Tofiq quliyev


İngilis və Azərbaycan dillərində idiomatik



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə23/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   19   20   21   22   23   24   25   26   ...   61
Monoqrafiya

2.2. İngilis və Azərbaycan dillərində idiomatik 
ifadələrin tematik qrupları 
 
İdiomların  semantik  xüsusiyyətləri  diqqəti  cəlb  edən 
mürəkkəb  dilçilik  məsələlərindən  biridir.  Mürəkkəblik 
idiomun  mənasının  onun  komponentlərinin  leksik 
mənalarından  fərqlənməsi  və  fərqlənmə  səbəblərindən 
doğur.  İdiomu  təşkil  edən  komponentlər  bir-biri  ilə 
müxtəlif  semantik  münasibətlərdə  olur.  Komponentlərin 
sayı  artdıqca  semantik  münasibətlərin  dairəsi  genişlənir. 
“Frazeologizmləşmə  prosesinin  nəticəsində  sərbəst  söz 
birləşmələrinin  komponentləri  öz  mənalarını  itirir  və 
birləşərək  bütöv  bir  mənanın  meydana  çıxmasına  xidmət 
edir. Bununla da, yeni keyfiyyətli bir dil vahidi yaranmış 
olur” [33, 92]. 
Frazeologizmlərin, 

cümlədən 
də 
idiomların 
komponentlərinin  öz  mənalarını  itirməsi,  yaranmış  dil 
vahidinin  bütün  komponentlərinin  semantik  əlaqə  və 
münasibətlər zəminində tam təşkil edərək yeni məna kəsb 
etməsi mürəkkəb səciyyə daşıyır. Burada komponentlərin 


 
122 
ayrı-ayrılıqdakı  mənaları,  onların  bir-biri  ilə  semantik 
bağlılığı  da,  şübhəsiz,  yeni  mənanın  yaranmasında 
müəyyən  rol  oynayır.  Əks  təqdirdə,  dilin  hər  bir  leksik 
vahidi  əsasında  idiomlar  yaratmaq  mümkün  olardı. 
İdiomlar  əsasında  aparılmış  tədqiqatlar  isə  göstərir  ki, 
idiomatik  birləşmələrdə  işlənən  leksik  vahidlər  müəyyən 
qruplar  şəklində  birləşə  bilir.  Müxtəlifsistemli  dillərdə 
həmin  xüsusiyyət  özünü,  demək  olar  ki,  eyni  şəkildə 
göstərir  və  ondan  irəli  gəlir  ki,  idiomatik  vahidin 
yaranması  müxtəlif  dil  kollektivlərində  eyni  prosesə 
məruz  qalır.  Bu,  dil  vahidinin  hazır  şəkildə  nitqdə 
sabitləşməsi və möhkəmlənməsi prosesidir [137, 14]. 
İdiomatik 
vahidlərin 
semantikası 
komponentlərin 
semantikası  ilə  müəyyən  şəkildə  bağlı  olur.  Lakin  bu 
semantik  bağlılıq  üzdə  olmur,  dərində  gizlənir.  Bütövün 
hissələri,  yəni  komponentləri  öz  aralarında  müəyyən 
şəkildə  bağlanır  və  bu  bağlılıq  o  dərəcədə  mühkəm  olur 
ki, hətta komponentlərin sabit mövqedə durmasına imkan 
yaradır.  Komponentlərin  sayının  artması  bütövün 
mənasına çox az hallarda təsir göstərir. Əslində, idiomun 


 
123 
ifadə  etdiyi  məna  onun  komponentlərinin  sayından  asılı 
olmur.  Lakin  eyni  vahidin  genişləndirilməsi,  ona  yeni 
komponentin  əlavə  edilməsi  mənanın  əlavə  çalarının 
yaranmasına  səbəb  olur.  Məsələn,  ingilis  dilində 
tərkibində dog (“it”) sözü olan idiomlar çoxluq təşkil edir. 
Bu  idiomlar  arasında  semantikasına  görə  Azərbaycan 
dilindəki  it  kimi  tutmaq,  it  kimi  qapmaq  birləşmələrinin 
semantikası ilə eyni olanları vardır. Məsələn, a dog in the 
manger  (“başqasına  imkan  verməyən”,  “hamını  qapan”, 
“hamını acılayan”). We have got to celebrate. This is a big 
night for us. Don’t be a dog in the manger. 
We’ll have fun together (A.J.Cronin) “Bu hadisəni bayram 
etməliyik.  Bu  gün  bizim  üçün  böyük  gündür.  Quduz  itə 
dönmə. Bir yerdə şənlənək” (A.C.Kronin);  Sick as a dog 
when  I  realized    what  I  had  missed  “Mən  nəyi  əldən 
buraxdığımı başa düşəndən sonra çox qəzəbləndim”;  dog 
smb’s  steps  “it  kimi  kimi  isə  izləmək”  ;  a  surely  dog 
“kobud,  hirsli,  qəzəbli,  hamını  təhqir  edən  adam”. 
Sonuncu  ingilis  idiomu  Azərbaycan  dilindəki  it  kimi 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin