Sərbəst iş Ad: Cahəddin Soyad: Cavadzadə İxtisas: Tarix müəllimliyi Qrup: 841a kurs: II fənn



Yüklə 191,36 Kb.
səhifə1/8
tarix06.12.2022
ölçüsü191,36 Kb.
#72808
  1   2   3   4   5   6   7   8
Təhsildə İKT. Cahəddin Cavadzadə


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Sərbəst iş

Ad: Cahəddin
Soyad: Cavadzadə
İxtisas: Tarix müəllimliyi
Qrup: 841A
Kurs: II
Fənn: İnformasiya Kommunikasiya Təhlükəsizliyi
Müəllim: Əliyeva Könül
1.Servis proqramları.
Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməlyyat sisteminin imkanlarını genişləndirirlər
Servis proqramlarının yerinə yetirdikləri əsas funksiyalar aşağıdakılardır:
- istifadəçi interfeysinin təkmilləşdirilməsi
- verilənlərin mühafizəsi
-verilənlərin bərpası
- xarici yaddaşla əməli yaddaş arasındakı informasiya mübadiləsinin sürətləndirilməsi
- arxivləşdirmək
-arxivi açmaq
- kompüter virusları ilə mübarizə
Servis proqramlarını təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri funksiyalara görə aşağıdakı qruplara bölmək olar: 
- örtük proqramlar
- utilitlər
- antivirus proqramlar
Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə yeni interfeys təqdim edir və onu ƏS – nin əmr və əməlyyatlarını dərindən bilməsindən azad edir Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir
Bütün örtük proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü korlanma ehtimalını azaldır
Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq, istifadəçilərə əlavə imkanlar verirlər Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
- Disklərə xidmət etmək (formatlaşdırma və s)
- İnformasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü və s
- fayl və kataloqlara xidmət etmək
- arxivlərin yaradılması və yeniləşdirilməsi
- kompüter resusları, disk sahəsi, proqramların ƏYQ – də paylanması haqqında informasiyanın verilməsi
- müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı
- kompüteri viruslardan mühafizə
Fayllarin arxivləşdirilməsi. Kompüterin istismarı zamanı müxtəlif səbəblərdən maqnit diskində informasiyaların korranması və silinməsi (itməsi) baş verir. Bu bilavasitə maqnit diskiin fiziki korranması, fayllar üzərində korretirovkaların (düzəlişlərin) düzgün aparılmaması və ya təsadüfi silinməsi, informasiyaların virus vasitəsi ilə məhv edilməsi və s. ilə əlaqədar olur. Belə vəziyyətlərdə itkilərin sayını azaltmaq üçün istifadə olunan faylların arxivləşmiş surətini çıxarmaq və fayllar dəyişdikcə, onların surətini təzələmək lazım olur. Arxivləşdirmə zamanı istifadə olunan bəzi proqramlar vasitəsi ilə faylın tutumu nə qədərdirsə surətində də bir o qədər yer tələb olunur. Bu da müəyyən bir fayl üçün bir neçə disket lazım olması probleminə (xüsusi ilə fayl həddindən böyük olanda) gətirib çıxarır. Ona görə də faylları arxivləşdirmək üçün elə xususi proqramlardan istifadə etmək lazımdır ki, həmin proqramlar həm arxiv disketlərinin tutumuna qənaət etməyə, həm də qrup şəkilində istifadə olunan faylları bir fayl kimi arxivləşdirməyə imkan versin.
Bu proqramların bəzilərini pullu, bəzilərini isə pulsuz ( “Shareware” və s.) əldə etmək mümkündür. Arxivləşdirmə zamanı fayllar sıxfılmış vəziyyətdə saxlanılır.
Arxivləşmə proqramına misal olaraq WinRAR–32 tərtibli proqramını göstərmək olar. Bu proqram informasiyanı yüksək dərəcəli sıxmaq, digər arxiv faylları (CAB, ARC, LZN) ilə işləmə, özü açılan - SFX və çoxcilidli arxivlərin yaradılması, xarab olmuş arxivlərin bərpası kimi keyfiyyətlərə malikdir.
Proqram baş menyunun Proqramlar bölməsindən eyni adlı WinRAR əmrini yerinə yetirməklə yüklənir. Proqramın menyu sətri 6 ədəd menyudan ibarətdir.
Fayl menyusu aşağıdakı əmrlərdən ibarətdir.
Arxivi açmaq (Открыть архив). Bu əmri yerinə yetirdikdə açılmış pəncərədə tələb olunan arxivi və qovluğu seçmək olar. Bundan sonra arxivin və qovluğun tərkibi fail pəncərəsində əks olunacaq.
Diskin seçilməsi (Выбрать диск). Bu əmrlə menyudan cari diski seçmək mümkündür.
Qovluğun seçilməsi (Выбрат папку). Bu əmrlə açılmış pəncərədə kompüterin ağacvari qovluq strukturundan cari qovluğu seçmək olar.
Porol (Пороль).Əmr arxivləşmə porolunu müəyyən etməyə imkan verir.
Hamısııını qeyd etmək (Выделить все). Əmr cari diskin və ya qovluğun fayl siyahısındakı bütün faylları qeyd edir.
Qrunu qeyd etmək (Выделить группу)- Əmr müəyyən şablona uyğun olaraq qovluğu və faylları qeyd edir. Məsələn: açılan pəncərədə verilmiş *. DOC şablonu qovluqdakı bütün MS Word sənədlərini qeyd edəcək.
Qeyd olunmadan imtina (Снять выделение)- Bu əmr müəyyən şablona uyğun qeyd olunmuş fayl və qovluqlardan qeyd olunmanı ləğv edir.
Qeyd olunmanın inversiyası (Инвертиравать выделение)- Müəyyən şablona uyğun qeyd olunmuş fayllar və qovluqlarda qeyd olunmanı ləğv edir və əksinə digərlərini qeyd edir.
Əmrlər (Команды) menyusu. Menyu aşağıdakı əmrlərdən ibarətdir:
Fayılın arxivə əlavə edilməsi (Дабавить файл в архив). Bu əmr qeyd olunmuş faylların və ya qovluqların arxivləşməsini həyata keçirir. Əmri yerinə yetirdikdə açılmış pəncərədə arxivə ad, arxivin formatını (RAR və ya ZIP), sıxılma və yeniləşmə üsulunu, lüğətin ölçüsünü, çoxcilidli arxivlər üçün cildin həcmini (1457500 və avtomatik təyin olma (автоопределение)), arxivləşmə parametrlərini, ehtiyat surəti üçün parametrləri müəyyən etmək lazımdır.
Proqramda 6 sıxılma metodu nəzərdə tutulmuşdur:
1. Tez (Быстро)
2. Surətli (Скоростной)
3. Yaxşı (Хороший)
4. Maksimal (Максимальный)
5. Adi (Обычный)
6. Sıxılmadan (Сжатия)
Maksimal sıxılma üsulu yüksək dərəcəli sıxılmanı təmin edir. Lakin bu zaman sıxılma sürəti çox kiçik olur. Əksinə, sürətli üsul sürətlə sıxılmanı, lakin pis sıxılmanı təmin edir. Lüğətin ölçüsü – 64,128,256,512 və 1024 kb ola bilər. Lüğətin ölçüsü nə qədər böyük olsa sıxılma sürəti aşağı, keyfiyyəti isə yüksək olur. Əgər kompüter 16mb operativ yaddaşa maliksə, lüğətin ölçüsünü 256 göstərmək olar.
Proqramda aşağıdakı arxivləşmə parametrləri nəzərdə tutulmuşdur:

  1. Arxivləşmədən sonra faylı ləğv etmək (Удалить файла после архивации). Fayl arxivləşdikdən sonra avtomatik ləğv edilir.

  2. SFX - arxivi yaratma (Создать SFX). Özüaçılan SFX arxiv faylı yaradılır. Belə ki, bu tip arxivdə kursoru həmin faylın üzərinə qoyub, siçanın sol düyməsini sıxmaqla fayl arxivdən azad olur.

  3. Bütöv arxiv (Непрерывный архив). Yalnız RAR tipli arxiv bütöv arxivləşməyə məruz qalır.

  4. Elektron imza (Электронный подпись) Bu zaman arxivə elektron imza – müəllif, axırıncı dəfə yeniləşmə tarixi əlavə olunur.

  5. Multimedia sıxılma (Мултимедийная сжатия)

Bu sıxılma parametri səs, 24 tərtibli BMP formatlı rəsimlərin sıxılması zamanı adi sıxılmadan 30% artıq yüksək tərtibli sıxılma əldə etməyə imkan verir. Bu parametr yalnız RAR tipli arxivlər üçün nəzərdə tutulmuşdur.

  1. Bərpa üçün informasiya (Информация для востановления). Arxivə bərpa üçün informasiyanı əlavə edir.

Ehtiyat surəti üçün isə aşağıdakı parametrlər müəyyən edilmişdir:
1. Arxivləşmədən əvvəl diski təmizləmək (Очишать сменный диск перед архивацией на него). Arxiv diskdə yaradılarkən onda olan bütün fayllar və qovluq ləğv olunur.
2.Yalnız “Arxiv” atributları əlavə etmək (Добавлять только с установленным атрибутом). Bu zaman arxivə yalnız arxiv atributlu fayllar əlavə edilə bilər.
3. Arxivləşmədən sonra “Arxiv” atributunun ləğv edilməsi (Снимать атрибут ”Архивный” после архивации). Arxivləşmədən sonra fayllardan arxiv atributu ləğv olunur.
- Arxivin bərpası (Востановить архив).
Xarab olmuş RAR və ZIP tipli arxivləri bərpa edir açılmış pəncərədə bərpanı təsdiq etdikdən sonra arxiv bərpa olunur və bu haqqda hesabat pəncərəsi ekranda əks olunur.
- Sıxılma dərəcəsinin qiymətləndirilməsi (Оценить степень сжатия). Qeyd olunmuş fayl və qovluqların müəyyən format əsasında sıxılma dərəcəsini və vaxtını təyin edir.
- Qeyd olunmuş arxivlərdən azad etmək (Извлечь из выделенных архивов). Bu əmr qeyd olunmuş arxivlərin açılmasını təmin edir. Əmr yerinə yetirildikdə açılmış pəncərədə arxivdəki fayllar üçün yol, yeniləşmə, yenidən yazma parametrlərini müəyyən etmək lazımdır.
- Qeyd olunmuş arxivləri testdən keçirmək (Протестировать выделенные архивы). Bu əmr qeyd olunmuş arxivləri idarə reciminə daxil olmadan testdən keçirməyə imkan verir. Nəticə, test qurtardıqdan sonra ekranda əks olunur.
- Fayla baxma (Просмотреть файл). Bu əmr faylı həm də arxivi idarə recimində yerinə yetirilir və qeyd olunmuş fayl və arxivə baxışı təmin edir.
- Faylları ləğv etmək (Удалить файлы). Bu əmr də hər 2 recimdə yerinə yetirilir və qeyd olunmuş faylı ləğv edir.
- Arxivdən faylları azad etmək (Извлечь файлы из архива). Əmr arxivləri idarə recimində yerinə yetirilir və arxivdə qeyd olunmuş faylları və qovluqları arxivdən azad edir.
- Arxivdən digər qovluğa azad etmək (Извлечь в другую папку). Bu əmr də arxivləri idarə recimində yerinə yetirilir və arxivdə qeyd olunmuş faylların və qovluqların arxivdən azad olunmasını təmin edir. Əvvəlki recimdən fərqli olaraq əmr yerinə yetirildikdə açılan pəncərədə arxivdən azad olunmuş fayl və qovluğun yolunu və arxivdən azad etmə parametrləri müəyyən olunur.
- Arxivdə faylları testdən keçirmək (Протестировать файлы в архиве). Bu əmr arxivi idarə recimində yerinə yetirilir və arxivdəki qeyd olunmuş faylları testdən keçirir.
- Arxiv şərhinin əlavə olunması (Добавить архивный комментарий). Əmr arxivi idarə recimində yerinə yetirilir və arxivə şərh daxil edilməsini təmin edir. Əmr yerinə yetirildikdə açılan pəncərədə şərhin mətnini daxil edib OK düyməsini sıxmaq ləzımdır.
- Bərpa üçün informasiyanın əlavə edilməsi (Добавить информацию для востановления). Bu əmr arxivi idarə recimində yerinə yetirilir və arxivə bərpa üçün informasiya daxil edir.


Yüklə 191,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin