Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   6   7   8   9   10   11   12   13   ...   61
Monoqrafiya

yola  vermək,  qulağına  catdırmaq,  qocaya  gülən  özünə 


 
55 
gülər, öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır və 
s. ”  [13, 95].  
 
Göründüyü  kimi,  S.Cəfərov  frazeologizimlər  üçün 
əsas  fərqləndirici  əlamət  kimi  birləşmənin  sabitliyini 
götürür.  Onu  da  qeyd  edək  ki,  müəllif  öz  fikrində  bir 
qədər  tərəddüd  edərək  az  sonra  yazır:  “Ümumiyyətlə, 
frazeologiya  az  öyrənildiyindən  onun  əsas  tədqiqat 
obyektini  təşkil  edən  söz  birləşmələri  üçün  də  vahid 
konkret  termin  hələ    yaradılmamışdır.  Odur  ki,  bu 
birləşmələr 
tərkib 
hissələrinə 
bölünməyən 
söz 
birləşmələri,  dəyişməz  söz  birləşmələri,  frazemlər  və  s. 
kimi çoxlu terminlər vasitəsi ilə adlandırılır” [yenə orada, 
96-97]. 
 
Frazeologiyaya  aid  tədqiqat  işlərində  daha  cox 
sabitlik  əsas  fərqləndirici  əlamət  kimi  qəbul  edilir. 
Əslində,  bu  mövqe  özünü  doğrultmur.  Məsələn, 
A.Şaxmatov dəmir yolu  birləşməsində  də  sabitliyin  əsas 
olduğunu  qeyd  edir.  Burada  sabitlik  söz  birləşməsinin 
ifadə  etdiyi  məfhumla  bağlıdır.  A.Şaxmatovun  verdiyi 
başqa  bir  misalda  –  qızıl  ordu  birləşməsində  isə  birinci 


 
56 
tərəf  müstəqil  mənasında  işlənmir,  burada  sözün 
semantikasında  dəyişmə  göz  qabağındadır  [155,  40]. 
Əlbəttə,  verilən  nümunələr  bir  daha  sabit  və  qeyri-sabit 
söz birləşmələri arasındakı oxşar və fərqli cəhətlərlə bağlı 
müzakirə  açmaq,  frazeologizmlərin  fərqləndirilməsində 
sabitlıyin kateqorial əlamət kimi götürülməsinə münasibət 
bildirmək məqsədi güdür. 
 
Frazeologiyada  mübahisə  doğuran  ən  kəskin 
problemlərdən  biri  sabitliyin  frazeoloji  vahidlər  üçün 
kateqorial əlamət olub-olmamasıdır. Təəssüf ki, dilçilikdə 
sabitlik  əlaməti  frazeologizmləri  müəyyənləşdirən  əsas, 
bəlkə də yeganə meyar kimi qəbul edilmişdir. Nəticədə isə 
bir  çox  əlamətlər  diqqətdən  kənarda  qalmış  və 
frazeologiyanın  hələ də  dilçilikdə  müstəqil  bir şöbə  kimi 
təsbit  olunmasına  imkan  verməmişdir.  Frazeoloji 
vahidlərin çox zaman “sabit birləşmələr” adı ilə verilməsi 
əslində  onları  həm  forma,  həm  də  məzmun  baxımından 
donuq,  dəyişilməz  hesab  etməyə  səbəb  olmuşdur. 
Təsadüfi  deyildir  ki,  bir  çox  belə  vahidlərin  bu  gün  də 


 
57 
frazeologiyaya  aid  olub-olmamasına  dilçilər  hələ  təminat 
verə bilmir [bax: 33, 7]. 
 
Ümumiyyətlə,  frazeologizmlərə  dil  vahidi  kimi 
yanaşmaq  məqbul  sayılmalıdır.  Frazeologizm  genetik 
baxımdan  söz  birləşməsidir.  Məzmununa  görə  isə  o,  söz 
birləşməsinin birbaşa ifadə etdiyi mənadan fərqlənir.  
 
  Frazeologizm,  frazeoloji  vahid  sözlərin  semantik 
cəhətdən  sərbəst  olmayan  birləşməsidir.  O,  sintaktik 
quruluşuna  görə  ona  yaxın  olan  söz  birləşməsi  və  cümlə 
kimi  nitq  prosesində  yaranmır.  Frazeologizm  dayanıqlı 
mənası  olan  müəyyən  leksik-qrammatik  tərkib  kimi  nitq 
aktında üzə çıxır. Leksik komponentlərinin mənalarındakı 
semantik  sürüşmələr,  dayanıqlıq  və  təkrar  canlandırma  
işində  frazeologizmin  qarşılıqlı  əlaqəli  universal  və 
fərqləndirici əlamətidir [154, 18]. 
 
N.Şanskinin  frazeologizm  və  frazeoloji  vahid 
anlayışları  haqqında  şərhini  tamamilə  əhatə  edən  və  onu 
bir  çox  cəhətdən  tamamlayan  izaha  M.Mirzəliyevanın 
yuxarıda  xatırlatdığımız  tədqiqat  işində  rast  gəlirik: 
“Frazeoloji  vahidlərin  tərkibindəki  sözlər  arasında  eyni 


 
58 
zamanda  həm  leksik,  həm  semantik,  həm    paradiqmatik, 
həm  də  sintaktik  münasibətlərin  mövcudluğu  labüddür. 
Bütün bu münasibətlər isə frazeoloji vahidin öz üzərində 
cəmləşir.  Frazeoloji  vahidlərin  tərkib  sözləri  – 
komponentləri  arasındakı  leksik,  semantik,  paradiqmatik 
və  sintaktik  asılılıq  frazeologizmliyin  mühüm  cəhətidir” 
[33, 26].  
 
Frazeoloji 
vahidlərin 
ümumi 
şəkildə 
təyin 
edilməsindən  sonra  artıq  onların  daxili  bölgüsündən 
danışmaq  olar.  İstər  Azərbaycan  dilçıliyində,  istərsə  də 
xarici  dilçilikdə  frazeologizmlərin  müxtəlif  əlamətlər 
arasında  daxili  təsnifi  verilmişdir.  Daha  çox  yayılmış 
təsnifatlardan  birində  frazeologizmlərin  beş  növü 
göstərilir:  idiomalar,  ibarələr,  hikmətli  sözlər,  atalar 
sözləri, zərbi-məsəllər [13, 97].  
 
S.Cəfərov  idiomları  belə  təyin  edir:  “Həqiqi  mənalı 
sözlərin qarşılığı olub, onu məcazi məna ilə bildirən sabit 
söz birləşmələrinə idiom deyilir” [yenə orada].  
 
İdiom  yunan  sözüdür.  Dillə  bağlılıqda  bu,  nitqin 
özünəməxsus ifadə vasitəsi anlamını verir. Yunan dilindən 


 
59 
alınmış  bu  sözün  “idiom”  mənası  əvvəllər  onun  idiotizm 
variantı  ilə  ifadə  edilmişdir.  Sonralar  kobud  mənasına 
görə bu söz idiom termini ilə əvəz olunmuşdur. 
 
Mənbə  dildəki  mənasından  görünür  ki,  idiomlar 
özünəməxsus, ayrıca mənası olan sözlərdir.  
 
V.V.Vinoqradov 
frazeoloji 
qovuşmanı 
idiom 
adlandırmışdır [101, 23].  
 
Ənənəyə  görə,  başqa  dilə  dəqiq  tərcümə  oluna 
bilməyən dil vahidləri idiomlara aid edilir. İdiomun bu cür 
başa  düşülməsi  də  onun  həcminin  genişləndirilməsinə 
şərait yaratmışdır. Beləliklə, idiom termini ayrıca sözlərlə 
[14,  169]  yanaşı,  bütöv  ifadələrə  də  [134,  95]  şamil 
edilmişdir.  Maraqlı  burasıdır  ki,  idiom  terminini  yalnız 
sabit söz birləşmələrinə aid edən alimlər arasında da fikir 
birliyi  yoxdur.  Məsələn,  L.A.Bulaxovski  bu  terminlə 
V.V.Vinoqrqadovun  frazeoloji  bölgüsünə  daxil  olan 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin