Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə4/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   2   3   4   5   6   7   8   9   ...   72
§ 2. NEFT SƏNAYESİNİN VƏZİYYƏTİ 

 

XX  əsrin  başlanğıcında  Azərbaycanın  neft  sənayesi  inkişaf  sürətinə  və 



məhsul  istehsalına  görə,  dünyada  birinci  yerə  çıxd ı.  O,  1901 -ci  ildə  dünyada 

istehsal  olunan  neftin  yarısından  çoxunu  (672  mln  pud)  və  Rusiyada  istehsal 

olunan  neftin  95  faizini  verdi.  Lakin  tezliklə  sənaye  1900-1903-cü  illər  dünya 

iqtisadi böhranının zərbələrinə məru z qald ı. 

Böhran  cəmiyyətdəki  bütün  daxili  əksliklərin  qeyri-ad i  kəskinləşməsi 

şəraitində  baş  verdi.  Ölkən in  iqtisadi  quruluşunda  sənaye  inkişafın ın  ən  yeni 

formaları  və  qabaqcıl  texnika  ü mu mi  inkişaf  səviyyəsinə  görə  geri  qalmış  kənd 

təsərrüfatı ilə çulğaşırd ı. 

1900-1903-cü illə rdə dünyanın bazar iqtisadiyyatı ölkə lərini bürü müş ifrat 

istehsal böhranı  Rusiyada daha güclü  idi.  Çünki  Rusiya  iqtisadiyyatına təsir edən 

səbəblərdən  biri  kimi  özünəməxsus  xüsusiyyətləri  olan  neft  sənayesi  təkcə  xarici 

kapital  axını  ilə  deyil,  həm  də  Avropa  və  Şərq  bazarlarına  neft  ixracı  ilə  dünya 

təsərrüfatına  sıx  bağlı  id i.  Ona  görə  də  Rusiyada  sonralar  sənayeni  əhatə  etmiş 

1899-cu  il böhranının təsiri Avropa ölkələ rində  istehsalın ixt isarına səbəb oldu və 

ölkənin  ö z  məhsullarını  daha  ço x  dünya  bazarlarına  ixrac  edən  neft  sənayesində 

ciddi və ağır nəticələr törətdi. 

Azərbaycanda  sənaye böhranının  xüsusiyyəti  ondan  ib arət  idi  ki,  o,  neft 

sənayesinə  başqa  sənaye  sahələrinə  nisbətən  gec,  lakin  ço x  güclü  təsir  etmişdi. 

Böhranın ilk nişanələri özünü 1901-ci  ilin əvvəllərində büruzə verdi və aydın oldu 

ki, neft və neft məhsullarına tələb azalmışdır. Həmin il martın 1-də Bakıda 86 mln. 

pudu  neft  qalıqları,  46  mln.  pudu  xam  neft  və  26  mln.  pudu  ağ  neft  olan

10 


duru 

yanacaq yığılıb  qalmışdı.  160  mln.  puda  qədər  neft  ehtiyatının  olması  və  satışın, 

demək olar ki, dayandırılması Bakı neft b irjasında böyük təşvişə səbəb olmuşdu. 

Da xili baza ra tə ləbatdan xeyli artıq  neft ç ıxa rıldığ ı ü çün 1901-ci ildə  onun 

qiyməti əvvəlki illərə nisbətən 48,3 faiz aşağı düşdü. Ağ neft isə o qədər ucuzlaşdı 



 

 

20 



ki,  artıq  1902-ci  ilin  yazında  xam  neft  qiy mətinə  satıldı.  Ümu miyyətlə,  böhran 

illərində Bakıda xam neftin qiy məti 2,3, ağ neftin qiy məti isə 3,4 dəfə azald ı

11

. Bu, 


bir  tərəfdən,  böhranın  dərin liy inə,  digər  tərəfdən  isə  qiy mətlərin  əvvəlki  illərdə 

şişirdild iyinə dəlalət edirdi. 

1902-ci ildə böhran özünü neft sənayesinin bütün sahələrində  -qazma, hasilat 

və emalın xeyli azalmasında, kəşfiyyat işlərinin ixtisara düşməsində, dayanan quyuların 

çoxalmasında büruzə verdi. Əgər 1900-cü ildə 83,1  min sajen quyu qazılmışdısa, bu 

rəqəm 1902-ci ildə 40,2 min

12

 sajenə enərək iki dəfədən çox aza ldı. Hər il qazılan yeni 



buruqların sayı 1901-ci  ildə 98, 1902-ci  ilin sonunda isə 74 ədəd əskildi. 1900-cü ildə 

fəaliyyətdə  olan  1710  quyunun  sayı  1902-ci  ildə  1202-yə,  1903-cü  ildə  isə  817-yə 

endi

13

.  İl  boyu  fasilələrlə  işləyən  buruqlar  1903-cü  ildə  bütün  buruqların  yarısını 



təşkil ed irdi. 

Buruqların azalması  neft  hasilatına  təsirsiz  qalmadı.  1902-ci  il-də  636,5  mln 

pud

14

 neft hasil edilmişdi ki, bu da 1901-ci ilə nisbətən 35,5 mln pud az idi. 1903-cü ildə 



isə daha az - 596,9 mln pud

15 


neft çıxarılmışdı. 

Böhran neft hasilatı və emalı ilə  məşğul olan firmaların vəziyyətinə də ciddi 

təsir göstərirdi. Onların 1901-ci ildə 171-dən 146-sı, 1902-ci ildə 167-dən 139-u, 1903-

cü ildə 170-dən 136-sı

16

 neft çıxarmaqla məşğul ola bilmişdi. 



Böhranın xarici ölkə bazarlarından güclü surətdə asılı olan ağ neft istehsalına 

təsiri  daha qüvvətli  idi.  1903-cü  ildə  neft  emalı  zavodlarından  78-i  işləyirdi.  Onların 

istehsal  etdiyi  məhsullara  gəldikdə  isə  böhranın  təsiri  yalnız  sürtkü  yağları 

istehsalından  yan  keçmişdi.  Bazarda  həmin  məhsullara  tələbatın  sabit  qalması  ilə 

əlaqədar olaraq onların istehsalı hətta bir qədər də artmışdı. Ağ neft istehsalı isə azalmış 

və 1903-cü ildə 1901-ci ilə nisbətən 7,8 mln rublluq az ağ neft istehsal edilmişdi. 

Neft  istehsalı  səviyyəsinin  daxili  bazarın  tələblərinə  uyğun  gəlməsinə 

baxmayaraq, neft məhsulları ixracı bir qədər artmışdı. Belə ki, onların həcmi  1901-ci 

ildə  488,2  mln  pud  idisə,  1903-cü  ildə  494  mln  pud

17

 olmuş  və  onun  illərə  uyğun 



olaraq 383,3 və 386,3 mln. pudu dəniz, 101,9 və 105 mln pudu

18

 dəmir yol nəqliyyatı va-



sitəsilə  nəql  edilmişdi.  Belə  ixrac  ona gətirib  çıxarmışdı  ki,  Volqa  boyunda olan neft 

anbarları dolmuş və neft məhsullarının satışı xeyli çətinləşmişdi. Belə ki, neft qalıqları və ağ 

neft satışı 1902-ci ildə 79,4 mln rubldan 37 mln rubla

19

 enərək iki dəfədən çox azalmışdı. 



İri  firmalar  Rusiyada  itirdiklərinin  əvəzini  xaricə  ixracı  artırmaqla  çıxmağa 

çalışırdılar.  Onlar  1900-cü  ildə  Avropaya  32  mln.  pud,  Şərqə  isə  43  mln  pud  neft 

məhsulları ixrac etmişdilər. 1903-cü ildə bu ixrac Avropaya 52,5, Şərqə isə 58,7 mln. pud 

oldu


20

1903-cü ildə ixracın artmasının başlıca səbəbi qiymətlərin, 1900-cü il səviyyəsinə 



çatmasa  da,  artması  idi.  Lakin  neft  və  neft  məhsulları  ixracından  gələn  gəlir  Bakı 

istehsalçılarına  çatmırdı,  çünki  kiçik  və  orta  müəssisələr birləşib  təşkilatlanmadıqlarına 

görə öz məhsullarını iri fırmalara təhvil verməli olurdu. Öz mədənlərində neft çıxarılmasını 

təmin edən, geniş neft anbarları olan "Nobel qardaşları", "Kaspi-Qara dəniz cəmiyyəti", 

"Kaspi şirkəti" və s. kimi qüdrətli firmalar öz artıq məhsulunu sa xlamağa imkanı olmayan 



 

 

21 



sənayeçilərin  neftini  ucuz  qiymətə  alırdı.  Bakıdan  Britaniya  konsulu  yazırdı  ki,  "O  iri 

firmalar  böyük  qazanc  götürürdülər  ki,  onlar  Rusiyada  və  xaricdə  ağ  neftin  və  maye 

yanacağın satışına nəzarət edird ilər". 

Sənaye böhranından narahat olan çar hökuməti durğunluğu ləğv edə bilməsə də, 

onu  zəiflətmək  üçün  özü  vacib  saydığı  tədbirləri  görürdü.  Bakıya  maliyyə  nazirliyinin 

xüsusi tapşırıqlar üzrə məmuru S.İ.Gülüşambarov ezam edilmişdi. 0,1901-ci il iyunun 15-

18-də  neft  məhsullarının  ixracı  və  xarici  ticarətdə  onların  qiymətlərinin  tərəddüdü  ilə 

yaranmış  şəraitlə  əlaqədar  neft  sənayeçiləri,  zavod  sahibləri  və  yerli  dövlət  idarələri 

nümayəndələrinin  yığıncağını  keçirdi

21

.  Hökumət  neft  sənayeçilərinin  bəzi  tələblərini 



ödədi.  Məsələn,  neftverən  torpaqlardan  alınan  icarə  haqqını  30  faiz  azaltdı

22

,  bəzi 



sahibkarlara borc pul verdi  və s.  Lakin hökumətin  bu  köməyi böhranın neft sənayesinin 

inkişafına göstərdiyi təzyiqi lazımi qədər azalda bilmədi. 

Neftin  qiymətinin  qeyri-sabitliyi  böhran  dövrü  çətinliklərindən  mövqelərini 

möhkəmləndirmək üçün istifadə etməyə çalışan iri firmaların təqsiri üzündən baş verirdi. 

1901-ci  ildə  Qafqaz  inzibati  idarələrinin nümayəndələri  qeyd  edirdilər  ki,  neftin  bazar 

qiymətlərinə "neft sənayesində inhisarlar yaradanların təsir payı az deyildi"

23



Hələ  1900-cü  ilin   əvvəllərində  "Nobel  qardaşları"  şirkəti  və  Rotşildin 



"Mazut"  cəmiyyəti  kartel  müqaviləsi  bağlamışdı  ("Nobmazut").  Hər  iki  firma  neft 

məhsulları satışını tam inhisara almaq və yüksək gəlir götürmək üçün daxili bazarlarda 

bir-biri ilə razılaşdırılmış ticarət siyasəti yürütməyi öz üzərlərinə götürürdülər. 1900-cü 

ildə neft istehsalının 21 və neft ixracının isə 40 faizi onların payına düşürdü

24

. 1901-ci 



ildə isə Xəzər dənizi vasitəsilə Rusiyanın daxili quberniyalarına ixrac olunan ağ neftin 57, 

ağır neft yanacağının 43,5 və sürtkü yağlarının 67,5 faizi də Nobel və Rotşild firmalarına 

məxsus idi

25



Nobellə  Rotşild  rus  ağ  neftini  xarici  bazarlara  ixrac  etmək  üçün  də  öz 

qüvvələrini birləşdirmişdilər. Onlar 1900-cü ildə ingilis dilində aparılacaq bütün işləri 

görəcək  "Konsolireyted  petroliu m  ənd  K°"  kompaniyasını  yaratmaq  barədə  razılığa 

gəldilər


26

.  Tezliklə  kompaniya  Rokfellerlə  ingilis  bazarını  bölmək  barəsində  müqavilə 

bağladı. Bu müqaviləyə görə, Rokfeller ingilis bazarına ağ neftin 60, rus ixracçıları isə 40 

faizini çıxarmalı idilər

27



1901-ci  ildə  Nobel-Rotşild  qrupuna  qarşı  "Ağ  neft-yağ  istehsalı  şirkəti" 



("Tokamp") yaradıldı. Öz tərkibinə "A.İ.Mantaşov və K°" və "Kaspi şirkəti"ni daxil etmiş 

bu  yeni  birlik  rus  müəssisələri  kimi  yaransa  da,  əslində  ingilis  maliyyəsinin  nəzarəti 

altında  idi

28

.  Birlik  öz  qarşısına  mühüm  vəzifə  olaraq, ağ  neft  ixracını  ələ  keçirməklə 



yanaşı, daxili ticarətdə iştirak etməyi və neft istehsalı üzərində nəzarəti ələ keçirməyi 

qoymuşdu. Odur ki, "Tokamp" "Nobmazut"  karteli üçün  ciddi  rəqib  idi.  Lakin  Nobel 

ingilis  sahibkarları  ilə  Almaniyada  ağ  neftlə  birgə  ticarət  etmək  haqqında  saziş 

bağlamaqla, "Tokamp"ı xey li neytrallaşdırd ı. 

Böhran  illərində  ixrac  məsələsi  iri  firmaların  rəqabətinə  davam  gətirə 

bilməyən  orta  və  kiçik  firmalar  üçün  ölüm-dirim  məsələsi  idi.  Onlar  rəqabətə  qarşı 

durmaq  üçün  ixrac  sindikatı  yaratmağın  layihəsini  hazırladılar.  Hökumət  əvvəlcə  bu 



 

 

22 



ideyaya müsbət münasibət göstərdi. "Bakı ağ neft zavodçularının ittifaqı" tipli sindikat 

yaratmaq  məsələsi  1901-ci  ilin  sonunda  Bakı  neft  sənayeçilərinin  XVI  qurultayında 

müzakirə  olundu.  Qurultay  seçilmiş  komissiyaya  sindikat  müqaviləsinin  layihəsini 

hazırlamağı tapşırdı. İri fırmalar sindikat yaradılmasına etiraz etmədilər. 

1902-ci  ilin  iyununda  Peterburqda  "Nobel  qardaşları",  "Kaspi-Qara  dəniz 

cəmiyyəti", "A.İ.Mantaşov və  K°", "Kaspi şirkəti", "Ağ  neft-yağ  istehsalı  şirkəti"  və 

başqa  firmaların  iştirakı  ilə  ko missiyanın  iclası  keçirildi.  Burada  ixrac  birliyinin 

yaradılması sahəsində görülmüş işlər barəsində komissiyanın məruzəsi dinlənildi. Lakin 

mü zakirələr  zamanı  firmalar  arasında  üzə  çıxan  fikir  ayrılığı  və  başqa  səbəblər 

ümumi nəticəyə gəlməyə mane oldu. Hökumət də münasibətini dəyişib ixrac sindikatı 

yaradılması ideyasını müdafiə etmədi. 

Rəqiblərini  neytrallaşdırmaq  məqsədi  ilə  Nobel  Amerikanın  "Standart  oyl 

və  K°"   ko mpaniyası,  Rotşild  isə  ingilis  -  holland  tresti  "Şell"  ilə  möhkəm  əlaqə 

yaratdılar. Nobellə ittifaq Rokfeller üçün daha əhəmiyyətli idi. 1902-ci  ildə "Standart 

oyl  və  K°"nın  Avropada  olan  bütün  filiallarə  Nobellə  bağlanmış,  vaxtı  bitən  mü-

qavilələrinin  möhlətinin  beş  il  də  uzatdılar.  Almaniyada  Rokfellerlə  Nobel  arasında 

"təsir dairələri"ni bölmək barəsində müqavilə imzalandı. 

Neft sənayesi birliklərinin yaradılması və uğurlu fəaliyyəti is tehsalın yüksək 

dərəcədə  təmərkü zləşməsi  bünövrəsi  üzərində  mümkün  idi.  XX  əsrin  əvvəllərində 

Azərbaycan  neft  sənayesi  özünün  təmərküzləşmə  və  kap italın   mərkəzləşmə 

səviyyəsinə  görə  dünyada  qabaqcıl  yerlərdən  birini  tuturdu.  Böhran  neft  sənayesin -

dəki  təmərkü zləşmə  prosesini  daha  da  gücləndirdi  və  dərinləşdirdi,  eyni  zamanda 

maliyyə və texniki cəhətdən zəif olan müəssisələri iflasa uğratdı. Bir çox orta və kiçik 

müəssisənin  iflasa  uğradığı  və  təmərküzləşmə  meyillərin in  gücləndiyi  şəraitdə 

istehsalı və texniki təchizatı yaxşı təşkil edilmiş müəssisələr daha davamlı olurdular. 

Təmərkü zləşmə  prosesinin  xarakterik  xüsusiyyətlərindən  biri  iri 

müəssisələrlə  orta  və  kiçik  müəssisələr  kütləsinin  arasındakı  qeyri-bərabərlik  idisə, 

digəri  də  iri  müəssisələr  içərisində  əllərində  neft  məhsullarının  istehsalı  və  satışını 

cəmləşdirmiş nəhənglərin ayrılması və seçilməsi idi. Onların sırasına daxil olan "Nobel 

qardaşları",  "Kaspi-Qara  dəniz  cəmiyyəti"  və  "A.İ.Mantaşov  və  K°"  firmalarının 

payına  1901-ci  ildə  Bakı  rayonunda  çıxarılmış  neftin  dörddə  bir  hissəsindən  çoxu 

düşürdü.  1903-cü  ildə  -  böhranın  son  ilində  isə  153  neft  sənayesi  firmasından  10 

firmanın hər biri 20 mln. puddan çox neft istehsal edirdi. Onların cəmi 2,6 faizini təşkil 

edən  dörd  ən  irisi  -  Nobel,  Mantaşov  firmaları,  "Kaspi-Qara  dəniz  cəmiyyəti"  və 

"Kaspi" şirkəti 189,9 mln pud neft çıxarmış dılar ki, bu da həmin il hasil olunmuş neftin 

31,8 faizi idi

29



Neft emalı sənayesi sahəsində də eyni mənzərə nəzərə çarpırdı.  Kifayət qədər 



azad kapitalı, lazımi texniki təchizatı və neft anbarları olmayan bütün kiçik zavodlar iri 

sahibkarların  mülkiyyətinə  keçirdi.  Təkcə  "Tokamp"  firması  1901-1902-ci  illərdə 

"Qafqaz" cəmiyyətinin iki, "Bakı-Rus cəmiyyəti"nin bir, Rus neftini və maye yanacağı 

çıxaran  cəmiyyətin  iki  zavodunu  və  bir  stansiyasını  ələ  keçirmiş di

30

.  1900-cü  ildə 




 

 

23 



fəaliyyət göstərən 53 zavoddan 6 ən irisi bütün istehsal olunmuş ağ neftin 44 faizini, təkcə 

"Nobel qardaşları" firması isə 22 faizdən ço xunu vermişdi

31



İri  firmalar  neft  məhsullarının  ixracı  və  ticarəti  sahəsində  daha  böyük 



üstünlüklər  əldə etmişdilər. Məsələn,  1901-ci  ildə  Batumi  vasitəsilə  ixrac olunmuş  74,4 

mln pud ağ  neftdən  51,9  mln pudu, yaxud 69,7  faizi  üç  firmanın  - "Nobel  qardaşları", 

"Kaspi-Qara dəniz şirkəti" və "A.İ.Mantaşov və K°" cəmiyyətinin payına düşürdü

32



Böhran  illərində  neft  məhsullarının  ixracı  üçün  lazım  olan  nəqliyyat 

vasitələrinin sahibləri də  birləşməyə  çalışırdılar.  1902-ci  ildə  7,4  min  pud tutumu olan 

yelkənli  gəmi  var  idi.  Tağıyev,  Bünyadov,  Aşurov,  Hüseynov  və  Tumayev  qardaşları 

kimi  iri  gəmi  sahibləri  1903-cü  ildə sindikat  müqaviləsi  bağladılar və  onların bu birliyi 

sonralar "Maye daşıyan gəmi-raketlərinin ittifaqı" adlandı. 

İstehsalın təmərküzləşməsi və kapitalın mərkəzləşməsi neft sənayesində bank 

kapitalının fəaliyyəti ilə sıx bağlı idi. Bank kapitalı ilə neft sənaye kapitalının qovuşması 

neft sənayesində  maliyyə  kapitalının  ağalığına gətirib  çıxarırdı.  Neft  kompaniyalarının 

əlaqələri Peterburq beynəlxalq kommersiya bankı, Rus xarici ticarət bankı və Volqa-Kama 

kommersiya bankı ilə daha sıx idi. Neft sənaye müəssisələri ilə əlaqələri genişləndirmiş 

banklar əslində onların bütün fəaliyyətinə nəzarət ed ird i. 

Bakı neft sənayesi firmalarının ölkənin iqtisadiyyatında əhəmiyyətli yer tutması 

maliyyə-sənaye  maqnatlarının  dövlət  aparatı  ilə  ittifaqına  gətirib  çıxarır,  çar 

mütləqiyyəti  iri  kapitalın  qüdrətinin  artması  ilə  hesablaşmalı  olurdu.  Bu  isə  çar 

Rusiyasının iqtisadi və siyasi dairələrini maliyyə oliqarxiyasından asılı vəziyyətə salırdı. 

Bakıya  xarici  kapital  axını  böhran  illərində  xeyli  ixtisara düşdü.  Lakin  onun 

mövqeyi  hələ  də  çox  güclü  olaraq  qalırdı.  Belə  ki,  1902-ci  ildə  Azərbaycan  neft 

sənayesində  xarici  kapitalın payı ona qoyulmuş bütün  kapitalın  30  faizə qədərini təşkil 

edirdi

33



Azərbaycan  neft  sənayesinə  qoyulmuş  aksioner  (səhm)  kapitalın  ümumi 

məbləğində  ingilis  kapitalı  mühüm yer tuturdu.  1903-cü  ildə  Rusiyanın  225,3  mln  rubl 

kapitalı  olan  73  neft  müəssisəsində  onun  xüsusi  çəkisi  85,7  mln  rubla

34

  bərabər  idi. 



Müvafiq olaraq, Bakı rayonunda 60 mln rubl kapitalı olan 12 ingilis cəmiyyəti fəaliyyət 

göstərirdi

35



Amerikan  maliyyə  kapitalı  nümayəndələrinin  Bakı  neftini  ələ  keçirmək  üçün 



atdığı  yeni  addımlar  da  bu  dövrə  aiddir.  1903-cü  il  oktyabrın  31-də  ingilis  jurnalı 

"Petrolium  revyu"da "Standart  oyl  və  K°"  kompaniyasının  Rusiya  neft sənayesində 

iştirakının  layihəsi  dərc olunmuşdu

36

.  Bu  layihədə  amerikanlar  Peterburqda olan  iki, 



yaxud  üç  rus  bank  idarəsinin  köməyi  ilə  Rusiyada  bütün  neft  istehsalının  üçdə  bir 

hissəsini  ələ  keçirmək  ideyasını  irəli  sürürdülər.  Lakin  bu  ideya  Bakının  başqa  iri 

firmalarını  öz  tərəfinə  çəkə  bilmiş  Rotşild  firmasının  müqavimətinə  rast  gəldi.  Həmin 

layihə  həyata  keçmədi,  lakin amerikan  kapitalının  Bakı neftini  ələ  keçirmək  cəhdləri  də 

dayandırılmad ı. 

Böhran vəziyyətinə baxmayaraq, neft sənayesi müəssisələri hələ də mənfəətlə 

işləyirdi.  "Nobel  qardaşları"  firması  "Kaspi-Qara  dəniz  cəmiyyəti",  "Bakı  neft 



 

 

24 



cəmiyyəti",  "Neft"  rus  şirkətləri  20-37  faiz  və  daha  çox  gəlir  götürürdülər

37

.  Neft 



firmaları belə böyük gəliri təkcə neftverən torpaqlardan istifadəni və istehsalı artırmaqla 

deyil,  mü xtəlif  bərpa  əməliyyatları  hesabına  da  əldə  edirdilər.  Onlar  texniki 

təkmilləşdirməyə  əlavə  xərc  qoymaqdan  qaçırdılar.  Bu  isə  neft  sənayesində  əmək 

məhsuldarlığının aşağı düşməsinə səbəb olurdu. 

Beləliklə, XX əsrin lap başlanğıcında Azərbaycan neft sənayesi dünya iqtisadi 

böhranının  zərbələrinə  məru z  qaldı  və  nəticədə  1901-ci  il  səviyyəsinə çata bilmədi. 

Azərbaycanın neft istehsalı getdikcə dərinləşən iflasa uğradı, onu bu vəziyyətdən heç bir 

qüvvə və vəsait çıxara b ilmədi. 

XX əsrin əvvəllərində baş vermiş hadisələr - Rusiya-Yaponiya müharibəsi və 

1905-1907-ci illərdə  xalq kütlələrinin çıxışları neft sənayesinin getdikcə artmaqda olan 

düşkünləşməsini daha da dərinləşdirdi. Müharibə neft sənayesinin istehsal göstəricilərinin 

ixtisara düşməsinə səbəb oldu. Ağ neftin Sibir bazarına göndərilməsi dayandırıldı, bu isə 

bir sıra zavodun bağlanmasına gətirib çıxardı. Müharibə çarizmin siyasi gücsüzlüyünü də 

nümayiş  etdirdi.  Mütləqiyyətin  maliyyəsi  iflas  dərəcəsinə  çatdı.  Xarici  banklar  hətta 

qısamüddətli borc verməkdən imtina etdilər. 

Rusiyada  güclənməkdə  olan  xalq  -  azadlıq  hərəkatı  Qərb  ölkələrini  narahat 

etməyə  başladı.  Rusiya  sənayesinə  kapital  qoyuluşu  xeyli  zəiflədi.  1905-ci  ilin 

erməni-müsəlman qırğ ını da bu işdə  mühüm rol oynadı, neft mədənlərinin dağıdılması 

və yandırılmasına gətirib çıxardı. 1905-ci ildə neft istehsalı 200 mln puda endi

38



Neft  sənayeçiləri  mədənləri  xəzinə  hesabına  bərpa  etməyə  çalışırdılar.  Çar 

hökuməti  neft burjuaziyasının tələblərini ödəməyi  lazım  bildiyi  üçün  Nazirlər  Komitəsi 

1905-ci  il  noyabrın  11-də  onlara  borc  verməyi  qərara  aldı  və  xəzinədən  20  mln  manat 

ayırmalı oldu

39



Qeyd edilən şərait nəticəsində Azərbaycan neft sənayesi ağır və  uzunmüddətli 



iqtisadi tənəzzülə  məruz qaldı.  1900-1903-cü illər böhranından sonra neft sənayesində 

əsas  inkişaf  istiqaməti  buruqların  ixtisara  düşməsi,  neft  istehsalı  və  ixracının  getdikcə 

azalması ilə müəyyənləşdi. Qazma işləri daha çox gerilədi. 1909-cu ildə aparılmış qazma 

işlərinin həcmi  1904-cü  ildəki  62,3  mln  sajendən  51,7  mln  sajenə endi

40

.  Eyni səbəb 



üzündən yeni quyuların buruq üsulu ilə qazılması da azaldı. Əgər 1901-1905-ci  illərdə 

1152 yeni quyu qazılmışdısa, sonrakı beş ildə onların sayı 1007-yə düşdü

41



Qazma  işlərinin  azalması neft  çıxarılmasına  təsirsiz  qalmadı.  Təkcə  1904-cü 



ildə 614,7 mln puda çatan neft hasilatı aşağı düşməyə başladı və 1908-ci ildə 467  mln 

pud oldu. 

Neft  emalı  sənayesində  də  çətin vəziyyət  yarandı.  1909-cu  ildə  fəaliyyətdə 

olan  zavodların sayı  1904-cü  ildəki  51-dən  28-ə,  ağ neft  və  ağ neft-yağ  istehsal  edən 

zavodların sayı isə 1904-cü ildəki 44-dən 19-a endi. Ağ neftin 1904-cü ildə 145,4 mln puda 

çatan  istehsalı sonrakı  illərdə  orta hesabla  ildə  90  mln  pud oldu.  Bu vəziyyət  istehlak 

tələbatını  yüksək  səviyyədə  saxlamaqla  daxili  neft  bazarını  süni  su rətdə  daraltmaq 

siyasəti ilə bağlı idi. 

Neft  sənayesi  məhsullarının  qiymət  və  istehsal  artımları  bir-birinə  uyğun 



 

 

25 



gəlmirdi.  1904-1907-ci  illərdə  də  hər  il  istehsal  edilən  neftin qiyməti  180  faiz  artdı, 

çıxarılma həcmi isə 26,7 faiz azaldı. İstehsal olunan neft məhsullarının da qiyməti 86 faiz 

artdısa da, istehsal həcmi 24,3 faiz azaldı

42

. Bu, 1900-1903-cü illərdə qiymətlərin xeyli 



aşağı  düşməsi  ilə  bağlı  idi  (xam  neftin  bir  pudunun  qiyməti  15,9  qəpikdən  9  qəpiyə 

enmişdi).  Sonrakı  illərdə  dünya  iqtisadiyyatının  təsiri  altında  qiymətlərdə  dəyişiklik 

yarandı.  1904-1909-cu  illərdə  daxili  bazarda  neftin  qiyməti  artdı  (bir  pudu  14,6 

qəpikdən  21  qəpiyə qədər).  Bir  çox  istehlakçılar  nisbətən  ucuz  yanacağa  -  kömür  və 

oduna keçməyə məcbur oldular. Belə ki, 1904-cü ildə Baltikyanı ölkələrdə 20,7  mln 

pud neftdən istifadə edilmişdisə, 1907-ci ildə bu, 7,4 mln puda endi. Neftdən istifadə 

1907-ci  ildə  mərkəzi  sənaye  rayonlarında  1903-cü  ilə  nisbətən  27,9  mln  pud,  dəmir 

yolunda isə 1904-cü ilə nisbətən 35 mln  pud azald ı

43



Neft sənayesi sahibləri qarşısında iki yol dururdu: ya neftin qiymətini azaltmaq, 



ya da  bir-birinin  ardınca bazarları  itirmək.  1908-ci  ildə  neftin qiyməti  müəyyən  qədər 

düşdü və buna görə istehlakçılar neft yanacağına keçməyə başladılar. 

Qiymətlərin  düşməsi uzun  çəkmədi  və  1910-cu  ildə başa  çatdı.  1911-ci  ildə 

neft sənayesi kompaniyaları yenidən qiymətləri qaldırmağa nail oldular. Neftin qiymətini 

planlı  şəkildə  artırmaq  güclü  firmalara  neft  ehtiyatı  yığmaq,  zəif  firmaları  onlarla 

uzunmüddətli müqavilələr bağlayaraq, nefti ucuz qiymətə satmağa vadar etmək imkanı 

yaratdı. 

1909-cu  ildə  Ümu mrusiya  sənaye  yüksəlişinin  başlandığı  vaxtda  neft 

istehsalının  azalması  nadir  hal  idi.  Neft sənayesinin  xüsusiyyəti  onda  idi  ki,  geriləmə 

sənayenin bütün sahələrini əhatə etmirdi. 

1903-1904-cü  illərdə  azalmış  qazma  işinin  həcmi  1913-cü  ilə  qədər  xeyli 

artdı. 1911-ci ildə dörd mühüm sahədə 44,8 min sajen, 1913-cü ildə isə 65,1 min sajen,

44

 

qazıntı aparılmışdı, həmin illərə müvafiq olaraq, qazılmaqda olan quyuların sayı 387 və 



602,  dərinləşdirilən quyuların sayı  isə  414  və  362  olmuşdu

45

.  Neft sahibkarları  ölkədə 



neft "aclığı" yarandığı bir şəraitdə daha çox vaxt və xərc tələb edən dərin buruqlar yox, 

neft  layı  üzdə olan yerlərdə dayaz  quyular qazılmasına üstünlük  verir,  ancaq  mövcud 

fonddan da lazımi səviyyədə istifadə etmirdilər. 1913-cü ildə hazır quyular fondundan 

yalnız 48 faizi istis marda idi. 

Neftin  qiyməti  yüksək  olduğundan  müharibəqabağı  illərdə  quyu  üsulu  ilə 

(kustar) neft istehsalı yayılmağa başladı. Bu üsulla çıxarılan 40 mln  pud (1910- cu ildə 6 

mln pud, 1912-ci ildə  15  mln pud, 1913-cü ildə isə 19 mln pud)

46

 neftin  xüsusi çəkisi 



böyük olmasa da, qiymətlərə müəyyən təsir göstərirdi. Buna görə də iri firmalar kustar 

neft çıxaranlarla amansız mübarizə aparırd ılar. 

Buruq qazıma işlərinin zəifləməsi neft, istehsalının azalmasına səbəb oldu. Bir 

də  köhnə  neft  sahələrində  istehsalın  azalması  yeni  sahələrdəki  artımdan  daha  sürətlə 

gedirdi. 1910-cu ildə 499 mln pud, 1913-cü ildə isə 449,9 mln pud

47

 neft çıxarılmışdı, yəni 



hasilat 50 mln pud azalmış və Azərbaycanın xüsusi çəkisi Ümumrusiya miqyasında aşağı 

düşmüşdü. Bütün Rusiya imperiyasında istehsal olunmuş neftin 1910-cu ildə 87,7, 1913-cü 

ildə isə 79,6 faizini vermiş Azərbaycanda neft istehsalı 1901-ci ilə nisbətən 1913-cü ildə 



 

 

26 



33,2 faiz, yəni üçdə bir dəfə azalmışdı. 

Bu  azalma  dünya  neft  istehsalında  Rusiyanın  xüsusi  çəkisinin  aşağı 

düşməsinə  səbəb  oldu.  Əgər  1901-ci  ildə  dünya  neft  istehsalında  Rusiyanın  payı  51, 

ABŞ-ın payı 43 faiz idisə, 1910-cu ildə Rusiyanın payı 22 faizə enmiş, ABŞ-ın payı isə 62 

faizə qalxmışdı

48



Müharibə ərəfəsi illərdə neft məhsullarının istehsalı da aşağı düşməkdə davam 

edərək,  1910-cu  ildə  362  mln  pud,  1913-cü  ildə  isə  326,4  mln  pud olmuşdu.  İstehsal 

olunmuş məhsulların nisbəti baxımından neft emalı sənayesində dəyişikliklər baş verirdi. 

Ağ neftin 1910-cu ildə 22,3 faiz, 1913-cü ildə isə 25,1 faiz (və sürtkü yağları-4,3 faizdən 

5 faizə qədər) istehsalının bir qədər artmasına baxmayaraq, zavodların istehsalında əsas 

yeri neft qalıqları istehsalı (1910-cu ildə 68,5 faiz, 1913-cü ildə 61,7 faiz)

49

 tuturdu. Bu, 



müharibə ərəfəsində "mazut" səciyyəsi daşıyan neft emalı sənayesinin texniki əsas larının 

geri qald ığını göstərirdi. 

Zavodlann sayı  1913-cü  ildə  1910-cu  ildəki  64-dən  54-ə  endi

50

, onlardan  isə 



cəmi  30-u  fəaliyyətdə  idi.  Neft emalı  zavodlarının  istehsal gücü neft  istehsalından  xeyli 

geri qalırdı. Buna görə də külli miqdarda neft ya emal olunmadan işlədilir, ya da ehtiyat 

çənlərində  saxlanırdı.  1913-cü  ildə  istehsal  olunmuş  neftin  yalnız  60  faizi  emala 

göndərilmişdi

51



1910-1913-cü illərdə Bakıda neft məhs ullarının ixracında əsaslı dəyişiklik baş 



verməmiş, 1910-cu ildə 380 mln pud, 1911-ci ildə 398 mln pud, 1913-cü ildə isə 369 mln 

pud neft məhsulları ixrac olunmuşdu

52



Müharibə  ərəfəsində  neft  ölkə  iqtisadiyyatında  getdikcə  daha  çox  əhəmiyyət 



kəsb edirdi. Lakin onun ixracı istehlakçı tələbatı yüksək olan rayonların ehtiyaclarını 

ödəmirdi.  Məsələn,  1910-cu  ildə  mərkəzi  sənaye  rayonlarına  cəmisi  62,6  mln  pud, 

1913-cü ildə isə 44,7 mln pud yanacaq nefti göndərilmişdi

53



Birinci dünya müharibəsi ərəfəsindəki "yanacaq aclığı" həm kömür, həm də 

neft azlığı ilə bağlı idi və hər birinin özünəməxsus  xüsusiyyətləri olan bu iki yanacaq 

sahəsindəki sənaye birləşmələrinin qüdrətini nümayiş etdirirdi. Ehtiyac və qiymətlərin 

artırılmasına baxmayaraq, kömür və neft hasilatının aşağı düşməsi o dövrün mətbuatında 

iki  səbəblə  izah olunurdu:  "Neft səhmləri  ilə  oyunbazlıq  edənlərin  birjada  ağalığı  və 

Rusiya neft işbazlarının qiymətləri şişirtmək siyasəti"

54



Neft sənayeçilərinin qiymətləri  qaldırması  nəticəsində,  1913-cü  ildə  1910-cu 



illə müqayisədə, Bakıda yüngül neftin pudu 15 qəpikdən 42,2 qəpiyə, mazutun pudu isə 

15,7 qəpikdən 41,4 qəpiyə qalxmış

55

, yəni təxminən üç dəfə, 1902-ci illə müqayisədə isə 



altı dəfə artmışdı. 

Qiy mətlərin yüksək olması neft firmalarının güclü gəlir mənbəyi idi. Belə ki, 

1910-cu  ildə  bütün  neft  sənayesi  kompaniyalarının  23,6  mln  rubl  olan  əsas 

kapitallarının 12,3 faizini təşkil edən gəliri  1911-ci ildə 66,4  mln rubl və 26,3 faizə, 

1913-cü  ildə isə 96,4  mln rubl və 28,7 faizə qalxdı, yəni bu müddət ərzində 4 dəfə ço-

xald ı


56

Müharibə  ərəfəsindəki  "yanacaq  aclığı"  Rusiyanın  iqtisadi  vəziyyətinə  ağır 




 

 

27 



təsir göstərdi. Ticarət və sənaye naziri etirazını bildirmək məcburiyyətində qalarkən qeyd 

etmişdi  ki,  yanacaq  qıtlığı  və  bahalığı  dövlətin  iqtisadi  inkişafında  çox  böyük 

dəyişikliklərə səbəb oldu

57



Neft və mazutun olduqca çox bahalaşması 1911-ci ildə dəmir yol nəqliyyatı 

sistemini daş kömür yanacağına keçməyə vadar etdi. Başqa istehlakçılardan fərqli olaraq, 

özünün  neft  mədənləri olan  Vladiqafqaz  dəmir  yolunun da  neft  yanacağından  imtina 

edib, daş kömürə keçməsin i xüsusi qeyd etmək lazımd ır

58



Volqaboyu  ərazilərin  iqtisadiyyatında  neft  çatışmazlığı  özünü  daha  çox 



göstərirdi.  Çünki  o,  regiondakı  sənaye və nəqliyyat  müəssisələri  üçün  həm  yanacaq, 

həm  də  yük  kimi  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Volqaboyu  rayonlardakı  sənaye 

müəssisələrinin  təkcə  neft  tələbatı  Rusiyanın  Avropa  yanacaq  balansının  56,6  faizini, 

kömürlə odun isə, müvafiq olaraq, 10 və 26 faizini təşkil edirdi

59

. Burada istehlakçıların 



vəziyyəti  bir  də  ona  görə  mürəkkəbləşdi  ki,  onların  təsərrüfatlarında  yalnız  neft 

qalıqları ilə işləyən mühərrik və buxar gəmiləri geniş yayılmışdı. 

Maraqlıdır  ki,  qiymətlərin  xeyli  qalxması  ilə  bağlı  olaraq  maye  yanacaqdan 

istifadənin  ixtisara  düşməsi  xeyli  ehtiyat  yığılması  ilə  nəticələnmişdi.  1913-cü  il 

aprelin  1-nə  olan  məlumata  görə,  daxili  bazarlarda  satılmayan  57  mln  pud  neft 

məhsulları  qalmışdı

60

.  Halbuki  1914-cü  ilin  başlanğıcına  yaxın  neft  çatışmazlığı 



üzündən 49 min fəhləsi olan 108 fabrikin istehsalı ixtisara düşmüş, üç min fəhləsi olan 

fabrik isə öz işini tamamilə dayandırmışdı

61



1913-cü  ilin  lap  başlanğıcında  maliyyə,  ticarət və sənaye nazirliklərinə  neft 



yanacağı istehlakçılarından külli miqdarda ərizə və teleqram daxil oldu. Onlarda neftin 

çox  bahalaşması  sindikat  və  trestlərin  əməlinin  nəticəsi  kimi  göstərilir  və  tədbir 

görülməsi təkid edilirdi.  Ona görə də hökumət bu məsələni 1913-cü il fevralın 13-də 

Dövlət  Dumasının  müzakirəsinə  vermək  məcburiyyətində qaldı.  Müzakirə  mülkədar 

və  burjuaziya  nümayəndələrinin  bir  hissəsi  ilə  inhisar  tərəfdarları  arasında  ciddi 

toqquşmaya səbəb oldu. Dumada baş verən mübahisə Rusiyanın iki əsas hakim qüvvə 

-mülkədarlar və sənaye-maliyyə maqnatları tərəfindən idarə olunduğunu üzə çıxa rtdı 

Təbii  ki,  neft  firmaları  ilə  sıx  bağlı  olan  çar  hökuməti  onların  fəaliyyətini 

məhdudlaşdırmaq  üçün  heç  bir  əməli  tədbir  görmədi.  Ticarət  və  sənaye  naziri  öz 

hesabatında neft sənayeçilərinin neft istehsalının aşağı düşməsi və qiymətlərin artması 

barədə  irəli  sürdükləri  iddiaları  (istismar  sahələrində  neftin  azalması,  məhsuldarlığın 

aşağı  düşməməsi,  tələbatın  artması  və  s.)  müdafiə  etdi

62

.  Əlbəttə,  bu  iddialarda 



müəyyən  həqiqət  var  idi,  lakin  ü mumiyyətlə  neft  firmalarının  "yanacağı"n 

kəskinləşməsində neqativ rolu danılmaz idi. 

Beləliklə,  böhran  illərindən  Birinci  dünya  müharibəsinədək  keçən  10  il 

müddətində Azərbaycan neft sənayesi onun iqtisadiyyatında həlledici rol oynamış, dövrün 

iqtisadi həyatında baş vermiş bütün çətinliklərlə üzləşsə də, dünyada ən mühüm sənaye 

sahəsi olaraq qalmış və in kişaf etmişdi. 

 

 



 

 

28 




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin