T ƏHSİ L nazi rli Yİ G



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix31.01.2017
ölçüsü2,72 Mb.
#7270
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AŞIQ  ƏLƏSGƏR POEZİYASI HAQQINDA 

DÜŞÜNCƏLƏR. 

 

 

407 


 

Professor S

ədnik Paşa Pirsultanlının yara-

dıcılığında Göyçə aşıq məktəbinin parlaq zirvəsi 

Aşıq  Ələsgərin fəaliyyəti və  poeziyası  haqqında 

apardığı araşdırmalar və tədqiqatlar çox əhəmiy-

y

ətlidir. 



 

Aşıq  Ələsgər və  onun  ədəbi irsi Sədnik 

əllim  üçün  folklora,  aşıq  poeziyasına  sevgi, 



m

əhəbbət və  möcüzə  mənbəyidir. Buna görə də 

t

ədqiqatçı  Sədnik  Paşa  Aşıq  Ələsgər poeziya 



dünyasının elmi-nəzəri şərhini verməyə səmərəli 

s

əy göstərmişdir. 



 

Folklorşünas  Sədnik  Paşa  Pirsultanlının 

“Ələsgərşünaslıq” araşdırmalarını diqqətlə nəzər-

d

ən keçirdikdə  məlum  olur  ki,  Aşıq  Ələsgər 



poeziyası  aktualdır,  təlim-tərbiyəvi və  bədii-

estetik mahiyy

ətli poeziyadır. 

 

Əsrlərin və  minilliklərin  qovşağında  öz 



milli müst

əqilliyinə qovuşmuş Azərbaycan xalqı 

sab

ahını  qorumaq  üçün  milli,  mənəvi, mədəni, 



ictimai, siyasi d

əyərlərinə yenidən nəzər salmaq, 

onları  saf-çürük edib gələcəyə  həmişəyaşar 

d

əyərlərlə yollanmaq zərurəti ilə üzbəüz qalmış-



dır.  

G

ələcəyə  gedən yol millətdən öz mənəvi-



m

ədəni  potensialını  aktivləşdirməyi tələb edir. 

Aşıq Ələsgər yaradıcılığına marağın güclənməsi, 

televiziya  ekranlarında  onun  şəxsiyyəti və  yara-



 

408 


dıcılığı  ilə  bağlı  müzakirələrin  açılması  təsadüfi 

tamamil


ə təbii və çox əhəmiyyətlidir. 

 

Aşıq  Ələsgərin  yaradıcılığında  milli  aşıq 



s

ənəti və  yaradıcılığı  etalon  səviyyəsinə  çatmış-

dır.Tədqiqatçı yazır:  

 

“Aşıq  poeziyasının  Nizamisi  sayılan  Aşıq 



Ələsgər Alməmməd  oğlu  XIX  əsrdə  yaşamış  el 

s

ənətkarlarının  ən    istedadlısıdır.  Aşıq  sənətini 



bir dağa bənzətsək, haradan baxırsan bax, ancaq 

oradan yen

ə Ələsgər zirvəsi görünür”

1



 

Folklorşünas  tədqiqatçı,  professor  Sədnik 

Paşa Pirsultanlı zəngin Azərbaycan mədəniyyəti 

tarixind


ə  Aşıq  Ələsgər  poeziyasının,  Aşıq 

Ələsgər sənətinin tükənməz və  aktual, tərbiyəvi 

v

ə təsirli, orijinal və estetik mahiyyətli olmasını 



tarixi m

ənbələr və  rəsmi materiallar əsasında 

aydın şərh edir.  

əllif iftixar hissilə  yazır:  “Aşıq  Ələs-



g

ərdən çox öyrənilən, nəşr  olunan,  araşdırılan, 

haqqında  yazılan  sənətkar  olmamışdur.  Lakin 

bununla bel

ə, bu qüdrətli saz-söz  azmanının 

bitib-tük

ənməyən zəngin  ədəbi irsi elmi nəzəri 

baxımdan  layiqincə  öyrənilməmiş  və  onun haq-

qında  müasir  tələblər səviyyəsində  monoqrafik 

əsərlər  yazılıb  çap  olunmamışdır.  Aşıq  Ələsgər 

                                                 

1

 S



ədnik Paşayev. XXəsr Azərbaycan aşıq yaradıcılığı. Bakı, 1990, 

s

əh 67 



 

409 


xalq  yaradıcılığı,  aşıq  ədəbiyyatı  və  sənəti 

tarixind


ə  xüsusi yeri olan görkəmli  bir sənətkar 

kimi dön


ə-dönə  araşdırılmalı,  tədqiq edilib 

öyr


ənilməlidir”

1

 



Aşıq Ələsgər özünün haqqında deyir: 

 

Adım Ələsgərdi, mərdi-mərdanə, 



On iki şəyirdim işlər hər yana. 

 

 



Aşıq  Ələsgərin  şagirdlərindən Göyçədə-

Daşkənddən  Aşıq  Nəcəf,  Qızılvəngdən  Aşıq 

Mustafa v

ə  Aşıq  Yusif,  Nərimanlıdan  Aşıq 

Mikayıl,  Aşıq  İsa,  Zoddan  Aşıq  Qasım  və  Aşıq 

Ağayar,  Böyük  Qaraqoyunludan  Aşıq  Əsəd, 

Böyük M

əzrədən  Aşıq  Qiyas,  Zərzibildən  Aşıq 



Nağı və Aşıq Sayad, Ağkilsədən Aşıq Qurban və 

başqalarının  adı  qeydə  alınmışdır.  Əsl mənada 

qardaş oğlanlarından Növrəs İman və Aşıq Musa 

da onun istedadlı şəyirdlərindən idilər. 

 

Aşıq  Ələsgər  “Xalq  akademiyasında” 



t

əhsil almış, həm də “akademiyanın” yaşamasın-

da v

ə inkişaf etməsində var qüvvəsini əsirgəmə-



mişdir.  Ustadı  Aşıq  Alıdan  dərs  almış,  sənət 

al

əmində  yetişmiş  Aşıq  Ələsgər gözəl  şəyirdlər 



yetişdirmiş və zəngin ədəbi irs yaratmışdır. 

                                                 

1

 S

ədnik Paşayev. XX əsr Azərbaycan aşıq yaradıcılığı. Bakı, 1990, 



s

əh. 67 


 

410 


      Professor S

ədnik Paşa Pirsultanlı yazır: 

 

“Aşıq  Ələsgər  aşıqlıq  sənətinin bütün 



sirl

ərinə  bələd  idi.  O  aşıqlıq  sənətində  savadsız 

deyildi. Aşıq Ələsgər müəyyən bir məktəbdə təh-

sil  almasa  da,  yazı-pozu bilməsə  də, dövrünün, 

mühitinin alimi idi.  

O,  Aşıq  Alı  kimi  kamil  bir  ustaddan  dərs 

almış,  köhnəliklə  yeniliyin mübarizə  apardığı, 

oyanmış Göyçə mühitində yetişmişdi. Əgər belə 

dem

ək olarsa, Aşıq  Ələsgər  xalq  akademiyasını 



bitirmiş bir dahi idi”

2

 



 

S

ədnik müəllim  yazır  ki,  Aşıq  Ələsgər 



bizim q

əlbimizdə, şüurumuzda, zehnimizdə, yad-

daşımızda,  sazımızda  və  sözümüzdədir.  Aşıq 

Ələsgərin  poeziyası  Azərbaycan mədəniyyətinin 

hissiyyat zirv

əsidir, varlığın bədii söz vasitəsidir, 

estetik duyğu kəhkəşanıdır. 

 

Ələsgər  poeziyası  milli  düşüncənin intel-



let

kual potensiyası ilə idrak olunan şüur hadisə-

sidir.  Milli  zehinin  intellektual  imkanları  bu 

poeziyada b

ədii  düşüncə  kodu ilə  dərk olunmuş 

estetik reallığa çevrilmişdir. 

 

Aşıq  Ələsgər  poeziyası  milli  düşüncənin 



bütün fiziki-m

ənəvi təcrübəsini özündə  kodlaş-

dıran bədii yaddaş potensiyasıdır. Bu poeziyanın 

                                                 

2

 Yen


ə orada, səh. 115 

 

411 


daşıyıcısı olan etnik-mədəni sistem həm bir fərd 

(yaradıcı  subyekt),  həm də  bir kollektiv (etnos) 

olaraq 

bütün kosmoetnik atributları səviyyəsində 



Ələsgər yaradıcılığında tarixə-yaddaşa kodlaşıb; 

 

Aşıq Ələsgər poeziyası Azərbaycan xalqı-



nın  bədii  düşüncə  stixiyasının  mayasını-arxitek-

tonik  estetikasını,  ruhunu-  etnopsixoloji struktur 

estetikasını özündə birləşdiribdir. 

 

Göründüyü kimi, S



ədnik  Paşa  Pirsultanlı 

Ələsgəri “qəlbimizdə,  şüurumuzda,  zehnimizdə, 

yaddaşımızda,  sazımızda,  sözümüzdə” axtarıb 

k

əşf  etməklə  onun  sözü,  sazı  və  sənətinin 



möcüz

ələr aləminə  gedən yolu bütün dünyaya 

göst

ərmişdir. 



 

Professor  S

ədnik  Paşa  Pirsultanlı  Ələs-

g

ərin etnik-mədəni  düşüncə  sistemində  yaddaş-



laşmış  obrazının  struktur  paradiqmalarını  bərpa 

ed

ərək  yazmışdır:  “Ələsgər dedikdə, Göyçə, 



Göyç

ə  gölü,  Çalmalı  dağı,  Miskin  Abdal  ocağı, 

Aşıq  Ələsgərin  ustadı  Aşıq  Alı,  Daşkəndli 

M

əmmədhüseyn,  Daşkəndli  Aşıq  Nəcəf,  Aşıq 



Musa,  Alıncalı  Məhərrəm,  Şişqayalı  Aydın, 

Zodlu S


ənətkar Abdulla, Növrəs İman, Ağkilsəli 

Şair  Nəcəf,  Ağbulaqlı  Aşıq  Kazım,  Aqil,  neçə-

neç

ə saz-söz sərrafı göz önünə gəlir”. 



 

Alimin bu intellektual 

izahatı  bir bədii 

ric


ətdən çox uzaq məna  sistemidir.  Əslində, bu 

 

412 


sistemd

ə Aşıq Ələsgər bir yaradıcı fərd olaraq öz 

f

əlsəfi obrazı ilə boy verir və yaşayır.  



 

Professor 

S

ədnik  Paşa  Pirsultanlının 



Ələsgəri Göyçə  yurduna və  Göyçə  gölünə, Çal-

ma

lı  dağına  bənzətməsi intellektual  təşbeh 



deyildir:  insanın  təbiətlə  vəhdətinin ilahi-fəlsəfi 

idrakıdır.  

Alim 

Aşıq Ələsgər şəxsiyyətini ana yurda 



bağlayan  telləri bərpa  etmiş,  Göyçə  təbiətinin- 

havasının,  suyunun,  dağının,  meşəsinin    Aşıq 

Ələsgərin  varlığından  keçərək necə  səsə, sözə, 

musiqiy


ə kodlaşmasını göstərmişdir. 

 

Professor  S



ədnik  Paşa  Pirsultanlı  Miskin 

Abdalı,  Aşıq  Alını,  onun  şagirdi  Aşıq  Ələsgəri, 

müasirl

əri  Daşkəndli Məmmədhüseyni,  Daş-



k

əndli  Aşıq  Nəcəfi,  Aşıq  Musanı,  Alıncanlı 

M

əhərrəmi,  Şişqayalı  Aydını,  Zodlu  Sənətkar 



Aabdul

lanı, Növrəs İmanı, Ağkilsəli Şair Nəcəfi, 

Ağbulaqlı Aşıq Kazımı, Ağbulaqlı şair və neçə-

neç


ə  saz-söz sərrafını  bir  zaman  müstəvisinə 

g

ətirib, zamanın geneoloji modelini Aşıq Ələsgər 



s

ənəti səviyyəsində bərpa edə bilmişdir. 

 

S

ədnik  Paşa  Pirsultanlının  düşüncələrini 



kosmoetnik  düşüncə  kodu müstəvisində  təhlil 

etdiyimiz zaman aydın olur ki, onun intellektual 

sistemind

ə “Ələsgər” işarəsinin iki əsas qatı var: 



 

413 


1.

 

Az



ərbaycan-türk bədii  düşüncəsinin  Ələs-

g

ər adlı insanının varlığında işarələnmiş səviyyə: 



2.

 

Az



ərbaycan-türk bədii  düşüncəsinin  Ələs-

g

ər  adlı  obrazında  (simvolunda)  işarələnmiş 



s

əviyyə. 


Professor  S

ədnik Paşa Pirsultanlıya görə, Ələs-

g

ər bir insan olaraq saz-söz  şəcərəsinin konkret 



h

əlqəsi, bir simvol olaraq həmin  şəcərənin 

özüdür.  Onun  varlığında,  sözündə  və  sazında 

milli m


ədəniyyətin  keçmişi  də, bu günü də, 

g

ələcəyi də  simvollaşıbdır. Milli mədəniyyətin 



zamandan, m

əqamdan  asılı  olmayaraq,  bütün 

s

əviyyələri bizə Aşıq Ələsgəri nişan verir. 



 

“O  taylı,  bu  taylı  çoxəsirlik  aşıq  poeziyasını 

əlçatmaz,  əzəmətli bir  dağa  bənzətsək,  bu  dağa 

hansı səmtdən baxırsan bax, bu dağın  zirvəsində 

s

ənət qartalı olan Aşıq Ələsgər görünər”.



1

2

 



 

Az

ərbaycan elmi-intellektual düşüncəsində 



Aşıq  Ələsgər sənətkarlığının  humanizm  qay-

nağını  görüb  dəyərləndirmək  professor    Sədnik 

əllimə qismət olmuşdur. O, Ələsgər yaradıcı-



lığının  zirvəsində-sənət  kodlarının    mayasında 

duran humanist nüv

əni kəşf  etmişdir:  “Aşıq 

Ələsgər  bu  ucalığı  təkcə  sənətkarlıqla  yaratdığı 

                                                 

1

 S



ədnik Paşayev. XX əsr Azərbaycan aşıq yaradıcılığı. Bakı, 1990, 

s

əh.176 



 

 

414 


göz

əl qoşma və gəraylılarına, təcnis və dodaqd-

əyməz təcnislərinə, divani və  müxəmməslərinə 

gör


ə deyil, o bu zirvəni həm də öz yüksək insani 

keyfiyy


ətləri ilə  qazanmışdır.  Öz  yurdunu  sevə-

sev


ə  gəzən, ona hərarətli nəğmələr  qoşan 

s

ənətkar ömrü boyu həm öyrətmiş,  həm də 



xalqdan öyr

ənmişdir.”

1

 

 



Professor S

ədnik  Paşa  Pirsultanlı  Aşıq 

Ələsgərin  poeziyasını  mükəmməl oxuyub dərk 

etmiş,  bu  poeziyadan  bədii-estetik  zövq  almış, 

onu şüurlu mənimsəmişdir.  

S

ədnik müəllim  göstərmişdir  ki,  Aşıq 



Ələsgərin  poeziyasındakı  ictimai  motivlər həqi-

q

əti  əks etdirir. Ölkədəki iqtisadi və  ictimai-



siyasi  b

ərabərsizlik o qədər güclənib ki, “biri al 

geyinir, tirm

ə  qurşayır,  biri  üryan  gəzir  qarın 

içind

ə”.  


Aşıq  Ələsgərin həyata  açıq  gözlü  baxışı 

h

əmişə  tam  aydındır.  Hətta bu yoxsulluq onun 



m

ənalı ömrünə, şəfalı həyatına çox ağır zərbələr 

vurduğuna görə demişdir: 

Ələsgərəm, qərq olmuşam bu qəmə, 

Yoxsulluğum dağ çəkibdir sinəmə. 

 

                                                 



1

 . S


ədnik Paşayev. XX əsr Azərbaycan aşıq yaradıcılığı. Bakı, 1990, 

s

əh.177. 



 

415 


 

Bahalıqdan,  aclıqdan,  xalqın  acınacaqlı 

v

əziyyətindən  şikayət edən Aşıq Ələsgər poetik 



dilin qüvv

əsi ilə demişdir: 

 

Bar-ilahi, kim döz



əcək, 

Bu c


əfaya dalbadal? 

 

 



İstismarçı  ictimai  quruluşdan  hamı  nara-

zıdır,  hamı  bu  quruluşa  və  onun nümayən-

d

ələrinə  nifrət edir. Buna görə  də  Aşıq  Ələsgər 



deyir: 

Ələsgər qəlbinə saldın işığı, 

M

əclislər zinyəti, el yaraşığı, 



Əzizliklə saxladığın aşığı, 

Z

əlilliklə imtahana çəkirsən. 



 

 

Aşıq  Ələsgər  yaşadığı    əsrdə  “mərd igid-



l

ər” yoxsulluqdan  ölüm  axtarır,  ahuzar  çəkir. 

Qüdr

ətli sənətkar  alçalıb  yaşamaqdansa,  şərəfli 



ölümü üstün tutur v

ə deyir: 

 

M

ərd iyidə ölüm haqdı dünyada, 



Yoxsul olub ahuzarı çəkməyə”. 

 

 



Professor S

ədnik Paşa Pirsultanlı yazır: 

 



Aşıq  Ələsgərin  yaradıcılığı  çoxşaxəli və 



çoxc

əhətlidir.  Onun  şeirlərini  mövzu  əhatəsinə 



 

416 


v

ə  məzmun prinsipinə  görə  əsasən üç qismə 

ayırmaq olar: 

1.

 



“Qüdr

ətdən səngərli,  qadalı  dağların” 

t

ərənnümü ( təbiət təsvirləri). 



2.

 

Göz



əllərin vəsfi (lirik- aşiqanə motivlər). 

3.

 



İctimai məzmunlu  şeirlər (sosial-siyasi 

motivl


ər)”. 

Aşıq  Ələsgərin  adı  çəkiləndə  Göyçə 

mahalı,  Göyçə  gölü,  Çalmalı  dağı  xatırlanır  və 

oxucuya t

əsir edir.  Aşıq Ələsgər deyir: 

 

B



əylik, köylük, səylik olan məclisdə, 

Qaç ki, orda xeyir, b

ərəkət olmaz. 

 

Ələsgər elmində olma nabələd, 



Düz danış sözündən qıxmasın qələt. 

Şahiddə iman yox, bəydə ədalət, 

Alimin d

ə düz bazarın görmədim. 

 

 

Göyç



ə  aşıq  məktəbinin zirvəsi, dahi söz 

s

ənətkarı  Aşıq  Ələsgər  istismar  dünyasına,  ha-



ramkorlara, ziyankarlara,  i

stismarçılara,  talan-

çılara nifrət edir və deyir: 

 

Aldanma dövl



ətə, uyma dünyaya, 

Halaldan k

əsb eylə özünə maya. 

 


 

417 


 

“İmkanı  olanları  insafa,  imana, düz yola, 

“fağırın  qeydinə”  qalmağa  çağıran  Aşıq  Ələs-

g

ərin bu qəbildən söylədiyi öyüd-örnəklərdə  və 



n

əsihətlərdə Nizami didaktikasının ruhu görühür: 

 

Zülm il


ə enməz haqdan ucalan, 

Yüks


ələr fağırın qeydinə qalan. 

 

 



Filologiya elml

əri doktoru, professor 

S

ədnik  Paşa  Pirsultanlı  Ələsgərin sosial didak-



tikasında sözlə subyekt arasındakı münasibətlərin 

psixoloji s

əviyyədə  olduğunu  müəyyənləşdirmiş 

v

ə  göstərmişdir  ki,  Aşıq  Ələsgər öz sözünə, 



şeirinin qüdrətinə, təsiredici gücünə  tam  inanır 

v

ə buna görə də tam qətiyyətlə təəssüblə deyir: 



 

M

ənim sözüm yoldan azan mollanı, 



Qaytarar yoluna müs

əlman eylər. 

 

 

Professor  S



ədnik  Paşa  Pirsultanlıya  bütün 

bunlar  Aşıq  Ələsgərin poetik söz kodu vasitəsi 

il

ə  qurulmuş  mənəvi-əxlaqi dünya modelini 



b

ədii-didaktik təsəvvürlər sistemində  müəyyən-

l

əşdirməyə  və  düzgün təsvir etməyə  imkan 



vermişdir.  

Professor S

ədnik  Paşa  Pirsultanlı  yazır: 

“Ustad    s

ənətkarın özünəməxsus həyat fəlsəfəsi 


 

418 


var. Onun q

ənaətinə  görə  haqq ilə  nahaqqı  bir-

birind

ən ayırmaq istəyirsənsə, hər deyilənə inan-



ma, gözünl

ə gör, qulağınla eşit, sonra inan: 

 

Haqq il


ə nahaqqı axtaran hakim, 

Tapar qulaq il

ə göz arasında. 

 

 



Professor  S

ədnik müəllim  yazır  ki,  Aşıq 

Ələsgər nəinki saz-söz  meydanına  çıxan 

ustadları, həm də yerini bilməyən, qarşısındakını 

yaxşı  tanımayanları  özünün  kəskin hərbə-

zorbaları  ilə  susdurmuş,  onları  ifşa  etmiş  və 

demişdir: 

 

Söz uzansa h



əcv  çıxar qurşağa, 

Sözün dalın çox uzatma, hayıfsan. 

 

 

Professor S



ədnik  Paşa  Pirsultanlı  Aşıq 

Ələsgər yaradıcılığını həm estetik möcüzəsi, həm 

d

ə  poetik  intellektualizmi  baxımından  “sirlər 



dünyası”  hesab  edir.  Ustad  aşığın  “Yeddidi”, 

“Ay n


ədən oldu”, “Deyilmi”, “Olur”, “Danışaq” 

v

ə  başqa  qıfılbəndlərinin  hələ  də  açılmadığını 



qeyd edir v

ə bu iki misranı nümunə göstərir: 

Bir kasa içind

ə on dörd irəng var, 

Qarası yeddidi, ağı yeddidi. 

 

 



Bir  kasanın  dünya,  on  dörd  rəngin gecə-

gündüz, yeddi gec

ənin  qara,  yeddi  ağın  gündüz 


 

419 


olduğunu deyənlər olubdur. Lakin bunlar dərya-

dan bir damladır. 

 

Professor S



ədnik  Paşa  yazır:  “Aşıq 

Ələsgərdən çox öyrənilən, nəşr  olunan,  araş-

dırılan, haqqında yazılan sənətkar olmamışdır. 

Lakin bununla bel

ə  bu qüdrətli saz-söz 

azmanının  bitib-tükənməyən zəngin  ədəbi irsi 

elmi-n

əzəri baxımdan layiqincə öyrənilməmiş və 



onun  haqqında  müasir  tələblər səviyyəsində 

monoqrafik 

əsərlər yazılıb çap olunmamışdır. 

Aşıq Ələsgər Azərbaycan xalq yaradıcılığı, 

aşıq  ədəbiyyatı  və  sənət tarixində  xüsusi yeri 

olan görk

əmli bir sənətkar kimi dönə-dönə araş-

dırılmalı, tədqiq edilib öyrənilməlidir”

 

Az



ərbaycan 

folklorşünaslıq 

elminin 

görk


əmli nümayəndəsi professor Sədnik  Paşa 

Pirsultanlının 1990-cı ildə bu elmi həqiqət onun 

on s

əkkiz ildən  sonra  çapdan  çıxmış  “Aşıq 



Ələsgər sənətkarlığı,  Aşıq  Ələsgər  ucalığı”  adlı 

m

əqaləsində göstərmiş və yazmışdır:  



 “H

ər bir sənətkarın  sənət  meydanında 

yerini mü

əyyənləşdirən onun sənətkarlığıdır, 

s

ənətə bələdçiliyidir. Dərin biliyinə, zəkasına və 



fitri istedadına görə Aşıq Ələsgəri aşıq sənətinin 

mema


rı hesab edirlər”.

 



XVI 

əsrdə  Dirili Qurbani, XVII əsrdə 

Tufarqanlı Abbas, XVII-XVIII əsrdə Tikmədaşlı 


 

420 


X

əstə Qasım, XVIII əsərdə Abdalgülablı Valeh, 

XIX 

əsrdə  şəmkirli Hüseyn kimi sənətkarlar 



arasında sənətin fövqünə, sənətin zirvəsinə qalxa 

bil


ən  Aşıq  Ələsgər  aşıq  sənətinin həqiqi me-

marıdır.  

 

Ona gör


ə ki, Aşıq Ələsgər aşıq yaradıcılı-

ğının poetik və melodik sistemini,üsullarını, qay-

dalarını çox əsaslı mənimsəmiş, aşıqlıq sənətinin 

zirv


əsinə yüksəlmişdir. 

Aşıq Ələsgər Qurbaninin yaratdığı altımış üç 

m

əsaili ilə, təcnis və  divani  şeir  formaları  ilə 



tanış  olduqdan  sonra,  həmin səpkidə, yəni bu 

şəkildə gözəl şeirlər qoşmuşdur.   

 

Dirili Qurbani öz yaradıcılığında iki təcnis 



yaratmışdırsa,  Aşıq  Ələsgər buna cavab olaraq 

iyrimi beş təcnis yaratmışdır.  

Görk

əmli sənətkar Tufarqanlı  Abbas  cığalı 



t

əcnisin bir nümunəsini (“Gözəl, göz ola”) 

yaratmışdırsa,  Aşıq  Ələsgər bunun müqabilində 

dörd cığalı təcnis yaratmışdır. 

 

Aşıq  Ələsgər sələflərindən və  xələflərin-



d

ən irəli gedərək aşıq poeziyasına dodaqdəyməz 

t

əcnislər və cığalı təcnislər gətirmişdir.  



Şeirin  bu  sənət növlərini,  dilin  qanunlarını, 

samit v


ə  sait səsləri bir-birindən seçməyi baca-

ran, cinaslarda gizl

ənən məna yükünü, məna 

çalarını bir-birindən fərqləndirməyi bacaran Aşıq 



 

421 


Ələsgər  bu  işi  həll  etmiş,  gözəl sənət inciləri 

yaratmışdır. 

 

Aşıq  Ələsgər cinaslardan istifadə  edib 



t

əkcə  cinas yaratmır, həm də təcnislər vasitəsilə 

cinasları  yeni  biliklərlə  zənginləşdirir,  dünya-

görü


şünü artırır. 

 

Q



ədim və zəngin Azərbaycan aşıq yaradı-

cılığına  ətraflı  diqqət edib tədqiqat aparanda 

aydın  olur  ki,  aşıq  şeirinin bənzərsiz  yaradıl-

masında  və  təcnislərin  inkişaf  etdirilməsində 

Tikm

ədaşlı Xəstə Qasımın və Göyçə aşıq məktə-



binin görk

əmli nümayəndəsi  Aşıq  Ələsgərin 

şərəfli xidmətləri olmuşdur. 

 

Professor S



ədnik  Paşa  Pirsultanlı  Aşıq 

Ələsgərin  yetişməsində  Tikmədaşlı  Xəstə  Qası-

mın  zəngin  yaradıcılığının    rolunu  yüksək qiy-

m

ətləndirmiş  və  yazmışdır:  “Tikmədaşlı  Xəstə 



Qasımın məharətlə yazdığı qıfılbəndləri özündən 

sonra s


ənət  meydanına  gəlmiş  neçə-neçə  ustad 

aşığı  çətinlik  qarşısında  qoymuş,  günlərlə, 

aylarla  düşünməyə,  baş  sındırmağa  vadar 

etmişdir.  

Onlardan bir neç

əsini  Aşıq  Ələsgər və  onun 

qardaşı  oğlu  Növrəs  İman  açmış,  bir  sıra 

qıfılbəndləri hələ də bağlı qalmaqdadır”

 

M



əlumdur  ki,  aşıqların  Xəstə  Qasımdan 

t

əsirlənməsi təsadüfi deyildir. Çünki Xəstə 



 

422 


Qasım elə bir sənətkar olmuşdur ki, Aşıq Ələsgər 

kimi saz-söz s

ərrafı ona biganə qala bilməmişdir. 

X

əstə  Qasım  şeirləri zəngin həyat  müşahi-



d

ələrinin məntiqi nəticələri kimi səslənir,  insanı 

düşündürür,  bədii zəvq  verir,  onun  idrakına, 

şüuruna təsir edir, mənəvi aləmini saflaşdırır. 

 

Aşıq Ələsgər bu şeir növü ilə tanış olandan 



sonra çox göz

əl təcnislər  yaratmışdır.  Təcnisin 

v

ə  cığalı  təcnisin  memarı  olan  Aşıq  Ələsgər 



müst

əzad təcnisinin  də  ilk nümunəsini yarat-

mışdır.  

 

Professor S



ədnik Paşa Pirsultanlı yazır ki, 

Aşıq  Ələsgər  yaratdığı  dodaqdəyməzi, dodaq-

d

əyməz  cığalı  təcnisi, müstəzad təcnisi, divan 



t

əcnisi heç kəs indiyə qədər yarada bilməmişdir. 

Aşıq  Ələsgər  bu  yaradıcılığı  ilə  sənətin 

fövqün


ə  ucalaraq möcüzələr  yaratmış,  kəşflər 

et

mişdir.  Bu  baxımdan,  Aşıq  Ələsgər novator 



aşıq  yaradıcılığına    yenilik gətirən,  sənətkardır. 

Aşıq  Ələsgər  anonim-cinaslar vasitəsilə  təcnis 

binaları  qurmuş, söz kərpiclərinin üst-üstə, yan-

yana düzülüşündə də ustad olmuşdur. 

 

Professor S



ədnik Paşa Pirsultanlı yazır ki, 

Aşıq Ələsgərin dodaqdəyməz təcnis sahəsindəki 

yaradıcılığını  heç  bir  sənətkar  bacarmamışdır. 

“H

ələ  Azərbaycan  aşıq  poeziyasında,  Türk 



dünya

sının ozan-aşıq poeziyasında Aşıq Ələsgər 



 

423 


kimi dodaqd

əyməz təcnisləri Molla Pənah Vaqif, 

Qasım  bəy Zakir, Nəbati kimi təcnis  yazmağa 

girişən sənətkarlar ərsəyə gətirmişlər.  

Yazılı və şifahi ədəbiyyatın sirrinə bələd olan bu 

s

ənətkarlar dodaqdəyməz    təcnis, dodaqdəyməz 



cığalı təcnis yaratmağa girişmişlər.  

H

ələlik Ələsgərin bu şeir dənizinə qəvvas 



kimi gir

ən,  ordan  üzüb  çıxan,  dodaqdəyməz 

t

əcnis binaları yaradan olmamışdır. Bu cəhətdən  



Aşıq  Ələsgər sənət  meydanına  tək gəlib, tək 

gedibdir. 

Onun yaradıcılıq yolunu Seyfəli Pənah, 

Molla Cüm

ə, Növrəs  İman  izləmişlər. Lakin 

Ələsgər zirvəsinə  can atsalar da, zirvə  yenə  də 

Ələsgərə qalmışdır.  

Az

ərbaycan  aşıq  şeirinin  inkişafında  Aşıq 



Ələsgərin yaratdığı şeirlər çox qiymətli, dəyərli, 

əhəmiyyətli və əbədiyaşar sənət inciləridir. Azər-

baycan  aşıq  yaradıcılığında  dodaqdəyməz 

t

əcnislərinin  bünövrə  daşlarını  cinaslardan yo-



nan, tağ daşlarını seçib cinas kərpiclərdən hörən 

Aşıq  Ələsgər möhtəşəm təcnis  binaları  qurmuş, 

b

u şeir şəklinin memarı və bənnası olmuş, Türk 



dünyasında tanınmışdır. 

 

Professor  S



ədnik müəllim  Aşıq  Ələsgər 

poeziyasını  yüksək qiymətləndirir:  “Mən  qırx 

ild

ən  artıq  bir  zaman  içərisində  Türk, Qazax və 



Qırğız,  Uyğur  və  Qaraqalpaq, Türkmən və  Öz-

 

424 


b

ək, Qaqauz və  Qaraçay,  Dağıstanda  qumuk  və 

noqay türkl

ərinin ozan-aşıq yaradıcılığını, poezi-

yasını incələyib öyrənmişəm.  

Qoşquları  və  qırları  izləmişəm,  lakin 

onların  ədəbi irsləri içərisində  Aşıq  Ələsgərin 

dodaqd


əyməz  şeirlərinə  bənzər bir nümunəyə 

rast g


əlməmişəm.  

Aşıq Ələsgər xüsusi fitri istedada malik bir 

novator aşıqdır. Onun poeziyası daxilində kəşflər 

v

ə Ələsgər irsinin pəncərəsini açıb tanıtmışdır. 



 

Göyç


ə  aşıq  məktəbinin görkəmli nüma-

y

əndəsi  Aşıq  Ələsgər  müdrik  insan  olmuşdur. 



Ona gör

ə də tədqiqatçı yazır: “Aşıq Ələsgər irsi 

çox z

əngindir.  Ona görə də Aşıq Ələsgəri öyrən-



m

ək bir nəfərin, iki nəfərin işi deyil. Bunun üçün 

bir  şöbə, bir institut  lazımdır.  Qazaxıstanda  bir 

şöbə təkcə Canbulu öyrənir. Aşıq Ələsgərin sazı 

var, r

əssam kimi fırçası yoxdur.  



Göyç

ə  aşıq  məktəbinin  ustadı  Aşıq 

Ələsgərin ilhamı təbiətdən rəng alıb, obraz seçib,   

göz


əl rəsm  tablosu  yaradıb  oxuculara  ərməğan 

vermişdir.  

 

Görk


əmli  folklorşünas  Sədnik  Paşayev 

Aşıq Ələsgərin dastan yaradıcılığı ilə bağlı elmdə 

mövcud olan mübahis

ələrə  aydınlıq  gətirir və 

yazır:  “Aşıq  Ələsgərin sələflərindən Qurbani, 

Tufarqanlı  Abbas,  Xəstə  Qasım,  Abdalgülablı 



 

425 


Valeh v

ə  Şəmkirli  Aşıq  Hüseyn  iri həcmli 

dastanlar yaradmışlar.  

B

əs nə  üçün  aşıq  sənətinin zirvəsində 



dayanan, aşıq şerinin hər növünü yaradanlar yeni 

şeirləri 

şəkilləndirib 

meydana 


çıxaran, 

dodaqd


əyməz təcnislərin ilk nümunələrini yara-

dan  Aşıq  Ələsgər iri həcmli  dastan  yaratmağa 

meyl göst

ərməyib?  

Burada xüsusi qeyd etm

ək  lazımdır  ki,  Aşıq 

Ələsgər XIX əsrdə  yetişmiş  realist  bir  sənət-

kardır.  Ələsgərə  məclislərdə  dastan söyləməyə 

macal qalma

mışdır.  

Toyu olan b

əyə  Aşıq  Ələsgər hər məclisdə 

t

ərif  demişdir.  Hamı  arzu  etmişdir  ki  onun 



toyunu 

Aşıq  Ələsgər etsin. Ona da qiymətli 

şeirlər düzüb-qoşsun.  Aşıq  Ələsgərin bütün de-

yişmələri bir dastan qədər qiymətlidir. Həmin 

deyişmələrlə  tanış  olan  aşıqlar  ona  rəngarəng, 

bir-birind

ən gözəl yurdlar düzəltmişlər.  

H

əcər  xanım  haqqında,  Zöhrə  xanım  haq-



qında,  Nəfslə  Mərifət  haqqında  şeirləri və 

deyişmələri real tarixi dastanlardır.  

D

əli  Alı  haqqında,  Səhnəbanu  haqqında 



yazılan şeirlər hərəsi ayrı-ayrılıqda yaddaşlardan 

silinm


əyən  bir  dastandır.  Göyçə  aşıq  mühitində 

realist dastanın ilkin nümunəsini Aşıq Ələsgərin 

ustadı Aşıq Alı yaratmışdır.  


 

426 


Aşıq  Alının  “Səfərnamə”sindən sonra Çoban 

M

əhəmmədin “Qars səfəri”  meydana  çıxmışdır. 



Bunlar n

ə qədər ürəkaçan olsa da, Aşıq Ələsgər 

dastan  yaradıcılığının  poetik  və  melodik siste-

mini hamıdan gözəl bilmiş və özünün dastan ya-

radıcılığını bu real ənənə üzərində qurmuşdur”. 

 

Professor S



ədnik  Paşa  Pirsultanlı  folklora 

b

əslədiyi sevgi və  məhəbbətlə  folklorşünaslığa 



g

əlmiş,  Azərbaycan saz-söz sənətinə  bağlı 

olmuş,  sənətlə  yaşamış  və  yaşayır.  Onun  Aşıq 

Ələsgər poeziyasına dərin məhəbbəti sənətkarlığı 

v

ə alimliyi ilə əlaqədardır.  



 

Professor S

ədnik  Paşa  Pirsultanlı  Aşıq 

Ələsgər  haqqında  həmişə  yüksək poetik zövqlə 

b

əhs  etmişdir.  O,  bu  mənada,  Aşıq  Ələsgər 



yaradıcılığını bir sənət məbədinə bənzədəndə də, 

bir sö


z  ümmanına  oxşadanda  da  bu  böyük  

s

ənətkarın  yaradıcılığına  elmi  qiymət verməklə 



yanaşı,  bu  qiymətə  həm də  poetik zinət ver-

mişdir.  

Aşıq Ələsgərin yaradıcı ilhamını kükrəyib 

daşan  dağ  selinə  rəngarəng  şeir  çiçəklərinə 

b

ənzətmişdir. 



 

Böyük el n

əğməkarı  Aşıq  Ələsgərin 

sağlığında  həyatı  və  yaradıcılığı  haqqında  təd-

qiqat aparan, 

əsər  yazan  olmamışdır.  Onun 



 

427 


haqqında  yalnız  qocaların  yaddaşında  yaşayan 

nağıllar, xatirələr qalmışdır. 

 

Göyç


ə mahalının Ağkilsə kəndində anadan 

olan Aşıq Ələsgər Alməmməd oğlu (1821-1926) 

z

əngin  ədəbi  irs  yaratmışdır.  Əkinçi  və  dülgər 



olan Alm

əmməd    kişi  saz  çalıb  söz  qoşurmuş. 

Alm

əmməd kişi oğlanları Ələsgər, Salah, Xəlid, 



M

əhəmmədi və  qızları  Fatma  ilə  Qızxanımı 

göz

əl tərbiyə etmişdir.  



 

Ail


ənin ilki Aşıq  Ələsgər Kərbəlayi 

Qurban a


dlı  bir  varlıya  nökərçilik edirdi. Onun 

S

əhnəbanudan  başqa  övladı  olmamışdır. 



K

əlbəcərli  Qurban  Ələsgərin xatirini istəyir. 

Ələsgər də  Səhnəbanını  sevir.    Səhnəbanı  da 

Ələsgərin vurğunu olur. 

 

K

ərbəlayı  Qurbanın  qardaşı  pullu  Məhər-



r

əm  aranı  qarışdırır,  Səhnəbanını  zorla  oğlu 

Mustafaya  alır.  Aşıq  Ələsgər dörd il nökərçilik 

el

əmiş, yalnız bir inək qazanmışdı.  



 

Alm


əmməd  kişi  Ələsgərə  saz  bağlatmış, 

onu qızılvəngli Aşıq Alıya şəyird vermişdi. Ələs-

g

ər Aşıq  Alıya beş  il şəyird olmuş, klassik aşıq 



poeziyasını  və  saz  havalarını  mükəmməl öyrən-

mişdir.  1845-1846-cı  illərdə  Göyçənin  Qızıl-

bulaq, indiki Çuxurlu k

əndində  qızılbulaqlı 

Böyük Ağa  ilə Aşıq Alının təşkil etdikləri “im-

tahan m


əclisi”ndə  Ələsgər  birincilik  qazanmış, 

 

428 


el-oba iç

ərisində tanınmış və aşıqlıq fəaliyyətinə 

başlamışdır. 

 

Aşıq  Ələsgər Kəlbəcərin  Yanşaq  kən-



dind

ən Nəbinin qızı Anaxanımla ailə həyatı qur-

muşdur. 

 

Aşıq Ələsgər istedadlı aşıq kimi tanınır və 



deyir:

 

Yaxşı hörmətinən, təmiz adınan, 



M

ən dolandım bu Qafqazın elini. 

Pir

ə ata dedim, cavana qardaş, 



Ana-

bacı bildim qızı-gəlini. 

 

 

 



Aşıq  Ələsgərin Həsən, Bəşir,  Həşim, 

Əbdüləzim, Talıb adlı beş oğlu, Nigar, Xeyransa, 

Gülnis

ə, Bəsti, Əsli və Zümrüd adlı altı qızı ol-



muşdur.  O,  övladlarını  məhəbbətlə  böyütmüş, 

xoşbəxt ailə sahibi etmişdir. 

 

Aşıq  Ələsgər 1926-cı  il  mart  ayının  7-də 



v

əfat etmiş, Ağkilsə kəndində dəfn olunmuşdur. 

 

Aşıq Ələsgərin anadan olmasının 150 illiyi 



münasib

ətilə  1971-ci ildə  qəbrinin üzərində  daş 

büstü qoyulmuşdur.  

 

Aşıq  Ələsgərin  əsərləri nəşr  edilmiş,  haq-



qında  tədqiqat  əsərləri  yazılmış,  namizədlik və 

doktorluq  dissertasiyaları  müdafiə  edilmiş,  adı 

əbədiləşdirilmiş,  müqəddəs məzarı  ziyarətgaha 

çevrilmişdir.  



 

429 


 

Q

ədim və  zəngin tarixə  malik olan Azər-



baycan aşıq yaradıcılığı dünyada şöhrət qazanan 

v

ə ədəbi irs yaradan ustad aşıqlar yetişdirmişdir. 



 

Az

ərbaycan  aşıq  sənətinin görkəmli 



nümay

əndələrinin həyatından,  yaradıcılığından, 

poeziyasından ətraflı bəhs edən professor Sədnik 

Paşa  Pirsultanlı  onların  fəaliyyətini  ətraflı  şərh 

edir v

ə düzgün qiymətləndirir. 



Aşıq  Ələsgər  haqqında  professor Qara 

Namazov, professor Rüst

əm Rüstəmzadə faydalı 

m

əqalələr  yazmış,  onun  fəaliyyətini yüksək 



qiym

ətləndirmişlər. 

Böyük el n

əğməkarı,  qüdrətli söz sərrafı, 

u

stad Aşıq Ələsgərin dillər əzbəri olmuş müdrik 



k

əlamlarından,  hikmətli deyimlərindən Eldar 

İsmayıl çox maraqlı nümunələr toplayıb 1997-ci 

ild


ə nəşr etdirmiş və oxuculara hədiyyə vermişdir.  

Aşıq  Ələsgərin  poeziyası  hikmət  dünyası, 

t

ərbiyə xəzinəsidir. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin