Azərbaycan diLİ VƏ tariXİ


§ 8. AZƏRBAYCAN NEFT SƏNAYESİNDƏ  MİLLİ KAPİTAL



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə6/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   2   3   4   5   6   7   8   9   ...   72
§ 4. KUSTAR İSTEHSAL 

 

XX əsrin əvvəllərində sənayenin inkişafı bir çox kustar istehsal sahələrini və 



sənətkarlığı böyük dəyişikliklərə uğratdı. Lakin eyni zamanda şəhər və kənd əhalisinin 

məişətdə mühüm rol oynayan sənət sahələri - dülgərlik, dəmirçilik,  zərgərlik, tikinti 

materialları istehsalı inkişaf etməkdə id i. 

Sənətkarlıq mərkəzləri, XIX yüzillikdə olduğıı kimi, yenə də əsasən şəhərdə idi. 

Onların içərisində Bakı xüsusilə seçilirdi. Burada həmçinin mədən-zavod rayonlarında 

kustar  istehsalı  və sənətkarlığın  mü xtəlif növləri  ilə   muzdlu  ə mək tətbiq etməklə  də 

məşğul olurdular

109


Kustar  istehsal  sahələri  arasında  xalça  toxuculuğu  daha  geniş  yayılıb  inkişaf 

etmişdi. Bakı quberniyasının Quba qəzası xalçaçılıqda  bütün Cənubi Qafqazda birinci 

yeri  tuturdu.  1912-ci  ildə  Quba  qəzasının  111  kəndindən  97-də  xalçaçılıqda  39979 

nəfər,  yəni  bütün  əhalinin  22,7  faizi  məşğul  olurdu

110


.  Burada  toxunan  xalçalar  "Çiçi", 

yaxud  "Quba"  adlanırdı

111

.  1908-1909-cu  illərə  dair  məlumata  görə,  Quba  qəzası 



kəndlilərinin  illik  gəlirlərinin  40  faizi,  Şuşa  qəzasında  isə  30  faizi  xalçaçılıqdan  əldə 

edilirdi


12

.  1912-ci  ildə  Yelizavetpol  qəzasında  sənətkar  əhalin in  48  fa izdən  ço xu 

xalçaçılıq la məşğul olur, əsasən Qazax xalçaları to xunurdu. 

Bakı,  Şamaxı,  Lənkəran  və  Cavad  qəzalarında  da  xalçaçılıqla  məşğul olur, 

"Bakı", "Muğan"  xalçaları,  xalı,  gəbə, sumax  tipli  xalça  məmulatı,  məişətdə  işlənən 

məfrəş, xurcun, heybə, çuval və s. də hazırlayırdılar. 

Xalçaçılığı  təkmilləşdirmək  üçün  Bakıda,  Şuşada,  Yelizavetpol  qəzasında, 

İmamqulukənddə, Naxçıvanda tədris -nümayiş emalatxanaları açılmışdı

113



Xalça  istehsalı  sahəsində  muzdlu  əmək  və  texnikadan  istifadə  edən 



emalatxanalar  da  var  idi,  lakin  onlar  bütünlüklə  manufaktura  səviyyəsinə 

yüksəlməmişdi. Xalçaçıların böyük əksəriyyəti eyni zamanda kənd təsərrüfatında çalışır 

və başqa işlərlə məşğul olurdular, xalçaçılıq isə ev istehsalı səciyyəsi daşıyırdı. 



 

 

35 



Azərbaycanda  xalçaçılıqla  yanaşı,  40  növə  qədər sənətkarlıq  məşğuliyyəti  ilə 

çalışanlar var idi. Onlar ağac və taxtadan düzəldilən məhsullar istehsal edir, xüsusən kənd 

təsərrüfatında işlədilən bel, yaba, kürək, vəl, araba kimi avadanlıqlar, həmçinin məişətdə 

işlədilən  mebel, qaşıq, beşik, daraq,  iynə,  xalçatoxuma üçün dəzgah  -  xana  və nəhayət, 

musiqi  alətləri  hazırlayırdılar.  Bu  əşyaların  istehsal  olunduğu  sənət  sahələri  Qazax, 

Yelizavetpol və Şuşada daha geniş yayılmışdı. 

Azərbaycanda  şərabçılığın  inkişaf  etməsi  və  buna  görə  də  şərab  ixracının 

artması nəticəsində çəllək istehsalı ilə məşğul olan peşə sənətkarlığı xey li genişlənmişdi. 

Sənətkarlığın  metal  əşyalar  və  bəzək  şeyləri  istehsalı  sahəsi  də  inkişaf  edirdi. 

Bunlardan  Azərbaycan  şəhərlərində  geniş  yayılmış  zərgərlik  ustalarının  düzəltdiyi 

məmulatlarda milli səciyyə qorunub saxlanır, zərb olunmuş, şəbəkəli və naxışlı emal bəzək 

şeyləri xüsusən fərqlənir, gümüş əşyalar qızılla bəzədilirdi. Zərgərlik işində ştamplama geniş 

yayılmışdı. Emal bəzəklər özlərinin incə naxışları ilə diqqəti cəlb edirdi. Qızıl bəzəklər ağ 

emalın  fonunda  qırmızı,  yaşıl  və  göy  emalla  naxışlanır,  gümüş  əşyalarda  qrafik 

naxışaçmadan və qara emalla naxışlamadan istifadə olunurdu. Azərbaycan zərgərləri XX 

əsrin  əvvəllərində  brilyant,  zümrüd, yaqut, almaz  və s. qiymətli  daşlardan geniş  istifadə 

etməyə başladılar. 

Mis əşyalar düzəldilən sahə  nisbətən  ixtisara  düşsə  də, peşə sənətkarlığında 

hələ mühüm yer tuturdu. Onun əsas mərkəzi olan Lahıcda mis qablar istehsal edən 100-

dən artıq emalatxana var  idi

114

.  Bu  emalatxanalarda  əmək bölgüsü  mövcud  idi və ustalar 



müəyyən məhsulun hazırlanması üzrə ixtisaslaşmışdılar. Azərbaycan misgərləri 80-dən çox 

çeşiddə  mis  əşyalar  - üstü ornamentlə bəzədilmiş  dəyirmi  sandıq  və sandıqçalar, əl-üz 

yumaq  əşyaları,  mətbəxdə  və  məişətin  digər  sahələrində  işlənən  müxtəlif  qablar  və  s. 

düzəldirdilər

115



Milli  mis  qablara  tələbat  böyük  idi.  Lahıcda  istehsal  olunan  qablar  təkcə 



Azərbaycanda deyil, Gürcüstanda, Dağıstanda, Şimali Qafqazda satılır, həmçinin İran və 

Kiçik Asiya ölkələrinə ixrac olunurdu. 

Dəmir  əşyalar  istehsal  edən  ustalar  əsasən  kiçik  kənd  təsərrüfatı  əşyaları 

düzəldir,  yaxud  onları  təmir  edirdilər.  Bəzi  emalatxanalarda  kotan  və  ingilis-bolqar 

maşınları tipində dənsovuran istehsal olunurdu.  Onların dəmir  hissələri emalatxanaların 

özündə, çuqun təkərləri isə sifarişlə Bakıda hazırlanırdı. Bu növ kotanlara, həmçinin əllə 

hərəkətə gətirilən dənsovuran maşınlara tələbat böyük idi.  

Sənətkarlıqda  müəyyən  yer tutan  gil  qablar  istehsalı  sahəsi  məişətdə  lazım 

olan  əşyalara  tələbatı  ödədiyi  üçün,  demək  olar  ki,  Azərbaycanın  hər  yerində 

yayılmışdı. 

Dəri  əşyalar  istehsalı  ilə  məşğul  olan  geniş  yayılmış  peşə  sənətkarlığı 

sahəsində çalışan sənətkarlar at üçün yəhər, cilov və başqa qoşqu əşyaları, kəmər, tütün 

kisəsi,  tuluq,  saat  qabı,  tapança  qabı  -qobur  və  s.  düzəldirdilər.  Onların  hazırladıqları 

tumaclar, gön məhsulları məşhur idi. Özünün xüsusi ştampı və markası olan Bakı və Lahıc 

tumacı İran tumacı kimi məşhur olub, bütün Qafqazda yayılmışdı. 

Abşeron  və  Bakı  şəraitində  minik  vasitələrinin  istehsalı  və  təmiri  mühüm 




 

 

36 



əhəmiyyətə  malik  idi.  XX  əsrin  əvvəllərində  Bakı  və  onun  ətrafında  bu  sənət 

sahəsində 500-dən çox usta çalışırdı. 

Başqa sənətkarlıq növlərindən biri  bədii  ipək  malların  istehsalı  idi.  Bu  sənət 

sahəsinin mühüm mərkəzləri Şamaxı qəzasında öz zərifliyi və rəngarəngliyi  ilə heyrət 

doğuran kəlağayı, ipək yorğan üzü, cecim,  Gəncə qəzasında kəlağayı, Nuxa qəzasında 

mü xtəlif  çəkili,  naxışlı  tikililər,  Qarabağda,  xüsusən  Ləmbəran  kəndində  müxtəlif, 

çoxrəngli  və  incəşəkilli  ipək  xalçalar  toxunurdu.  Bədii  ipək  mallar  toxuma  sənətinin 

mühüm mərkəzi Basqal kəndi idi. Burada 1800 dəzgahda 900 sənətkar çalışır, ildə 1,8 

mln ədəd ipək baş örtüyü toxuyurdular ki, onların qiyməti 1,6 mln. rubla bərabər idi. 

Beləliklə,  XX  yüzilliyin  əvvəllərində  xalçaçılıq,  zərgərlik  və  ağacişləmə 

sənətkarlığı  sahələri  in kişaf  edir,  fabrik-zavod  istehsalının  genişlənməsi  ilə 

əlaqədar  olaraq   mis,  dulusçuluq  sənət  sahəsi  geriləyir,  pambıq  parça  məhsulları, 

silah istehsalı sahələri isə aradan çıxırdı. 

Sənətkarlıq  istehsalı,  əsasən,  xırda  əmtəə  xarakterli  idi.  1913-cü  ildə 

Azərbaycanda 63699 sənətkar usta var idi. On ların sırasına  mövsümü sənətkarlar, 

məsələn,  250  mindən artıq  xalçato xuyanlar daxil deyildi.  Daimi sənətkar ustaların 

çoxu  sayı  100  minə çatan  mu zdlu  fəhlə qüvvəsindən istifadə edirdi. Manufaktura 

səviyyəsinə  yüksələn  sənət  sahələri  də  var  id i.  Məsələn,  Gəncədə  15  sahibkar-

sənətkarın  200  ipəkto xuyan  dəzgahı,  200  mu zd lu  toxucu  ustası  və  300 -ə  qədər 

şagirdi var idi. 

Ümu miyyətlə,  A zərbaycanda  ildə  25  mln  rubl  dəyərində  sənətkarlıq 

malları istehsal olunurdu. 

 

 

 



 

 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin