Azərbaycan diLİ VƏ tariXİ


§ 5. AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ RUSİYANIN



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə11/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   7   8   9   10   11   12   13   14   ...   72
Beynəlxalq  korporasiyalar:  "Şell",  "Nobel"  və  "Oyl".  XX  əsrinə 

əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyət miqyasına görə beynəlxalq səciyyə 

daşıyan sənaye-maliyyə birliklərinin yaranması prosesi başa çatdı. 

İri  müəssisələrin  neft  istehsalının  bütün  sahələrini,  nəqliyyatı  və  ticarəti  öz 

nəzarətləri altına alması onların təşkili və fəaliyyətində yeni firmalar yaratması və iri neft 

sənaye-maliyyə  korporasiyası  qurması  üçün  münbit  zəmin  idi.  Onlar  Rusiyanın  sosial-

iqtisadi quruluşu üçün  xarakterik olan  istehsalı böyütmək  işini neft sənayesinə də tətbiq 

etmişdilər. Azərbaycanda  iri  neft birləşmələrinin yaradılması  Qərbin  eyni cür  qruplarına 

qarşı durmaq üçün də zəruri idi. 

Birinci  dünya  müharibəsi  ərəfəsində  Azərbaycanın  neft  sənayesində  bir  neçə 

qüdrətli birliklər yarandı. Onlar Rusiya bankları ilə sıx qarşılıqlı münasibət qurmuşdu və o 

qədər qüdrətli idi ki, nəinki öz müstəqilliklərini hər hansı bankdan, yaxud qrupdan qoruyub 

saxlaya  b ilir,  hətta  Rusiya  və  xarici  banklardan  öz  məqsədləri  üçün  istifadə  edirdilər. 

Onlardan ən iriləri "Royal datç Şell ənd K°", "Şell", "Nobel" və "Oyl" qrupları idi. 




 

 

59 



1907-ci  ildə  yaradılmış  ingilis -holland  "Şell"  tresti  öz  nəhəng  məqsədlərinə 

çatmaq üçün diqqətini Bakı rayonuna yönəltdi. Birinci dünya müharibəsinin başlanmasına 

yaxın  "Şell" neft  istehsalında yalnız  məşhur  Amerika "Standart  Oyl və  K°" şirkətindən 

geri qalırdı.  Rusiya neftini ələ  keçirmək  planının  reallaşmasında  Q.Deterdinqin ("Şell"in 

başçısı)  dünya  bazarları  uğrunda  Rotşildlərlə  mübarizəsində  ona  öz  partnyorları  ilə 

qarşılıqlı əlaqələri dayaq oldu. 

1912-ci  ildə  "Şell"  Rotşildlərin  Paris  Bankir  Evinə  məxsus  olan,  Xəzər-Qara 

dəniz Cəmiyyətindəki səhmlərinin 80 faizini (bir qədər sonra daha on faizini) və "Mazut" 

cəmiyyətinə  məxsus  olan  səhmlərin  çoxunu  ələ  keçirdi.  Ən  iri  Bakı  firmaları  olan  bu 

müəssisələrin kapitalı müvafiq surətdə 10 və 12 mln rubla bərabər idi

164

 və öz gücünə görə 



yalnız  "Nobel  qardaşları"  şirkətindən  geri  qalırdı.  Onların  satılmasının  başlıca  səbəbi 

Rotşildlərin  xarici  bazarlarda  Amerika  kompaniyasının  rəqiblərinə  müqavimət  göstərə 

bilməməsi,  daxili  bazarlarda  isə  Nobelin  üstünlüyü  ilə  hesablaşması  idi.  Onlar  bu  cə-

miyyətlərdə  iştiraka  görə  27,5  mln  rubl  (hər  iki  cəmiyyətin  əmlakının  qiyməti  ilə),  o 

cümlədən  Azərbaycanda  olan  müəssisələrinin  əvəzinə  "Şell"  trestinin  səhmlərinin  20 

faizini əldə etdilər

165



Daha  sonra  əsası  ingilis  kapitalı  hesabına  1900-1902-ci  illərdə  qoyulmuş 



"S.M.Şibayev və  K

0M

, "İ.Q.Tumayev və  K°" və "Şəriklər" cəmiyyətləri "Şell"in tərkibinə 



qatıldı

166


. 1913-cü ildə bu müəssisələrin əsasında Londonda Yeni Şibayev neft komissiyası 

yaradıldı.  "Şell"  beynəlxalq  bazarlarda  sürtkü  yağlarına  tələbatın  artdığı  bir  vaxtda 

(Şibayevin məhsulları yaxşı keyfiyyəti ilə şöhrət tapmışdı) bu kompaniyanı ələ keçirməklə 

sürtkü yağı istehsal edən Rusiya sənayesində mühüm yer tutmaq imkanı qazandı. "Şibayev 

kompaniyası" isə trestdə özünün mühüm məqsədini həyata keçirməklə yanaşı, Qərbin bir 

neçə iri müəssisəsinin daxil ola bildiyi sürtkü yağları bazarına yol tapdı. "Mazut" cəmiyyəti 

və  Şibayev  firması  "Şell"in  bazasını  təşkil  edirdi.  Bu  kompaniyalarda  Sibir  ticarət, 

S.Peterburq və  Moskva  kommersiya bankları  fəal  iştirak edirdi.  1914-cü  ildə trest  11 neft 

müəssisəsinə  nəzarət  edirdi

167


  və  onun  1637  min  funtsterlinq  (1913-cü  ildə  1535  funt-

sterlinq) xalis gəliri əsas kapitalın 35 faizinə bərabər id i

168



Rusiya  neft  sənayesini  inhisara  almaq  uğrunda  mübarizə  "Nobel  qrupu"nun 



mövqeyini  möhkəmləndirdi.  Hələ  XIX  əsrdə  "Nobel  qardaşları"  şirkəti  artıq  trest 

səviyyəsinə  yüksəlmişdi.  Çar  xəzinəsi  heç  bir  başqa  neft  kompaniyasından  "Nobel" 

şirkətindən götürdüyü qədər gəlir götürmürdü. XX əsrin əvvəllərində o, bütün Rusiyada 

neft istehsalı və tica rəti nəhənginə çevrilmişdi.  

1913-cü  ildə  "Nobel  qardaşları" şirkəti  ilə "Mazut" şirkəti  arasındakı növbəti 

müqavilənin  vaxtı  bitəndə,  onun  Amerika  "Stand"  Oyl  və  K°"  tresti  ilə  müqavilə 

bağlayacağı barədə şayiə yayılmışdı. Çünki onların arasında sıx münasibət yaranmışdı

170


, bu 

isə "Nobel qardaşları" şirkətini xarici bazarlarda rəqabətlərə daha dözümlü etdi. 

Həmin  illərdə  "Nobel  qrupu"nun  təsir  dairəsi  xeyli  genişləndi.  O,  

"M.A.Kələntərov  və  K°"  ticarət  evinin  "Kolxida",  "V.İ.Raqozin'"  cəmiyyətlərinin 

nəzarət  zərflərini  aldı,  "Emba"  və  "Çimion"  cəmiyyətini  nəzarətinə  götürdü

171


.  "Nobel 

qardaşları"  şirkəti  Uzaq  Şərqdə  neft  məhsullarını  satmaqla  məşğul  olan  Şərqi  Asiya 




 

 

60 



Cəmiyyətini yaratdı. 

1912-ci  ildə "Nobel qardaşları" şirkəti öz  kapitalını  15  mln  rubl  artırdı və öz 

səhmlərini Berlin birjasında yerləşdirdi. Bununla əlaqədar olaraq şirkətin səhm kapitalı 30 

mln, istiqraz kapitalı 16,34 mln və ehtiyat kapitalı 32 mln. rubl o ldu

172



Birinci  dünya  müharibəsi  ərəfəsində "Nobel qrupu" özünün  maliyyə  fəaliyyəti 



nəticəsində 9 neft sənayesi və nəqliyyat firmasını öz nəzarəti altında birləşdirdi

173


. Bu qrup 

başqa firmaların neft məhsullarının ticarətini təşkil edən çox iri ticarət təşkilatı idi. 1913-cü 

ildə başqa firmalardan 52,5 mln pud neft, 17 mln. pud ağ neft, 40 mln pud neft qalıqları, 2,7 

mln pud sürtkü yağları və s. satın alınmışdı

174



"Nobel qardaşları" şirkətinin bu dövrdə 13 dəniz və 6 çay gəmisi,  147 barjı,  2 



minə qədər sistern-vaqonu, külli miqdarda anbarları və neft bazarları var id i

175


Bank kapitalı ilə sənaye kapitalının çulğalaşmasının mühüm  nəticələrindən biri 

də 1912-ci ildə Rus baş neft korporasiyasının yaranması oldu. 7 iri rus bankı, həmçinin ingilis 

və  Fransa  bankları  onun  təşkilatçıları  idi.  Korporasiyanın  özəyini  "Q.M.Lianozov  və 

oğulları"  şirkəti,  "Neft"  rus  şirkəti,  "A.İ.Mantaşov  və  K°"  və  "Kaspi"  şirkəti"  təşkil 

edirdi.  Belə  nəhəng birləşməni  yaratmaqda  məqsəd  bütün  Rusiya  neft sənayesini özünə 

tabe  etmək  və "Nobel  qrupu"nun  fəaliyyətini  məhdudlaşdırmaq  idi.  Bu  məqsədi  həyata 

keçirmək üçün korporasiya ticarət-nəqliyyat qrupu yaratdı.  Bu qrupa,  ilk növbədə,  Şərq 

cəmiyyəti daxil  oldu.  Bunun nəticəsində  o,  79  neft stansiyasını, 23  gəmini,  29  barjı  öz 

nəzarəti altına  aldı

176

 "Oyl"  isə  Volqa-Qara  dəniz  Cə miyyəti  (" Voçeto") adlı sindikat 



yaratdı. 

1913-cü  ilin  noyabrında  "Şərq  Cəmiyyəti"  ilə  "Volqa"  Cəmiyyəti  müqavilə 

bağladı.  Bu  müqaviləyə  əsasən, onlar  1914-cü  il yanvarın  1-dən neft və neft qalıqlarını 

birgə  satmağı  qərara  aldılar

177

.  Firmaların  ticarətdə  iştirakı  aşağıdakı  qaydada 



müəyyənləşdirildi:  "Şərq  Cəmiyyəti"  48  faiz, "Volqa"  Cəmiyyəti  36  faiz  və "Kaspi  şir-

kəti" 16 faiz. Müqavilədə qeyd olunurdu ki, "Şərq cəmiyyəti"nin payında "Q.M.Lianozov 

və  oğulları" şirkəti, "A.  İ. Mantaşev və  K°"  Cəmiyyəti, "İ.N.Ter-Akopov"  Cəmiyyəti və 

"Neft" şirkəti iştirak etməlidir. "Oyl‖un ən iri müəssisəsi - "A.İ.Mantaşov və K°" "Nob-

mazut"la  əlaqəsini  kəsdi və hazır  məhsullarını  "Okean"  Cəmiyyətinə verməyə başladı

178


Sindikat  öz  ətrafında  başqa  müəssisələri  də  birləşdirdi.  Onların  arasında  "Nobmazut"un 

çoxdankı rəqibi Ş.Əsədullayevin də  firması var  idi.  1913-cü  ildə "Oyl"  korporasiyasının 

yaratdığı sindikat ağ neft ticarətinin yalnız  15-17  faizinə nəzarət edirdi.  Bu, payına ağ neft 

ticarətinin 77 faizi düşən "Nobmazut‖u sarsıtmaq üçün çox a z idi

179


Onu da qeyd etmək vacibdir ki, "Oyl"un iştirakçıları olan neft sənaye firmaları qısa 

müddətdə böyük vəsaitlər əldə etməyə müvəffəq oldular, lakin onu daha çox təsərrüfatlarını 

genişləndirməyə  yox,  yalnız  üzdə  öz  müstəqilliklərini  qoruyub  saxlamış  firmaları  ələ 

keçirməyə yönəltdilər

180


"Oyl"  qarşıya qoyduğu  məqsədlərə  nail  ola  bilmədi.  Xarici  müştəriləri  geniş 

surətdə cəlb etmək istəyinin baş tutmaması onun maliyyə vəziyyətini sarsıtdı. Bunu "Nobel 

qardaşları" şirkətinə nisbətən "Oyl‖un gəlirinin nə qədər azalması sübut edir. Əgər 1912-ci 

ildə Nobel müəssisələrinin gəliri 22 faizə, "Oyl"unki isə 17,2 faizə bərabərdirsə, 1914-cü 



 

 

61 



ildə "Nobel qardaşları" şirkəti öz səhmdarlarına 26 faiz gəlir (divident) verdi, "Oyl‖da bu 

rəqəm 5,9 faizə bərabər idi

181



Müharibə ərəfəsində Bakıda fəaliyyət göstərən ingilis neft müəssisələri əsasında 



Londonda  Neft sənaye  və  maliyyə  korporasiyası  yaradıldı.  Bütün ticarət  fəaliyyəti "Şell" 

qrupunun ixtiyarında olan bu korporasiyanın səhm kapitalı 28 mln rubl idi

182



Sənaye-maliyyə  korporasiyalarının  yaranması  neft  mənbələrini,  neft  emalı  və 



daşınması  sahələrini  ələ  keçirmək  uğrunda  amansız  rəqabət  şəraitində  baş  verirdi. 

Birinci  dünya  müharibəsi  ərəfəsində  adları  çəkilən  korporasiyalar  Bakı  neft 

müəssisələrinin kapitalı ilə istədikləri kimi rəftar edirdilər. Bu kapital xarici kapitalistlərin 

qoyduğu  kapitaldan  çox  idi.  1914-cü  ildə  üç  birliyin  ("Şell",  "Nobel"  və  "Oyl") 

səhmdar  kapitalı,  Rusiyanın bütün səhmdar  kapitalının  86  faizini  təşkil  edirdi  (1911-

1914-cü illərdə neft istehsalı həcmi 1.127,8 mln.pud idi)

183



Bu  korporasiyaların neft  istehsalının həcmini  ölkədə  istehsal  edilənlə  müqayisə 



etsək, "Oyl"a 28 faiz, "Şell"ə 20 faiz və "Nobel"ə 14 faiz pay düşürdü

184


. Bundan başqa, ağ 

neft istehsalının 2/3-si, sürtkü yağları istehsalının isə hamısı və neft kəmərlərinin xeyli hissəsi 

də onlara  məxsus  idi

185


.  Beləliklə,  bir-biri  ilə  bağlı  olan  bu üç  iri  birlik  ölkənin  neft 

sənayesində istehsal və ticarətin əsas hissəsini öz nəzarəti altına almışdı. 

Neft  sənayesində  firmaların  və  şirkətlərin  yenidən  qurulması  kapitalın  milli 

tərkibində də dəyişiklik yaratdı. Məsələn, "Oyl"da  fransız  kapitalının payı  6  mln  rubla 

bərabər  idi

186


.  Fransız  kapitalının  mənafeyi  "Mazut"  cəmiyyəti  vasitəsilə  "Şell"  və 

"Nobel" qruplarında təmsil olunurdu. O da qeyd edilməlidir ki, Amerikanın "Standart Oyl 

və  K°"  şirkətini  tabe  etmək  və  onun  vasitəsilə  Rusiya  neft  sənayesinə  daxil  olmaq 

cəhdləri  baş  tutmadı.  Nobel  öz  uzaqgörən  siyasəti  sayəsində  1920-ci  ilə  qədər  öz 

müstəqilliyini qoruyub saxlaya bildi

187


. Bu siyasətin nəticələrindən biri o oldu ki, "Şell" və 

"Nobel"  qrupları  öz  aralarında  qarşılıqlı  xeyir  götürmək  barədə  razılığa  gəlib, 

mənafelərində bəzi ziddiyyətlər olmasına baxmayaraq, "Oyl"a qarşı birləşdilər. 

Beləliklə,  XX  əsrin  əvvəllərində  Azərbaycan  neft  sənayesindəki  iri 

firmaların  mövqeyində  müəyyən  dəyişikliklər  baş verdi.  Onların  müxtəlif  maliyyə  və 

istehsal  fəaliyyəti,  bank  və  sənaye  kapitallarının  təmərküzləşməsinin  güclənməsi  və 

korporasiyaların  yaranması  neft  kompaniyalarının  ölkənin  iqtisadiyyatındakı  rolunu 

artırd ı. 

 

 

 



 

 

 



 

 

 



 


 

 

62 




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin