]. Digər tərəfdən,  “idiomatiklik 
dil  vahidlərinin  (söz,  söz  birləşməsi,  cümlə)  bütövlükdə 


 
128 
mənası  ilə  onları  təşkil  edən  ayrı-ayrı  komponentlərin 
mənasının  müvafiq  gəlməməsidir.  Dil  vahidlərinin 
komponentləri  arasında  formal  və  semantik  əlaqə 
yaranmış  olur.  Komponentlərin  ilkin  forma,  vəzifə  və 
məzmunun  itməsi  ilə  bütöv  tərkib  tamamilə  fərqli  məna 
və vəzifə kəsb etmiş olur” [5, 7].  
 
Komponentlərə  münasibət  göstərilən  bu  iki  elmi 
fikirdə həm  üst-üstə düşmə,  həm  də  fərqli  mövqe vardır. 
Zənnimizcə, “bütövün elementlərini bir-birindən ayırmaq, 
onların arasındakı bağlılığı yox etmək  mümkün deyildir” 
fikrini irəli sürən M.Mirzəliyeva komponentlərin semantik 
yükünün müəyyən dərəcədə bütövün semantikasında açıq 
və  ya  gizli  şəkildə  yer  almasını  qəbul  etməklə  haqlıdır. 
“Dil  vahidləri  arasındakı  formal  və  semantik  cəhətdən 
əlaqənin  itməsi  nəticəsində  idiomatiklik  yaranmış  olur” 
müddəasında  isə  bütövün  əmələ  gəlməsi  üçün 
komponentlərin mövcudluğunun əsas şərt olması fikri ilə 
ziddiyyət  vardır.  Komponentlər  ilkin  forma,  vəzifə  və 
məzmununu  eyni  zamanda,  eyni  anda  itirə  bilməz. 
Məsələn,  ingilis  dilində  out  of  heart,  Purple  Heart, 


 
129 
Achilles’s  heel,  in  the  seventh  heaven,  be  a  low  into, 
Draconian  laws,  till  the  last;  Azərbaycan  dilində  qarğa 
məndə qoz var, zəhər tuluğu, bir oğlandır ki, çayda balıq 
yan  gedər,  qana  qan  eləmək,  ilanı  Seyid  Əhməd  əli  ilə 
tutmaq kimi idiomlarda komponentlərin semantik yükü və 
semantik əlaqələri vardır. Komponentlərdən heç biri ilkin 
formasını  itirməmişdir.  Onların  ilkin  vəzifələrinin 
itirildiyini demək də doğru olmazdı. Ayrılıqda işlənərkən 
bu  birləşmələrin  komponentlərinin  semantik  yükündə 
dəyişmə baş verir və nəticədə həmin komponentlərdə yeni 
xüsusiyyət, məzmun yaranır. 
 
“İdiomun  ayrı-ayrı  komponentlərinin  mənası  ilə 
bütövün mənası müasir dövrlə əsla əlaqədar olmur. Başqa 
sözlə, idiomun məna motivliyi itmiş olur. Bir oğlandır ki, 
çayda  balıq  yan  gedər  ifadəsindəki  əsas  fikir  oğlanın 
yaxşı  olmasıdır.  “Yaxşı”  mənası  çay,  balıq,  yan,  getmək 
məfhumları ilə əsla əlaqədar deyildir.  
 
Deməli,  idiomun  tərkibindəki  sözlər  yalnız  birlikdə 
ümumi  məna  kəsb  edir,  bütövün  daxilində  öz  əvvəlki 
leksik-semantik  və  qrammatik  əlamətlərindən  məhrum 


 
130 
olur.  Odur  ki,  çox  zaman    sözün  mənası  deyil,  özü, 
funksiyası  (məhz  idiomun  tərkibində  işlənməsi)  kifayət 
edir” [5, 8-9]. 
 
Əvvəla,  bütövün  mənasının  komponentlərin  mənası 
ilə  müasir  dövrdə  əlaqəsi  haqqında  danışmaq  düzgün 
deyildir.  Bu  əlaqə  başqa  dövrdə,  keçmişdə  də  eyni  cür 
olmuşdur.  İkincisi,  bütövün  tərkibində  oğlan  sözü  öz 
mənasını  saxlamışdır.  İdiomun  ona  yuxarıda  verilmiş 
tərifi    əsas  götürülərsə,  o  halda  idiom  kimi  çayda  balıq 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin