Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


ANTONİN İMPERATORLARI DÖVRÜ



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   14   15   16   17   18   19   20   21   22

ANTONİN İMPERATORLARI DÖVRÜ 
 
Domitsianın öldürülməsindən sonra senatorlardan ən yaşlısı olan Mark Koksey 
Nerva imperatorun qatillərinin seçiminə müvafiq  olaraq yeni imperator oldu. Senat 
onun  bu  vəzifəni  tutmasını  hörmətlə  qəbul  etdi.  Nervanın  hakimiyyətə    gəlməsi  ilə 
beş nəcib imperator dövrü başladı. Bura ondan əlavə Trayan, Hadrian, Antonin Piy 
və  Mark  Avreli  daxil  idi,  bu  dövr  b.e.  180-ci  ilinə  qədər  davam  etdi.  Lakin  Nerva 
Domitsianın  qatillərinin  hamısını,  onları  gözləyən  qisasdan  xilas  etməyə  qadir 
olmadığını  nümayiş  etdirdi.  İğtişaşlar  başlandı.  Yalnız  Nervanın  qohumlarının  bir 
görkəmli sərkərdə kimi müşahidə etdikləri, Yuxarı Almaniya qubernatoru Mark Ulpi 
Trayanı imperatorun özünə varis seçməsilə buna son qoyuldu. Bu sarsıntıdan bir neçə 
ay sonra, 98-ci ildə Nerva öldü. Trayan   ordular və senat tərəfindən imperator kimi 
qəbul edildi.  
98-117-ci illəri əhatə edən sonrakı dövrdə imperator olan Trayan bu vəzifənin 
ilk  və  yeganə  daşıyıcısı  idi  ki,  nə  tərcümeyi-halı,  nə  də  nikahı  ilə  heç  bir  əlaqəsi 
olmadığı  sələf  dövlət  başçısı  tərəfindən  varis  kimi  qəbul  edilmişdi.  O,  həmçinin 
"yaxşı" hökmdarlar seriyasına daxil olanlardan - əslində birincisi idi. Onlar bir qayda 
olaraq  biri  digərini  varislik  yolu  ilə  əvəz  etmişdilər.  Onlar  həmçinin  daxili 
harmoniyanın və qayğıkeş idarəetmənin mümkün olduğu imperiyanın mövcudluğunu 
2-ci  əsrin  əksər  dövrü  ərzində  real  olaraq  sübut  etmişdilər.  Kollektiv  şəkildə  onlar 
əsasən  Antonin  imperatorları  sırasına  daxildirlər.  Bu  dəstədə  ən  görkəmli  olan 
Trayan İspaniyadan olmaqla, ilk printseps idi ki, əyalətdən çıxmışdı 
Mark  Ulpi  Trayan  b.  e.  53-cü  ilində  Romanın  cənubi  İspaniyadakı  Betika 
əyalətində,  indiki  Seviliya  şəhəri  yaxınlığında  doğulmuşdu.  Onun  əcdadları,  heç 
şübhəsiz romalı, ən azı italyan idi, onlar yerli sakinlərlə nikah əlaqələrinə girmişdilər. 
Atası əyalət valisi və gələcək imperator Vespasianın 67-68-ci illərdə yəhudilərə qarşı 
apardığı müharibədə legion komandanı olmuşdu. 70-ci ildə imperator Vespasian onu 
konsulluqla  mükafatlandırmışdı  və  patritsiliyə  daxil  etmişdi.  Nəticədə  isə  o, 
Suriyanın və Asiya əyalətinin uğurlu idarə edən valisi olmuşdu.  
Trayan  on  il  ərzində  legion  qərargahında  tribun  kimi  xidmət  etmiş,  bu  vaxt 
Suriyada  olmuşdu.  Sonra  o,  pretor  olmuş,  89-cu  ildə  isə  İspaniyada  legion 
komandanlığına yüksəlmişdi. Trayan Domitsianın xoş münasibətini qazanmışdı, ona 
görə də 91-ci ildə onun konsul seçilməsinə imperator razılıq vermişdi.  
98-ci ildə taxt-taca çıxmamışdan əvvəl Trayan Pompeya Plotinaya evlənmişdi 
və  ömrünün  sonunadək  ona  sədaqətli  ər  olaraq  qaldı.  Bu  nikah  övladsız  olsa  da,  o 
əmisi oğlu Hadrianı evinə götürdü və bu adam Plotinanın favoritinə çevrildi.  
Trayan  Romaya  qayıdıb  senatda  imperator  səlahiyyətlərini  qəbul  etmək 
əvəzinə,  bir  ilə  yaxın  Reyn  və  Dunay  çaylarının  üstündə  qaldı.  Dakiyaya  müdaxilə 
etmək  kampaniyasına  hazırlıq  gördü.  O,  Romaya  əmrlər  göndərdi  ki,  Nervanı 
qəsdçiləri  edam  etməyə  məcbur  etdiklərinə  görə,  əvvəlcə  onu  taxt-taca  gətirən 
pretorianlar  edam  edilsin.  Yeni  imperator  seçilməsi  ilə  əlaqədar  olan  adətə  görə 
əsgərlərə  verilməli  olan  mükafatın  yalnız  yarısını  verdi.  Ancaq  o,  döyüşçülərlə 
münasibətdə  özünü  düzgün  və  ciddi  aparırdı.  Adətən  şəhərlərin  yeni  seçilən 
imperatora göndərdikləri qızılı İtaliyaya və əyalətlərə bağışladı. O, həmçinin vergiləri 
azaltdı  və  hələ  Nerva  dövründə  İtaliya  şəhərlərindəki  kasıb  uşaqlara  yardım 

 
221 
göstərilməsi barədəki yeniliyin - ictimai fondların (alimenta) yaradılması ideyasının 
müəllifi  hesab  olunurdu.  Bu  yardım    qaydaları  ilk  dəfə  İtaliyada  Trayanın  yaxın 
dostu, natiq və dövlət xadimi Kiçik Plini tərəfindən özəl qaydada ölkənin şimalındakı 
indiki Komo şəhərində öz yerliləri üçün tətbiq edilmişdi.  
Öz  hökmranlığının  bütün  dövrü  ərzində  Trayan  ümumiyyətlə  konstitusiyalı 
qayda  nümayiş  etdirirdi.  Senatın  şübhəli  olduğunu  unutmayan  Trayan  bu  köhnə 
nüfuzlu  orqanla  məsləhətləşirdi  və  öz  fəaliyyəti  barədə  ona  məlumat  verirdi.  Uzun 
illər  davam  edən  konsulluğu  dövründə  və  tez-tez  mərasimlərdə  imperator  kimi 
qarşılananda,  özünü  heç  də  məğrur,  lovğa  aparmırdı,  əksinə  heç  bir  çətinlik  hiss 
etmədən  senatorlara  ürək  dostu  kimi  qarışırdı.  Belə  davranış  xeyli  fasilədən  sonra 
printsepslə  senat  arasındakı  qarşılıqlı  hörməti  yenidən  bərpa  etmişdi.  Tatsitin 
sözlərinə  görə,  imperiya  və  azadlıq  barışmışdı  və  Domitsianın  dövründən  Senatda 
hakim  kəsilən  şübhəlilik,  intriqa  və  terror  yoxa  çıxmışdı.  O,  öz  populyarlığını 
həmçinin  bahalı  tikililər  inşa  etdirməklə,  qladiator  oyunlarını  təşkil  etmək,  ictimai 
qaydada  pul  paylamaq  yolu  ilə  qazanırdı.  Hər  şeydən  əvvəl  o,  əsgərlər  və  zabitlər 
arasında  populyar  idi.  O,  sözün  tam  yüksək  mənasında  əsgər-imperator  idi.  Onun 
aldığı  Optim  -  "ən  yaxşı"  titulu  da  hüsn-rəğbətlə  qarşılanırdı.  Bu  titulu  o,  rəsmi 
olaraq  114-cü  ildə  alsa  da,  hələ  bir  neçə  il  əvvəl  onu  qeyri-rəsmi  olaraq  belə 
adlandırırdılar.  
Trayan  həm  də  qətiyyətli  adam  idi,  lazım  gəldikdə  heç  bir  tərəddüdə  yol 
vermirdi.  Senatın  sferasına  aid  olan  məsələlərə  də  qarışırdı.  Onun  müdaxiləsi 
səmərəli olurdu, çünki o, hər yerdə ictimai rifahı yüksəltməyi arzu edirdi. O, Romanı 
əzəmətli və möhkəm tikililərlə gözəlləşdirdi. Ostiya və digər iki limanı böyütməklə 
bütün  İtaliyaya  qayğı  göstərdiyini  nümayiş  etdirdi.  Onun  çuğulçuları  Romadan 
süpürüb atması, onları əlüstü qayrılmış, sınıq-salxaq gəmiyə doldurub, dənizin quduz 
dalğalarının  ixtiyarına  buraxması  əhaliyə  sensasiya  xarakterli  təsir  göstərdi.  Axı 
çuğulçular  öz  bədnam  fəaliyyətləri  ilə  çox  ailələrə  bədbəxtlik  gətirmişdi,  onlar 
əslində qanunun müdafiə etdiyi soyğunçulara çevrilmişdilər. Tiberinin imperatorluğu 
dövründə isə onlar daha da həyasızlaşıb, əsl şər qüvvəyə çevrilmişdilər.  
Maliyyə  çətinlikləri  vaxtı  Trayan  İtaliyanın  munitsipallarına  kurator  adlanan 
qulluqçular  göndərirdi  və  onların  köməyi  ilə  maliyyə  vəziyyəti  qaydaya  salınırdı. 
Fermerlərə  yüngül  şərtlər  əsasında  kredit  verilirdi,  həmçinin  ehtiyacı  olan  uşaqlara 
xüsusi fonddan ayrıca kömək edilirdi. Trayan İtaliya magistral yolları şəbəkəsinə də 
laqeyd  qalmırdı.  O,  Via  Traiana  adlanan  yeni  yol  çəkdirdi.  Bu  yol  tezliklə 
Beneventiya və Brunduziya arasındakı əsas yol kimi Appi yolunun yerini tutdu.  
İtaliyaya göstərilən maraq, heç də əyalətlərə laqeydliklə yanaşıldığından xəbər 
vermirdi.  Senat  əyalətləri  olan  Axeyə  və  Vifiniyaya  həmçinin  kuratorlar  göndərildi 
ki, onlar bu əyalətləri iflasa uğramaq təhlükəsindən xilas etsinlər. Trayan onların hər 
ikisini  müvəqqəti  olaraq  imperiyaya  məxsus  etdi.  O,  Vifiniyaya  təyin  etdiyi  Kiçik 
Plini  ilə  məktublaşırdı.  Bu  məktublar  bizim  dövrümüzə  gəlib  çatmışdır  və  onlar 
göstərir  ki,  imperator  necə  xırdalıqlarına  nufuz  etməklə  məsələlərə  yanaşır,  hətta 
kiçik detalları da nəzərdən qaçırmamaqla ölkəni idarə edir.  
On  cildlik  kitabı  əmələ  gətirən  bu  məktublar  Roma  əyalət  inzibatçılığını 
öyrənmək üçün vacib mənbədir. Bir dəfə Plini Trayandan soruşur ki, sürətlə yayılan 
xristian  sektalarını  necə  ələ  almalıdır.  Bu  suala  Trayan  normal  dini  praktika 

 
222 
qurmaqdan  imtina  etmək  barədə  cavab  verir.  Trayan  bu  cavabından  böüyk  qeyri-
populyarlıq qazandı. O, Pliniyə məsləhət görür ki, yalnız o adamları cəzalandırmaq 
lazımdır  ki,  onlar  öz  davranışı  ilə  inadkarlıqla  itaət  göstərməməkdə  davam  edirlər. 
Trayan  əyalətlərdə,  İtaliyada  və  Romada  geniş  işlər  gördürürdü  və  belə  tədbirləri 
bəyənirdi. Yollar, körpülər, akveduklar tikilir, istifadəsiz torpaqlar dövriyyəyə qatılır, 
limanlar və yeni tikililər yaradılırdı. Diqqəti cəlb edən nümunələr İspaniyada, Şimali 
Afrikada, Balkanlarda və İtaliyada meydana çıxdı. Roma özü də Trayanın layihələri 
əsasında  xeyli  zənginləşdi.  Tikilən  yeni  akveduk  şəhərə  suyu  şimaldan  gətirirdi. 
Eskvilin təpəsində möhtəşəm ictimai hamam kompleksi yaradıldı və gözləri oxşayan 
yeni  Forum  ucaldıldı.  Forumun  layihəsinin  müəllifi  Dəməşqdən  olan  memar 
Apollodor  idi.  Meydanın  mərkəzində  imperatorun  at  üstündə  nəhəng  heykəli 
qoyulmuşdu.  Digər  tərəfdə,  Kapitoli  və  Kvirinal  təpələrində  kərpicdən  iki  yarım 
dairəvi  çoxmərtəbəli  tikili  ucaldılmışdı,  bu  tikililər  küçələri  mağaza  və  anbarlarla 
təmin edirdi. Meydanın arxasında ictimai salon və ya bazilika var idi. Bir az aralıda 
isə  meydançanın  yanında  yunan  və  latın  dilindəki  kitablar  saxlanan  kitabxana 
görünürdü.  Kitabxana  məbədə  söykənmişdi.  Həmin  meydançada  indiyədək  salamat 
qalmış Trayan sütunu yüksəlirdi. Bu sütun onun apardığı Dakiya müharibəsinə həsr 
olunmuşdu  və  onun  kub  şəklindəki  bünövrəsində  təslim  edilmiş  ordular  qrupunun 
relyefləri təsvir olunmuşdu. Bu bünövrə sonra Trayanın cəsədinin külünü qəbul etdi. 
Sütunun  özü  spiral  qaydada  davam  edən  relyeflərlə  bəzədilmişdi.  Bu  relyeflərdə 
Dakiya kampaniyasının səhnələri əks olunmuşdu. Sütunun başında qoyulan Trayanın 
heykəli  isə  orta  əsrlər  dövründə  buradan  götürülmüş,  yerində  Müqəddəs  Pyotrun 
heykəli qoyulmuşdu. 
Trayanın  məsuliyyət  hissinə  heç  cür  şübhə  oluna  bilməzdi  və  onun  nəcib 
nümunəsi,  özünün  birbaşa  varisini  də  onun  paternalizmini  təqlid  etməyə 
ruhlandırırdı.  Belə  imperial  müdaxilə  həm  də  ağır  yükə  çevrilən  və  nəhəng 
bürokratiyanın  yaranmasına  səbəb  olurdu  və  yerli  təşəbbüsü  sıxırdı.  Bundan  isə 
bütün munitsipal muxtariyyət asılı idi.  
Mülki işlərdə olduğu kimi hərbi sferada da Trayanın tədbirləri  diqqətəlayiqdir. 
O, 
Dakiyanı  Roma  ərazisindən  ayırmaqla  təhlükəli  Dunay  sərhədini 
möhkəmləndirməyi qərara aldı. O, həm də Sarmat tayfalarını parçalamaq və düşmən 
birləşmələrindən  təhlükəsiz  məsafədə  saxlamaqla,  imperiyanı  böyük  risqdən 
uzaqlaşdırmaq  istəyirdi.  Bu  planına  müvafiq  olaraq  o,  101-102-ci  və  105-106-cı 
illərdə  iki  qızğın  müharibədə  Dakiya  hökmdarı  Detsibalı  özünün  böyük  ordusu  ilə 
məğlub etdi. Detsibal intihar etməklə canını əsirlikdən qurtardı. Dakiyanı anneksiya 
etdi  və  əyalətə  çevirdi,  imperiyaya  daxil  olan  yaxın  ərazilərdə  yaşayan  sakinlərlə 
buranı  doldurdu.    Bununla  həm  də  Cənubi  Rusiya  çöllərindən  köçərilərin 
hərəkətlərini söndürmək üçün müdafiə zonası yaranırdı.  
Şərq sərhədində də o, buna bənzər əməliyyat planlaşdırırdı. Çox güman ki, bu 
vaxt  belə  bir  inamı  əsas  götürürdü  ki,  özündən  əvvəlki  və  sonra  gələn  görkəmli 
romalıların  çoxu  bu  plana  şərik  çıxmaqla,  onu  bəyənmişdi.  Çünki  hələ  Pompey 
dövründən  Parfiya  problemi  həll  olunmamış  qalmışdı  və  yalnız  işğal  bu  problemi 
sona  çatdıra  bilərdi.  Güman  etmək  olar  ki,  o,  Sarmat  alanlarının  təhlükəsini  Xəzər 
dənizi regionunda məhdudlaşdırmaq istəyirdi. Bundan əvvəl o, hərəkət edərək Ərəb 
Petrası  adlı  Nabatiya  çarlığını    105-106-cı  illərdə  imperiyaya  anneksiya  etmişdi. 

 
223 
Sonra,  114-cü  ildə  Trayan  digər  böyük  ordu  toplayıb,  özünə  klient  Ermənistan 
çarlığını da qoşaraq, Parfiyaya müdaxilə etdi ki, onun paytaxtı Ktesifonu tutsun.  
115-116-cı  illərdə  səmərəli  qələbələrdən  sonra  o,  Şimali  Mesopotamiya  və 
Assuriya kimi əlavə əyalətlər yaratdı və İran körfəzinə çatdı. Deyilənlərə görə burada 
ağladı  ki,  Aleksandrın  Hindistandakı  nailiyyətlərini  təkrar  etmək  üçün  o,  olduqca 
qocadır. 
Lakin  o, Mesopotamiyanı  sadəcə  viranə  qoyurdu,  bu  əyaləti  birləşdirməmişdi 
və onun ordusu ötüb keçən kimi, arxada qiyamlar başlayırdı. Diaspora yəhudiləri və 
digər xalqlar da qiyam qaldırmaq üçün öz şanslarından istifadə edirdilər. 116-cı ilin 
sonundan bir qədər əvvəl, Parfiyadan başqa Orta Şərqin çox hissəsi - Kirena, Misir, 
Kipr,  Kiçik  Asiya  onun  əlində  idi.  Trayan  qətiyyətlə  yaxşı  şəraiti  bərpa  etməyə 
tələsirdi. Lakin ölüm onu elə həmin Şərqdə tapdı. O, Antioxu tərk etdi ki, Romaya 
yollansın.  Lakin  117-ci  ildə,  ömrünün  64-cü  ilində  Kiçik  Asiyanın  cənub 
sahillərindəki Selində vəfat etdi.  
Son  xəstəliyindən  əvvəl  Trayan  rəsmi  olaraq  öz  varisini  müəyyən  etməmişdi. 
Onun  kişi  cinsindən  olan  yaxın  qohumu,  Suriya  valisi  Publi  Eli  Hadrian  yüksək 
şərəfə  və  tutduğu  vacib  vəzifələrə  görə  varis  olmağa  uyğun  gəlirdi.  Trayan  ölüm 
yatağında  olanda  onun  dul  qalan  qadını  Plotinanın  rəyinə  müvafiq  olaraq  Hadrian 
varisliyə götürüldü. O, 100-cü ildə Trayanın sevimli qız qohumuna evlənmişdi. Həm 
senat,  həm  də  əsgərlər  müvafiq  qaydada  onu  tanıdılar.  Ölümündən  sonra  Trayanın 
ilahiləşdirilməsinə isə heç vaxt kimsə şübhə ilə yanaşmadı.  
Trayan  fəaliyyət adamı olmaqla, qətiyyətli hökmdar idi. O, varisi Hadriandan 
fərqli olaraq heç də mədəniyyət və zəka adamı deyildi. Kiçik Plini onu ideal hökmdar 
kimi təsvir edir, qeyd edir ki, belələri xarakter və qabiliyyətlərində daha çox allahlara 
bənzəyirlər, ölkəni digər yaxşı adamlarla birlikdə, dövlətə xidmət göstərməklə idarə 
edirlər.  Plini  Trayanı  "Hökmdar  güzgüsü"  hesab  edirdi.  4-cü  əsr  tarixçisi  Evtrupi 
yazır  ki,  Senat  imperatorlara  ən  yüksək  qiymət  verərkən  onları  "Avqustdan  daha 
xoşbəxt,  Trayandan  daha  yaxşı"  deyə  salamlayırdılar.  Müasir  rumınlar  özlərini 
Trayanın Dakiyada məskunlaşdırdığı romalıların nəsli sayırlar. Trayanın hökmranlığı 
həm daxili dincliyin, həm də xaricdəki uğurların parlaq günü və ya 3-cü əsrin gecə 
yarısı qasırğasını qabaqlayan möhtəşəm günəşin batması kimi qiymətləndirilə bilər.  
117-138-ci  illərdə  hökmranlıq  etmiş  Hadrian  həmçinin  ispan  olmaqla  yanaşı, 
çoxsaylı  qeyri-adi  səbəblərə  görə  imperator  olmuşdu.  Trayandan  fərqli  olaraq  o, 
ərazinin genişləndirilməsinin əleyhinə idi. 117-ci ildə o, özü Şərqdə olanda Trayanın 
orada işğal etdiyi ərazilərdən imtina etdi və hətta Dakiyadan da bütünlüklə qoşunları 
evakuasiya  etməyi  düşünürdü.  Bundan  başqa  Trayanın  risqli  hərbi  işlərinə  bağlılığı 
ilə  tanınan  dörd  konsulyar  generalı  "qəsdə"  görə  həbs  etdirdi.  Sonralar  isə  senatı 
ittiham  etdi  ki,  guya  onun  arzusunun  əksinə  olaraq,  onların  öldürülməsi  barədə 
göstəriş vermişdir.  
Siyasəti  onu  sülhsevər  hökmdar  etdi.  Yeganə  ağır  döyüş  İudeyada  və  ya  o 
vaxtlar adlandığı kimi Suriya Palestinasında baş verdi. Orada Bar Koxba 132-135-ci 
illərdə  qəzəbli,  ancaq  nəticəsi  olmayan  yəhudi  qiyamına  başçılıq  etmişdi.  Qiyam 
Hadrian  tərəfindən  Yerusəlimin  Eliya  Kapitolina  adı  altında  Roma  koloniyasına 
çevrilməsinə görə qalxmışdı.  

 
224 
Müharibə  vasitəsilə  ekspansiya  əvəzinə,  Hadrian  sərhədlərin  qayğıkeşliklə 
delimitizasiya edilməsinə və onların yaxşı müdafiə olunmasına çalışırdı. İstəyirdi ki, 
bir qayda olaraq klient dövlətlər mümkün olan qədər onların arxasında olsun.  
Təbii  maneələr  olmayan  yerlərdə  sərhədlər  möhkəm  istehkamlanırdı. 
Britaniyada  xəndəklərdən,  tökmə  təpələrdən,  fortlar  və  daş  divarlar  kompleksindən 
ibarət  olan  Hadrian  səddi  adanı  yarı  bölüb  keçirdi.  Almaniya  və  Retiya  da  Reyn 
üzərindəki Mayntsla Dunay üzərindəki Regensburq arasında istehkamlanmış sərhədə 
malik  idi. Sərhədin daxilində ordu  tam  gücündə  saxlanırdı, əsasən  yerli  adamlardan 
ibarət  legionerlərdən  və  köməkçi  dəstələrdən  ibarət  idi.  Beləliklə,  axırıncı  xidməti 
vətəndən uzaqda keçirmək barədə Vespasianın yaratdığı sistem tədricən yoxa çıxdı. 
Bununla    yanaşı,  legionerlərə  köməkçi  dəstələrin  qarışması  tendensiyası  davam 
edirdi.  Hətta  zabitlərin  hörməti  azalmışdı.  Çünki  atlılar  bu  vaxt  bəzi  legionlardakı 
yüksək postlarda senatorların yerini tuturdular. Mahiyyətcə daimi olan öz ordusunu 
həmişə  hazırlıqda  və  səmərəlilik  zirvəsində  saxlamaq  üçün  Hadrian  tez-tez  şəxsi 
inspeksiyalar  keçirirdi.  Öz  ətrafında  olan  vəzifəli  şəxslərin  demək  olar  ki,  yarısını 
əyalətlərə  göndərirdi.  Səhra  qoşunlarının  statik  qarnizonlara  çevrilməsi,  nəticə 
etibarilə  mobil  surətli  əməliyyatların  numerilər  adlanan  yüngül  silahlı  tayfa 
birliklərinə  etibar  edilməsinə  səbəb  oldu.  Çox  vaxt  bu  qüvvələr  imperiyanın 
hüdudlarının  kənarından  cəlb  edilirdi.  Bu  isə  Roma  imperiya  ordusunun 
barbarlaşdırılmasına şərait yaradırdı.  
Hadrian  həm  də  mülki  məsələlərdə  də  əhəmiyyətli  proqress  həyata  keçirirdi. 
Onun başçılığı altında atlıların karyerasının vacib şərti kimi, hərbi xidmətdə olmağın 
onlardan  tələb  edilməsi  uzun  çəkmədi  və  atlıların  çoxundan  imperiyanın  mülki 
işlərində  istifadə  olundu.  Elə  bu  vaxtdan  da  mülki  xidmətin  bürokratik  fazası 
başlandı  və  belə  xidmət  hərbi  karyeranı  cazibədar  hesab  etməyən  atlılara  təklif 
edilirdi.  Onlar  təmiz  mülki  xidmət  növünə  malik  olurdular.  Müxtəlif  atlı 
dərəcələrinin ləyaqətini rəsmi titullar nişan verirdi. Bu dörd tituldan ən yüksək olan 
axırıncısı - vir classimus öz ləyaqətində senatora bərabər tutulurdu. Həmin vaxtdan 
etibarən  atlılar  imperial  evlərdə  və  bürolarda  azad  adamların  yerini  tuturdu.  Onlar 
hətta Hadrianın imperial şurasına gəlib çıxmağa nail olmuşdular.  
Hadrian  həmçinin  qanunlara  aid  olan  inzibatçılığı  yaxşılaşdırdı.  O,  ediktləri 
daim  kodifikasiya  edən  hüquqşünas  ekspertlərə  malik  idi.  Dörd  keçmiş  konsulu 
İtaliyada  dairə  hakimləri  kimi  xidmət  etməyə  göndərdi.  Bu  İtaliyanı  əyalətə 
yaxınlaşdırdı,  bununla  Hadrian  İtaliyanın  statusunu  heç  də  azaltmağa  cəhd  etmirdi. 
Onun siyasəti imperiyanın bütün hissələrini mühüm əhəmiyyət daşıyan əyalət etmək 
idi. İmperiyanın bir hissəsi üçün isə o, müstəsna dərəcədə qətiyyətli idi. O, vaxtının 
çoxunu Yunanıstanda keçirirdi və Afinanı əliaçıqlıqla gözəlləşdirirdi.  
Hadrian,  heç  vaxt  ona  tam  etibar  etməyən  Senatla  yaxşı  əlaqələr  saxlayırdı. 
Onun  xarici  siyasəti  cəsarətsizlik  kimi,  onun  kosmopolitizmi  romalı  olmayan  kimi, 
sektorların  fəaliyyətinə    müdaxilə  edən  islahatları  isə,  adətən  onları  qoruyub  hifz 
etmək kimi görünürdü. Bütün bunlara baxmayaraq ömrünün son iki ilində o, bəzən 
şıltaq və tiran xüsusiyyətinə yiyələnmiş kimi olurdu. Avqust kimi, onun özünün də 
oğlu  yox  idi  və  onu  məyus  edən  varis  axtarışı  ilə  məşğul  olmağa  məcbur  idi.  Kişi 
cinsindən  olan  yeganə  qan  qohumunu  edam  etdikdən  sonra  o,  nəvə  qohumu  Lutsi 
Tseyoni  Kommodu  136-cı  ildə  özünə  varis  götürdü,  onun  adını  dəyişib  Lutsi  Eli 

 
225 
Sezar  qoydu.  Lakin  bu  adam,  bir  az  sonra  öldü.  Ona  görə  də  Hadrian  138-ci  ildə 
varlı,  öz  oğlu  olmayan,  51yaşlı  senator  Tit  Avreli  Antonini  seçdi.  Lakin  sülalənin 
bünövrəsini  qoyduğunu  göstərmək  üçün,  o,  Antoninə  məsləhət  gördü  ki,  iki  gənci 
varisliyə  götürsün.  Onlardan  birinin  16,  digərinin  7  yaşı  var  idi.  Onlar  sonralar 
tarixdə Mark Avreli, o, Antoninin arvadının qohum idi və Lutsi Ver, bu uşaq isə Eli 
Sezarın oğlu idi, kimi tanındı. Bundan az sonra tezliklə Hadrian öldü. Antonin onu 
əvəz etdi və mərhumun ilahiləşdirilməsini həvəssiz olaraq Senata təklif etdi. Ancaq 
bu  təklifinin  mükafatı  kimi,  övlad  ehtiramının  nişanəsi  olaraq  Antoninə,  həmin 
mənanı verən Piy konqomeni qazandırdı.  
Antonin  Piy  138-161-ci  illərdə  hökmranlıq  etməklə,  Roma  imperiyasının  ən 
yaxşı kosmopolit imperatoru hesab olunur. O, özü qall mənşəli idi. Arvadı isə ispan 
mənşəli  idi.  Çoxları  onun  hökmranlığını  tam  inkişaf  dövrü  hesab  edirdi.  Onun 
başçılıq  etdiyi  imperiya,  o  dövrün  yazıçısı  Eli  Aristid  tərəfindən  bol  tərifə  layiq 
görülmüşdü.  
Hadriandan  fərqli  olaraq  Antonin  paytaxtdan  kənara  az  səfər  edirdi.  O, 
İtaliyada  qalırdı.  Burada  o,  148-ci  ildə  Romanın  900  illik  yubileyini  bayram  etdi. 
Printseps və senatın bir-birinə münasibəti əla qaydada idi və üzərində "tranquillitas  
et  concordia"  ("Sakitlik  və  razılıq")  sözləri  olan  pul  sikkəsi  Antoninin  idarəetmə 
prinsipini  yaxşı  ifadə  edirdi.  Sərhəd  ərazilərində  -  Britaniyada,  Dakiyada, 
Mavritaniyada, Misirdə, Palestinada və digər yerlərdə həmlələr və qiyamlar təhlükəli 
simptomlar  kimi  görünürdü.  Antonin  ağıllı  tərpənərək  Dakiyada,  Reynlandda  və 
Britaniyada Hadrian sərhədlərini qabağa çəkmişdi.  
161-ci ildə Mark Avreli ilahiləşdirilmiş Antonini əvəz etdi. 121-ci ildə anadan 
olanda onun adı Mark Anni Ver idi. Onun ata babası artıq iki dəfə konsul və şəhərin 
prefekti  olmuşdu.  Axırıncı  vəzifə  senator  karyerasının  tacı  hesab  olunurdu.  Onun 
atasının  bacısı  artıq  qarşıdakı  illərdə  imperator  olacaq  adama  ərə  getmişdi  və  bu 
imperator  öldükdən  sonra  özü  onu  taxt-tacda  əvəz  edəcəkdi.  Onun  ana  babası  isə 
Roma taleyinin ən böyük hissəsinin varislərindən biri idi. Beləliklə, Mark yeni Roma 
dairələrinin ən görkəmli ailələrinin bir neçəsi ilə bağlı idi. Onlar öz sosial və siyasi 
qüdrətlərini  Flavian  imperatorları  dövründə  (69-96-cı  illər)  möhkəmləndirmişdi. 
Uşaq olarkən Marka, beləliklə açıq şəkildə sosial fərqliliyinə görə hörmət olunurdu. 
Onun  taxt-taca  çıxması  isə  bir  az  möcüzə  olaraq  qaldı.  136-cı  ildə  Hadrian 
müəmmalı şəkildə Lutsi Seyoni Kommodu mahiyyətcə özünün varisi elan etdi. Elə 
həmin  il  gənc  Mark,  Kommodun  qızına  nişanlandı.  Lakin  sonralar  Hadrianın 
ölümündən  sonra  bu  nişanlanma  ləğv  edildi.  138-ci  ilin  əvvəlində  Kommod  öldü. 
Hadrian  o  vaxtlar  Tit  Avreli  Antonini  (bu  adam  Markın  bibisinin  əri  idi)  imperator 
Antonin Piy kimi varisliyə götürdü və həm də belə bir qayda qoydu ki, Antonin iki 
gənc oğlanı özünə oğulluğa götürəcəkdir. Bu gənclərdən biri Kommodun oğlu, digəri 
isə Mark idi, sonuncunun adı dəyişilərək Mark Eli Avreli Ver oldu. Mark beləliklə 
17 yaşına çatmamış gələcəyin birgə imperatoru kimi tanınmağa başladı. Bu vəzifəni 
icra etməyi isə 40 yaşı tamam olana qədər gözlədi. Belə düşünürdülər ki, Hadrian öz 
ağlında  Kommodu  və  Antonin  Piyi,  sadəcə  olaraq  bu  iki  gəncdən  birinin  "yerini 
qızdırmaq" üçün seçmişdi.  
Markın,  Antoninin  rəhbərliyi  altında  uzun  illər  davam  edən  şagirdliyi,  onun 
müəllimi Fronto ilə məktublaşmasında öz ifadəsini tapır.  

 
226 
Mark bacarıqlı, mərd və ciddi düşünən adam idi. O, stoik məktəbinin mühüm 
əxlaqi  filosofu  olan,  keçmiş  qul  və  dindar  Epiktetin  "söhbətlərini"  həvəslə 
öyrənmişdi. Bu fəlsəfədə Mark özünün başlıca intellektual marağını və ruhi qidasını 
tapmışdı.  
Roma  tarixində  Platonun  arzuladığı  bir  hadisə  baş  vermişdi.  İmperatorluğa 
mütəfəkkir gəlmişdi. Mark Avrelini "taxt-tacda olan filosof" adlandırırdılar.  
Mark 140-cı, 145-ci və 161-ci illərdə konsul oldu. 145-ci ildə o, öz bibisi qızı, 
həm  də  imperatorun  qızı  olan  Anna  Qaleriya  Faustinaya  evləndi  və  147-ci  ildə 
imperatorluğun başlıca rəsmi səlahiyyətləri kimi imperium və tribunica rotestas aldı. 
Həmin  vaxtdan  o,  kiçik  həm  imperator  idi,  Antoninin  konsul  göstərişlərinə  və  əsas 
qərarlarına  şərik  idi.  Ondan  on  yaş  kiçik  olan  götürmə  qardaşı  da  elə  həmin  vaxt 
rəsmi dairələrə daxil oldu.  
Mark  konstitusional  səlahiyyətlərə  yiyələnməklə,  avtomatik  olaraq  bütöv 
imperator  roluna  girməyə  doğru  addım  atdı  və  o  vaxtdan  onun  adı  imperator  Sezar 
Mark  Avreli  Antonin  Avqust  oldu.  Onun  özünün  təklifinə  görə,  həm  də  Hadrianın 
vəsiyyətinə hörmət əlaməti olaraq, götürmə qardaşı Lutsi Ver də onunla birlikdə tam 
həmimperator  oldu.  Roma  imperiyası  öz  tarixində  ilk  dəfə  olaraq  formal  bərabər 
konstitusional  statusu  və  səlahiyyətləri  olan  iki  qoşa  imperatora  malik  idi.  Verin 
səriştəli olması özünü büruzə vermədiyindən, burada onun qısqanclıq göstərməsi də 
ağılsız  bir  iş  olardı.  Xoşbəxtlikdən,  Ver  qərar  verməyi  Markın  öhdəsinə  buraxdı. 
Markın  fəaliyyəti  bir  mühüm  səbəbə  görə  təhlükəli  idi.  Bu,  imperiya  birliyindən 
xeyli  uzaqlaşan  bir  addım  atmaqla,  imperiyanın  bütünlüklə  yunan  və  latın  dilli 
hissələrə  bölünməsindən  xəbər  verirdi.  Bu  dövrdə  həm  də  sərhədlərdə  barbarların 
qorxulu  həmlələri  başlandı,  bunlar  sonralar  imperiyanın  parçalanmasına  gətirib 
çıxaran cəhdlər kimi qiymətləndirildi.  
Markın  daha  çox  yaxın  olduğu  sahə  hüquq  idi.  Bir  sıra  tədbirlər  və  hüquqi 
qərarlar  elan  edilmişdi,  onlar  mülki  qanunlarda  olan  çətinlikləri  və  anomaliyaları 
yoluna  qoyurdu.  Az  hörmət  olunan  zümrələrin  -  qulların,  dul  qadınların,  mədəndə 
işləyənlərin  hüquqları  yaxşılaşdırıldı  və  varislik  sahəsində  qan  qohumluğu 
tanınmaqla, onun iddiaları təsbit edildi. Lakin bu məsələlərdə Markın öz şəxsi töhfəsi 
şişirdilməməlidir.  Qanunvericiliyin  yaxşılaşdırılması  məsələsi  nümunəsi,  yeni 
olmaqdan  daha  çox  keçmişdən  əxz  edilmişdi.  Tədbirlər  qanunun  və  cəmiyyətin 
quruluşunun  radikal  dəyişdirilməsindən  daha  çox,  onların  yaxşılaşması  xarakterini 
daşıyırdı. Mark heç də böyük qanunverici deyildi.  
Antonin  Piy  və  Markın  dövründə  ən  hörmət  bəslənilməli  əlamətlərdən  biri  o 
idi  ki,  cinayət  hüququnda  təsnifatın  fərqləri  ifadə  olunmuşdu,  bunlar  vicdanlılıq  və 
alçaldılma  idi.  Cinayət  üzrə  cəzanın  bu  iki  ayrı  tərəzisində  alçaldılmaya  görə  olan 
cəza, hər cəhətdən sərt və daha çox qiymətləndirilən idi.  
Lakin bəzi fəaliyyətinə görə Markı tənqid edirdilər, belə ki, xristianların təqib 
edilməsi  məsələsində  Markın  xristianlardan  xoşu  gəlməməsi  müqabilində,  onun 
hökmranlığı  dövründə,  qulların  ardıcıl  olaraq  təqib  edilməsi  baş  vermirdi.  Onların 
qanuni  statusu  Trayanın  və  Hadrianın  vaxtında  olduğu  kimi  qalırdı:  ipso  facto 
cəzalandırılan  idilər,  lakin  axtarılmırdılar.  Filosof  Markın  hökmranlığı  dövründə 
əvvəlki  illərə  nisbətən  bol  xristian  qanı  axıdılmışdı,  lakin  o,  özü  təqiblərin 
təşəbüsçüsü deyildi.  

 
227 
Filosof  imperator  imperiyanın  sərhədlərinin  təhlükəsizliyi  məsələləri  ilə  də 
məşğul  olmalı  idi.  161-ci  ildə  parfiyalılar  Suriyaya  müdaxilə  etdilər,  onlar  Şərqdə 
başlıca güc mərkəzi idilər. 162-166-cı illərdə gedən müharibə nominal olaraq Verin 
komandanlığı  altında  aparılırdı.  Lakin  onun  uğurlu  nəticəsi  də,  Ermənistan  və 
Mesopotamiyanın  viranə  qoyulması  ilə  birlikdə  tabeliyində  olan  generalların, 
xüsusən Qay Avidi Kassinin işi hesab olunurdu. Kassi Parfiyanın paytaxtı Ktesifonu 
da  tutmuşdu.  Lakin  Ver  sülh  bağlamaq  bacarığını  da  göstərdi.  166-cı  ildə  bağlanan 
bu  sülhə  görə  Romanın  şərq  əyalətləri  və  klient  çarlıqları  təhlükəsizlik  qazandı. 
Cəbhədən  dönən  ordu  özü  ilə  taun  xəstəliyini  gətirdi  və  xəstəlik  bir  neçə  illiyə, 
german müdaxiləsi ilə birlikdə, stabillik üçün vacib olan mənəviyyatın zəifləməsinə 
şərait yaratdı. 
Roma tarixində ilk dəfə olaraq Çinlə birbaşa əlaqələr yaradılmasına cəhd edildi 
və iki ölkə arasında səfirliklər mübadiləsi baş verdi. Çin kitablarında məlumat verilir 
ki, 166-cı ildə Roma imperatoru An-Tundan buraya elçilər gəldi. Çinlilərin An-Tun 
adlandırdıqları,  məhz  həmin  dövrdə  dövləti  idarə  edən  Mark  Avreli  idi  və  onun 
Antonin  adını  çinlilər  öz  dillərinə  uyğun  olaraq  An-Tun  kimi  göstərmişdilər. 
Göründüyü  kimi,  filosof  imperator  dövlətin  beynəlxalq  əlaqələrinə  ciddi  diqqət 
göstərirmiş və hətta Uzaq Şərqlə də əlaqələr yaratmaq qərarına da gəlibmiş.  
Şərqə  çox  hərbi  qüvvə  aparıldığından  Dunay  sərhədi  artıq  zəifləmişdi  və 
nəhayət, barbar hücumları nəticəsində süqut etdi. Qotların, vandalların, lombardların 
və  digər  tayfaların  arxadan  təzyiqi  ilə  german  tayfaları  olan  Markoman  və  Kvadi, 
həmçinin sarmatlar çayın üstünə axışmağa başladılar. Germanlar çayları keçib Şimali 
İtaliyaya  çıxdılar  və  Akvileyanı  mühasirəyə  aldılar.  Mark  və  Ver  germanlara  qarşı 
uğurla vuruşdu.  
Ver  169-cu  ildə  qəflətən  öldü.  Onun  ölümündən  bir  az  əvvəl  Akvileya  azad 
edilmişdi. Əlavə üç il vuruşmaq lazım gəldi ki, Mark Dunay sərhədlərini bərpa etsin. 
175-ci ildə müdaxiləçilər artıq yenə də Dunayın arxasında idilər.  
Elə həmin il Markın ölümü barədə saxta xəbər yayıldı. Bu vaxt general Avidi 
Kassi  Misir  kimi  mühüm  əyalət  də  daxil  olmaqla,  bütün  Şərq  əyalətlərinin  prefekti 
idi.  Zirək  general  özünü  bütün  Şərq  əyalətlərinin  də  daxil  olduğu  imperiyanın 
imperatoru  elan  etdi.  Kassi  yerli  suriyalı  idi  və  onun  bu  hərəkəti,  yunan  dilində 
danışan  Şərqin  separatizminin  başlanmasını  nümayiş  etdirirdi.  İstənilən  tərzdə,  bu 
Markın Dunay   boyunda qazandığı uğurları məhv etdi. Mark Şərqə hərəkət etməyə 
məcbur  oldu.  Bu  isə  barbar  hücumları  üçün  qapıları  taybatay  açdı.  Xoşbəxtlikdən 
Kassi  tezliklə  öz  əsgərləri  tərəfindən  qətlə  yetirildi  və  177-ci  ildə  Mark  yenidən 
Mərkəzi  Avropaya  dönə  bildi.  Buna  qədər  isə  o,  imkandan  istifadə  edib  Şərqi 
sakitləşdirmək  və  əyalətlərini  yoxlamaq  üçün  Antioxa,  Aleksandriyaya  və  Afinaya 
səfər etmişdi. İmperatriça Faustina Dunay müharibələrində əri ilə birgə olduğu kimi, 
bu səfərdə də ərini müşayiət edirdi və elə səfər vaxtı da öldü. Həyatı boyu və vəfatı 
vaxtı ona böyük ictimai ehtiram göstərildi və Mark "Düşüncələr"ində onun barəsində 
məhəbbət  və  heyranlıqla  danışır.  Qədim  mənbələr  isə  onu  sədaqətsizlikdə  və  loyal 
olmamaqda  ittiham  edir,  -  sadəcə,  faktiki  olaraq  Avidi  Kassi  ilə,  -  lakin  bu  iddialar 
həqiqətə bənzəmir.  
177-ci  ildə  Mark  özünün  16  yaşlı  oğlu  Kommodu  birgə  imperator  elan  etdi. 
Onlar  birlikdə  Dunay  müharibələrini  başa  çatdırdılar.  Mark  müdafiədən  hücuma 

 
228 
keçməyi qət etdi, bu qətiyyətlilik ona böyük uğur gətirə bilərdi. Lakin 17 mart 180-ci 
ildə  o,  Vindobonadakı  (indiki  Vyana  şəhəri)  özünün  hərbi  qərargahında  öldü.  Bu 
zaman yalnız ona vaxt tapdı ki, Kommodu rejimin baş məsləhətçilərinə təqdim etsin.  
Mark Avrelinin sağ qalan oğlunu özünə varis seçməsinə faciəvi paradoks kimi 
baxılır.  Buna  görə  onu  tənqid  edənlər  -  yaxşı  yararlı  adamın  "fəlsəfi"  taxt-taca 
çıxmasının  uzun  və  uğurlu  dövründən  sonra,  kobud  sülaləçiliyə  dönməsi  ilə 
razılaşmırdılar.  Lakin  Mark  bu  məsələdə  heç  bir  seçimə  malik  deyildi,  -  əgər  o, 
Kommodu  özünə  varis  etməsəydi,  onun  öldürülməsinə  göstəriş  verməli  idi.  Bu 
dövrdə imperiyanı aşağı dartan günah, artıq çürümə cığırına düşmüşdü.  
19  il  ərzində  Romanın  imperatoru  olan  Mark  Avreli  Qərbin  bir  çox  nəsilləri 
üçün  Roma  imperiyasının  qızıl  dövrünü  simvolizə  edir.  Bu  dövrdə  tamamilə 
təşkilatlanmış  dünya  dövlətinə  vicdanlı  və  özünü  qurban  verən  monarx  başçılıq 
etmişdi.  O,  öz  gündəlik  işini  stoiklərin  nəsihətləri  əsasında  yerinə  yetirirdi.  Bu 
bütpərəst  inamlar  içərisində  yeganə  fəlsəfə  idi  ki,  ictimai  xidmətdə  əxlaqi  ədaləti 
vacib sayırdı. O, klassik antik dövrün yeganə şəxsiyyəti idi ki, onun şəxsi məsuliyyət 
hissi bizim dövrə gəlib çıxmış - "Düşüncələr" və ya "Öz özümlə təklikdə" əsərindən 
və bir sıra özəl məktublarından öyrənilir. Onun şəxsiyyəti və nailiyyəti 18 əsr sonra 
belə müzakirə olunmaq dəyərinə malik olduğunu itirmir. 
Mark öz hökmranlığının bədbəxtliyə düçar olduğu dövrdə fəlsəfi fikirlərə daha 
çox  müraciət  edirdi.  Onun  həmin  dövrdəki  qayğıları  və  fikirlərini  "Düşüncələr" 
əsərindən  öyrənmək  olar.  Əsər  fraqmentar  qeydlər,  söhbətlər  və  epiqrammlardan 
ibarətdir,  onun  kampaniyalarının  və  inzibatçılığının  ortasında  meydana  gələn 
düşüncələri  təsvir  edir.  Bu  sətirlər  romalının  ürəkdən  gələn  fikirlərinin  ifadəsi  olsa 
da,  yunan  dilində  yazılmışdır.  Mark  həmişə  özünü  davranışın  əldə  olunmayan 
məqsədləri  üçün  təklif  edirdi,  dünyanın  az  əhəmiyyətli,  kobud,  ötüb  keçən 
zəhmətlərini  bəşəri  ümumilikdə  və  özlərinin  xüsusiliyində  müşahidə  edirdi.  Başqa 
sözlə,  digər  heç  bir  dünyaya  inanmadığından,  bununla  yanaşı  borc  və  xidməti, 
onların  ümidsiz  olması  ilə  əlaqələndirir.  Bütün  həyatı  boyu  xəstə  olmasına  görə, 
güman ki, o, xroniki mədə xorasından əziyyət çəkdiyindən o, hər gün narkotik maddə 
dozası  qəbul  edirdi.  Bu  isə  onu,  apokaliptik  görünüşlərin  təsiri  altında 
"Düşüncələr"dəki  fikirlərə  dalmağa  sövq  edirdi.  Həm  də  hadisələrə  Markın  qayğılı 
reaksiyası dövrün ruhuna uyğun  idi.  
"Düşüncələr"dəki  fikirlər  Markın  özünə  məxsus  olsa  da,  orijinal  deyildir. 
Onlar  mənşə  etibarilə  stoitsizmin  əxlaqi  prinsipləri  idi,  Epiktetdən  öyrənilmişdi.  O, 
öz ömrünü ağıla arxalanmaqla keçirənləri təqdir edərək, yazır: "Kim öz həyatını ağıl 
işığına qoyursa və ona xidmət edirsə, belələri üçün həyatda ümidsiz vəziyyətlər ola 
bilməz. O, vicdan əzabını tanımır, təklikdən qorxmur və hay-küylü məclis axtarmır, - 
belə  adam  ali  həyata  malikdir, insanlardan  qaçmır    və  onların  ardınca  qaçmır.  Onu 
belə fikirlər utandırmır ki, onun ruhu uzun müddətə bədən örtüyünə salınmışdır. Belə 
adamın hərəkətləri həmişə eyni cürdür, hətta yaxın ölüm ərəfəsində də onun üçün bir 
qayğı vardır - adamlarla dinc ünsiyyətdə ağıllı yaşamaq" . 
Bu  fikri  davam  etdirir:  "Bütün  dünya  bir  qanuna  tabedir  və  bütün  ağıllı 
məxluqlarda  vahid  zəka  vardır.  Düzgünlük  birdir  və  ağıllı  adamlarda  kamillik 
haqqında anlayış da həmçinin təkdir". 

 
229 
İnsanın həqiqətə, düzgünlüyə bağlılığını vacib hal sayan filosof yazır: "İnsan 
könlü  könüllü  qaydada  deyil,  güclə  düzgünlükdən,  mülayimlikdən,  ədalət  və 
xeyirdən  uzaqlaşdırılır.  Bunu  nə  qədər  aydın  dərk  edirsənsə,  adamlara  o  qədər 
sakitliklə yanaşırsan". 
İnsanın həyatında əqlin hansı əhəmiyyətə malik olduğundan bəhs edərək yazır: 
"Lakin sən deyə bilərsən ki, insanın ağlı vardır və onun köməyi ilə o, öz qüsurlarını 
başa düşür. Bu doğrudur. Beləliklə, sən ağıla maliksən və ağıllı davranmaqla yaxın 
adamını  öz  nöqsanlarını  başa  düşməyə  gətirib  çıxararsan.  Beləcə  öz  ağlını  göstər, 
insan şüurunu oyatmağı bacar və qəzəbsiz, səbrsiz olmadan və lovğalanmadan onun 
korluğunu müalicə et1". 
Həyatdan  baş  çıxarmayan,  ömrünü  kor-koranə  keçirən  adamlara  isə  istehza 
edərək,  yazır:  "Oxumağı  və  yazmağı  bacarmayan  adam  başqalarını  buna  öyrədə 
bilməz. Eləcə də nə etməyi bilməyən adam, başqalarına necə göstəriş verə bilər?". 
Mark  Avreli  daxili  aləmin  böyüklüyünə  xüsusi  qiymət  verir:  "Könülü  məhz 
içəridən öz işığı ilə işıqlanmış şarla müqayisə etmək olar. Bu ad təkcə onun işıq və 
həqiqət mənbəyi deyildir, həm də onun bütün xaricini işıqlandırır. Belə vəziyyətdə o, 
azad və xoşbəxtdir, yalnız zahiri əlamətə aludəlik işığı sındırıb, ona xətər yetirməklə 
onun hamar səthini həyəcanlandıra və korlaya bilər". 
O,  xeyir  məfhumuna  toxunur  və  bunu  ağılın  qanunlarına  uyğun  yaşamaqda 
əldə  edildiyini  göstərir:  "Heç  kəs  heç  vaxt  özü  üçün  mümkün  olan  nemətləri  əldə 
etməkdən  yorulmadı.  Lakin  ən  böyük  xeyiri  insan  o  vaxt  əldə  edir  ki,  öz  ağlının 
qanununa  uyğun  hərəkət  etsin.  Bu  qanun  isə  sənə  deyir  ki,  yorulmadan  başqalarına 
xeyir ver, bu özün üçün ən yüksək xeyirdir". 
Şərlə  mübarizənin  əsas  yolunu  göstərərək  Mark  Avreli  yazır  ki,  "Qəribədir, 
insan  kənardan,  başqasından  gələn  şərə  görə  hiddətlənir,  bunu  isə  o,  kənarlaşdıra 
bilmir. Onun öz hakimiyyətində olan şəxsi şəri ilə mübarizə aparmır". 
Mark Avreli ruhdan düşməməyi, həyatın sınaqlarına dözməyi məsləhət görür: 
"Əgər sənə öz hərəkətlərində istədiyin bütün yaxşı şeyləri etmək müyəssər olmursa, 
ruhdan düşmə və ümidsizliyə qapılma.  
Əgər sən öz hündürlüyündən yıxılmısansa, çalış yenidən qalx, sakitcə həyatın 
sınağına döz və həvəslə şüurlu qaydada geri,öz köklərinə qayıt". 
Həyatın mənasını həyatın özündən yüksək qiymətləndirir: "Elə yaşa ki, elə bil 
ki,  indicə  həyatla  vidalaşacaqsan,  elə  bil  ki,  yaşamaq  üçün  sənə  ayrılan  vaxt, 
gözləmədiyin bir hədiyyədir". 
O,  həyatın  sınaqlarına  Allahın  məsləhəti  kimi  baxmağı  tövsiyə  edir:  "Həkim 
bir  xəstəyə  bir  müalicə,  digərinə  isə  digər  müalicə  yazır.  Eləcə  də  Allah  bizə 
xəstəlikləri,  xətər  yetirilməsini  və  hüznlü  itkiləri  yazır.  Həkim  məsləhəti  xəstənin 
sağlamlığının  bərpasına  kömək  edirsə,  eləcə  də  Allahın  insanı  məhkum  etdiyi 
təsadüfləf  onun  mənəvi  cəhətdən  sağalmasına,  onun  şəxsi  mövcudluğunun,  bütün 
bəşəriyyətin  ümumi  həyatı  ilə  qırılmış  əlaqəsinin  bərpasına  kömək  edir.  Beləliklə, 
qismətinə  düşən  hər  şeyi  qəbul  et,  necə  ki,  xəstə  həkimin  dərmanlarını  qəbul  edir. 
Bədənin  sağlamlığının  bərpası,  -  bu  acı  dərmanların  mənasıdır,  lakin  axı  ümumi 
ağıllı təbiət üçün hər bir məxluq tərəfindən öz təyinatına uyğunluğu saxlamaq, xəstə 
üçün sağlam bədəni saxlamaq kimi çox vacibdir.  

 
230 
Ona  görə  də  sənin  başına  gələnlərlə  razılaşmağın  lazımdır,  hətta  ən  acısı 
ilə.Çünki  belə  təsadüflərin  mənası  dünyanın  bütövlüyü  və  sağlamlığıdır.  Təbiət, 
Onun  ağlı  ilə  yaşayaraq,  ağıllı  hərəkət  edir  və  Ondan  gələn  hər  şey,  səhvsiz  olaraq 
birliyin qorunub saxlanmasına kömək edir". 
Filosof  dəyişikliklərdən,  metamorfozalardan  qorxmamağı  məsləhət  görür: 
"Doğrudanmı,  səni  dəyişikliklər  qorxudur?  Axı  heç  nə  dünyada  dəyişikliksiz  baş 
vermir. Ümumi təbiətin mahiyyəti dəyişiklikdir. Odunda dəyişiklik əmələ gətirmədən 
suyu  qızdırmaq  olmaz.  Qidalanma  qidanın  dəyişilməsi  baş  vermədən  mümkün 
deyildir.  Bütün  dünyanın  həyatı  dəyişilmədən  başqa  bir  şey  deyildir.  Anla  ki,  səni 
gözləyən dəyişilmə eynilə həmin mənaya malikdir, bu dəyişilmə cisimlərin öz təbiəti 
üçün  zəruridir.  Bircə  şeyə  diqqət yetirmək lazımdır ki, insanın həqiqi  təbiətinə  zidd 
olan nəsə edilməsin, hər şeydə Onun necə və nə vaxt göstərdiyi kimi hərəkət edilsin". 
İnsan  həyatında  yaxın  adama  qarşı  nifrət  və  qəzəbin  əbəs  olduğunu  qeyd 
edərək,  yazır  ki,  "Budaq  öz  kökündən  kəsildikdə,  bütöv  ağacdan  ayrılır.  Eləcə  də 
insan  başqası  ilə  nifaq  saldıqda,  həm  də  bütün  bəşəriyyətdən  ayrılır.  Lakin  budaq 
başqasının  əli  ilə  kəsilir,  insan  isə  özünün  yaxın  adamından,  nifrət  və  hiddəti  ilə 
uzaqlaşır,  yadlaşır.  Başa  düşmür  ki,  əslində  o,  bununla  özünü  bütün  bəşəriyyətdən 
ayırır". 
Mark  Avreli  xeyirxahlığı  qiymətli  daşlarla  müqayisə  edir:  "İnsanda 
xeyirxahlıq  özlüyündə  qiymətli  daş  xüsusiyyətinə  malikdir,  onunla  nə  baş 
verməsindən asılı olmayaraq, qiymətli daş daim öz təbii gözəlliyini saxlayır". 
Nervanın hakimiyyətə gəlməsindən Mark Avrelinin ölümünə qədər olan dövr 
Roma  tarixində  xüsusi  yer  tutur.  İngilis tarixçisi  Eduard  Gibbon yazmışdır:  "Dünya 
tarixinin  bəşəriyyətin  daha  xoşbəxt  olduğu  və  görünməmiş  qaydada  inkişaf  etdiyi 
dövrünü  müəyyən  etmək  lazım  gəlsə,  heç  bir  tərəddüdə  yol  vermədən  Domitsianın 
ölümündən  başlayıb  Kommodun  taxt-taca  çıxmasına  qədər  olan  dövrü  adlandırmaq 
olar".  Bu  zaman  məsafəsi  84  ilə  bərabər  olmaqla,  96-cı  ildən  180-ci  ilə  qədər  olan 
dövrü əhatə edir. 
180-192-ci  illərdə  hökmranlıq  etmiş  Kommod  isə  özündən  əvvəlki  gənc 
imperatorlar  olan  Kaliqula  və  Neron  kimi  səriştəsizlik,  şöhrətpərəstlik  və  şıltaqlıq 
nümayiş  etdirirdi.  Xoşbətlikdən  bacarıqlı  əyalət  valiləri  hesabına,  həmçinin  Dunay 
boyunca  məskunlaşmış  barbar  müttəfiqlərə  torpaq  verilməsi  və  əvəzində  onların 
orduda  hərbi  xidmət  keçməsi  hesabına  sərhədlər  toxunulmamış  qalırdı.  Lakin 
Kommod  Trans-Dunay  əyalətləri  barədəki  Mark  layihəsindən  imtina  etdi  və  özünü 
dövlət  işinə  deyil,  daha  çox  hissi  həzzlərə  və  xüsusən  də  Roma  arenasında 
şadlanmağa  həsr  etmək  yolunu  seçdi.  Bu  arenada  o,  sələfi  Neronun  aktyorluğu 
şəklində, özünü Roma Herkulesi kimi nümayiş etdirirdi. Senatı isə məcbur edirdi ki, 
rəsmi  qaydada  onu  allah  başçı  kimi  tanısın.  O,  bir  qayda  olaraq  ciddi  işləri  öz 
favoritlərinə  tapşırırdı.  Onların  ambitsiyaları  və  intriqaları  isə  qəsdlərə,  dövləti 
xəyanət  barədə  mühakimələrə,  müsadirələrə  və  rəhmsiz  qətllərə  aparıb  çıxarırdı. 
Kommodun  192-ci  ilin  son  günündə  öldürülməsi  onun  bədbəxtlik  gətirən 
hökmranlığına  son  qoydu  və  Antoninlər  də,  Yuli-Klavdilər  kimi  biabırçı  sonluğa 
gəlib çatdılar. Burada digər bir oxşar nəticə də təkrar olundu. Kommodun ölümündən 
sonra,  eynən  Neronun  intiharından  sonra  olduğu  kimi  bir  neçə  ildə  dörd  imperator 
dəyişdi. 

 
231 
Roma  imperiyası  bizim  eranın  14-cü  ilindən  180-ci  ilə  -  Mark    Avrelinin 
ölümünə  qədər  daha  çox  dinc  şəraitdə  yaşayırdı  və  bu  dövrdə  qədim  Aralıq  dənizi 
dünyası  fəaliyyət  göstərirdi.  Yeni  eranın  ilk  əsrinin  hökmdarları  bəlkə  Vespasian  
müstəsna olmaqla, Avqust kompromissini təkrar etməyə qabil deyildilər. Bəziləri isə, 
o  cümlədən  Qay  Kaliqula,  Neron  və  Domitsian    qərəzkarlıqlarına  və  saraylarındakı 
arası kəsilməyən yaltaqlığa görə açıq despotizm yolunu tutmuşdular. 
Bu  biabırçı  hala  yalnız  Trayandan  Mark  Avreliyə  qədər  olan  "nəcib 
imperatorların" hakimiyyəti dövründə 98-180-ci illərdə son qoyuldu. Bu hökmdarlar 
adamlarla nəzakətli davranırdılar. "Nəcib imperatorların" axırıncısı olan Mark Avreli 
isə  ağılsızcasına  öz  oğlu  Kommodu  taxt-taca  varis  etdi.  Həmin  imperatorların 
dövründə  senatın  tərkibində  bəzi  dəyişikliklər  baş  verdi.  Hadrianın  dövründən  isə 
senatın  demək  olar  ki,  yarısı  əyalət  mənşəli  olan  adamlar  idi.  Trayanın  dövründə 
şərqlilər senat üzvü oldular, afrikalılar isə bu hüquqa Antonin Piyin dövründə malik 
oldular.  Roma  vətəndaşlığının  coğrafiyası  da  xeyli  genişlənmişdi,  baxmayaraq  ki, 
212-ci  ilə  qədər  hələ  imperiyanın  bütün  azad  sakinləri  faktiki  olaraq  vətəndaş  ola 
bilməzdilər.  
"Roman  sülhünə"  baxmayaraq  romalılar  heç  vaxt  İudeyada  yəhudilərin  siyasi 
ümidləri  və  dini  adətləri  üçün  modus  vivendi  -  mövcudluq  qaydası  yarada 
bilməmişdilər.  66-cı  ildəki  böyük  qiyamdan  70-ci  ildəki  məbədin  dağıdılmasına 
qədər  olan  hadisələr,  132-135-ci  illərdəki  ağır  mübarizə  Yerusəlimdə  yəhudi 
sakinliyinə imperiya qadağası qoyulmasına gətirib çıxarmışdı.  
Bu  dövrü  şöhrətləndirən  adamlardan  biri  dahi  bioqrafiya  tarixçisi  və  yazıçısı, 
mənşəcə yunan olan Plutarx (46-120-ci illər) idi. İmperiyanın vətəndaşı kimi qəbul 
edilən  tarixçi  Yunanıstanın  və  Romanın  çox  sayda  görkəmli  şəxsiyyətlərinin 
bioqrafiyasına qələmə almışdır, bu əsərlərin tarixi, fəlsəfi və bədii dəyəri iki min ilə 
qədər  olan  müddət  ərzində  nəinki  azalmamışdır,  əksinə  antik  dövrü 
qiymətləndirməkdə əvəz edilməz mənbə rolunu oynayır. Bundan başqa o, çox sayda 
etik  və  digər  mövzularda  traktatlar  yazmışdır.  Tarixçi,  vifiniyalı  Arrian  Böyük 
Aleksandrın müharibələrini təsvir edən "Anabasis" əsərini yazmışdı.  Aleksandriyalı 
Appian isə Romanın apardığı müharibələri 24 kitablıq əsərində təsvir etmişdi. Mark 
Avrelinin  yazdığı  "Düşüncələr"  əsəri  də  dövr  barədə  yaxşı  təsəvvür  yaradır.  Lakin 
imperatorun  həqiqətən  bu  əsərinin  müəllifi  olmasına  müəyyən  şübhələr  vardır. 
Neronun  müəllimi  olan  Anney  Seneka  (m.ə.  5  -  b.e.  65-ci  illər)  təkcə  qabiliyyətli 
dövlət  xadimi  kimi  deyil,  böyük  filosof  kimi  şöhrət  tapmışdı.  Əgər  Avqust  dövrü 
ədəbiyyatı Vergili, Horatsi və Ovidi kimi  dühalar bəxş etmişdisə, ondan sonra gələn 
Sezarların dövründə mövcud olan eybəcərliklərə cavab olaraq Seneka özünün yüksək 
ləyaqətləri vəsf edən "Əxlaq esselərini" yaratmışdı. Yaşadığı dünyanın dəyişilməyən 
kədərliliyini  Seneka  bu  naləyə  bənzəyən  sözlərdə  cəmləşdirmişdi:  "İnan  mənə, 
ölümün həqiqətən labüd olmasında böyük xoşbəxtlik vardır". 
Şair Lukan (39-65-ci illər) Sezarla Pompey arasındakı  müharibəni "Vətəndaş 
müharibəsi"  əsərində  qələmə  almışdı.  Yazıçı  Petroni  (34-62-ci  illər)  "Satirikon"u, 
Böyük  Plini  (23-79-cu  illər)  özünün  geniş  "Təbiət  tarixi"  əsərini  yazmışdı.  Böyük 
Plini  Messina  donanma  komandiri  olduğu  üçün  Vezuvi  dağındakı  vulkan 
püskürməsini  elmi  cəhətdən  müşahidə  etdikdə,  zəhərli  qazlardan  boğulub  ölmüşdü. 
Plutarx kimi bu dövrdə yaradan bir çox yazıçılar əslən romalı deyildilər. Seneka  və 

 
232 
Lukan ispan idilər, Favorini Qalliyadan, Apuley Afrikadan gəlmişdi. Mark Avrelinin 
müəllimi  və  natiq  olan  Fronto  və  ilkin  xristian  latın  yazıçıları  Minutsi  Feliks  və 
Tertullian da Afrikadan idilər. 
Latın ədəbiyyatı Antoninlərin hakimiyyəti müddətində özünün "gümüş dövrü" 
ilə  fərəhlənirdi.  Böyük  müəlliflərin  əksəriyyəti:  Tatsit,  Yuvenal  və  Kiçik  Plini 
Domitsian  dövründə  yaradıcılıqlarına  başladılar.  Onların  heç  bir  varisi  yox  idi. 
Tatsitdən sonra Roma tarixi kiçilərək, tərcümeyi-hallara keçdi. Yalnız xeyli sonra IV 
əsrdə  tarix  elmi  latın  dilində  yazan  yunan  yazıçısı  Ammian  Martselliklə  yenidən 
inkişaf etməyə başladı. Yüksək səviyyəyə çatan satira Yuvenalla başa çatdı. Çalışqan 
ritorik və Trayana həsr olunmuş panegirik əsərin müəllifi olan Kiçik Pliniyə afrikalı 
Mark  Fronto  varis  oldu.  Fronto  özü  isə  Mark  Avrelinin  müəllimi  idi.  Digər  afrikalı 
Apuley daha orijinal olmaqla, görkəmli ritorik alim və satirik yazıçı idi.  
II əsr ərzində yunan renessansı baş verdi. Hər yerdə ikinci dəfə meydana gələn 
sofist  məktəbləri  baş  qaldırmışdı.  Bu  məktəb  ritorikada,  tarixdə,  fəlsəfədə  və  hətta 
elmdə, bilik sahələrində güclü təsirə malik idi. Ritorika məktəblərinə Vespasiandan 
başlayaraq  Mark  Avreliyədək  imperatorların  özü  himayə  edir  və  onlara  maddi 
yardım  göstərirdi.  Elm  sahələrinə  gəldikdə  riyaziyyat  Gerasadan  olan  Nikomakla, 
təbabət  Perqamdan  olan  Qalenlə,  astronomiya  Aleksandriyalı  Ptolomeylə  təmsil 
olunurdu.  Hüquq  isə  yalnız  Roma  elmi  olaraq  qalırdı.  Antoninlər  dövründə  bu  elm 
Yulian  və  Qay  tərəfindən,  III  əsrdə  isə  üç  yunan  alimi:  Papinian,  Ulpian  və 
Modestinlə  təmsil  olunurdu.  Bu  dövrdə  dəbə  düşmüş  tərcümeyi-halları  yazanlar  isə 
Plutarx və Lutsian idi. 
Öz  imperatorluqları  dövründə  Vespasian  və  onun  oğlu  Tit  65  min  yerlik 
Kolizeyi  tikdirmişdilər.  Memar  Apollodor  yeni  Trayan  Forumunu  tikmişdi. 
İmperator  Hadrianın  dövründə  Panteon  indiki  ölçüsündə  yenidən  tikilmişdi. 
İndiyədək salamat qalmış Trayan sütunu onun dakiyalılarla müharibəsini təsvir edən 
relyeflərlə bəzədilmişdi.  
Roma imperiyası 2-ci əsrdə özünün ən geniş ərazisinə sahib oldu. Əgər 1 əsrdə 
bu  dövlətə  17-ci  ildə  Kappadokiya  ərazisi,  40-45-ci  illərdə  Mavritaniya,  43-cü  ildə 
Britaniya  və  46-cı  ildə  Frakiya  əlavə  olunmuşdusa,  2  əsrin  başlanğıcında  Trayanın 
imperatorluğu  dövründə  (98-117-ci  illərdə)  daklarla  və  Parfiya  çarlığı  ilə  aparılan 
qalibiyyətli  müharibələr  nəticəsində  106-cı  ildə  Dakiya  və  Ərəbistan,  114-cü  ildə 
Ermənistan,  115-ci  ildə  Mesopotamiya  və  Assuriya  imperiyanın  ərazisinə  daxil 
edildi.  Lakin  Ermənistan,  Mesopotamiya  və  Assuriya  sonralar  Trayanın  varisi 
Hadrianın  vaxtında  yerli  əhalinin  üsyanları  nəticəsində  117-138-ci  illərdə 
imperiyadan  ayrıldılar.  Sayı  artan  bu  əyalətlər  əsasən  quldarlıq  münasibətlərinin 
yayılması hesabına iqtisadiyyatını inkişaf etdirirdi.  
Bu  dövrdə  bazarla  əlaqəsi  olan  və  qul  əməyindən  məhsuldar  istifadə  edən 
villalar  daha  yaxşı  rentabelliliklə  işləyirdi.  Bu  villaların  sahibləri  isə  əsasən 
şəhərlərin vətəndaşları idi. Bundan başqa bu dövrdə dəniz və quru yollarının qaydaya 
salınması,  böyük  müharibələrin  dayandırılması,  valilər  üzərində  nəzarət  qoyulması 
kənd  təsərrüfatının,  sənətkarlığın  və  ticarətin  inkişafına,  Roma  həyat  tərzinin  və 
mədəniyyətinin yayılmasına şərait yaratmışdı. Lakin geridə qalan vilayətlər də var idi 
ki,  onlar  əsasən  kənd  icmalarından  ibarət  idi.  Ona  görə  də  bəzi  imperiya  əyalətləri 
inkişaf edəndə, digərləri tənəzzül dövrü keçirirdi.  

 
233 
Birinci  əsrin  sonundan  İtaliya  iqtisadiyyatının  böhranı  başladı.  I-II  əsrlərdə 
dəniz  və  karvanlarla  aparılan  xarici  ticarət  geniş  inkişaf  etdi.  Roma  Ərəbistan, 
Hindistan, Qafqaz, Orta Asiya xalqları ilə, hərdən bir isə Çinlə, Sudana qədər Afrika 
ilə,  Baltikyanın  ərazilərdəki  Şimali-şərq  tayfaları  ilə  ticarət  aparırdı.  Roma  şərab, 
zeytun yağı və metal ixrac edirdi. Ölkəyə isə əsasən ərzaq məhsulları idxal olunurdu.  
Bu dövrdə cəmiyyətin yüksək zümrələri senatorlar və atlılar idi. Birincilərə, iri 
torpaq sahibləri aid idi, onlar əsasən italik imperatorlar tərəfindən irəli çəkilənlər və 
əyalət adamları idi. II əsrdə senatorların 60 faizi əyalətdə doğulmuş adamlar idi. I-II-
əsrlərdə  senatorların  tərkibindən  ali  Roma  magistratları,  hərbi  rəislər,  əksər 
əyalətlərin valiləri təyin edilirdi. Atlılardan isə digər magistratlar: hakimlər, pretoriya 
prefektləri  təyin  edilirdi.  Şəhər  torpaq  sahiblərinin  başçıları  şəhər  şuraları  olan 
dekurionlara  daxil  olurdular.  Bu  dövrdə  bu  üç  zümrə  imtiyazlı  "nəcib"  zümrələr 
hesab olunurdu və onlar şəhər və kənd plebsinə qarşı dururdular. Şəhər plebsi kiçik 
tacirlərdən,  sənətkarlardan,  muzdlu  işçilərdən  ibarət  idi.  Artıq  plebs  öz  siyasi 
əhəmiyyətini  itirmişdi-  dövlət  magistratları  senatorlardan  və  atlılardan  seçilirdi. 
Plebey  kompaniyaları,  onların  yığıncaqları,  dini  həyatları  ciddi  nəzarət  altında 
saxlanırdı. Siyasi əhəmiyyətlərini itirməsi əvəzinə, onlara bol ianələr verilirdi. Roma 
şəhərində  100-150-min  kasıb  adam  dövlətdən  pulsuz  çörək,  həmçinin  ət  və  yağ 
alırdı, başqa şəhərlərdə isə pulsuz ərzağı dekurionlar verirdi. Bayram vaxtı isə əlavə 
hədiyyələr də verilirdi.  
Trayan ilk dəfə olaraq kasıblar üçün alimentar fond yaratdı. Bu fonddan kasıb 
valideynlərin  uşaqlarına  və  yetim  uşaqlara  dövlət  yardımı  göstərilirdi.  Bu  fondun 
vəsaiti isə dövlət tərəfindən kiçik və orta torpaq sahiblərinə verilən ssudadan gələn 
faizlərdən yığılırdı. Kənd plebsinə isə kiçik torpaq sahibləri və özəl şəhər və dövlət 
torpaqlarının  icarəçiləri  olan  kolonlar  daxil  idi.  Əsas  vergi  və  mükəlləfiyyət  yükü 
onların  üzərinə  düşürdü.  Azad  olmayanlar  zümrəsinə  isə  qul  olmaqdan  azad 
olunanlar  -  libertinlər  və  qullar  daxil  idi.  Bəzi  libertinlər,  xüsusən  imperator 
libertinləri yüksək vəzifələrə və var-dövlətə malik olurdular. Onların orta təbəqələri 
sənətkarlıq  və  ticarətlə  məşğul  olur,  kasıblar  təbəqəsi  isə  muzdla  işləyirdilər. 
Pekulisi,  başqa  sözlə  əmlakı  olan  qulların  bir  hissəsi  istehsal  vasitələrinin  və  qul 
sahibi  oldular.  Lakin  qulların  əksəriyyəti  kənd  təsərrüfatında  və  sənətkarlıqda 
istismar olunan adamlar idi. 
Romaya  öz  qüdrətini  daim  yüksək  səviyyədə  saxlamaq  mümkün 
olmadığından, işğal etdiyi əraziləri əlində saxlamaq ona çətin başa gəlirdi. 117-138-
ci  illərdə  imperatorluq  etmiş  Hadrianın  dövründə  tayfa  ittifaqlarının  güclənməsi 
nəticəsində  romalılar  təcavüzkarlıqdan  müdafiəyə  keçməyə  məcbur  oldular, 
Ermənistan,  Mesopotamiya  və  Assuriya  kimi  əraziləri  itirdilər  və  xeyli  sərhəd 
istehkamları yaratdılar. İmperator Mark Avrelinin dövründə isə Dunay tayfaları 166-
180-ci  illərdə  Markoman  müharibəsində  imperiya  üzərinə  hücum  etdi  və  onları 
böyük güzəştlər hesabına dayandırmaq mümkün oldu.  
 

 
234 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin