Təsnifat sistemi


Funksional təyinatına görə



Yüklə 26,79 Kb.
səhifə16/19
tarix02.01.2022
ölçüsü26,79 Kb.
#39310
1   ...   11   12   13   14   15   16   17   18   19
????????????jdjdkd

Funksional təyinatına görə mehmanxana vestibül, yaşayış və qeyri-yaşayış sahəsi, qonaqların qidalanması üçün nəzərdə tutulmuş obyektlər, ticarət-məişət xidməti, idman və əyləncə ilə məşğul olmaq üçün yerlər, biznes mərkəzləri, konfrans və simpoziumlar keçirmək üçün zallar və s.-dən ibarətdir,

Vestibül sahəsi məsuliyyətli yerdir. Burada qonaqlar qarşılanır və yola salınır.

Restoran, bar, kafe və digər yemək obyektlərində qonaqlar qidalanmaqla yanaşı, habelə əylənə və ünsiyyətdə ola bilərlər.Kino-konsert, banket, rəqs zalı qonaqların əylənmə yerləridir.Konfrans zalı, biznes və bank əməliyyatları üçün nəzərdə tutulan otaqlar, sərgi salonları işgüzar adamların görüş yeridir.Mehmanxananın texniki və məişət işçilərinin öz otaqları var.

Mehmanxananın reklamı cəlbedici, ətrafında qonaqların istirahəti üçün yerlər, avtomobillər üçün dayanacaq olmalıdır.Mehmanxananın vestibülündə qonaqların qeydiyyatı, qəbulu aparılır, müxtəlif xidmətlər göstərilir. Mehmanxanaların vestibülləri müxtəlif ölçüdə olur.Adətən nüfuzlu, dəbdəbəli mehmanxanaların vestibülü böyük olur. Mehmanxananın nömrəsi çoxfunksiyalıdır: otaq yaşayış, istirahət, iş, ünsiyyət saxlamaq, danışıqlar aparmaq, şəxsi gigiyena və qida qəbul etmək üçün yerdir. Otaqda qonağın şəxsi əşyaları saxlanılır.Mehmanxana sənayesində bir və ikiyerli birotaqlı nömrələr daha geniş yayılıb. Nömrələrin otaqları funksional sahələrə bölünür.Mehmanxananın işçi və mütəxəssisləri turistlərə yüksək xidmət göstərməklə yanaşı, mühəndis-texniki avadanlığın istismar qaydaları ilə tanış olmalı, mühəndis-texniki sistemlərin dayanmadan və qüsursuz işləməsinə çalışmalı, məişət-elektrik avadanlığının düzgün istismarına riayət etməlidir.


Yüklə 26,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin