Sərbəst iş Ad: Cahəddin Soyad: Cavadzadə İxtisas: Tarix müəllimliyi Qrup: 841a kurs: II fənn



Yüklə 191,36 Kb.
səhifə3/8
tarix06.12.2022
ölçüsü191,36 Kb.
#72808
1   2   3   4   5   6   7   8
Təhsildə İKT. Cahəddin Cavadzadə

Xarici yaddaş qurğuları:
• elastiki (yumşaq) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən-floppy disklərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır;
• sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür;
• CD-ROM- compakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 Mbayt);
• CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur;
• DVD- DVD (4-16 Hbayt) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir;
• flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 Hbayt);
Printerlər
Printerlər bir-birindən: çapetmə üsuluna, sıxlığına, sürətinə və çap rənginə görə fərqlənirlər.
1980-90-a illərdə kompüterlər üçün ən çox yayılmış printerlər matrisli printerlər idi. Matrisli printerlər ixtiyari simvolları və qrafik təsvirləri ağ-qara və rəngli (istifadə edilən lentin rəngindən asılı olaraq) çap edə bilirlər. Matrisli printerlərin qiyməti ucuz, cəldliyi isə yüksəkdir (mətn rejimində bir dəqiqədə 1-6 səhifə, qrafik rejimdə isə hər səhifəyə 5 dəqiqə vaxt sərf olunur). Mənfi cəhəti ayrı-ayrı nöqtələrdən formalaşan şəkil və simvolların diskret quruluşlu olması, çap keyfiyyətinin aşağı olması, iş zamanı səs salması və rəngli çap üçün az əlverişli olmasıdır. Printerin əsas aktiv elementi xırda iynələrdir. Sadə modellərdə iynələrin sayı 9-12 arasında, mürəkkəb modellərdə isə 18-24 arasında olur. Hər iynə ayrıca çəkic rolunu oynayır. Axınla işləyən printerlər iki növdə olur: ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara rejim üçün səhifəyə 15-100 saniyə, rəngli rejim üçün isə 7 dəqiqəyə kimidir. Printerdə yüksək dəqiqliklə təsvir almaq üçün ötəri yüksək keyfiyyətli kağızdan istifadə etmək lazımdır (keyfiyyətsiz kağızda rənglərin bir-birinə qarışması baş verir). Müasir axınlı printerlər üçün çapetmə sıxlığı 700-720 dpi-dir (bir düymə düşən nöqtələrin sayı).
Lazer printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşa malik olub, istər ağ-qara, istərsə də rəngli çapın (tipoqrafik çapa uyğun) yüksək keyfiyyətlə əldə olunmasını təmin edir (dəqiqədə 4-12 səhifə və daha çox). Printerin daxilində olan yarımkeçiricilərdən hazırlanmış silindrik səth yüksək gərginlikli elektrik mənbəyindən yüklənir. Təsvirə uyğun olaraq silindrik səthin müəyyən hissələri lazer şüası ilə elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsilə silindrin üzərinə səpilir. Lazer şüasının düşmədiyi, yəni elektrik yükünün qaldığı yerlərdə boya tozları silindrin səthinə yapışır və silindrin fırlanması nəticəsində kağız üzərinə hopdurulur. Beləliklə, kağız üzərində lazım olan təsvir alınır.
işığa həssas yarımkeçiricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnah elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Ahnmış məlumat istifadəçi tərəfindən lazım gəldikdə fayl şəklində diskə yazılır.
Plotter
Plotter kağız üzərində müxtəlif çertyojların çəkilməsini təmin edir. Əsasən kompüterdə mühəndis məsələlərini həll etmək üçün istifadə edilir.
Rəqəmsal kamera
Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır.


Yüklə 191,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin