Azərbaycan diLİ VƏ tariXİ


§ 1. İNZİBATİ İDARƏÇİLİKDƏ DƏYİŞİKLİKLƏR



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə8/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   4   5   6   7   8   9   10   11   ...   72
Torpaq və çarizmin vergi siyasəti. 1912-1913-cü illər aqrar qanunları. XX 

əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü 

ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir 

nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sis temini  xəzinə 

kəndində ağırlaşdıraraq  mürəkkəbləşdirdi  və  əsarəti  daha da  qüvvətləndirdi.  Sahibkar 

kəndində  isə  çarizmin  vergi  siyasəti,  kəndlilərlə  mülkədarlar  arasında  mükəlləfiyyətli 

münasibətlərin  ləğv  edilməsi  məsələsinin  meydana  çıxması  ilə  əlaqədar olaraq,  torpaq 

siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi. Bu dövrdə bütün 

Cənubi  Qafqazda, o cümlədən  Quzey Azərbaycanda da  çarizmin  aqrar siyasətinin  əsas 

məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının - qolçomaqların şəxsində özünə 

dayaq  yaratmaq  idi.  Qafqaz  ali  hakimiyyət  orqanları  və  yerli  burjuaziya  torpaq 



 

 

48 



məsələsində  yeganə  çıxış  yolunu  Stolıpin  aqrar  siyasətinin  tətbiqində  görürdülər. 

Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin 

aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır 

və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və 

xeyirxah aktdır. 

1907-ci  il  mayın  10-da  Dövlət  Dumasında  Stolıpinin  torpaq  məsələsi 

haqqındakı  bəyanatı  Cənubi  Qafqazda  Stolıpin  aqrar siyasətinin  tərəfdarlarını  bir  daha 

ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox, 

milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi. 

Stolıpin aqrar siyasətinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq 

edilməsinin tərəfdarlarının səylərinə baxmayaraq, onların arzusu həyata keçmədi. Çünki 

çar  hökuməti  bu  siyasətin  ancaq  bütün  kəndlilərin  20  faizini  təşkil  edən  sahibkar 

kəndinə  tətbiq  olunmasına  razılıq  vermişdi.  Buna görə  də  1908-1909-cu  illərdə  xəzinə 

kəndlilərini  xüsusi  mülkiyyətçilər qrupuna daxil  etmək  haqqında  III  Dövlət  Dumasının 

müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız ü zərində qalmışdı. 

1909-cu  ilin  əvvəlində  -  Stolıpin  aqrar  siyasətinin  həyata  keçirilməsinin 

qızğın  dövründə  Qafqaz  canişini  Vorontsov-Daşkov  tərəfindən  Cənubi  Qafqaz 

quberniyaları,  o  cü mlədən  Azərbaycan  üçün  tərtib  edilmiş  qanun  layihəsi  yalnız 

sahibkar  torpaqlarda  yaşayan  kəndlilərə  torpaqlarını  ödənclə  almaq  və  xüsusi 

mülkiyyətçilər qrupuna daxil olmaq hüququ verilməsini, kəndlilərin xüsusi mülkiyyətinə 

keçmiş pay torpağı üçün mülk sahiblərinə dövlət xəzinəsi tərəfindən ildə ümumi ödənc 

pulundan 5 faiz ödənməsi nəzərdə tutulurdu. Rusiyada olduğu kimi, bu, nəğd pulla deyil, 

beşfaizli  pul  təəhhüdü  ilə  verilməli  idi.  Kəndlilər  isə  dövlət  tərəfindən  torpaq 

sahiblərinə verilən pulu faizlə birlikdə 28, 41 və 56 il müddətində xəzinəyə qaytarmalı 

idilər. 

Qanun  layihəsinə  görə,  kəndlilər  çəmən,  otlaq,  meşə  yerlərindən  və  su 

arxlarından ancaq torpaq sahibinin razılığı ilə istifadə edə bilərdilər. Vorontsov-Daşkov 

tərəfindən  tərtib  olunan  qanun  layihəsi  1909-cu  il  aprelin  2-də  canişin  şurasının 

müzakirəsinə  verildi.  Müzakirələr  1910-cu  il  mayın  22-nə  qədər  davam  etdi.  Qanun 

layihəsinin məzmunu ilə tanış olan Azərbaycan torpaq sahiblərinin nümayəndələri canişin 

idarəsinə  öz  tənqidi  mülahizələrindən  ibarət  məktublarını  göndərmişdilər.  Onlar  həmin 

məktublarda  kəndlilər  tərəfindən  torpaqların  ödənclə  alınması  ilə  əlaqədar  bir  çox 

məsələlərə  qarşı  çıxırdılar.  Yelizavetpol  quberniyası  torpaq  sahiblərinin  nümayəndəsi 

Fərru x bəy Vəzirov məktubunda ödənc pulunun kənd təsərrüfatı məhsulunun keçən 

əsrin 60-70-ci illərindəki q iy mətilə müəyyənləşdirilməsinə etiraz edird i. Bu, yalnız 

Fərru x  bəy  Vəzirovun  deyil,  bütün  Azərbaycan  torpaq  sahiblərin in  tələbi  idi. 

Gündən-günə genişlənən kəndli hərəkatı və kəndlilərin narazılığ ından ehtiyat edən 

hökumət bu tələblə razılaş maqdan çəkin məyə məcbur o ldu. 

1910-cu  il  may  ayının   22-də   qanun  layihəsi  canişin  idarəsi  tərə findən 

qəbul  olunub,  yenidən  baxılmaq  üçün  Daxili  İşlər  Nazirliyi  yanında  idarələrarası 

müşavirəyə  təqdim  ed ild i.  Burada  qanun  layihəsinin  mü zakirəsi  ilə  əlaqədar 



 

 

49 



təkliflərini vermək üçün Azərbaycan torpaq sahibləri ö zlərinin iki nü mayəndəsini - 

Abbasqulu  xanı və  Cəfərqulu  xanı  1910-cu  il dekabrın  1-də Peterburqa göndərdi. 

Müşavirə torpaq sahiblərinin ehtirasla dolu tələblərindən ancaq l birini nəzərə aldı, 

yəni kəndlilərin  mülkiyyətinə veriləcək pay torpağının əvəzinə onlar sahibkarlara, 

Rusiyada  olduğu  kimi,  pul  verməli  idilər.  Müşavirə  1910-cu  il  dekabrın  20-da 

qanun layihəsinə əhəmiyyətsiz dü zəlişlər edib, onu Nazirlər Şurasının  sərəncamına 

verdi. 

1911-c i  il  mart ın  17-də   Na zirlər  Şu rası  layihəni  III  Dövlət  Du masına 

təqdim  etdi.  Du mada  Bakı  və  Yelizavetpol  qu berniyaları  torpaq  sahiblərin in 

nümayəndəsi  Xəlil  bəy  Xas məmmədov  iştirak  edirdi.  Bütün  Zaqafqaziya  torpaq 

sahiblərinin   nümayəndələri  və  millətçi-burjua  deputatlar  ödəncin  xüsus i 

sahibkarların  xeyrinə  aparılmasını  tələb  edir,  hətta  əkin  üçün  yararsız  y erlərin 

kəndlilərə pulsuz verilməsinə qarşı çıxırdılar. 

III  Du mada  qanun  layihəsinin  əleyhinə  ancaq  sosial-demo kratla r  səs 

verdilər.  Canişinin   lay ihəsi  ilə  əlaqədar  olaraq,  sonradan  bir  deputatın  da 

qoşulduğu  34  deputat  hələ  1908-ci  ilin  dekab rında  Zaqafqaziyada  kəndlilərin 

mü lkədarlara  olan  mükəlləfiyyətli  münasibətlərini  ləğv  etmək  haqqın da  özlərin in 

qanunverici  təkliflərini  Du manın  mü zakirəsinə  vermişdilər.  Bu  təkliflərdə 

göstərilird i  ki,  təhkimçiliy in  qalıq ları  iqtisadi  və  mədəni  inkişafa  mane  olur, 

"kəndli  istis marının  ən  vahid  formaların ın  mühafizə  olun masına  və  qüvv ət-

lən məsinə imkan yaradır, bütün xalqı səfalətdə, cəhalətdə və hüquqsuz vəziyyətdə 

saxlay ır".  Qeyd  edilirdi  ki,  Cənubi  Qafqazda,  o  cümlədən  Azərbaycanda  yerli 

kəndlilərin  Rusiyanın daxili quberniya  kəndlilərindən iki-üç dəfə az pay torpaqları 

olmasına  baxmayaraq,  onlar  3-4  dəfə  artıq  mükəlləfiyyət  daşıyırlar.  Kəndliləri  ödənc 

verməyə  məcbur  etmək onların onsuz da tükənmiş  büdcələrinə əlavə  və  gücçatmaz  yük 

olar,  təsərrüfat  vəziyyətlərini  sarsıdır,  bu  "görülən  iş  ədalətsizlik,  ümumxalq  və 

ümumdövlət  mənafeyinə açıqcasına zidd gedən bir  aktlardı".  Deputatların  tələbləri asılı 

və müvəqqəti mükəlləfiyyətli  münasibətlərin təxirəsalınmaz və danışıqsız surətdə ləğv 

edilməsinə,  müvəqqəti  mükəlləfiyyətli  və  asılı  kəndlilərdən,  həmçinin  Dağıstanda  və 

Zaqatala  dairəsində  olan  asılı  rəiyyətlərin  və  keşkəlçilərin  torpaq  sahibləri  üçün  icra 

etdikləri  hər  cür  mükəlləfiyyətlərin  aradan  qaldırılmasına,  bu  kəndlilərin  istifadəsində 

olan  pay  torpaqlarının,  torpaq  nizamnaməsində  göstərilmiş  sərhədlərə  uyğun  olaraq, 

onların mülkiyyətlərinə çevrilməsinə yönəldilmişdi. 

Mülkədarların  mənafeyini  müdafiə  edən  canişin bu  təkliflərin  əleyhinə çıxdı. 

1911-ci  ilin  mayında  Dövlət  Dumasının torpaq  komissiyası 35 deputatın təklifini  müzakirə 

edib,  kəndlilərin  mülkədarlara  müvəqqəti  mükəlləfiyyətli  münasibətləri  ləğv  etmək 

mülahizəsi  ilə  razılaşdı.  Lakin  komissiya  kəndliləri  mülkədarlar  qarşısında  daşımalı 

olduğu mükəlləfiyyətlərdən əvəzsiz azad etmək haqqında təklifləri rədd edərək, onların öz 

pay torpaqları müqabilində ödənc ödəmələ rini bunun üçün əsas şərt hesab etdi. 

III  Dövlət  Dumasında  qanun  layihəsinə  Stolıpin  aqrar  siyasətinin  əsas 

müddəaları əlavə edilmişdi, bu dəyişiklik və tamamlamalar qanun layihəsinin mətnində 



 

 

50 



deyil,  onun  əlavələrində öz  əksini  tapmışdı.  Bu əlavələrdən birinin  məzmunu belə  idi: 

"Ayrı-ayrı  kəndlilər tərəfindən əldə edilən pay torpağı bəxşiş, yaxud satmaq vasitəsilə 

başqasının  əlinə  keçə  bilər...".  Lakin  pay  torpağının  sərbəst  alınıb-satılmasını 

məhdudlaşdırmaq  üçün  əlavələrdə  müəyyən  şərtlər  də  qoyulmuşdu.  Həmin  şərtlərə 

görə,  kəndli  xüsusi  mülkiyyəti  sayılan  pay  torpağını  ancaq  kənd  icmasının  iclasında 

kəndlilərin 2/3-dən az olmayan hissəsinin razılığı ilə sata bilərdi. Bundan başqa, satılan 

torpağın  qiyməti  500  manatdan  baha  olduqda,  həmin  torpaq  ancaq  maliyyə  nazirinin 

icazəsinə  əsasən  Daxili  İşlər  Nazirliyinin  sərəncamı  ilə  alqı-satqı  obyekti  ola  bilərdi. 

Daha  sonrakı  müzakirə  mərhələlərində  qanun  layihəsi  torpağını  ödənclə  əldə  etmiş 

kəndliyə xüsusi mü lkiyyətçi hüquqi verirdi. 

Stolıpin aqrar siyasətini müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi 

Dövlət  Dumasında  təsdiq  olunduqdan  sonra  Dövlət  Şurasına  təqdim  edild i,  1912-ci  il 

dekabrın 19-da Şuranın 36 ü zvünün razılığı  ilə, heç bir dəyişiklik edilmədən 1912-

ci il dekabrın 20-də çar tərəfindən təsdiq edilib qüvvəyə mindi. 

1912-c i  il  20 dekabr qanunu Azərbaycan ərazisində Bakı və  Yelizavetpol 

quberniyalarını,  İrəvan  quberniyasında  isə  Na xçıvan  qəzasını  da  əhatə  edirdi. 

Qanun  Zaqatala  dairəsinə  aid  edilmədi.  Müstəqil  inzibati  ərazi  sayılan  Zaqatala 

dairəsində  asılılıq  münasibətlərin in  ləğvi  haqqında  müddəalar  isə  1908-ci  ildə 

canişinin  tərtib   etdiyi  " Dağıstan  və  Zaqatala  dairəsində  kəndlilərin  bəylərdən  və 

keşkəl  sahiblərindən  asılılıq  münasibətlərin in  ləğv  edilməsi  haqqında"  qanun 

layihəsində  verilmişdi.  Bu  layihə  1910-1912-ci  illərdə  can işin  idarələrində 

dəfələrlə  mü zakirə  olunduqdan sonra  1912-ci  ildə  Daxili  İşlər  Nazirliyi  yanında 

idarələrarası  müşavirəyə  təqdim  ed ild i.  1912-ci  ildə  IV  Dövlət  Du masında  təsdiq 

edilən qanun layihəsi 1913-cü il iyulun 7-də çarın sərəncamı ilə qüvvəyə mindi. 

1912-c i  il  20  dekabr  qanunu  bütün  Cənubi  Qafqa zda  olduğu  ki mi, 

Azərbaycanda  da  1913-cü  il  yanvarın  1-dən  həyata  keçirilird i.  Bakı  və 

Yelizavetpol  quberniyaları  ü zrə  ödənc  1163  mülkə  aid  edilmişdi.  1913-cü  il 

yanvarın 1-dən etibarən 403,4 min  desyatin. pay torpağı sahibkar kəndlilərin xüsusi 

mü lkiyyəti elan edildi, kəndlilər  xüsusi  mülkiyyəti olan pay torp ağı üçün xəzinəyə 

faizlə b irlikdə 20755376 rubl pul ödəməli idilər. Zaqatala dairəsində isə ödəncə aid 

edilmiş 47 kənd 20 il müddətində dövlət xəzinəsinə 284969 rubl ödənc verməli idi.  

Ödənc  əməliyyatına  başlamaq  üçün  1913-cü  ildə  Azərbaycanda  münsif 

şöbələrin in  sayı  xeyli  artırıldı.  1912-ci  ildə,  islahat  ərəfəsində,  Bakı  və 

Yelizavetpol quberniyalarında  12  münsif şöbəsi yaradıldı və  1913-cü  ildə onların 

sayı 32-yə çatdırıld ı. 

Zaqatala  dairəsində  isə  ödənc  əməliyyatını  aparmaq   üçün  üç  münsif 

vəzifəsi təsis edildi, bununla əlaqədar o laraq  in zibati dairənin ərazisi 3 barışdırıcı 

şöbəyə bölündü. Hər barışdıncı şöbənin işinə bir münsif rəhbərlik ed ird i.  

Bakı və Yelizavetpol quberniyalarında 1913-cü il yanvarın 1-dən başlamış 

ödənc  əməliyyatının  ayrı-ayrı  mərhələlərindən  birincisində  kəndlilər  tərəfindən 

veriləcək  ödəncin  hər  kənd  üzrə  hesablanması  üçün  ilk  hesablama  siyahıların ın 



 

 

51 



tərtib edilməsinə 1913-cü ilin əvvəllə rində başlandı və 17  kənd istisna olunmaqla, 

həmin  ilin sonunda qurtardı. 1913-cü ildə hər kənd üzrə ödəncin hesablanıb qurtarması 

ilə əlaqədar olaraq kəndlilərə çoxlu pul ödəmə vərəqəsi göndərildi. Bakı quberniyasının 

kəndliləri 1913-cü ildən başlayaraq hər il həmin vərəqələr üzrə xəzinə palatasına 131678 

rubl ödənc verməli idilər. Lakin kəndlilər hər il bu qədər pulu verib qurtara bilmir və 

onların borcu sonrakı illərə keçirdi. 

İlk hesablama siyahılarının tərtib edilməsilə əlaqədar 1913-cü il yanvarın 1 -

dən  ləğv  olunmuş  mükəlləfiyyət  əvəzində  bəylər  ödənc  almağa  başladılar.  1915-ci  il 

yanvarın 1-nə qədər Zaqatala dairəsinin 47 kəndi üzrə 1583 torpaq sahibinə ödənc pulu 

almaq üçün  vəsiqə  verildi.  Torpaq sahibləri  həmin  vəsiqələr  üzrə  241811  rubl  ödənc 

pulu  almışdılar.  1915-ci  il  yanvarın  1-nə  qədər  Zaqatala  dairəsində  ikinci  və  üçüncü 

barışdırıcı şöbələrdə torpaq sahiblərinin ödənc pulunu  alması başa  çatdırılmışdı,  ancaq 

birinci barışdırıcı şöbədə  Zaqatala  xəzinəsinin  bəylərə və  keşkəl sahiblərinə  16962  rubl 

borcu qalmışdı. 

1912-ci  il  qanunu  üzrə  ödəncə  aid  edilmiş  mülklərdə  pay  torpaqlarının 

ölçülməsi ödənc  əməliyyatının başqa  bir  mərhələsi  idi.  Kəndlilər  üçün pay torpağının 

mərzlənməsi və ödənc pulunun dəqiq hesablanmasının böyük əhəmiyyəti var idi, çünki 

münsiflər  çox  vaxt  pay torpağının sahəsini  əslində olduğundan artıq  göstərir,  yararsız 

torpaq üçün də kəndliləri ödənc pulu verməyə məcbur edirdilər. Buna görə də onlar ödənc 

pulunun dəqiq hesablanması üçün pay torpağının mərzlənməsini və ölçülməsini inadla tələb 

edirdilər.  Lakin bu  proses  çox  ləng  gedirdi.  1913-cü  ildən  1916-cı  ilin  axırına  qədər 

keçən 4 ildə Bakı və Yelizavetpol quberniyalarında kəndlilərlə torpaq sahibləri arasında 

mübahisəyə səbəb olmuş 823 mülkün pay torpağını ölçmək barədə tələblərdən cəmi 298-i 

yerinə yetirilmişdi. 

Bakı  və  Yelizavetpol  qubemiyalarında  ilk  hesablama  siyahılarının  tərtib 

edilməsindən  sonra  münsiflər  pay  torpağı  üzrə  mübahisə  doğurmayan  mülklər  üçün 

ödənc  aktı tərtib  edirdilər,  pay torpağının sahəsi,  mərzi  ilə  əlaqədar  mübahisəyə səbəb 

olmuş  mülklər  üçün  isə  ödənc  aktının  tərtib  edilməsi  yerin  ölçülməsinə  qədər  təxirə 

salınırdı. 

Kəndlilərin xüsusi mülkiyyətçilər qrupuna daxil olması üçün  ödənc aktlarının 

tərtib  və  təsdiq  olunub-olunmamasının  əhəmiyyəti  yox  idi,  çünki,  yuxarıda  göstərildiyi 

kimi,  kəndlilər  ödənc  aktlarının  tərtib və  təsdiq  edilməsinə  qədər  artıq  ilk  hesablama 

siyahıları  üzrə  ödənc  pulunu  ödəməyə  başlamışdılar.  Ödənc  aktlarının  tərtib  və  təsdiq 

edilməsi  ilk  hesablama  siyahılarında  təxmini  hesablanmış  ödənc  pulunun  qədərini 

dəqiqləşdirmək və rəsmiləşdirmək  məqsədini daşıyırdı. Lakin qeyd etmək lazımdır ki, 

ödənc əməliyyatının bu mərhələsi də olduqca ləng getmiş, başa çatdırılmamışdı. 1917-ci 

ilə qədər Bakı və Yelizavetpol quberniyalarında ödəncə aid edilmiş 1163 mülkün 450-si üzrə 

tərtib edilmiş ödənc aktının ancaq 281-ni kəndli məsələsi üzrə quberniya idarələri təsdiq 

etmişdi. 

1912-ci il qanunu tətbiq edilən Bakı və Yelizavetpol quberniyalarından fərqli 

olaraq, Zaqatala dairəsində ödənc əməliyyatının özünəməxsus cəhətləri var idi. 1912-ci 



 

 

52 



il  qanunu  üzrə,  ödənc  əməliyyatı  bir  neçə  mərhələdən  ibarət  olduğu  halda,  Zaqatala 

dairəsində bu  mərhələlər yox  idi,  çünki  ödənc  əməliyyatının başlanmasına  qədər,  hələ 

1908-ci  ildə  ödənc  pulunun  məbləği  Zaqatala  dairəsinə  ezam  edilmiş  komissiya 

tərəfindən  müəyyən  olunmuşdu.  Odur  ki,  ödənc əməliyyatı  başlayan  zaman  münsifin 

vəzifəsi  ödənc  pulunu  hesablamaq  deyil,  onu  ancaq  hər  kənd  üzrə  həyətlər  arasında 

bölmək idi. Buna görə də Zaqatala dairəsində ödənc əməliyyatının sonrakı mərhələlərini 

həyata keçirməyə ehtiyac qalmamışdı. 

1912-1913-cü  illər  qanunları  aqrar  məsələni  həll  edə  bilmədi.  1870-ci  il 

islahatından 42 il keçdikdən sonra da mülkədarlar güclə, zorla öz torpaqlarını kəndlilərə 

satır, onları bu torpaq üçün külli miqdarda pul verməyə məcbur edirdilər. Həmin qanun 

aktları kəndliləri qarət edir, onları yenə də torpaq sahiblərinin əsarətində saxlayırdı. 

1912-1913-cü  illərin  aqrar  qanunları  təhkimçilər  tərəfindən  həyata 

keçirilməsinə və  təhkimçilik  aktı  olmasına  baxmayaraq,  öz  məzmununa  görə  burjua 

xara kteri daşıyırdı. Kəndlilər tərəfindən pay torpaqlarının ödənclə alınması özü də xalis 

burjua  xarakterli  hadisə  idi.  Məhsul  mülkiyyətinin  ləğv  edilməsi,  kəndlinin  ödənc 

ödəməyə  başlaması  sahibkar  kəndində  kapitalist  münasibətlərinin  inkişafını, 

təbəqələşməni  daha  da  sürətləndirirdi,  yoxsullaşmış  və  əmlakdan  məhrum  olmuş 

kəndlilərin  sayını  artırırdı,  tavanalı  və  tavanasız  kəndli  qrupları  özünü  daha  aydın 

göstərməyə  başlayırdı.  Bu  qanunlar  sahibkar  kəndinin  iqtisadi  həyatında  kapitalist 

münasibətlərin in kişafını daha da sürətləndirirdi. 

 

 

 



 

 

 




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin