Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

News  Letter”  qəzeti  Amerikadakı  ilk  daimi  qəzet  idi.  İnqilab  başlandıqda 
koloniyalarda 37 qəzet çap olunurdu, onlara 500-ə yaxın həftəlik əlavələr çıxarılırdı.  
Hər  bir  koloniyanın  qısa  müddətli  mənafelərinə  görə  onların  idarəçiliyi 
bütünlükdə  koloniyal  hökumətə  verilə  bilərdi.  Mülkiyyəti  birləşmiş,  korporativ 
koloniyalar,  əyalət  və  ya  kral  koloniyaları  bir-birindən  fərqlənirdi.  On  üç  koloniya 
adətən öz idarəetmə formalarına görə qruplaşırdılar, bir az əvvəlki tarixi axtarışlar isə 
daha  yaxşı  klassifikasiyanı  meydana  gətirmişdi.  Bunlardan  biri  korporativ  birləşmə 

 
103 
idi.  Birləşmiş  korporativ  koloniyalar  özlərini  idarə  edirdilər  və  inqilab  başlananda 
belə  iki  -  Rod  Aylend  və  Konnektikut  koloniyaları  var  idi.  Mülkiyyət  birləşməsini 
tətbiq  edən  koloniyalar  isə  həmin  dövrdə  Merilend,  Delaver  və  Pennsilvaniya  idi. 
Üçüncü  qrup  olan  kral  koloniyaları  isə  Virciniya,  Korolinalar,  Nyu  Hempşir,  Nyu 
York, Nyu Cersi, Corciya və Massaçusets idi.  
Müstəmləkə  dövrü  başa  çatana  yaxın  idarəçiliyin  kral  formaları  üstünlük 
təşkil  edirdi.  13  koloniyadan  səkkizi  bu  sinfə  daxil  idi.  Koloniyaların  idarəçilik 
formalarından  asılı  olmayaraq,  assambleyalar  vergi  qoymaq  sahəsindəki  yeganə 
hakimiyyəti ilə situasiyanın açarını öz əllərində saxlayırdı.  
Hər  bir  koloniyada  qanunvericilik  iki  palatalı  idi.  Pennsilvaniya  və  Corciya 
istisna təşkil edirdi, onların hər birində bir palatadan ibarət qanunverici orqan var idi. 
İki  palatalı  sistem  parlamentdə  öz  modelinə  malik  idi,  lakin  bu  Amerikada  birdən 
sıçrayış edilməsi kimi görünürdü. Bu ilk dəfə 1641-ci ildə Massaçusetsdə başlamışdı, 
bu vaxt assambleya və ya deputatlar şuradan və magistratlardan ayrıca təsis edilmişdi 
və bu iki orqan o vaxtdan da bir-birindən ayrı olmaqla qaldı.  
İngiltərədə  Naviqasiya  Aktından  sonra  taxıl  qanunları  və  manufaktura 
əleyhinə  qanunlar  qəbul  edildi.  Taxıl  qanunları  Britaniya  fermerlərinin  mənafeyini 
güdürdü, 1666-cı ildən başlayaraq praktiki olaraq koloniyalarda yetişdirilmiş taxılın 
İngiltərədən çıxarılmasına icazə verilmirdi. Bu Yeni İngiltərəni və Nyu Yorku emalı 
təşkil  etməyə  məcbur  etdi  və  İngiltərə  yenidən  koloniyalarda  emalın  qadağan 
olunmasına  əl  atdı.  Bu  qanunlar  Naviqasiya  Aktlarından  daha  səmərəli  idi.  1708-ci 
ildə  Nyu  York  koloniyada  istifadə  edilən  yun  və  kətan  mallarının  dörddə  üçünü, 
çoxlu  xəz  şlyapalar  istehsal  edirdi  və  bunlar  Avropa  və  Vest  İndiyaya  daşınırdı. 
1732-ci  ildə  şlyapaların  İngiltərəyə,  xarici  ölkələrə,  hətta  bir  koloniyadan  digərinə 
ixracı qadağan edildi. Bu qanun şlyapa istehsalı ilə məşğul olan adamların sayını da 
məhdudlaşdırırdı. Koloniyaların hamısında dəmir filizi tapılmışdı və çox yerdə dəmir 
əridən  kürələr  və  sobalar  qurulmuşdu.  Lakin  1750-ci  ildə  Parlament  qanun  tətbiq 
etməyə  başladı  ki,  bununla  "koloniyalarda  heç  bir  poladəridən  sobanın 
tikilməyəcəyi"  elan  olundu.  Bundan  sonra  yalnız  dəmir  parçası  və  dəmir  həncamə 
düzəltmək olardı. Ən istedadlı ingilis tarixçilərindən biri olan Lekkinin dediyi kimi, 
"İngilis  kommersiya  qanunvericiliyinin  düşünən  eqoizmi  ana  ölkə  ilə  koloniyalar 
arasında uçurum qazmaqdan ibarət idi".  
Konturları  görünən  Amerika  inqilabı,  onun  nəticələrinə  diqqət  yetirdikdə 
bəşər  tarixində  ən  böyük  hərəkatlardan  biri  hesab  olunur.  Onun  başlıca  nəticəsi 
tarixdə ilk federal hökumətin meydana gəlməsi idi. Ölkə getdikcə qərb okeanına tərəf 
genişlənirdi və bu çox böyük var-dövləti və qüdrəti olan millətin böyüməsinə səbəb 
oldu.  
Möhür  Aktında,  çaya  vergi  qoyulmasında  və  ona  bənzər  tədbirlərdə  inqilaba 
yeganə səbəb tapan yazıçılar, səthdə gözə çarpan faktlardan aşağıda olanları görməyi 
bacarmırdılar. Bunlar yalnız təsadüf idi, inqilabın gəlməsini sürətləndirdilər. 
Lakin  ayrılmanın  əsl  səbəbləri  çox-çox  uzaqlarda  da  öz  köklərinə  malik  idi. 
Kanadanın işğal olunması İngiltərə ilə onun koloniyaları arasındakı əlaqələri yenidən 
dəyişdirdi.  İngiltərə  Amerika  ilə  iş  görməyə  cəhd  etdi.  Özü  də  imperiyanın  bir 
parçası  kimi  deyil,  -  doğrudan  da  Amerika  imperiyanın  bir  hissəsi  idi,  -  Britaniya 
səltənətinin bir parçası kimi, əslində isə bu belə deyildi.  

 
104 
İngiltərənin  Amerikaya  münasibəti  heç  də  ananın  uşağa  olan  məhəbbətini 
nümayiş etdirmirdi. Naviqasiya qanunlarına görə, gömrük məmurları ümumi axtarış 
hüququ verən sənədlə - "Köməklik göstərişi" ilə silahlanmışdı. Bu sənəd məmurlara 
istənilən  anbarlara  və  özəl  yaşayış  mənzillərinə  girməyə  icazə  verirdi  ki,  onlar 
gətirilmiş  malı  canfəşanlıqla  axtarsınlar.  Bu  casusluq  sistemindən  xalqın  zəhləsi 
gedirdi  və  istedadlı  gənc  Boston  vəkili  Ceyms  Otisin  dühası  ilə  adamların  qəzəbi 
daha  da  böyüdü.  Otis  inqilabın  ilk  pioneri  hesab  olunmalıdır.  O,  kralın  vəkili  idi, 
lakin vəzifədən istefa verib, xalqın yolunu tutdu. Ali Məhkəmə qarşısında o, ehtiraslı 
müraciəti  səsləndirdi,  elan  etdi  ki,  bu  göstərişi  buraxmaqla  hakimiyyət  elə  növ 
hakimiyyət olur ki, onun tətbiq edilməsi "bir İngiltərə kralının başının, digərinin isə 
taxt-tacının qiyməti" ilə nəticələnmişdir.  
Xalq haray çəkirdi və bu Yeni İngiltərə təpələrinə, Hadson, Delaver və Ceyms 
vadilərinə  yayıldı.  Qısa  müddətdə  bütün  ölkə  öz  azadlıqlarının  pozulmasına  qarşı 
müqavimətə qalxdı. Otis öz arqumentlərini bir ingilis kimi kolonistlərin hüquqlarının 
geniş müstəvisi üzərində qururdu. Otisin çıxışı epoxa əmələ gətirən bir çıxış idi, bu 
Britaniya kolonial Amerikasında Britaniya hakimiyyətinə qarşı ilk müqavimət notası 
kimi səsləndi və inqilab səhnəsinin açılışı adlandırıldı. O vaxtlar gənc hüquqşünaslıq 
tələbəsi  olan  Con  Adams  Otisin  bu  ehtiraslı  çıxışını  eşitmişdi  və  56  il  sonra 
yazmışdı: "Onda və orada istiqlaliyyət uşağı doğuldu". Otisin bəlağətli nitqinin səsi 
əks-səda  vermədən,  ikinci  təşviş  səsi  qalxanda  kəsildi.  Bu  isə  virciniyalı  Patrik 
Henridən gəldi.  
Ceyms Otis tezliklə Massaçusets assambleyasına seçildi, populyar partiyanın 
liderinə çevrildi və bir neçə sərt pamfletlər yazdı. Bir neçə il sonra gömrük işçisi ilə 
sözləşəndə, həmin məmur çəliyi ilə onun başına zərbə vurmuşdu, bu yara bütün ömrü 
boyu onun səhhətini korladı. O, Banker Hilldəki döyüşdə özəl qaydada vuruşdu. O, 
ölümündən  çox-çox  əvvəl  ictimai  həyatdan  uzaqlaşdı,  1783-cü  ildə  vəfat  etdi.  O, 
ildırım  vurmasından  ölməyi  arzu  edirdi  və  bir  gün  leysan  yağış  yağan    vaxt  öz 
qapısında  dayanmışdı  və  bu  vaxt  onun  arzusu  həyata  keçdi.  O,  ildırım  vurması  ilə 
qəflətən öldü.  
İngiltərə  böyük  müharibə  xərclərini  ödəmək  üçün  gəlir  əldə  etməkdən  ötəri 
istənilən  mənbəyə  əl  atırdı.  Bu  vergi  kimi  koloniyaların  üzərinə  düşürdü.  Bu 
koloniyalarda  ordu  saxlanması  zərurəti  kimi  düşünülürdü  ki,  onları  hindu 
basqınından müdafiə etsin və qaydanı qoruyub saxlasın. Kolonistlər isə dinc dövrdə 
Amerika  torpağında  Britaniya  qoşunlarına  hansısa  ehtiyac  olmasını  inkar  edirdilər. 
Onlar  əmin  idilər  ki,  bunun  əsl  səbəbi  onları  vahimədə  saxlamaqdan  ibarətdir.  Bu 
vaxt  Londonda  olan  Franklin  Parlamentin  komissiyasında  bəyan  etmişdi  ki,  belə 
hərəkətin başlanması üçün heç yerdə elə bir hadisə baş verməmişdir, kolonistlər bir 
ovuc adamla hindulardan özlərini müdafiə edirlər və onlar bunu indi də etməyə daha 
qadirdilər.  Lakin  heç  bir  etiraz  eşidilmirdi  və  hökumət  on  min  nəfərlik  ordunu 
amerikanlar  arasında  məskunlaşdırmağı  qərara  aldı  və  onları  saxlamaq  üçün 
amerikanların üzərinə vergi qoyuldu. Lord Qrenvill kolonistləri narazı salmadan asan 
yolla gəlirləri qaldırmaq üsullarını axtarırdı. Möhür vergisi bunu təklif edirdi. 1765-
ci il oktyabrın 7-də xüsusi Möhür Aktı konqressi keçirildi. Konqress üç həftə davam 
etdi.  Qedsden  öz  əlamətdar  çıxışında  bu  mühüm  sözləri  işlətdi:  "Burada  qitədə 
tanınan  heç  bir  Yeni  İngiltərə  adamları,  nə  də  Nyu  Yorklular  olmamalıdır,  biz 

 
105 
hamımız  amerikanlarıq".  Bu  konqress  ona  görə  əhəmiyyətli  idi  ki,  bu  yığıncaqda 
razılaşdırılmış hərəkət təqdir edildi və birlik üçün ilk pretsedent yarandı.  
Lakin elə bu vaxt yayda Möhür Aktına qarşı müxalifət sürətlə böyüyürdü. Hər 
bir  koloniyada  "Azadlıq  oğulları"  təşkil  olundu,  bu  qanunun  fəaliyyətinin  qarşısını 
almaq  məqsədini  güdürdü.  Koloniyaların  qanunvericiklərinin  çoxu  ona  qarşı  çıxdı, 
müxtəlif icmalarda buntlar qalxdı və bu iyrənc qanunun ləğv edilməsi üçün kütləvi 
mitinqlər  keçirildi.  Möhür  Aktının  ilk  qaydaları  gəlib  çıxdı  və  paylayıcıların  adları 
məlum oldu, buntlar çoxaldı və öz kulminasiyasına Bostonda çatdı. Şəhərdəki adəti 
mitinq  yeri  olan  Feyneuil  Holl  "Azadlıq  beşiyi"  kimi  tanınmağa  başlandı.  Möhür 
yeşikləri  ələ  keçirildi  və  camaat  tərəfindən  dağıdıldı.  Paylayıcıların  portretləri 
yandırıldı. Massaçusetsin baş hakimi Hatçinsonun gözəl iqamətgahı qarət edildi. Nyu 
Yorkda  qubernatorun  köməkçisi  Qolden  qanunu  həyata  keçirməyə  cəhd  etdi,  lakin 
xalq hiddətli idi. O, kütləyə atəş açmaq barədə adamları hədələdi, lakin məlumat aldı 
ki, bunu etsə, o saatca işıq dirəyindən asılacaqdır. Onun qəşəng karetası tutuldu, onun 
təsviri ilə bu kareta öz evinin qarşısındakı meydanda yandırıldı.  
1760-cı  ildə  İngiltərənin  ikinci  Hanover  hökmdarı  öldü  və  onun  nəvəsi,  22 
yaşlı gənc III Corc kimi taxt-taca çıxdı. Gənc monarxı imperiyanın hər tərəfindən, o 
cümlədən  Amerikadan  alqışlayırdılar.  İki  nəsl  dövründə  İngiltərəni  parlament  idarə 
etmişdi  və  parlament  az  sayda  olan  böyük  Viq  ailəsinin  əlində  idi.  İlk  iki  Corc 
imperiyada  işlərin  qaydaya  qoyulması  üçün  az  iş  görmüşdülər,  lakin  üçüncü 
idarəçiliyin yüyənini öz əlinə almağı qət etdi. Bu məsələdə o, öz anasının "Corc kral 
olmalıdır" göstərişinə tabe olmalı idi.  
Britaniya imperiyası üçün kral Corcun siyasi ağa olması kədərli bir gün idi. O, 
dar  intellektə  malik  idi  və  dövlət  xadiminin  böyüklüyü  üçün  onda  bütün  elementlər 
çatışmırdı. Britaniya tarixçisi Qrin demişdi ki, "O, II Ceyms istisna olmaqla, özündən 
əvvəlki  bütün  İngiltərə  krallarından  daha  kiçik  ağıla  malikdir".  O,  özünə  tabe 
olanlara  xoş  münasibət  göstərirdi,  müstəqil  xarakteri  olanlara  isə  dözmürdü,  onlar 
kralın nəzarət obyektinə çevrilirdilər. 
Böyük  Pitti  o,  "qiyamın  trubaçısı"  adlandırırdı.  Börk  və  Kemden  onun 
qəzəbinə  düçar  olmuşdular.  III  Corc  özünün  təbii  kiçikliyini  ört-basdır  etmək  üçün 
özünü  böyük  adamlarla  əhatə  etmək  üsulundan  istifadə  etmək  qabiliyyətində  də 
deyildi.  Ona  qədər  olan  bütün  monarxlar  bu  metoddan  istifadə  etmişdilər.  O,  qraf 
Çatamı  yenidən  baş  nazirliyə  çağırdı,  bunu  etməyə  məcbur  idi.  Lakin  o,  İcmalar 
Palatasının  bu  qoca  üzvünün  səhhətinin  ahıl  yaş  ucbatından  pozulmasına  və  öz 
möhkəmliyini  itirməsinə  sevinirdi  və  hətta  onun  ölməsini  arzu  edib,  bu  biabırçı 
istəyini dilinə də gətirirdi. Axırda kral hökumətdə ali mövqeyə yiyələnməklə 1770-ci 
ildə  baş  nazirliyə  elə  adam  seçdi  ki,  dulusçu  gili  formaya  salan  kimi,  özü  onu 
istənilən  formaya  sala  bilərdi.  Bu  adam  özünün  nəcib  xüsusiyyətləri  ilə  yanaşı,  o 
adamlar qrupuna mənsub idi ki, onların düşüncəsi barədə kral səhv edə bilməzdi. Bu 
şəxs  lord  Nort  idi.  O,  əslində  öz  iradəsinin  əksinə  olaraq  on  iki  il  müddətində 
hökumətin başında qaldı, başqa sözlə o vaxta qədər ki, inqilab başa çatdı və Amerika 
azad oldu. 

 
106 
Tounşend rüsumları və Çay Aktı. «Dözülməz Aktlara» müqavimət.  
İlk konqressdə inqilabi çıxışlar.   
 
III  Corcun  qapısında  Amerika  inqilabı  uzanmalı  idi.  XVIII  əsrin  ikinci 
yarısında "gözəl ana ilə daha gözəl qız arasında" birliyin bölünməsi baş verdi və bu 
III  Corcu  məşğul  edən  başlıca  məsələyə  çevrildi.  O,  bir  iş  görmək  üçün  məhdud 
qabiliyyətə  malik  idi.  Başlanğıcdan  Naviqasiya  qanunlarını  həyata  keçirməklə 
məşğul  oldu.  Koloniyalar  Britaniya  hakimiyyətinə  tabe  olmamaqla  onu  təhqir 
etdikdən  sonra  o,  eyni  ilə  Pittə  münasibətdə  nümayiş  etdirdiyi  qisas  ruhu  ilə  onları 
təqib etməyə başladı. Möhür Aktının ləğv edilməsinə qarşı çıxdı. Lakin bir şey edə 
bilmədi. İngilis tacirləri öz ticarət itkilərinə görə Tounşend rüsumlarına qarşı haray 
çəkdikdə  kral  rüsumu  bu  dəfə  ərzaq  çayının  üzərinə  qaytardı  və  bununla  o  vaxta 
qədər kösövləri sönməmiş saxladı ki, bu kösövlər müharibə alovunu yandıra bilsin. 
Koloniyalarda  əlbəttə  radikal  adamlar  kimi  mühafizəkar  adamlar  da  var  idi. 
Axırıncılar  inqilaba  nəzarət  edirdilər  və  təkcə  qanun  yolunu  sevirdilər.  Bu  loyal 
hisslər  okeanın  hər  iki  tayında  güclü  idi.  Lakin  hətta  mühafizəkar  adamlar 
Amerikanın  müstəqilliyini  pozmağa  nail  olmaqda  Parlamentə  qorxu  hissi  ilə 
baxırdılar.  Pennsilvaniyadan  olan  Con  Dikinson  "Pennsilvaniya  fermerinin 
məktubları"  adlandırdığı  yazılar  yazmışdı  və  bir  loyal  adam  kimi  işləri  müdrikliklə 
yoluna  qoymağı  təklif  edirdi.  Heç  kəs  bu  yazıların  əhəmiyyəti  barədə  səhv  edə 
bilməzdi.  
Koloniyalar 1765-ci ildə Möhür Aktına uğurlu müqavimət göstərdikdən sonra 
1767-ci ildə parlament Tounşend Aktları ilə Amerika koloniyalarına idxal edilən beş 
növ  mala  vergilər  qoymuşdu.  Tounşend  Aktları  da  eyni  müqavimətlə 
qarşılandığından üç il sonra, 1770-ci ildə dörd növ mala vergilər ləğv edildi. Beşinci 
növ mal olan çayın idxalı üzərində isə vergi saxlandı.  
İngiltərə  hökumətinin  icraçı  kansleri  Tounşendin  qanunları  da  Qrenvillin 
qanunları  kimi  güclü  müqavimətlə  qarşılandı.  İşlər  böhrana  doğru  irəliləyirdi. 
Müqavimət,  ticarətin  özü  kimi  Bostonda  mərkəzləşmişdi.  Tounşendin  gömrük  üzrə 
səlahiyyətli  adamları  Boston  limanında  "Liberti"  gəmisini  rüsumdan  yayındığına 
görə  tutduqda,  qiyamçılar  onları  sığınacaq  yeri  olan  forta  qovdular.  Samyuel 
Adamsın  bacarıqlı  rəhbərliyi  altında  Massaçusets  assambleyası  yeni  hökumətin 
tədbirlərini  koloniyaların  hüquqlarına  zorakılıq  adlandıraraq,  ona  etirazını  bildirdi. 
Düzdür, bu etiraz ləyaqətli və kifayət dərəcədə ehtiramlı şəkildə ifadə edildi və ancaq 
tələb şəklində səslənirdi. Samyuel Adamsın başçı olmasının özü zamanın əlaməti idi. 
O, xalqın içərisindən çıxmış adam idi, hüquqların müdafiəsinə gəldikdə çox ehtiraslı 
idi,  nitqləri  ilə  adamların  da  ehtiraslarını  coşdura  bilirdi.  Assambleya  digər 
koloniyalara  eyni  məzmunda  məktub  göndərdi.  Londondakı  Nazirlər  kabineti 
məktubu  geri  götürməyi  tələb  etdikdə,  assambleya  əlbəttə  ki,  bundan  imtian  etdi, 
Digər  koloniyalar  isə  görünməmiş  qaydada  onların  tərəfini  saxladı  və  körfəz 
koloniyasının baş limanı mübarizənin mərkəzinə çevrildi.  
Nazirlər kabinəsi ümidsiz bir şəkildə onları tabe olmağa məcbur etdi və bəyan 
etdi  ki,  İngiltərədən  uzaqlaşmağa  görə,  hər  kəs  xəyanət  ittihamı  ilə  məhkəməyə 
veriləcəkdir. Bu vaxt hətta əvvəllər də Ceymstaun məskunlaşarkən ona verilən status 
da yaddan çıxarıldı. Bu hadisə Virciniyanın Burqesslər palatasının nüfuzunu daha da 

 
107 
qaldırdı.  Məhz  onlar  1769-cu  il  sessiyasında  bəyan  etmişdilər  ki,  koloniyaların  öz 
assambleyalarından  başqa  heç  kəsin  vergi  yığmaq  haqqı  yoxdur.  Virciniya 
qubernatoru nəhayət Burqesslər palatasını buraxdı. Onun üzvləri isə tezliklə bir özəl 
evdə görüşə yığışdılar. Burada Breddok günlərindən ingilislərə tanış olan polkovnik 
Vaşinqton  təklif  etdi  ki,  üstünə  vergi  qoyulan  istənilən  malın  idxal  edilməməsi 
barədə baş müqavilə bağlansın. Bu Amerikaya bazar kimi baxan ingilis tacirlərinə və 
manufaktura sahiblərinə görən necə təsir edəcəkdi? Koloniyaların çoxu buna müvafiq 
hərəkət etdi. İngiltərə ilə ticarət bir neçə aylığa, demək olar ki, dayandı və okeanın o 
tayında buna maraqlı olanların arasında böyük qorxu yaratdı.  
Onlar  tezliklə  Parlamentdən  tələb  etdilər  ki,  yeni  vergiləri  ləğv  etsin  və 
ticarətin  yaşamasına  imkan  yaratsın.  Nazirlər  kabineti  geri  çəkilməyə  məcbur  oldu. 
1770-ci  ilin  aprelində  çay  üzərinə  qoyulan  vergi  müstəsna  olmaqla,  bütün  vergilər 
ləğv  edildi.  Bu  vergilərin  ən  kiçiyi  idi  və  kralın  özü  bu  verginin  saxlanmasına 
göstəriş  vermişdi.  Onun  bu  hərəkətindən  başlıca  məqsəd  qanunun  prinsipini  xilas 
etmək idi. Vergilər əslində heç nə gətirmirdi.  
Bu  vaxt  Bostonda  açıq-aydın  şeylər  baş  verirdi,  ancaq  hələ  hökumət,  idxal 
etməmək  barədə  "Azadlıq  oğullarının"  sazişinin  tərəfdarlarının  səsini  eşitməmişdi. 
Bu  sazişdə  məhz  vergilərin  ləğv  edilməsi  qanunu  keçirdi.  1770-ci  ilin  mart  axşamı 
kütlə  kral  küçəsindəki  kralın  qırmızı  pencəkli  əsgərlərinə  hücum  etdi.  Onlar 
əsgərlərin üstünə iti buz parçaları atırdılar, əllərinə silah keçdikdə isə atəş açmağa da 
cəsarət  edirdilər.  Bu  vaxt  sıxışdırılan  və  ağlını  itirən  əsgərlər  də  atəş  açdılar. 
Camaatdan  beşi  öldürüldü,  altısı  yaralandı.  Nifrət  və  dəhşət  cuşa  gəlmiş  şəhəri 
bürüdü.  Səhərisi  günü  keçirilən  böyük  mitinq  qubernator  Hatçinsonun  yanına 
nümayəndələr  göndərdi  ki,  əsgərlər  dəstəsini  ləngimədən  şəhərdən  çıxarmağı  tələb 
etsin.  Qubernatorun  yanına  gedən  komissiyaya  Samyuel  Adams  başçılıq  edirdi.  O, 
qubernatora dedi ki, o, üç min azad adamın adından danışır və güman edir ki, onların 
tələblərinə diqqətlə yanaşılacaqdır. Onun nöqteyi-nəzəri qalib gəldi və əsgər dəstəsi 
buxtadakı  adaya  aparıldı.  Şəhərlilər  onlara  nifrət  edirdi,  çünki  artıq  il  yarım  idi  ki, 
əsgərlər  şəhərdə  idilər,  buradan  çıxarıldıqda  onlar  da  sevinirdi  və  özlərini  sakit 
aparırdılar. Lakin sükunət uzun müddət davam edə bilməzdi. İğtişaşlar vaxtı harada 
bir hadisə baş versəydi, bu yenidən odun alovlanmasına gətirib çıxaracaqdı. Sonrakı 
ili Şimali Karolinada buradakı kral qubernatoru olan Uilyam Triyonun əcaib tələbinə 
qarşı qəfil açıq üsyan alovu başladı. Bu qan tökülməsini yalnız 1771-ci ildə kəsmək 
mümkün  oldu.  Rod  Aylenddə  1772-ci  ilin  iyununda  Alihəzrətin  silahlı  "Qaspi" 
şxunası  ona  hücum  edənlər  tərəfindən  tutuldu  və  yandırıldı.  Bu  gəmi  Dənizçilik 
qanunlarının pozulmaması üçün müşahidə işilə məşğul olurdu. Bu işi görənlər barədə 
bir  məlumat  verən  tapılmadı.  Bu  kiçik  əyalətin  cəsarətli  baş  hakimləri,  ingilis 
hakimiyyət  orqanlarının  İngiltərədə  məhkəmə  üçün  hazırlıq  görülməsi  barədəki 
hüquqlarını inkar etdilər.  
Kral  komissiyası  təyin  edildi  ki,  bütün  koloniyaları  yenidən  qıcıqlandırmağa 
gətirib çıxaran bütün işlərə baxsın. Virciniyanın Burqesslər palatası tezliklə öz rəyini 
bildirdi.  Bir  neçə  koloniyanın  Virciniyaya  qoşulması  təklif  edildi  ki,  onlar  müvafiq 
komissiya  yaratsınlar.  Bu  komissiya  İngiltərə  hökuməti  tərəfindən  törədiləcək 
təcavüzkarlığa  qarış  fəaliyyətə  hazır  olmalı  idi.  Adamsın  göstərişi  ilə  Massaçusets 
şəhərləri  də  özlərinin  müvafiq  komissiyalarını  yaratdılar.  Bu  dövrün  əlaməti  idi  ki, 

 
108 
axırıncı sınaq çayın üzərindəki vergiyə gəldi. İst İndiya kompaniyası pul barədə çətin 
vəziyyətdə idi. Kompaniya hər funt idxal olunan çay üçün kral xəzinəsinə on iki pens 
pul ödəməli idi. Çayın İngiltərədə və ya qeyri yerdə satılmasının fərqi yox idi. Lakin 
hökumət  lazım  bildi  ki,  Amerikaya  aparılan  çayın  vergisini  yüngülləşdirsin,  daha 
dəqiq  deyilsə,  kompaniya  Tounşendi  qanununa  görə,  koloniyaların  limanlarında 
ancaq  üç  pens  ödəməli  idi.  Beləliklə  kral  hökuməti  kompaniyaya  kömək  etməyə 
hazır olduğunu və həmçinin həmin aktı yoxlamaq üçün qayğı göstərdiyini nümayiş 
etdirdi.  Bu  tədbir  tezliklə  həyata  keçirildi.  Kolonistlər  isə  onlara  lazım  olan  çayın 
əksər  hissəsini  qaçaqmalçılıq  yolu  ilə  Hollandiyadan  gətirməyə  başladılar  və  bu 
şəraitdə  İst  İndiya  gəmilərində  daşınanlardan  onlara  heç  nə  lazım  deyildi.  Qoy  lap 
çayın  qiyməti  çox  aşağı  olsun,  istərsə  də  on  iki  penslik  vergi  götürülsün,  bunun 
onlara  heç  bir  dəxli  yox  idi.  İst  İndiya  Kompaniyası  gecikmədən  çay  yükü  ilə 
yüklənmiş gəmiləri Bostona, Nyu Yorka, Filadelfiyaya və Çarlstona göndərdi. Onlar 
bu limanlara 1773-cü ilin payızında gəlib çıxmağa başladılar.  
Bu  əmtəənin  üzərində  vergi  saxlandığına  görə  hələ  də  amerikanlar  çayı 
İngiltərədən  almaqdan  imtina  edirdilər.  Onlar  onsuz  da  bu  ərzağı  qaçaqmalçılıqla 
Hollandiyadan  alırdılar.  Ruhlanmış  xalq  gəmi  sahiblərinə  bildirdi  ki,  onlar  öz 
çaylarını  Londona  qaytarmalıdırlar.  Lakin  onlar  da  bunu  edə  bilmirdilər.  Çünki 
qubernator onlara üzməyə icazə verməkdən imtina etmişdi və iki kral gəmisi bu vaxt 
limanda mühafizə olunurdu. 1773-cü il dekabrın 16-da gecə ikən Feyneuil Hollunda 
və  Köhnə  Cənub  kilsəsində  mitinq  keçirildi.  Çayı  geri  qaytarmaq  barədəki  leqal 
metodlar  bir  səmərə  vermədiyinə  görə,  yeddi  min  adam  qərara  aldı  ki,  yük  sahilə 
çıxarılmamalıdır.  Əlli  nəfər  adam  Mohauk  hindularının  maskası  altında  gəmiyə 
qalxdı,  çay  yeşiklərini  qırıb  açdı.  Gəmidə  340  yeşik  var  idi.  Həmin  adamlar 
yeşikdəki çayları dənizə tökdü. Bəziləri buna sahildən tamaşa edirdi. Boston isə heç 
nə  olmamış  kimi  yatırdı.  Hindu  paltarında  olan  həmin  adamlar  tanınmadı.  Lakin 
adamları  bu  işə  təhrik  edən  şəxs  məlum  idi.  Onun  adı  həmin  vaxt  Massaçusetsdə, 
Yəni İngiltərədə, Amerikada dillərdə gəzirdi. Bu Samyuel Adams idi.  
Nyu  Yorkda  və  Filadelfiyada  isə  gəmilər  "əfv  edildi",  lakin  onlar  yüklərini 
boşaltmadan  limanı  tərk  etməli  oldu.  Çarlstonda  isə  çay  sahilə  boşaldıldı,  lakin 
satılmayaraq anbara yığıldı, camaatın mitinqi isə bunu havayı hədiyyə almaq əlaməti 
kimi qəbul etdi. Lakin eksperiment uğursuzluğa uğradı.  
Göründüyü  kimi  Amerika  bir  fikirdə  idi  və  qərara  almışdı  ki,  çayı  və 
parlament  tərəfindən  üzərinə  vergi  qoyulmuş  digər  malların  heç  birini  almasın. 
Kolonistlər  bir  daha  Qrenvillin  vergilərindən  daha  çox  Taunşendin  vergilərinə  tabe 
olmayacaqdılar. Özü də onların arasında hər hansı bir açıq fərq olsa belə, həm prinsip 
etibarilə,  həm  də  əməl  etibarilə,  koloniyalar  Parlamentə  tabe  olmayacaq,  ancaq  öz 
assambleyaları  tərəfindən  idarə  olunacaqdılar.  Əgər  Nazirlər  Kabineti  inadkarlıq 
göstərsə,  bu  inqilaba  səbəb  olacaqdı.  Bədbəxtlikdən  hökumət  inadkarlıq  etməyə 
başladı və inqilab meydana çıxdı.  
1773-cü  ilin  yadda  qalan  payız  günlərindən,  İst  İndiya  kompaniyasının 
gəmilərinin  çay  yükü  ilə  dolu  gəmilərinin  limanlara  girdiyi  vaxtdan  heç  bir  il 
keçməmiş koloniyalar Filadelfiyada Konqress təsis etdilər. Bu Konqress hadisələrin 
necə cərəyan etdiyini göstərmək üçün nə etmək lazım olduğunu müəyyən edəcəkdi, 
çünki  burada  heç  bir  qanun  yox  idi.  Konqressin  ilk  iclasından  iki  il  keçməmiş 

 
109 
Konqress  Amerikanı  İngiltərə  ilə  bağlayan  müqaviləni  ləğv  etdi.  Kolonistlər  öz-
özlüyündə  bunu  demir  və  düşünmürdülər  ki,  onların  yaratdıqları  bu  orqan  onları 
idarə edəcəkdir və ya onların vətəndəki hökuməti ilə əlaqələrini müəyyən edəcəkdir. 
Onlar  bunu  yalnız  məsləhət  və  rəhbərlik  orqanı,  onların  əlaqə  komissiyalarının  baş 
məclisi  kimi  düşünürdülər.  Lakin  bu  sürətlə  yaradılan  orqan  "Komitələrin 
Konqressinə"  çevrildi.  Heç  şübhəsiz  müstəqil  fəaliyyət  haqqında,  hətta  aqressiv 
müqavimət  haqqındakı  fikirlər  Amerikanın  təşəbbüskar  adamlarının  ağlına  gəlirdi. 
Burada hər şey köhnə İngiltərədə olduğu kimi edilirdi və ya edilməli idi. İngiltərədə 
isə hər bir fəaliyyət idarəçiliyi qədim və müqəddəs idi. Samyuel Adams hələ 1768-ci 
ildən  Massaçusetsdə  inqilabın  düşünülmüş  planını  hazırlamışdı.  Həmin  il  Bostona 
əsgəri  dəstələr  gəlmişdi  ki,  Tounşend  qanunlarının  ticarəti  boğan  dövrdə  şəhərdə 
sakitliyi  mühafizə  etsin.  O,  öz  planının  həyata  keçirilməsi  üçün  düzgün  yolla  da 
gedirdi. O, bilirdi ki, onun niyyətləri çoxlarını qorxuya sala bilər. Ona görə də bunu 
onlardan gizli saxlayırdı. Ancaq onunla birgə fəaliyyət göstərənlər özlərinin nə qədər 
uzağa  getdiklərini  gördükdə,  o,  bu  planı  onlara  açacaqdır.  O,  Massaçusets 
assambleyası Möhür Aktına müxalifətdə olanda bu müxalif qüvvələrin ön cərgəsində 
olmuşdu.  Məhz  S.Adams  1768-ci  ildə  massaçusetslilərin  digər  koloniyalara 
göndərdikləri  sirkulyar  məktubu  yazmışdı.  Bu  məktub  Tounşend  qanunlarına  qarşı 
fəaliyyətləri  əlaqələndirmək  məqsədini  güdürdü.  O,  Hatçinsonla  görüşdə  əsgəri 
dəstələrin  geçikmədən  şəhərdən  çıxarılmasını  tələb  etmişdi.  1770-cı  ilin  martındakı 
bədbəxt  "qırğın"dan  sonra  İst  İndiya  Kompaniyası  gəmilərindən  çay  yükünün 
boşaldılmasının  qarşısını  almaq  üçün  şəhərdəki  mitinqə  başçılıq  etmişdi.  Heç  kəs 
şübhə  etmirdi  ki,  çayın  sulara  atılması  planında  da  onun  əli  olmuşdur.  O, 
Massaçusetsin digər şəhərlərini də inqilab məsələlərində Bostonla birləşdirmək üçün 
çox  iş  görmüşdü.  Sonra,  1772-ci  ildə  o,  Boston  şəhər  mitinqinə  təklif  etmişdi  ki, 
koloniyanın digər şəhərlərini əməkdaşlıq üçün dəvət etsinlər ki, bu yolla öz nöqteyi-
nəzərlərini mübadilə edə bilsinlər. Lazım gəldikdə isə fəaliyyətlərini razılaşdırsınlar. 
Noyabrın  axırında  o,  bu  məsələdə  qəti  təşəbbüsünü  irəli  sürdü.  İlin  sonunda  isə 
səksən şəhər onun çağırışına cavab verdi. Əlbəttə ki, o, irəlini görmək qabiliyyətinə 
malik idi. Şəhərlərin liqasına gəldikdə, onlar işlərin gedişini müşahidə və ona nəzarət 
edirdi.  
1765-ci  ildə  Riçard  Henri  Li  Virciniyada  Möhür  Aktına  qarşı  mübarizəyə 
başçılıq  etmişdi.  Dörd  il  sonra,  1769-cu  ildə  Virciniyanın  Burqesslər  palatası 
qubernator  tərəfindən  buraxıldıqdan  sonra  Vilyamsburqda  şəxsi  evdə  öz  iclasını 
keçirdi  və  idxal  etməmək  assosiasiyasının  Corc  Meyson  tərəfindən  yazılan  baş 
qətnaməsini  qəbul  etdi.  Meysonun  qonşusu  və  yaxın  dostu  Corc  Vaşinqton  bu 
qətnaməni  oxuduqdan  sonra  hərəkət  etməyə  başladı.  Virciniyada  şəhər  mitinqləri 
keçirilirdi.  Hər  koloniya  idxal  etməmək  və  Parlament  vergilərinə  müqavimət 
göstərmək  sahəsində  özlərinin  yararlı  bildiyi  üsullardan  və  tədbirlərdən  istifadə 
edirdi.  
İngilislər  siyasi  fəaliyyətə  öyrənmişdilər.  Lakin  mübarizə  getdikcə  öz 
formalarını dəyişirdi, inkişaf edirdi. Aybaay rəylərin inkişaf etməsi ilə yeni fəaliyyət 
növləri  yaranırdı.  Proses  yavaş-yavaş  müdafiə  və  ya  təcavüzkar  ruhlu  olmasından 
asılı  olmayaraq,    şəraitin  tələbi  ilə  dəyişirdi.  İdxal  etməmək  cəmiyyətləri  kifayət 
dərəcədə qüvvətli idi. Qərar bundan ibarət idi ki, koloniyalardan vergi yığmaq üçün 

 
110 
Parlament tərəfindən üzərinə vergi qoyulan malların heç biri nə idxal edilməli, nə də 
istifadə  edilməlidir.  Bunlar  şərab,  yağ,  şüşə,  kağız,  çay  və  bu  siyahıya  daxil  olan 
digər mallar olmaqla elə lazımi mallar idi ki, hamı bu qadağalarla o saatca razılaşa 
bilməzdi.  Meyson  və  polkovnik  Vaşinqton  kimi  aparıcı  şəxsiyyətlər  Nazirlər 
Kabinəsinin  yanlış  kursuna  qarşı  konstitusiyaya  müvafiq  müqavimət  göstərilməsini 
nəzərdə tuturdu. Bu tədbirlərin səmərəli olması üçün onlar hamı tərəfindən Tounşend 
vergiləri  ilə  alınmış  şərabın  və  çayın  içilməməsini  zəruri  hesab  edirdilər.  Lakin 
burada  qanunun  heç  bir  göstərişi  yox  idi,  yalnız  mənəvi  məcburiyyət  ola  bilərdi, 
"rəylərin təzyiqi" təsir edə bilərdi. Bu da asan məsələ deyildi.  
Massaçusets özünün tutulmuş limanı və hay-küylü şəhər mitinqləri ilə tufanın 
mərkəzi  rolunu  öz  üzərinə  götürdü.  Lakin  digər  koloniyalarda  da  əhval-ruhiyyə  elə 
fərqli  deyildi.  Xüsusən  Virciniya  Massaçusets  kimi  irəlidə  idi.  1772-ci  ilin 
əvvəllərində buraya qraf Danmor olan Con Murrey qubernator təyin edilmişdi. 1772-
ci  ilin  iyununda  isə  Virciniyadakı  Burqesslər  Vilyamsburqa  yığışmalarını 
gözləyəndə, Rod Aylendlilər qəsdən "Qaspi" katerini yandırdılar.  
Burqesslər payızda öz assambleyalarına yığışdıqda açıq bir xəbər yayıldı ki, 
işləri  araşdırmaq  üçün  kral  komissiyası  göndərilmişdir,  həm  də  müxalifətin 
başçılarını  həbs  etmək  istəyirlər.  Dabney  Karr,  Patrik  Henri,  Riçard  Henri  Li  və 
Tomas Cefferson, onların hamısı gənc və radikal adamlar idi, Burqesslər palatasının 
üzvləri  olmaqla  öz  aralarında  özəl  qaydada  birləşmişdilər  ki,  koloniyaların  ümumi 
işlərində  razılaşdırlımış  tədbirlər  görsünlər.  Rod  Aylenddən  həmin  xəbər  gəldikdən 
sonra onların təşəbbüsü ilə daimi əlaqələr komitəsi təyin edildi. Digər koloniyalardan 
xahiş  edildi  ki,  buna  bənzər  komissiyalar  yaratsınlar.  Çünki  ictimai  hadisələrlə 
əlaqədar  məlumatlar  da  dəyişilirdi  və  ümumi  anlayışın  və  fəaliyyətlərin 
əlaqələndirilməsinə kömək etmək lazım idi. İlin sonunda Massaçusets, Rod Aylend, 
Konnektikut, Nyu Hempşir və Cənubi Karolina bu təklifi qəbul etdi və fəaliyyət üçün 
öz komitələrini yaratdı.  
Massaçusetsdə,  əlbəttə  ki,  Samuyel  Adams  böyük  miqyasda  təbliğatın  yeni 
hərəkətverici  qüvvəsi  idi.  Adams  özü  koloniyalar  arasında  belə  əməkdaşlığın 
qurulmasını  çoxdan  arzulayırdı.  1770-ci  ilin  payızında  Massaçusets  assambleyasına 
o,  əlaqələr  komitəsini  yaratmağı  təklif  etmişdi  ki,  Virciniyanın  Londondakı 
nümayəndəsi  Artur  Li  ilə  əlaqə  yaradılsın,  həm  də  bəzi  koloniyaların 
assambleyalarının spikerləri ilə belə əlaqə mümkün olsun. Düzdür, komitə heç nəyə 
nail olmasa da və ya olduqca az şeyə  nail olsa da,  o, bundan məyus olmadı,  əksinə 
sonrakı ili Liyə yazdığı məktubda bu arzusunu ifadə edirdi ki, "ən hörmətli sakinlərin 
cəmiyyətləri" bu koloniyaların mənafeyi naminə İngiltərədəki dostlarının məlumatlar 
əldə etmələri üçün kömək göstərə bilər. İngiltərədəki dostlar isə koloniyaların aparıcı 
adamlarına İngiltərədə formalaşan rəylər və təhlükələr barədə xəbər verə bilərlər". İlk 
komitələr Adamsın şəhərində meydana gəldi.  
Altı  koloniya  özündə  əlaqə  komitəsi  yaratmağa  tələsdi  və  özlərinin 
Bostondakı  və  Vilyamsburqdakı  adamları  vasitəsilə  birbaşa  əlaqələrə  qoşuldular. 
Təkcə  Pennsilvaniya  kənarda  dayandı.  Çay  hər  yerdə  olduğu  kimi  Filadelfiyaya  da 
buraxılmırdı, lakin koloniyanın liderləri bu barədə təbliğat aparmağa və müqavimət 
göstərməyə hazır deyildilər.  

 
111 
Parlamentin üzvlərinin başlıca ittiham ünvanı Boston idi. Venn belə demişdi: 
"Boston  şəhəri  sünbül  kimi  döyülməli  və  dağıdılmalıdır".  Və  davam  edirdi:  "Nə 
qədər ki, çəyirtkə yuvasını dağıtmamısınız, siz heç vaxt bu ölkədə qanuna həqiqi tabe 
olunmasını görməyəcəksiniz".  Çoxları bu sözləri öz zövqlərinə uyğun hesab edirdi. 
Belə münasibət onların əhval-ruhiyyəsinə yüksək dərəcədə uyğun gəlirdi.  
İngiltərə hökumətinin liderləri 1774-cü ildə artıq lord Nortun başçılığı altında 
güclü  təsiri  olan  tədbirlər  görməyə  başladılar.  Bir  qanunla  onlar  Boston  limanını 
bağladılar, onun ticarətini iyunun 1-dən etibarən köhnə liman olan Salemə keçirdilər. 
O vaxtdan etibarən əgər ticarət aparmasa, bu inadkar şəhər çaydan məhrum olacaqdı. 
Digər  qanunla  onlar  koloniyalar  barədə  çarteri  dayandırdılar.  Üçüncü  sənədlə  onlar 
əyalətlərin  içərisində  silahlı  dəstələrin  saxlanılması  üçün  maddi  təminat  yaratdılar. 
Dördüncü  sənədlə  isə  koloniyalarda  qiyamın  yatırılması  ilə  əlaqədar  məhkəmə 
işlərinin İngiltərəyə köçürülməsini açıqladılar.  
Həmin  günlərdə  xəbərlər  okeanın  o  tayından  xeyli  ləng  gəlib  çatırdı.  İyun 
ayında  Bostonda  şəhərin  yeni  statusu  haqqındakı  sənədin  mətni  heç  kəsə  məlum 
olmadıqda,  siyasi  oyunda  Samuel  Adams  tərəfindən  məğlub  edilmiş  qubernator 
Tomas  Hatçinson  İngiltərəyə  yollandı  və  bir  daha  geri  qayıtmadı.  O,  koloniyada 
işlərin həqiqi vəziyyətini hamıdan yaxşı bilirdi və ona görə də İngiltərəyə gemişdi ki, 
hökumətə  vəziyyəti  aydın  izah  etsin.  Onun  yerinə  general  Qeyc  qubernator  oldu. 
Lakin Nazirlər Kabinəsi Massaçusetsi təcrid edə bilmirdi.  
Artıq digər koloniyalar da Baş Konqressin yaradılması təklifi ilə çıxış edirdi. 
Koloniyaların  sərbəst  yolla  seçdikləri  adamları  onlar  qurultaya  göndərdilər.  Rod 
Aylend,  Nyu  York  və  Massaçusets  "komitələrin  baş  məclisini"  yaratmaq  barədə 
təkliflə çıxış etdilər. Massaçusets assambleyası qubernatorların nümayəndələri üçün 
qapıları bağladı.  
Virciniya  və  Massaçusets  başqa  koloniyalar  kimi  öz  real  liderlərini 
göndərmişdi  və  1774-cü  ilin  sentyabr  ayında  Filadelfiyada  nəcib  adamların 
toplanması müşahidə edildi. 5 sentyabrda Konqress Dülgər hollunda yığışdı. Corciya 
istisna  olmaqla  hər  bir  koloniya  Konqressə  öz  nümayəndələrini  göndərmişdi. 
Gələnlərin  heç  də  hamısı  koloniyaların  assambleyaları  tərəfindən  seçilməmişdi. 
Virciniya  nümayəndələri  Virciniya  avqust  konventi  tərəfindən  seçilmişdi,  belə  bir 
orqan  isə  qanuna  və  hüquqa  məlum  deyildi.  Bəzi  koloniyalarda  isə  nümayəndələri 
seçmək  üçün  assambleyaların  sessiyalarını  keçirmək  vaxtı  olmadığından, 
nümayəndələr  müvafiq  olaraq  əlaqə  komitələri  tərəfindən  təyin  edilmişdi  və  ya 
şəhərlərin  və  mahalların  seçki  mərkəzlərində  birbaşa  seçki  vasitəsilə  seçilmişdi. 
Lakin Konqress iştirakçılarının hər bir qrupunun həqiqi nümayəndə olmasına heç kəs 
şübhə etmirdi, başqa cür götürüldükdə, onlar koloniyaların aparıcı siyasi partiyalarını 
təmsil  edirdi.  Nyu  Yorkda  və  Pennsilvaniyada  mühafizəkarlar  üstünlük  təşkil 
etdiyindən elə adamlar seçilmişdi ki, uyğunlaşmaq qaydasında və qanuna tabe olmaq 
ruhunda onların çıxış etmələri gözlənilirdi. Digər koloniyalarda isə radikal partiyalar 
aparıcı  mövqe  tuturdu  və  elə  nümayəndələr  göndərmişdilər  ki,  yalnız  onların 
koloniyalar  üçün  azadlıq  tələb  edən  açıq  çıxışlarına  ümid  bəslənirdi.  Hətta  bütöv 
sözlərdən  və  təkid  olunan  hərəkətlərdən  inqilabi  və  tabe  olmamaq  ruhunun  risqi 
istisna  edilmirdi.  Bütün  bunlar  göstərirdi  ki,  nümayəndələrin  seçilməsinə  necə 
əhəmiyyət verilibmiş.  

 
112 
Heç şübhəsiz, ən məşhur qrup Virciniyadan olan qrup idi. Bura daxil olanların 
içərisində  polkovnik  Vaşinqton  və  Riçard  Henri  Li  var  idi.  Qrupun  üzvü  Patrik 
Henrinin  çıxışları  fikir  cəhətdən  dərin  olduğu  kimi,  həm  də  alovlu  olurdu.  Edmund 
Pedleton  hüquq  kitablarından  başqa  heç  nə  oxumamışdı  və  biznesdən  başqa  heç  nə 
bilmirdi.  Ancaq  adamlara  təsir  edən  çıxışlarında  nəciblik  göstərir,  müzakirələrdə 
inandırmaq  qabiliyyəti  nümayiş  etdirirdi.  Polkovnik  Harrison  ibarəli  və  üstüörtülü 
danışmağı  sevmirdi.  Altmış  dörd  yaşlı  Blend  heybətli  adam  olmaqla,  bütün  ömrü 
boyu  tələbə  kimi  çox  şeyi  mənimsəmək  həvəsi  nümayiş  etdirmişdi.  Peyton  Randolf 
rəsmi lider və natiq idi. Ona görə də onu Konqress özünün prezidenti seçdi. Samyuel 
Adams və Con Adams Massaçusetsdən gəlmişdilər, onlarla birlikdə Kaşinq və Peyn 
gəlmişdi. Cənubi Karolina 1765-ci ildəki Möhür Aktı Konqressinin iştirakçıları olan 
Kristofer Qedsteni və Con Ratlici göndərmişdi. Axırıncının iyirmi beş yaşı vardı. Bu 
qrupa  həmçinin  sakit  Linç  daxil  idi.  Konnektikutun  baş  natiqi  Rocer  Şerman  idi,  o 
daha çox dövlət xadiminə oxşayırdı. Nyur Yorku Con Cey təmsil edirdi. Onun hələ 
otuz  yaşı  yox  idi.  Lakin  savadlı  adam  idi  və  namuslu  adam  kimi  çox  prinsipial  idi. 
Cozef  Qallovey  sərrast  spiker  və  Assambleya  palatasının  lideri  idi,  Con  Diskinson 
məşhur  "Fermerin  məktubları"nın  müəllifi  idi,  Tomas  Mifflin  isə  müasir  tacir 
olmaqla  Pennsilvaniyanı  təmsil  edirdi.  Bir  sözlə  bu  görüşdə  hamı  həlledici  bir  iş 
üçün  yığışmışdı.  Lakin  burada  heç  də  havada  hiss  olunan  inqilab  barədə  söhbət 
getmirdi.  
Koloniyalarda birlikdə müqavimətə başçılıq edən təşkilat məsələsinə gəldikdə 
Konqress  konstitusional  orqan  deyildi,  onun  üzvlərinin  çoxu  lazımi  qaydada 
seçilməmişdi.  Səlahiyyətləri  isə  başqalarının  təkliflərinə  və  mandatlarına  xalqın 
iradəsi ilə hörmətlə yanaşmaq və qulaq asmaqla məhdudlaşırdı. Onların mövcudluğu 
mühüm  əhəmiyyətə  malik  idi.  Lakin  III  Corcun  bunu  dərk  etməsi  olduqca  çətin  bir 
məsələ  idi.  Bu  milli  komitədən  aşağı  olan  Konqress  idi.  Çünki  Milli  Komitə 
Kontinental  əhəmiyyətli  məsləhət  şurası  idi.  O  heç  bir  milli  qanunvericiliyə  cəhd 
etmirdi,  mülayim  xarakterli  və  məsləhət  verən  mühafizəkar  adamlar  tərəfindən  ona 
nəzarət edilirdi. Onlar hüquqlar barədə yumşaq, lakin səmimi ruhda deklarasiya tərtib 
etmişdilər.  
Konqress  digər  məsələlər  içərisində  Massaçusetsdən,  Sarfolk  qraflığından 
olan  qətnaməni  təsdiq  etdi.  Onun  layihəsini  Cozef  Uorren  hazırlamışdı.  Bu 
qətnamədə  bəyan  edilirdi  ki,  kral  xalqın  sədaqətini  qəsb  edərək,  xalqa  verilmiş 
hüquqlara  təcavüz  edir.  Nizamnamə  Aktının  hüquqi  əsası  yoxdur.  Burada  digər 
ittihamlar  da  irəli  sürülürdü.  Konqress  bu  bəyanatları  qəbul  etdikdən  sonra 
massaçusetslilər  onun  ruhuna  müvafiq  olaraq  müvəqqəti  hökuməti  təsis  etməyə 
girişdi.  
Konqress  yeddi  həftə  davam  etdi  və  sonra  təxirə  salındı  ki,  buna  ehtiyac 
yaransa sonrakı ilin 10 mayında İkinci Konqress çağırılsın.  
Konqresin  yeddi  həftə  keçən  iclasları  partiyalar  arasındakı  yaxşı  tarazlığı 
meydana çıxardı, onların üzvləri həvəslə və fərdi müstəqillikləri ilə hərəkət edirdilər. 
"Adamslar cütlüyü" - Samyuel Adams və onun əmisi oğlu Con Adams haqqında bir 
şərəfli və sabit olmayan istedadlı adamlar kimi söhbət gedirdi. Massaçusetsdən gələn 
bu nümayəndələrin birincisinin əlli iki, ikincisinin isə otuz doqquz yaşı vardı. Həmin 
dövrdə belə söhbət gedirdi ki, onlar müstəqillik tərəfdarı olub, Konqressdə rəhbərliyi 

 
113 
öz əllərinə keçirmək istəyirlər. Lakin onlar Konqressdəki liderliyi Virciniyadan olan 
adamlara  verməyə  məcbur  oldular.  Konqressdə  bütün  dünyanın  eşitdiyi  bərkdən 
deyilən  sözlərlə  yanaşı,  niyyətlər  barədə  sakitcə  deyilən  sözlər  də  səslənirdi,  onun 
sessiyalarının  əvvəlində  təşəbbüsü  və  liderliyi  pennsilvaniyalıların  inanılan  lideri 
Cozef  Qalloveyin  başçılıq  etdiyi  daha  mühafizəkar  üzvlərə  vermək  lazım  gəldi.  O, 
ciddi loyalist olmaqla yanaşı səmimi vətənpərvər və koloniyaların yerli hüquqlarının 
müdafiəçisi idi. O, təklif etdi ki, taxt-tacdan xahiş edilsin ki, koloniyalar üçün onun 
özünün  seçdiyi  qanunverici  orqanın  rəhbərliyi  altında  ümumi  konfederat  idarəetmə 
təsis  etsin.  Onun  bu  ideyası  Bencamin  Franklinin  iyirmi  il  əvvəl  Olbanidəki 
Konqressdə  təklif  etdiyi  plana  çox  bənzəyirdi.  Onun  təklifi  səsə  qoyulduqda  qəbul 
edilmədi.  Hətta  Cənubi  Karolina  nümayəndəsi  Ratlic  belə,  koloniyalara  azadlıq 
verilməsini deyən adamlardan da daha hərarətli danışırdı. O, bu təklifi "demək olar 
ki, kamil plan" adlandırdı və konqress onu rədd etdikdə, əvəzinə heç bir əlavə sənəd 
qəbul  etmədi.  Konqressin  komitələri  krala,  Böyük  Britaniya  xalqına  və  Britaniya 
Şimali Amerika xalqına, onun subyektlərinə məktub və hüquqlar haqqında təmtəraqlı 
bəyanat  hazırladılar.  Bu  deklarasiya  ciddi  olduğu  kimi,  öz  tonu  cəhətincə  mülayim 
idi,  əsaslandırılmışdı,  inandırma  gücünə  malik  idi.  Bununla  onlar  parlamentdəki 
dostlarına təsir etmək və okeanın hər iki tayında liberal düşüncəli adamların nəbzini 
döyüntüyə gətirmək istəyirdilər.  
Yeni  Dünyada  hadisələr  belə  gedirdi.  Koloniyalar  İngiltərə  hökumətinin 
müstəmləkə  vergisinə  qarşı  bir  ticarət  tədbiri  kimi  müəyyən  növ  ingilis  mallarının 
idxal  edilməməsi  və  istehlak  edilməməsinin  ciddi  siyasətini  aparmaq  üçün  öz 
aralarında  səmərəli  birlik  yaratmışdılar.  Bu  məsələlərə  nəzarət  etmək  üçün 
koloniyanın yerli inzibati təşkilatını yaratmaq məsləhət görülürdü. Bu komitələr hər 
bir  koloniyadakı  mərkəzi  əlaqələr  komitəsinin  rəhbərliyi  altında  fəaliyyət 
göstərəcəkdi.  Həmin  koloniya  komitələri  isə  öz  növbəsində  Filadelfiyadakı  Baş 
Komitələr Konqressinə məlumat verməli idi. Oktyabr ayında öz işini yekunlaşdıran 
Konqress  qərara  aldı  ki,  gələn  ilin  mayında  yenidən  görüşsünlər.  Ona  qədər  olan 
dövrdə İngiltərə hökuməti öz siyasətində radikal dəyişikliklər etməsi barədə xahişlərə 
qulaq asmasa, bu yığıncaq hökmən keçirilməli idi. Konqress qayda qoydu ki, hər bir 
koloniyanın yeni assosiasiyaya girməyə meyl etməsi rəğbətlə qarşılanacaqdır.  
Hadisələr  isə  daha  sürətlə  davam  edirdi  və  olduqca  bəd  gedişlər  vəd  edirdi. 
Massaçusetslilər işlərə sürətlə müdaxilə edirdilər və bunlardan nəticə yalnız inqilabın 
gündəliyə  daxil  edilməsi  ola  bilərdi.  Massaçusets  əhalisi  öz  çarterlərinin  ləğv 
edilməsindən  o  qədər  də  hiddətlənməmişdi.  Onlar  parlamentin  onu  ləğv  etmək 
barədə açıq hüququnu inkar edirdilər.  
9  sentyabr  1774-cü  ildə  Filadelfiyada  Konqressin  ilk  yığıncağı  başlanandan 
dörd gün sonra Bostondan və Massaçusetsin Saffolk mahalından olan nümayəndələr 
Konventdə  görüşüb  sakitcə  bəyan  etdilər  ki,  onların  şikayət  etdikləri  qanunlar 
konstitusiyadan kənardır və bu qanunlara qətiyyən tabe olunmamalıdır. Altı ilə təyin 
olunmuş  yeni  məhkəmələr  bu  ləğv  edilməni  nə  bəyənmədi,  nə  də  onu  qəbul 
etmədilər. Vergi yığanlar yığdıqları pulu general Qeycin xəzinəsinə təhvil verməyib 
saxlamalıdırlar.  Xalqa  isə  məsləhət  görülməli  idi  ki,  belə  bir  qeyri-adi  böhran 
şəraitində müharibəyə hazırlaşsın. Əlbəttə, heç də düşmənçilik fitnəkarlığına uymaq 
yolu  ilə  deyil,  yalnız  zərurət  yarandıqda  təcavüzkarlığa  müqavimət  göstərmək 

 
114 
məqsədilə olan hazırlıqdan söhbət gedirdi. Onlar həmçinin əyalət konqresslərini təsis 
etməyi  bəyan  etdilər.  Bu  institutlar  ləğv  edilmiş  çarter  əsasında  yaradılmış  əvvəlki 
qanunvericilik şuralarının yerini tutmalıdır. Onlar həm də Filadelfiyadakı Konqressin 
qərarlarını  koloniyaların  birgə  fəaliyyəti  üçün  qanun  kimi  bəyənmək  barədə  qərar 
qəbul  etdilər.  Bu  Filadelfiyadakı  Konqressdən  daha  ciddi  əhəmiyyətə  malik  idi. 
Onlar  tərəddüd  etmədən  elan  etmişdilər  ki,  bütün  qitə  Massaçusetsi,  onun  idarə 
olunmasındakı  konstitusiyadan  kənar  dəyişikliklərə  qarşı  apardığı  müqavimətdə 
müdafiə etməlidir.  
Beləliklə, Saffolk şəhərləri tək qalmayacaqdı. Onların əhval-ruhiyyəsi elə bil 
ki,  bütün  koloniyanın  əhval-ruhiyyəsini  ifadə  edirdi.  Digər  şəhərlər  də  belə  hərəkət 
etməyə  başladılar.  Filadelfiyadakı  Konqress  fasilə  elan  etməmişdən  əvvəl 
Massaçusets  müstəqil  əyalət  konqressi  təsis  etdi.  General  Qeyc  əyalətin  müntəzəm 
assambleyasını Salemdə iclasa yığdı, bura Parlamentin etdiyi dəyişikliklərə görə yeni 
paytaxt  idi.  Lakin  5  oktyabra  təyin  olunan  bu  iclasın  keçirilməsi,  xoşagəlməz 
əlamətlər  çoxaldığına  görə  təxirə  salındı.  Assambleya  isə  yığılıb  görüşmək  üçün 
qubernatoru  tapmadıqda,  özlərini  əyalət  konqressinə  daxil  etməyi  qərara  aldı  və 
təhlükəsizlik  üçün  komitə  təyin  edib,  ona  əyalətin  icra  orqanı  kimi  fəaliyyət 
göstərməyi  həvalə  etdi.  Köhnə  qubernatorluq  faktiki  olaraq  ləğv  edildi  və  inqilabi 
idarəetmə ilə əvəz olundu.  
Bu  əvəzetmə  hər  cür  sərbəstlik  və  qanun-qaydasızlıq  qorxusu  yaradırdı,  çox 
ciddi  risq  idi.  Adamlar  mülki  qaydaları  və  öz  idarəetmə  orqanlarının  gündəlik 
təcrübəsini  öyrənir,  buna  adət  edirdilər.  General  Qeyc  Boston  Nekin  -  Boston 
boyunun  ətrafına,  şəhər  adamlarının  mümkün  hücumlarından  qorunmaq  üçün 
istehkam  çəkdirdi.  Şəhər  mitinqləri  və  qeyri-qanuni  komitələr  hər  yerdə 
qubernatorluq qulluqçularının yerini tutmuşdu. Hər şey birinci hərəkət edən adamın 
əlinə düşürdü. Qızmış başlar və zorakılıq belə vaxtlarda daim birinci hərəkət edirdi, 
ağıllı və iti düşüncəli adamlar isə dinməz dayanmışdılar. General Qeyc tezliklə gördü 
ki, Boston və cəmisi dar bir ərazi qonşu şəhərlərdən və mahallardan gələn qaçqınlarla 
dolmuşdur. Təbliğat aparan adamlar və nüfuzu olan adamlar təkrar-təkrar onu qeyd 
edirdilər ki, kilsə xadimlərinin əksəriyyəti onların tərəfindədir. Parlamentin nəzarəti 
gəldi  və  Yeni  İngiltərənin  din  qulluqçularının  gözündə  bu  nəzarət,  demək  olar  ki, 
keşişlərin  nəzarəti  və  kilsə  quruluşunun  aliliyi  demək  idi.  Həmişə  olduğu  kimi, 
koloniyanın  əsası  qoyulan  vaxtdan  onların  kiçik  konfederasiyasının  müstəqilliyi, 
digər  tərəfdən  onların  kilsəsinin  müstəqilliyi  kimi  görünürdü.  Ona  görə  də  puritan 
keşişlərindən  daha  çox  heç  kəs  okeanın  o  tayındakı  hökumətin  xəttini  belə 
qısqanclıqla müşahidə etmirdi. 
Qədim  ingilis  hakimiyyətinə  həmişə  tabe  olan  və  ona  səmimi  və  loyal 
münasibət  bəsləyən  adamların  çoxu  öz  evlərini  tərk  edib  Qeycin  hərbi  dəstəsində 
himayə  axtarmağa  başladı.  Yerli  komitələr  Bostondan  kənarda  əhalini  səmərəli 
surətdə  cıxdaş  etməklə  məşğul  olurdu,  heç  bir  həftə  keçməmiş,  kim  ki,  inqilabı 
müdafiə  etmirdi,  şəhərlər  belə  sakinlərdən  təmizlənməyə  başlandı.  Bundan  başqa 
Bostonun  içərisində  olduğu  kimi,  kənarlarında  da  hərbi  idarəetmə  tətbiq  olunurdu. 
Əyalət  konqressi  yalnız  zəruri  hallarda  yığışırdı,  aydan  aya  onun  çağırılması  təxirə 
salınırdı və öz işini adamları saysız-hesabsız militsia dəstələrinə cəlb etməyə və bu 

 
115 
dəstələri təşkil etməyə həsr edirdi. Baş komandan kimi yerli komandirlər də seçilirdi. 
Odlu silahı və hərbi geyimi əldə etmək o qədər də çətin deyildi.  
Ümumiyyətlə,  bütün  inqilabların  tarixləri  bir-birinə  bənzəyir.  Şübhə  və 
böhran anında fəal və azsaylı adamlar qrupu bütün icmanın fəaliyyətinə nəzarət edir.  
Burada, koloniyanın düşünən adamları arasında İngiltərə hökumətinin siyasəti 
barədə elə böyük rəy fərqi yox idi. Tacirlərin çoxunu ticarət qanunları əzirdi və onları 
maliyyə iflasına uğradırdı. Tacirlər də fermerlər kimi qızğın şəkildə Parlamentin aktı 
ilə  onların  öz  limanlarına  qoyulan  vergilərin  əleyhinə  çıxdılar.  Onlar  adət  etdikləri 
hüquqlara  edilən  hər  bir  müdaxiləyə  qısqanclıqla  yanaşırdılar.  Qubernator 
Hatçinsonun özü Parlament qanunlarının göstərişlərinə əməl etsə də, tacın qulluqçusu 
kimi  onları  icra  etsə  də,  səmimi  qaydada  bəyan  etmişdi  ki,  Nazirlər  Kabinəsinin 
siyasəti onların özü üçün də ədalətsiz və səhvdir.  
Adamların  hissləri  belə  coşduğu  vaxtda  məhkəmələr  nə  etməyi  seçmək 
axtarışında idilər. Mühafizəkar və ağıllı yolla düşünənlər, böyük tale və iş adamları 
bilirdilər  ki,  onların  girov  qoyduqları  məsələ  qayda  pozğunluqlarını  qaldıracaq  və 
qanunu  kənara  atacaqdır.  O  adamlar  ki,  inanırdılar  ki,  dinc  yol  mövcuddur  və  bu 
yolla  hökuməti  başqa  əhval-ruhiyyəyə  gətirmək  olar,  o  adamlar  ki,  ehtirasla 
zorakılığı  yox,  dinc  yolu  seçirdilər  və  inqilab  tərəfindən  hədələnirdilər,  onlar 
instinktiv olaraq qanunsuzluğa və qiyama aparan bütün planların əleyhinə çıxırdılar. 
Onlar əlbəttə ki, güclü görünürdülər. Onların sayı və nüfuzu da güclü idi. Bu adamlar 
Massaçusetsdəki  koloniyanın  ən  köhnə  və  ən  şərəfli  adlarını  daşıyırdılar.  Ancaq 
onların ağıllı məsləhətlərinə məhəl qoyulmurdu, hətta buna baxmayaraq ki, bu həmin 
məsləhətlər  zəruri  idi.  O  adamlar  ki,  koloniyanın  təbii  liderləri  idi,  onlara  nifrət 
edilməyə başlandı, onlar rədd edilirdilər, guya ki, bu adamlar qorxaqdırlar və azadlıq 
və  vətənpərvərlik  ruhunu  tamam  itirmişlər.  Şübhəsiz,  bu  dövrdə  nəsə  etmək  lazım 
idi.  
Azadlıq hərəkatının iştirakçılarına gəldikdə onların azadlıq barədəki təlimləri 
koloniyaların  köhnə  ənənələrindən  gəlirdi.  Ona  görə  də  onun  prinsipləri  tanış  və 
doğma görünürdü. Onlar əsaslı dövlət xadimləri olmasalar da, ən azı həqiqi natiqlər 
idi,  onların  içərisində  isə  Virciniyadan  olan  Patrik  Henri  daha  çox  seçilirdi. 
Filadelfiyada  birinci  konqress  keçirilən  vaxtı  Con  Adams  Henriyə  Cozef  Houlinin 
rəyini oxumuşdu. Bu rəyə görə, hökumət vuruşmaq üçün lazım olan hər şeyi etmişdi. 
Şən  əhval-ruhiyyədə  olan  virciniyalı  buna  belə  cavab  vermişdi  ki,  "mən  də  həmin 
rəydəyəm". 
İngiltərədə  isə  kral  xoşuna  gələn  adamları,  istər  Viq  olsun,  istərsə  də  Tori, 
İcmalar Palatasındakı çoxluğun dəyişməsindən asılı olmayaraq baş nazir təyin edirdi, 
hətta o, İcmalar Palatasındakı müzakirələri idarə edirdi. Qraf Çatam gedəndən sonra 
heç  kəs  onun  tələblərinə  dözə  bilmirdi.  Özəl  və  cavabdeh  olmayan  adamlar,  heç  də 
nazir  olmayan  şəxslər  yalnız  kralın  məsləhətçiləri  olduğuna  görə  belə  naşı  adamlar 
ölkəni həqiqi idarə edənlərə çevrildilər.  
1768-ci  ildə  nominal  olaraq  hökumətin  başında  dayanan  Qrafton  hersoqu 
hətta özünün gördüyü və həmçinin təklif etdiyi işlərin də sahibi deyildi. 1770-ci ildə 
onu  əvəz  edən  lord  Nort  kralın  sadəcə  sözünü  ifadə  edəndən  azacıq  artıq  idi. 
İngilislər belə adamı "muştuq" adlandırırlar. İngiltərənin düşünən adamları bunların 
nə  demək  olduğunu  görürdülər  və  hesab  edirdilər  ki,  Amerikanın  azadlığı  kimi, 

 
116 
İngiltərənin  özünün  də  azadlığı  təhlükədədir.  Bunu  görən  adamlar,  Çatam  və  Börk 
kimi dövlət xadimləri parlamentdə qorxmadan və ehtirasla Amerikanın müdafiəsinə 
qalxırdılar.  Parlamentdə  bir  qrup  yaranmışdı  ki,  onlar  daim  hökumətə  təzyiq 
göstərirdi.  Bu  qrup  Londonda  Uilkisin  ətrafında  yığılmışdı  və  o,  Horn  Tukisin 
başçılığı altında məşhur "Hüquqlar billini müdafiə cəmiyyəti"ni yaratmışdı. Belə bir 
cəmiyyətin Amerikanın bəzi koloniyalarında yaradılmasını da 1771-ci ildə Samuyel 
Adams təklif etmişdi.  
İngiltərənin  səlahiyyətlərinə  hücum  edənlər,  bir  qayda  olaraq  eyni  ilə 
Amerikada  Parlamentə  müqavimət  göstərənlər  kimi  satqın  elan  edilirdi.  Uilkis 
İcmalar  Palatasından  çıxmağa  məcbur  edildi.  Kimlər  ki,  cəsarətlə  öz  etirazıın 
bildirirdi,  onlar  dustaqxanaya  salınırdı  və  ya  cərimə  edilirdi.  Londonda  da  kütlə 
ayağa  qalxdı.  Qiyamçılar  bütün  ölkəyə  yayıldı,  bu  xroniki  başıpozuqluq  kimi 
görünürdü.  "Dahiyə"  bənzər  yazıçılar  öz  kəskin  məqalələri  ilə  hökuməti 
qıcıqlandırmağa başladılar. Müstəqil mətbuat qəflətən mövcud olmağa başladı. Ona 
görə də İcmalar Palatasının ifadə etdiyi hansısa bir rəy heç də xalqın rəyi hesab oluna 
bilməzdi.  İctimai  rəy  İcmalar  Palatasından  kənarda  formalaşır  və  özünü  biruzə 
verirdi, radikal konstitusional islahatların keçirilməsini tələb edirdi. Uilkis Palatadan 
1769-cu ildə çıxarılmışdı, elə bu vaxt Amerikadakı xoşagəlməz hadisələr də fırtınaya 
doğru  irəliləyirdi.  Bu  hadisələrə  son  qoyulmamışdan  xeyli  əvvəl  hər  bir  adama 
məlum  idi  ki,  İngiltərədəki  iğtişaşlar  və  Amerikadakı  müqavimət  hərəkatı  eyni 
məqsədə  malikdir  -  İngiltərə  hökumətinin  bütöv  ruhunu  və  metodunu  təmizləmək, 
düzəltmək lazımdır.  
III Corc imperiyanı idarə etmək üçün böyük ağıla malik deyildi və onun taxta 
çıxdığı vaxtdan on beş il (1768-1783-cü illər) sonra gələn dövr İngiltərədə də, heç də 
Amerikadan az olmayaraq inqilabı yetişdirmişdi. O, güman edirdi ki, Möhür Aktının 
ləğv  edilməsi  fəlakətli  addımdır  və  yalnız  amerikanların  mütləq  müstəqilliyə  olan 
iddialarını "artırır". Çatam kolonistləri, qətiyyətlə öz hüquqlarını müdafiə etdiklərinə 
görə  qiymətləndirdiyi  üçün  kral  onu  "qiyama  çağıran  sur  duduyu"  adlandırırdı.  Bir 
adam  kimi  onun  təbiəti  heç  də  dəhşətli  deyildi.  Kolonistləri  "qul"  etmək  barədə  nə 
onun, nə də onun hökumətinin heç bir niyyəti yox idi. Onların tədbirləri koloniyalarla 
ticarəti, əvvəllər təcrübədən keçmiş bir qaydada nizamlamağa yönəlmişdi. Bir sözlə, 
sonralar dəli olan kraldan nə gözləmək olardı? 
Amerikadakı hadisələrin ruhu vətənpərvərlikdən xəbər verirdi və mübahisələr 
qızışdıqca  vətənpərvərlik  ruhu  yüksəlirdi.  Bu  qızışma  isə  çox  sürətlə  gedirdi  və 
adamlar  onun  nə  qədər  yaxın  olduğundan  agah  olmadığı  bir  vaxtda  məhz  tufan  baş 
verdi.  
1774-1775-ci  ilin  qış  dövründə  məsələlər  hər  yerdə  çox  tünd  şəkildə 
böyüyürdü.  Özü  də  təkcə  Qeycin  Bostondakı  hərbi  dəstəsinin  müdafiə  etdiyi 
Massaçusetsdə  deyil,  körfəzdəki  Men  istisna  olmaqla  bütün  koloniyalarda  vəziyyət 
belə  idi.  1774-cü  il  başa  çatmamışdan  əvvəl  Danmor  qrafı  Virciniyadan  hökumətə 
xəbər verdi ki, hər bir mahal "öz icmalarını himayə etmək barədə açıq bəyan edilmiş 
niyyət  məqsədilə  adamların  silahlanmış  bir  dəstəsinə  çevrilmişdir  və  nəzarət  üçün 
onların  öz  hakimiyyətləri  işə  başlamışdır".  O,  bəyan  edirdi  ki,  Virciniyada  dinc 
məhkəmə  yoxdur  və  onlar  müstəsna  olaraq  komitə  üzvləri  kimi  fəaliyyət  göstərir. 
"Taleyin  seçdiyi  və  görkəmli  olan  adamlar,  bərabər  şəkildə  ən  aşağı  və  kiçik 

 
117 
adamlara  qoşulmuşlar".  Bundan  isə  məqsəd  sadəcə  özlərinin  hakimiyyətdən  kənara 
atılmamalarına nail olmaqdır.  
Virciniyanın  cənubu  və  şimalı  barədəki  məsələdə  şuralar  bölündü.  Şimali 
Karolinada  hökumət  əleyhinə  olanlar  şübhə  etmirdilər  ki,  koloniya  əhalisinin  çoxu 
onların  arxasında  duracaqdır.  Cənubi  Karolinadakı  hər  bir  kənd  və  bütün  Çarlston 
Boston kimi hökumətə qarşı qızğın kin bəsləyirdi. Pennsilvaniyanın kənd regionları 
kvakerlərdən  ibarət  sakit  sakinlərə  malik  idi.  Onlar  olduqca  dindar  adamlar  idi,  bu 
din onlara, hətta istismar edən hakimiyyətə də müqavimət göstərməməyi təklif edirdi. 
Fleqmatik  almanlar  isə  dinclik  üçün  qayğı  göstərirdilər.  Filadelfiyanın  varlı  və 
zəngin  ailələrindən  çoxu  nüfuzlu  adamlara  qoşulurdular  ki,  "qiyamın  dadına 
baxsınlar".  Virciniyalılar,  göründüyü  kimi  Massaçusetsdə  qalxmış  xoşagəlməz 
hadisələrdən özlərini araladılar və soyuqqanlılıqla gözləməyə başladılar. Lakin onlar 
da  massaçusetslilər  kimi  tez  hərəkət  etməyi  qət  etdilər.  1775-ci  ilin  iyununda  Çarlz 
Li  Vilyamsburqdan  yazırdı  ki:  "Heç  vaxt  belə  enerji  və  razılıq  eşidilməmişdir,  bir 
satqın  belə  yoxdur,  hətta  səssiz  fikir  ayrılığı  da  yoxdur".  Bəzi  mahalların  adamları 
özlərini silahlandıran kimi, hamı bir ümumi vəcdə gəlməklə polkovnik Vaşinqtonun 
kursuna tərəf döndü, elə bil ki, bu adam onların təbii komandanı idi. Onun cavabını 
oxuyarkən heç kəs təəccüblənmədi. O, deyirdi: "Bu mənim bütöv niyyətimdir ki, öz 
həyatımı  və  taleyimi  bizim  qurduğumuz  işə  həsr  edim".  20  mart  1775-ci  ildə 
Virciniyanın ikinci inqilabi konventi Vilyamsburqda deyil, Riçmondda toplandı. Bu 
konventdə  Henri  Böyük  Britaniya  əleyhinə  müharibə  aparmaq  barədə  şəxsi 
bəyanatını  elan  etdi.  Yaşlı  və  daha  ehtiyatlı  adamlar  onun  bu  sözlərinə  qarşı  etiraz 
etdilər. Lakin onlar koloniyanın hərbi təşkilatını yaratmaq barədə qətnamə hazırlayan 
və təqdim edən komitədə çalışırdılar. Bundan sonra Virciniya artıq mübarizəyə hazır 
idi.  
 

 
118 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin