Azərbaycan diLİ VƏ tariXİ


§ 3. BAŞQA SƏNAYE SAHƏLƏRİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə3/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   2   3   4   5   6   7   8   9   ...   72
AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ 

(1901-1914-cü illə r) 

§ 1. XALQ TƏSƏRRÜFATININ SOSİAL-İQTİSADİ 

STRUKTURU 

XX əsrin əvvəllərində Azərbaycanda xalq təsərrüfatın ın, o  cü mlədən sənaye 

və  kənd  təsərrüfatının  inkişafi  ayrı-ayrı  sahə  və  mü xtəlif  bölgələr  ü zrə  qeyri-

bərabər  səviyyədə  davam  edirdi.  Bu  ənənə  hələ  XIX  əsrin  son  rübündə 

formalaşaraq, özünü çar Rusiyasının milli ucqarların iqtisadi "fəthi"ni gücləndird iyi 

və  rus  kapitalizmin in  milli  ucqarların  iqtisadiyyatını  ö zünə  tabe  etdiyi  dövrdən 

daha  bariz  surətdə  göstərirdi.  A zərbaycan  artıq  Rusiya  imperiyası  sənayesi  üçün 

ucuz  xa mma l  mənbəyinə  və  əlverişli  satış  bazarına  çevrilmişdi.  İqtisadiyyatı  da 

müstəmləkə  səciyyəsi  daşıyan  ölkədə  yalnız  Rusiya  sənayesi  üçün  xammal  və 

yanacaq  istehsal  edən  sənaye  sahələri  in kiş af  edə  b ilird i.  Kənd  təsərrüfatında  da 

sənayedə hakim olan  qayda-qanunlar, imperiyanın  ehtiyacını ödəməyə yönəldilmiş 

tələblər  həlledici  idi  və  onlar  A zərbaycanın  mü xtəlif  qəzalarında  iqtisadiyyatın 

inkişaf meyillərini müəyyənləşdirird i. 

Sürətlə  inkişaf  edən  Rusiya sənayesinin  yanacağa  böyük  ehtiyacı  var  idi  və 

Abşeron yarımadası neft yataqları ilə  zəngin olduğundan Bakı nəhəng neft sənayesi 

mərkəzinə çevrilmişdi. Bununla əlaqədar olaraq, Bakıda həm neft sənayesinin, həm 

də durmadan artan şəhər əhalisinin ehtiyaclarını ödəyən və onlara  xid mət göstərən 

digər  istehsal sahələri  də  yeyinti,  tikinti  materialları,  mədəni-məişət  obyektləri  də 

çoxalırdı. 

Azərbaycan qəzalarında da b ir sıra sənaye sahələri inkişafda idi. Zəngin mis 

yataqları o lan  Gədəbəydə güclənən dağ-mədən sənayesinin istehsal etdiyi  məhsul 

metropoliya sənayesi üçün zəruri  xammal  idi.  Eyni sözləri  regionlar ü zrə paylanan 

pambıqçılıq  və  ipək  sənayesi  barədə  də  demək  olar.  Tikinti  materialları,  yeyinti, 

yüngül və başqa sənaye sahələri isə Azərbaycanın sənaye həyatında o qədər də böyük 

mövqe tutmurdu.  Beləliklə,  Azərbaycan sənayesinin  müxtəlif  sahələrinin  inkişafında 

hökm  sürən  qeyri-bərabərlik  onun  mü xtəlif  regionlardakı  xammal  zənginlikləri  ilə 

bağlı  idi.  Məsələn,  Bakıda  neft,  Gədəbəydə  mis,  Xəzər  dənizi,  Araz  və  Kür  çayları 

boyu  ərazilərdə  balıq,  Şəkidə  və  Ordubadda  ipək,  Kür-Araz  ovalığı  bölgələrində 

pambıq  əldə  edilirdi.  Azərbaycanın  digər  hissəsi  aqrar  təsərrüfat  sahəsi  idi.  Bu 



 

 

15 



yerlərdə əmtəə xarakterli kənd təsərrüfatı məhsulları istehsal olunurdu. 

Azərbaycanın  sənaye  istehsalı  üç  iri  kapitalist  müəssisəsi  növü  ilə  təmsil 

olunmuşdu: 1) ayrı-ayrı şəxslərin mülkiyyətində olan müəssisələr; 2) ticarət evləri; 3) 

səhmdar kampaniyalar. Sonuncu növ iki formada - ya səhmdar cəmiyyətləri və ya pay 

şirkətləri  kimi  fəaliyyət  göstərirdi.  Qalan  növlər  isə  kapitalistlərin  dar  və  məh dud 

cəmiyyətləri idi.  Kapitalist müəssisəsinin ən ali forması olan  səhmdar kampaniyaları 

kapitalın  geniş  surətdə  təmərküzləşməsini  təmin  edir,  rəqabətə  daha  asanlıqla  tab 

gətirir, onun mülkiyyəti isə ictimailəşdirilmiş mülkiyyətə çevrilir, çox geniş sayda səhm 

sahiblərini birləşdirirdi. Ticarət evləri bu cəhətdən səhmdar kampaniyaları ilə ayrı-ayrı 

şəxslərin mülkiyyətində olan müəssisələr arasında orta mövqe tuturdu. 

Səhmdar  kampaniyaları  özünün  iqtisadi  və  təşkilati  xüsusiyyətlərinə  görə 

maliyyə  kapitalının  yaranması  prosesində  də  müəssisələrin  əsas  təşkilat  forması  idi. 

Onlar  ticarət  evlərini,  ticarət  evləri  isə  təkbaşına  çalışan  xüsusi  mülkiyyətçiləri 

sıxışdırırdı.  Buna baxmayaraq, kapitalist müəssisələrinin hər üç növdən olan müxtəlif 

formaları yaşayır və sayca da artırdı

1



İri  kapitalist  müəssisələri  əsasən  maliyyə  birliklərinin  əllərində  cəmləşmiş 

neft  sənayesi  və  onunla  bağlı  sənaye  sahələrində  təmsil  olunmuşdu.  Bu  sahələr 

neftçıxarma,  neft  emalı,  buruqqazma,  maşınqayırma,  metaltökmə  və  qazan  istehsalı, 

təmir  zavodlarını  birləşdirən  mexaniki  istehsal  müəssisələrindən; həmçinin  iri  tütün 

fabrikləri,  iri  un  və  çəltik  dəyirmanları,  onlarla  iri  dəmiryol-nəqliyyat  xidməti 

müəssisələrindən və "Elektrosila"dan  ibarət  idi.  Bakıda  H.Z.Tağıyevin  iri  toxuculuq 

fabriki,  yüzlərlə  gəmisi  olan  Bakı  gəmiç iliyinə  xidmət  edən  tərsanə  fəaliyyət 

göstərirdi. Xəzər dənizində və Volqa çayında bakılı sahibkarların yüzlərlə neftdaşıyan 

gəmisi üzü rdü. 

Azərbaycanın digər qəzalarında da iri kap italist müəssisələri var idi. Onlar 

Gədəbəy və Qalakənd mis yataqları və misəritmə zavodları, əsasən bir neçə kapitalistin 

ixtiyarındakı iri balıqçılıq vətəgələri, bəzi  iri pambıq təmizləmə zavodları,  Şəkidə və 

Şuşada  iri  ipək  sap  fabrikləri  və  iri  ticarət  müəssisələrindən,  bank  və  kredit 

idarələrindən ibarət idi. 

İri  kapitalist  müəssisələrinin  əsas  göstəricisi  kapitalın  mərkəzləşməsi  və 

təmərküzləşməsi  idi.  1901-ci  ildə  Bakıda  istehsal  olunmuş neftin  70,5  faizi  səhmdar 

cəmiyyətlərinin payına düşürdü

2

. Xüsusi çəkisi sonrakı illərdə daha da artan səhmdar 



cəmiyyətləri  neft  və  onunla  bağlı  sənaye  sahələri  ilə  yanaşı,  digər  təsərrüfat  sa-

hələrində, həmçinin yeyinti və yüngül sənaye sahələrində də fəaliyyət göstərirdi. 

İnhisarçı  kapital  öz  fəaliyyətini  əsasən  torpaq  sahiblərinə  borc  verməyə 

yönəldərək, səhmdar torpaq bankları vasitəsilə kənd təsərrüfatı sahələrinə soxu lurdu. 

Dəmir  yol  cəmiyyətləri  dövlət-kapitalist  müəssisələrinin  xüsusi  növü  idi. 

Bakı-Batumi neft kəməri, həmçinin rabitə vasitələri  inhisarçılarla bağlı o lan dövlətə 

məxsus idi. 

Azərbaycan  qəzalarında  da  kapitalın  təmərküzləşməsi  və  mərkəzləşməsi 

prosesi  gedir,  onlardakı  ipək,  dağ-mədən, balıq,  pambıqtəmizləmə,  sement  istehsalı 



 

 

16 



sənayelərində  və  s.  sahələrdə  onlarla  səhmdar  cəmiyyət  fəaliyyət  göstərirdi.  Lakin 

qəzalarda, Bakıdan fərqli olaraq, səhmdar cəmiyyətləri yox, ticarət evləri üstün mövqe 

tuturdu. 

Azərbaycanda, o cümlədən Bakıda inhisar kapitalından kənarda qalmış və ayrı-

ayrı  sahibkarların  mülkiyyətində  olan  sənaye  müəssisələri  də  var  idi.  Bu   sənaye 

müəssisələri  sırasına  Nu xa  və  Şuşa  qəzalarında,  Ordubadda,  həmçinin  Zaqatala 

dairəsində olan xam ipək emalı fabriklərinin böyük hissəsi, Göyçay qəzası, Ağdaş, Kür-

dəmir və Hacıqabulda pambıqtəmizləmə zavodları, Şamaxı və Yelizavetpol qəzalarında 

bəzi  çaxır  zavodları,  Nuxa  qəzası  və  Zaqatala  dairəsində  tütün  fabrikləri,  Bakıda  və 

qəzalarda  kapitalist  tipli  yeyinti,  yüngül sənaye sahələri,  tikinti  materialları  istehsal 

edən müəssisələr, mətbəələr və s. daxil idi. 

Azərbaycan  şəhərləri  -  Bakı,  Şuşa,  Gəncə,  Şəki  və  başqaları  kapitalist 

şəhərləri  idi.  Həmin  şəhərlərdə  ticarət  burjuaziyasını  I  və  II  dərəcə  gildiya  tacirlər, 

həmçin in gildiyası olmayan alverçilər təşkil edirdilər. 

Azərbaycan  kənd  təsərrüfatının  bəzi  sahələrində  əmtəə  istehsalı  əmtəə-

kapitalist  in kişaf  səviyyəsinə  yüksəlməsi  ilə  səciyyələnirdi.  Təsərrüfatın 

kapitalistcəsinə  qurulması  getdikcə  güclənir  və  feodal  istehsal  münasibətləri 

qalıqlarının tənəzzülünə səbəb olurdu. 

Azərbaycanda  böyük  əksəriyyəti  əhatə  edən  dövlət  kəndlərində  torpaq 

sahibliyi  dəyişikliklərə  məruz  qaldı.  Torpağın  sahibkarı  olan  dövlətlə  onu  becərən 

kəndlilər arasındakı münasibətlər 1900-cü ilin mayında verilmiş "Xəzinə torpaqlarında 

məskunlaşmış Cənubi Qafqaz dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun" -da 

öz  əksini  tapdı.  Bu  qanuna görə,  dövlət  kəndliləri  şəxsən  azad  idilər.  Lakin  dövlət 

torpağın  mülkiyyətçisi  olaraq  qalır  və bu  torpaqlardan  istifadə edən  kəndlilər  dövlət 

xəzinəsinə torpaq vergisi ödəməli idilər

3



Xüsusi  sahibkarlara  məxsus  kəndlərdə  yaşayan  kəndlilər  isə,  bəy 

torpaqlarından istifadə etdiklərinə görə, bəy-mülkədarın mülkiyyət hüququna əsasən, 

məhsul və pulla vergi ödəməli idilər. Bu vəziyyət 1912-ci ilə qədər davam etdi. 1912-

ci  il  qanunu  ilə  feodal  torpaq  mülkiyyəti  ləğv  edildi,  kəndlilər  öz  pay  torpaqlarının 

sahibkarlarına çevrildilər. Buna baxmayaraq, torpaq sahibliyinin yarımfeodal xarakteri 

var idi, belə ki, torpaq üzərində çarizmin sahibkarlıq hüququ və bəy-mülkədar torpaq 

sahibliyi  qalırd ı.  Lakin  bu  dövrdə bəy  torpaq sahibliyinin  xarakteri  müəyyən qədər 

dəyişdi.  Birincisi,  bəy  torpaqları  artıq  bəy  nəslindən  olmayanlara  da  satıla  bilərdi. 

İkincisi  və  ən  başlıcası  o  idi  ki,  bəylərin  bir  q ismi  əmtəə-pul  münasibətlərinin 

inkişafının təsiri altında, təsərrüfat yaratmağın torpağı icarəyə verməkdən daha əlverişli 

və gəlirli olduğunu görərək, muzdlu əməyə əsaslanan təsərrüfatlar yaratdılar. Az sonra 

onların bir qis mi kap italist təsərrüfatlarına çevrild i.  

Azərbaycanda 

təbəqələşmə 

prosesinin 

sürətlənməsi 

nəticəsində 

qolçomaqlardan, sələmçilərdən, dükançılardan, öz təsərrüfatını muzdlu əmək üzərində 

qurmuş  bəylərdən  ibarət  kənd  kapitalistləri,  öz  əməklərin i  satmaqla  məşğul  olan, 

mu zdla  işləyən  torpaqsız  və  aztorpaqlı  kəndli  təbəqəsi  formalaşdı.  Lakin 




 

 

17 



Azərbaycanda muzdlu əmək üzərində qurulmuş böyük təsərrüfatlar deyil, kəndlinin öz 

əməyi ilə becərdiyi kiçik təsərrüfatlar üstünlük təşkil edirdi. Azərbaycan xırda kəndli 

təsərrüfatı  ölkəsi  olsa  da,  əmtəə  istehsalının  aparıcı  xarakter  aldığı,  iqtisadiyyata 

kapitalistcəsinə  təsərrüfat  qurmaq  amilinin  daxil  olduğu  bir  şəraitdən  kənarda  qala 

bilməyən  kiçik  kəndli  təsərrüfatlarının  böyük  hissəsi  kapitalın özünə  yer  edib  hakim 

mövqe  tutduğu  mühitə  çevrilirdi.  Rəqabət  nəticəsində  onların  bir  qismi  varlanaraq 

kənd  burjuaziyasının  sırasına  daxil  olur,  torpaq  sahəsini  genişləndirir  və  muzdlu 

əməyə  əsaslanan təsərrüfatlar  yaradırdı.  Kənddə  baş  verən  bu  proseslər  şüura  təzə 

məfhu mlar, ana dilimizə "qolço maq", " muzdur", " mu zdla işləyən kəndli" kimi yeni 

söz və ifadələr gətirirdi. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  kəndində  kapitalist  tipli  təsərrüfatlar 

üstünlük təşkil etmirdi. Onların bütün təsərrüfatların cəmi 9 faizini təşkil etdiyini, lakin 

məhsulun  üçdə  birini  verdiyini  nəzərə  alsaq,  bu  təsərrüfatların  xüsusi  çəkisinin  zəif 

olmadığını görürük

4



Kənd  təsərrüfatında  sənaye  və  bank  kapitalı  ilə  bağlı  iri  kapitalist 



mülkiyyətləri  də  yaranırdı.  Sənaye  kapitalı,  demək  olar  ki,  kənd  təsərrüfatının  bütün 

sahələrinə  daxil  olmuşdu.  H.Z.Tağıyev,  Qukasov  qardaşları,  A.M.Benkendorf  və 

başqaları xüsusən üzümçülük və şərabçılığa xeyli kapital qoymuşdular. Üzümçülükdə 

və  şərab  istehsalında  Tiflis  sənayeçisi  Saracov,  Moskva  sənayeçisi  Şustov, 

pambıqçılıqda "Savva Morozov, oğulları və K°-nın Nikolayev manufakturası şirkəti", 

"Andrey Korzinkin və K°-nın Yaroslavl böyük manufaktura şirkəti", İ.K.Poznanskinin 

pambıq-parça  səhmdar  cəmiyyəti,  "Vladimir  Alekseyev"  firması,  "Qafqaz  pambığı" 

səhmdar  cəmiyyəti,  "Voqau  və  K°-nın  ticarət  şirkəti"  fəaliyyət  göstərirdi.  Sənaye 

kapitalının  təsiri  Azərbaycandan  çox-çox  uzaqlara  yayılaraq,  bir  ço x  cəmiyyət  və 

şirkətlərlə əlaqədar olmuşdu

5

. Lənkəran qəzasında düyü almaqla məşğul olan bir çox 



kontorlar  fəaliyyət  göstərirdi

6

.  Bank  kapitalı  isə  torpaq sahiblərinə  mülklərini  girov 



qoymaq şərtilə borc verərək kənd təsərrüfatının inkişafına təsir göstərirdi. 

XIX  əsrin  sonunda  Yelizavetpol  quberniyasında  bəylər  şəxs i 

mü lkiyyətlərində olan  441  min desyatin torpağın ço xunu icarəyə verirdilər.  Ancaq 

XX  əsrin  əvvəllərində  onların  bir  qis mi  özləri  torpağı  becərməklə  məşğul  olmağa 

başlayaraq  təsərrüfatlarını  kapitalist  qaydasında  qururdular.  Məsələn,  hələ  1917-ci 

ildən öncə, Yelizavetpol qəzasında 51 bəy ailəsinin ixtiyarında olan 39  min desyatin 

torpaq  sahəsindən  13700  desyatinini  mülkədar-bəylər  özləri  mu zd lu  əmək  tətbiq 

etməklə becərirdilər. 

Azərbaycanda ticarət və sələm kapitalı əsasən mübadilə dairəsində fəaliyyət 

göstərirdi.  Adətən  kənddə  eyni  bir  adam  həm  möhtəkir  və  həm  də  sələmçi  olurdu. 

Sələmçilər  özlərin in  kənd  kapitalı  ilə  yanaşı,  banklardan  götürdükləri  və  kənd 

təsərrüfatı məhsulları satan firmalardan aldıqları məbləğ hesabına fəaliyyət göstərirdi-

lər. Onlar kəndlilərin  məhsullarını həmin firmalara sataraq, onların sahibi olan sənaye 

sahibkarlarını kənd təsərrüfatına cəlb edirdilər. "Kaspi" qəzeti hələ 1901-ci ildə yazırdı 

ki,  "hara baxırsınızsa,  kənd  təsərrüfatının hansı sahəsinə müraciət edirsinizsə, orada 



 

 

18 



kəndlini ö z toruna salıb onu soran bu və ya digər hörümçəyi görərsiniz". 

Azərbaycan kənd həyatına yaxından bələd olan görkəmli maarifpərvər Həsən 

bəy  Zərdabi  yazırdı  ki,  "bizdə  kənd  təsərrüfatının  bütün  sahələri  üzrə  inhisarlar 

mövcuddur"

7

,  yəni  kəndlilər  öz  məhsullarını  ayrı-ayrı  şəxslərə,  firmalara  satmağa 



məcbur idilər. Hər  firmanın isə "onlarca alıcıları var idi və onlar ölkənin bütün guşə-

lərini  gəzərək  avam  ca maatı  yumşaq  hörümçək  toruna  salırdılar...  Alın mış  torpaq 

məhsullarını  Cənubi  Qafqaz  dəmir  yolunun ən yaxın  stansiyalarında  hörümçək  kimi 

oturmuş öz ağalarına, alıcı ko missionerlərə təhvil verird ilər"

8



Kənd varlıları, zavod sahibləri, mü xtəlif sənayeçilərin və ticarət firmalarının 



nümayəndələri olan alıcı-sələmçilər borc verməklə kəndliləri asılı vəziyyətə salırdılar. 

"Bu əsarət... kənd təsərrüfatlarında kapitalizmin ilk addımlarından başqa bir şey deyildi" 

9

. (H.Zərdabi). 



Beləliklə,  XX  əsrin  əvvəllərində  əmtəə  istehsalının  geniş  inkişafı,  muzdlu 

əməyin  tətbiqi,  bəy-mülkədar  təsərrüfatlarının  bir  çoxunun  kapitalist  təsərrüfatı 

sisteminə  keçməsi,  sənaye  və  bank  kapitalının  kənd  təsərrüfatına  sirayət  etməsi  və 

nəhayət,  ticarət-sənaye  kapitalının  güclənməsi  nəticəsində  Azərbaycan  kəndində, 

yarımfeodal  torpaq  sahibliyinin  mövcud  olmasına  baxmayaraq,  istehsal  üsulu  artıq 

kapitalist  istehsal  üsulu  idi.  Əmtəə  təsərrüfatının  əmtəə  kapitalist  səviyyəsinə 

yüksəlməsində  alıcı-sələmçilər  kapitalist  istehsal  üsulunun  təşkilatçılarına  çevrilirdi. 

Həm  də  bu,  o  deməkdir  ki,  A zərbaycan  kəndində  kəndlilərin  istismarı  mahiyyəti 

etibarilə kapitalist istismarı id i. 

Bununla  birlikdə  Azərbaycanın  sosial-iqtisadi  strukturunda  feodal 

münasibətlərinin  bəziləri  qalmaqda  idi  və aşağıdakı  sosial-iqtisadi  uklad larla  təmsil 

olunurdu: 

l . F e o d a l - a s ı l ı .  Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunana qədər 

hələ  də  bəy-mülkədar  latifundiyaları  qalmaqda  idi,  kəndlilərin  bir  qismi  şəxsən  azad 

olsalar da, bəy-mülkədarlardan -torpaq sahiblərindən bir növ asılı olub, istifadələrində 

olan pay torpaqlarına görə onlara verg i ödəyirdilər.  

2.  Y a r ı m p a t r i a r x a l  v ə  y a r  ı  m n a t u r a  l.  Kiçik torpaq payları, 

yaxud bir neçə baş qaramalı olan kəndlilər qapalı həyat sürürdülər. Onların təsərrüfatları 

yarımnatural  xarakter  daşıyırdı,  bir  qismi  öz  ailə  ehtiyacları  üçün  xalçaçılıqla,  yaxud 

digər  ev  əşyalarının  istehsalı  ilə  məşğul  olurdu.  Belə  təsərrüfatlar  kənd  təsərrüfatı 

istehsalçılarının üçdə bir hissəsindən azını təşkil edirdi. 

XX  əsrin  əvvəllərində  kənd  təsərrüfatında  əmtəə  istehsalı  aparıcı  rol 

oynadığı bir şəraitdə həmin təsərrüfatlar istər-istəməz dar çərçivədə qala bilməzdi. Bu 

dövrdə onların çoxu, heç olmasa, vergiləri, yaxud ailənin zəruri ehtiyaclarını ödəmək 

üçün,  ailə  üzvlərinin  yarımac  qalmasına  baxmayaraq,  məhsulun  bir  hissəsini  əmtəə 

qismində satmalı olurdu. Bundan başqa, həmin təsərrüfatlar ticarət və sələm kapitalının 

təsiri altına düşür, onların patriarxal özülləri kapitalist ukladının məcburən qəbul edilmiş 

elementlərini sarsıdırdı. 

Beləliklə,  XX  əsrin  əvvəllərində  Azərbaycanın  şəhər  və  sənaye  ocaqları 



 

 

19 



yerləşən  bölgələrində  kapitalist  istehsal  münasibətləri,  feodal  torpaq  sahibliyinin 

qismən  qorunub  saxlandığı  kənd  yerlərində  isə  qolçomaqların  və  varlı  kəndlilərin 

kapitalist tipli təsərrüfatları ilə yanaşı, möhtəkir-sələmçi kapitalın təsiri altında olan ki-

çik  təsərrüfatlar  da  mövcud  idi.  Bütövlükdə  götürdükdə  isə  ölkənin  sosial-iqtisadi 

strukturunda kapitalist istehsal üsulu hakim mövqe tuturdu. 

 

 



 

 

 



 

 

 




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin