Təsnifat sistemi



Yüklə 26,79 Kb.
səhifə17/19
tarix02.01.2022
ölçüsü26,79 Kb.
#39310
1   ...   11   12   13   14   15   16   17   18   19
????????????jdjdkd

Su təchizatı sistemi mehmanxananın içməli və təsərrüfat-məişət sularına olan ehtiyacını təmin edir. Bu sistemlə yanaşı, habelə isti su və yanğından mühafizə sisteminin su təchizat borusu da mövcuddur. Mehmanxanaya daxil olan suyun keyfiyyəti və hərarəti ölkə standartlarına uyğun olmalıdır. Suyun məsrəfi soyuq və isti su sistemləri üçün ayrılıqda hesablanır.Mehmanxananın isitmə sistemi su, hava və ya buxarla ola bilər. Elektrik sistemində adətən iki sxem nəzərdə tutulur: əsas mənbədən olan xəttehtiyat xətti.

Mehmanxanalarda yanğınlar müxtəlif səbəblərdən olur: siqaretdən, elektrik avadanlığı və texnikasının nasazlığı, mətbəxdəki hadisələrdən və s. İri və orta mehmanxanalar avtomatlaşdırılmış yanğından mühafizə sistemlərini yeganə etibarlı üsul hesab edirlər.Mehmanxanalarda xəbərdarlıq sistemləri çoxməqsədli audiosistemdən ibarət olur. Bu sistemin funksiyası mehmanxana personalına fövqəladə xəbərləri çatdırmaq, mikrofondan yazılmış məlumatları səsləndirmək, radioproqramların və digər xəbərlərin yayımını verməkdən barətdir.



Motellər, bir qayda olaraq, nəqliyyat magistralları boyunca və ya bilavasitə turist zonalarında yerləşir.Motellərin layihələndirilməsində əsas tələb nəqliyyat yollarının və dayanacaqların olmasıdır. Motel binaları adətən 1-2 mərtəbəli olur və kifayət qədər geniş sahə tutur.Motellərin layihələndirilməsində adətən aşağıdakı sahə normaları istifadə olunur:İki nəfərlik otağın ümumi sahəsi: 23-28 m2;Bir yer üçün nəzərdə tutulmuş norma: 12-14 m2.

Kempinqlər - mətbəxi, özünəxidmət yeməkxanası, ticarət köşkləri, oyun meydançası, avtomobil dayanacağı və nəqliyyatın yuyulması üçün nəzərdə tutulmuş meydançası olan kottec və çadırlardan ibarətdir. Kempinqlər turistlər üçün ucuz və kütləvi yerləşdirmə müəssisəsidir. Kempinq üçün ayrılmış sahələr aşağıdakı tələblərə cavab verməlidir: nəqliyyatın girişi üçün abad yol, sahənin minimal enişliyi, küləkdən mühafizə üçün yaşıllıqların və ağacların olması. Bütün kempinqlərdə enerji, su və kanalizasiya sistemlərinin olması vacib sayılır.


Yüklə 26,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin