Təsnifat sistemi



Yüklə 26,79 Kb.
səhifə9/19
tarix02.01.2022
ölçüsü26,79 Kb.
#39310
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
????????????jdjdkd

Kurort-mehmanxana müəssisəsi yatmaq, yemək, əlavə xidmətlər, xüsusilə müştərilərin səhhəti ilə əlaqədar müalicə-profilaktika tədbirləri və istirahəti üçün nəzərdə tutulub.Qədim Romanın məşhur kurortlarından biri də Baymdır. Burada Yuli Sezarın imarəti yerləşirdi.Kurort-mehmanxanaların inkişafı bizim eranın II əsrində Qədim Romadan başlayır.Bu tip mehmanxanalar okean, dəniz, göl, çay sahillərində yerləşir. Burada müştərilərə peşəkar tibb işçiləri xidmət göstərir. Mehmanxanalar tibb və idman avadanlığı ilə təchiz olunur.Qonaqlar pəhriz yeməkləri ilə təmin olunurlar. Belə mehmanxana müəssisələrindən Azərbaycanda Abşeron yarımadasındakı kurort-mehmanxanaları, Dəvəçidə «Qalaaltı», Naftalanda «Naftalan» və s. obyektləri göstərmək olar. Kurort-mehmanxanaların öz problemləri var. Mövsüm problemi bu tip mehmanxanaların işini çətinləşdirir. Kurort-mehmanxanalrın əsas iş fəaliyyəti 90-180 gündür. Mehmanxana sahibləri mövsüm vaxtı olmayanda otellərin işini canlandırmaq üçün nömrələrin qiymətlərini aşağı salır, müxtəlif tədbirlər hazırlayırlar. Mehmanxananın digər problemi kadr-mütəxəssis məsələsidir. Peşəkar kadrlar mövsümdə işləyir, mövsüm olmayanda isə məvacib almadıqlarına və ya az aldıqlarına görə mehmanxanaları tərk edir, başqa yerlərdə işə düzəlirlər. Bu neqativ hal mehmanxananın işinə mənfi təsir göstərir. Yeni mövsümdə kadrlan hazırlamaq üçün məsrəf tələb olunur.

Turist bazası turistlərin qəbulu, yerləşdirmə bölməsi, restoranı, yeməkxanası, fəal istirahəti üçün xidmətlər şöbəsindən ibarət turist kompleksidir. Adətən turbazalar fəal hərəkət edən turistləri qəbul edir.Turbazalar əsasən meşələrdə və təbiətin mənzərəli yerlərində yerləşir.


Yüklə 26,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin