Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix28.04.2017
ölçüsü2,76 Kb.
#16010
1   2   3   4   5   6   7   8   9   ...   16
alırdıq, gödəkcələrimizi necə gəldi atardıq, o isə bizim əvə-
zimizdən onları asardı. O bizi əzizləyirdi, biz də onu özü-
müzəməxsus tərzdə sevirdik. Qısası, biz doğma məktəbdə 
olan hər bir adamla hökmən salamlaşmalı idik. 
Bizim “alma mater” məbəd, biz isə rahibələr idik. Çünki 
Vaxtanqov  təkrarlamağı  sevərmiş:  Teatr  incəsənət  məbə-
didir (biz bunu müəllimlərimizdən eşitmişdik). Buna görə 
də o, teatra, studiyaya və studiyadakıların yanına təntənə 
ilə gəlirmiş. Onun teatra hər gəlişi məhz hadisə sayılırmış. 
Halbuki  vətəndaş  müharibəsini,  inqilabı  yaşamış  ölkədə 
soyuq, aclıq hökm sürürdü. Sobalar bumbuz idi. Çörək və 
sabun  kart  sistemi  ilə  verilirdi,  küçələrdə  xaos  hökm  sü-
rürdü. 
Lakin  Yevgeni  Baqrationoviç  natəmizliyə  və  məişət 

33
Bizim müəllimimiz 
Y.V.Katin-Yartsev bütün ölkəyə 
“Buratinonun macəraları” filmindən 
tanış idi
Nina Tuxaçevskaya 
rolunda

34
sahmansızlığına  yol  vermirmiş.  Bu,  pedaqoqların,  əsil 
vaxtanqovçuların  bizə  aşıladıqları  idi:  səliqəsizlik  və 
diqqətsizlik  yolverilməzdir.  Xırdaçılıq  yox  idi.  Hətta  necə 
geyinməyində,  dərslərə  necə  hazırlaşmağında  belə.  Tələbə 
məşq  başlanmazdan  xeyli  əvvəl  gəlməli  idi.  Məşqə  bir  neçə 
dəqiqə qalmış özünü yetirən tələbə  intizamsızlıq simvoluna 
çevrilə  bilərdi.  Gecikməkdənsə  danışmağa  belə  dəyməz. 
Gecikən tələbə müdhiş repressiyalara məruz qalırdı.
Şukin  adına  məktəbdə  beynimizə  doldururdular:  “İstədi-
yin yerdə istədiyin işlə başını qatandan sonra dərsə hazırlıqsız 
gəlmək olmaz. Məsələn, gəlib deyirsən: “Burada sizdə harda 
dahilik etmək olar? Budur, mən dahiyəm! Sizdə harada yara-
dıcılıqla məşğul olmaq olar?”
Hazırlıqsızlığı  müəllimlərimiz  ani  olaraq  hiss  edirdilər. 
Heç  vaxt  unutmaram,  bir  dəfə  məşqdə,  saat  yarımlıq  çalış-
madan  sonra,  bədii  rəhbər  Yuri  Vasilyeviç  Katin-Yartsevin 
məzəmmətinə cavab olaraq tələbələrdən biri vəd etdi:
-  Yuri  Vasilyeviç,  biz  indi  əl-ayağımızın  keyini  açaq, 
göstərərik.
Yuri Vasiyeviç az qaldı hamımızı döysün. 
- Tənbəllər! Avaralar! Məşqin ancaq saat yarımı keçib, onlar 
hələ  əl-ayaqlarının  keyini  açırlar!  Saat  yarım  ərzində  baletlə 
məşğul olanlar beş kilo çəki itirirlər! Üç dəfə məşq kostyumla-
rını dəyişirlər! Siz isə burda hoppanaraq əl-ayağınızın keyini 
açmağa hazırlaşırsınız. Qovacam, hamınızı qovacağam! Ava-
ralar!  Gedin,  sizi  başqa  ali  məktəblər  gözləyir,  orada  bütün 
günü özünüzü ovuşdurarsınız. Sizi zavodlar gözləyir – ölkə 
sənayesini  dirçəltmək  lazımdır.  Orduya  gedin!  –  oğlanların 
üstünə qışqırırdı.
Biz həqiqəti dərk edirdik, onu həyata açar kimi birinci əl-
dən alırdıq.
Bu  xarici  dil  kimidir:  əgər  yaxşı  öyrənmək  istəyirsənsə, 
yaxşısı budur, dil daşıyıcısı ilə ünsiyyətdə olasan. Burada da 
elədir.  Nəyisə  öyrənmək  istəyirsənsə,  ən  yaxşısı  ilkin  mən-
bəyə müraciət et.
Xristianlıqda ilk bilgini İsa peyğəmbərdən alan insanlar hə-
vari oldular. Çünki onlar ilk təlimi almışdılar.

35
İlkin verilişlər də mövcuddur – biliyin verilməsi, qanunun 
verilməsi, nəsihətin verilməsi. Belə nəsihətlər bizim pedaqoq-
larda da vardı.
Deyirdilər ki, Yuliya Konstantinovna Borisova rəqs dəzga-
hının yanında gündə iki saat yarım məşğul olur.  Bizim onun 
dəzgahın yanında məşğul olmasını görməyimizə ehtiyacımız 
yox idi. Biz sadəcə olaraq görürdük ki, o, 47 yaşında “Antoni 
və  Kleopatra”  tamaşasında  səhnədə  necə  oynayır.  Bu  tama-
şada o, necə cəlbedici, necə seksual idi! Antoni – Mixail Alek-
sandroviç Ulyanov döşəmədə yumbalanaraq, “Misirə! Misirə 
istəyirəm” deyə qışqıranda, Sovet İttifaqında seksin olmama-
sına baxmayaraq, Vaxtanqov teatrının bütün zalı bu səhnənin 
seksual yaxınlığını duyurdu. Bu səhnədə Borisova və Ulyanov 
arasında elə ehtiras, elə həsrət vardı ki,  onların flüidləri ha-
mıya  sirayət  edir,  yalnız  bizim,  bu  böyük  artistlik  məktəbi-
nin tələbələrinin deyil, həm də dahi vaxtanqovçuların əbədi 
pərəstişkarları olan tamaşaçıların coşqun heyranlığına səbəb 
olurdu.
Deyirdilər ki, Vera Konstantinovna Lvova – bizim aktyor-
luq  sənəti  professorumuz  da  hər  səhər  balet  çalışmalarını 
yerinə yetirir. Onun qəşəng qaməti, düz beli Köhnə Arbatda 
həmişə ora-bura gəzişən insan kütləsinin içərisindən seçilirdi. 
Veroçkanın (kənarda 75 yaşlı müəllimimizi tələbələr belə ad-
landırırdılar) yanında hamı etibarsız vücudunu ora-bura da-
şıyan yöndəmsiz maşaya oxşayırdı. Əlbəttə, Veroçkanın balet 
dəzgahında məşğul olmasına heç kəsin şübhəsi yox idi. İnan-
mırsansa, yoxla,  həyatın boyu belini elə saxlaya bilərsənmi ki, 
arxadan qıza oxşayasan.
Teatr praktikası həyatımıza çox tez girdi. Üçüncü kursdan 
bizi teatr tamaşalarına daxil edirdilər. Əlbəttə, biz kütləvi səh-
nələrdə çıxış edirdik. Amma kütlə deyildik. Bizim hər birimiz 
səhnəyə  xırda,  mənasız  da  olsa,  öz  aktyor  ifadəmizi  gətir-
məyə çalışırdıq. Səhnə arxasına və dahi aktyorların həyatına 
bu yaxınlıq da bir növ məktəb idi. Eyni zamanda təhsilimizin 
əvvəlindən öz məktəbimizin səhnə arxasında buraxılış kursla-
rının teatr tamaşalarında işləyirdik. Bu tamaşaya xidmət edil-
məsi adlanırdı.

36
Qızlar nəsə tikir, gətirir, aparırdılar. Oğlanlar isə əlbəsəni 
daşıyır,  səhnə  mizanlarının  əvəz  olunması  zamanı  mebelləri 
dəyişirdilər. Biz hər kəs idik – kostyum tikən, köməkçi, səh-
nə fəhləsi. Tamaşa zamanı səhnə arxasında olmaqla biz teatrın 
daxili həyatına bələd olur, problemləri həll etməyi öyrənirdik. 
Problemlərsizsə heç bir həyat, xüsusilə də səhnə həyatı ola bil-
məz.
Tamaşaların əksəriyyətini çoxumuz əzbər bilirdik. Ən iddi-
alılar isə zalda gizli tapşırıqla otururdular: istənilən anda göz-
lənilmədən tamaşaya daxil olmağa hazır olmalı – mətni, səhnə 
mizanlarını və s. bilməli idilər.
Teatr bizim üçün həm ev idi, həm də məktəb. Görkəmli akt-
yorların yanımızda olması təbii qəbul olunurdu. Dahi Nikolay 
Olimpiyeviç Qritsenko ilə məşqlərdə iştirak adi hal hesab edi-
lirdi. Biz sanki dahi valideynlərin ailəsindəki uşaqlar idik. Axı 
onlar valideynin qeyri-adiliyini dərk etmir, gündəlik həyatın 
müqəddəs  həyəcanını  hiss  etmirdilər.  Eksklüziv  həyat  yaşa-
mağını isə ancaq həmin həyat başa çatdırdan sonra dərk edir-
sən. Nikolay Olimpiyeviç hərdən mətnə baxmağa başlayırdı, 
teatrın  baş  rejissoru  Yevgeni  Rubenoviç  Simonov  isə  qəsdən 
ciddi səslə ona irad tuturdu: “Necə ola bilər axı? Bax, siz yenə 
də mətnə baxırsınız!” – “Mən? Mətnə? Hanı mətn? Siz hara-
da  o  mətni  görürsünüz?  Bu  mətn  deyil,  sadəcə  olaraq  kağız 
parçasıdır”. Və o, virtuozluqla fokusçu kimi, bu mətn kağızı 
ilə  jonqlyorluq  etməyə  başlayırdı.  Yəni  bu  mətn  deyil,  sadə-
cə olaraq kağızdır, çiçəkdir (onu iyləyirdi), bu tualet kağızının 
parçasıdır, alın tərini silmək üçün kağız dəsmaldır. O, fokusçu 
kimi mətn yazılmış kağızı ayrıca tamaşaya çevirirdi. Rejissor, 
aktyorlar, tələbələr yıxılana kimi gülürdülər. Bu, dahinin etü-
dü idi.
Heç  bir  televiziya  bunu  çəkmir,  göstərmir,  amma  gözlərin 
bunu - dahilik məktəbini, insan istedadının nümayişini görüb-
sə, yaddaşından heç vaxt, heç bir vəchlə çıxara bilməzsən.
Vaxtanqov  məktəbinin  başlıca  prinsipi  tələbəyə  özünü  təs-
diqləmək,  azad  olmaq  imkanı  verirdi.  Bununla  ən  müxtəlif 
insanlar  məşğul  olurdu.  Tələbələrlə  demək  olar  ki,  məktəbin 
bütün  pedaqoqları  işləyirdi.  Hərəsinin  bir  xasiyyəti,  ünsiyyət 

37
Aleksandr Abdulovla...
...və Yevgeni Leonovla “Adi möcüzə” filmində

38
üsulu, yaradıcılıq üslubu vardı. Onların hamısı sənə yanaşma 
üsulu axtarır, çox vaxt dərində gizlənmiş bu və ya digər yaradı-
cılıq xüsusiyyətlərini inkişaf etdirirlər. Bu, dərin, intim proses-
dir. Səninlə bütün pedaqoqlar işləyəndə, hansı biri iləsə birdən, 
çox  vaxt  gözlənilmədən    özünü  kəşf  edirsən.  Bu  ustadlardan 
hansısa sənin istedadını aça biləcək sehrli açarı mütləq tapacaq, 
aşkar edəcək. Elə bu da əsas prinsipdir – hamıdan, ən müxtə-
lif şəxsiyyətlərdən öyrənmək. Və bu şəxsiyyətlərdən hər biri öz 
izini qoyurdu. Onlar yalnız bizim qəlbimizdə iz qoymurdular, 
bizi, zövqlərimizi, adətlərimizi, bağlılıqlarımızı  formalaşdırır-
dılar. 
Həmişə bilirdim ki, məhz oraya, yalnız Şukin adına məktə-
bə  getmək  istəyirəm.  O  vaxtlar  Yuri  Vasilyeviç  Katin-Yartsev 
haqqında əfsanələr dolaşırdı. O, kursun bədii rəhbəri idi. Amma 
əminəm ki, çoxları onu “Buratino” filmindən, oynadığı Cüzep-
pe rolundan xatırlayırlar. “Buratino”nu görənlər balacaboy, iri 
mavi  gözlü,  xeyirxah  və  müdrik  sehrbazı  yadda  saxlayıblar. 
Mənə  o,  həmişə  uşağı  xatırladırdı,  uşaq  kimi  oyun  oynamağı 
sevirdi. Asanlıqla qəzəblənir, asanlıqla sakitləşirdi. Sanki onun 
özü hansısa sehrli nağıldan gəlmişdi.
Yuri  Vasilyeviç  gözəl  pedaqoq  idi.  Onun  haqqında  indiyə 
kimi köks ötürərək əfsanəvi müəllim kimi danışırlar. 
O zamanlar indiki mükafatlar, cürbəcür titullar olsaydı, Yuri 
Vasilyeviç həm“Qremmi”, həm “Teffi”, həm də bütün “Oskar”-
ları, ağlasığar və ağlasığmaz mükafatların hamısını alardı.
Həmin il o, demək olar ki, bütün Moskvaya səs salan ulduz-
lar  kursunu  yola salmışdı. Natalya Qundareva, Natalya Varley, 
Yuri  Boqatıryov,  Vyaçeslav  Vasilyeviç  Tixonov  və  Nonna  Vik-
torovna Mordyukovanın oğlu, Nataşa Varleyin ərə getdiyi Vla-
dimir Tixonov  Katin-Yartsevin kursunu bitirmişdilər. Konstan-
tin Raykin də bu kursda oxumuşdu. Daha sonra Yuri Vasilyeviç 
yeni tələbələr topladı. Həmin kursda mən də var idim. 
Niyyətimi  anlayanların  hamısı  –  “Hara  soxulursan?  Şukin 
adına məktəb sülalə ali məktəbidir! Oraya ancaq aktyor, rejissor 
uşaqlarını qəbul edirlər. Məgər başa düşmürsən?” – deyirdilər.
Amma mən o vaxt möhkəm əmin idim ki, nə Moskva Aka-
demik Bədaye Teatrına, nə Şepkin adına məktəbə, nə də Ümu-

39
mittifaq  Dövlət  Kinematoqrafiya  İnstitutuna  girəcəyəm.  Mən 
heç yerdə özümü sınamaq istəmirdim. Bilirdim ki, bu “sülalə” 
ali məktəbində, sıxışdırılan Buratinolardan canlı qız və oğlan-
lar  düzəldən,  istedadlar  yaradan  adamın  kursunda  oxumaq 
istəyirəm. O, ətrafında istedadlı övladlar yetişdirən gözəl ata idi. 
Hamıdan  gizli  sənədlərimi  tibb  institutundan  götürüb,  Şukin 
adına məktəbə verdim. Əmin idim ki, Katin-Yartsevin kursuna 
düşəcəm. Öz niyyətim barəsində doğma insanım kimi sevdiyim 
dayəmdən başqa heç kimə demədim. “Heç kimi həyəcanlandır-
ma, sənədlərimi tibb institutundan götürmüşəm və teatr institu-
tuna daxil olacağam. Mən oraya daxil olduqdan sonra, hamıya 
elan  edərik”.  Dayəm  sakit-sakit  soruşur:  “Girməyinə  girərsən, 
bəs anan nə edəcək?” Amma məni o vaxt əlbəttə, daha çox özüm-
lə bağlı məsələlər maraqlandırırdı. Axı, bu elə bir sınaqdır ki...
Şukin adına məktəbdə bir yerə üç yüz nəfər iddiaçı idi. Qəbul 
turlarından əvvəl – onların sayı üç idi – seçim müsabiqəsindən 
keçmək lazım gəlirdi. Bu müsabiqədə sənədləri qəbul etməzdən 
əvvəl hamını yoxlayırdılar. Seçim müsabiqəsində çıxış etdikdən 
sonra,  mənə  sənədlərimi  birbaşa  üçüncü  tura  verməyimi  tap-
şırdılar. Görünür, Yuri Vasilyeviç tələbələrinə özü baxırmış. O, 
“Buratino”nun çəkilişlərinə gedirdi, xoşuna gələnləri itirməmək 
üçün dərhal üçüncü tura göndərirdi. Çünki on gündən sonra qa-
yıdacaqdı. 
Məni dərhal, birinci və ikinci turları adlamaqla seçməklərin-
dən  o qədər də xoşbəxt deyildim.  Axı, digər abituriyentlər dö-
yüşlərdə bərkiyir, rəqiblərinə nəzər yetirir, öz proqramlarını for-
malaşdırırdılar.  Burada isə dərhal – sənədlərini ver! Bəs sonra 
nə olacaq? Gəzirsən, girinc olursan, başqalarına baxırsan, qəbul 
komissiyasının vəhşiliyi haqqında qorxulu əhvalatlar eşidirsən. 
Mən o vaxt hələ bilmirdim ki, Yuri Vasilyeviç üçüncü tura ancaq 
o adamları buraxıbmış ki, onları öz kursunda görmək istəyir. Ça-
lışırdı ki, onlar yaradıcılıq döyüşlərində təsadüfən ələnməsinlər, 
itməsinlər. 
O vaxt aktyor olmaq cəzbedici və şərəfli idi. Gözəllik müsa-
biqələri yox idi və heç kim model ola bilməzdi. Heç model anla-
yışı da mövcud deyildi. Bu peşə “maneken”, paltar üçün asılqan 
adlanırdı. Ümumi rəyə görə, bu peşə nüfuzlu deyildi və axmaq-

40
lar üçün idi. Buna görə də hamı aktrisalığı seçirdi. Həm şöhrətli, 
həm də hörmətli peşə olduğundan, teatr institutlarında ağlasığ-
maz müsabiqə olurdu.  
Yaradıcılıq  müsabiqəsindən  sonra  ümumtəhsil  imtahanları 
vermək  lazım  idi:  tarixdən,  rus  dili  və  ədəbiyyatdan,  inşadan, 
sonra  isə  attestatların  müsabiqəsi.  Gərgin  imtahanlar,  gərgin 
seçim. Kursa yalnız iyirmi altı nəfərin götürülməsi nəzərdə tu-
tulmuşdu! Tələbə olmaq istəyən əlli altı nəfərdən iyirmi altısını 
seçmək müəllimlərimiz üçün necə də çətin idi!
Məhz buna görə də bütün imtahanlardan sonra kollokvium 
keçirmək qərara alındı. Biz bu sözü başa düşmürdük, nə demək 
olduğunu da anlamırdıq. Ancaq bir şeyi bilirdik: bu nə isə çox 
vacibdir və orada hər birimizin taleyi həll olunur.
Müsahibədə  institutun  bütün  yaradıcı  komissiyası  iştirak 
edirdi. Bu yetkin və ağıllı insanlar sənin ən müxtəlif vəziyyət-
lərdə  özünü  necə  aparmağını,  nə  vaxt  mətni  unutduğunu,  ola 
bilsin hər şeyi, hətta adını belə yaddan çıxardığını görməli idilər. 
Başa  düşməli  idilər  ki,  sənin  fantaziyan  nəyə  qadirdir.  Onlar 
diqqətlə bizə nəzər salır, fikrimizcə, ən axmaq suallar verirdilər. 
Bu təcrübəli adamlar bizim necə reaksiya verməyimizə, necə ya-
şamağımıza baxırdılar, çünki onda biz hələ ifa edə bilmirdik. Biz 
onların qarşısında öz cavablarımızı, öz bilgimiz və məlumatsız-
lığımızı yaşayırdıq. 
Hər şeydən və hər şey haqqında soruşurdular. “Yanmalı” idin 
ki, cavab verəsən, onlar isə izləyirdilər – biz necə yanırıq, işıqla-
nırıq, ya işıqlanmırıq.
Məsələn,  hazırlaşmaq  mümkün  olmayan  suallardan  biri. 
Mənə siyasi sual verdilər! Mən o vaxt siyasi mühitdən çox uzaq 
idim və əlbəttə güman edə bilməzdim ki, onu daxildən belə yaxşı 
öyrənəcəyəm. Tale necə də şıltaqdır! 
Bax belə: içəri daxil olan kimi məndən soruşdular:
- Qolda Meir kimdir?
Bilmirdim. Ağlıma da gəlməzdi ki, bu, İsrailin baş naziridir. 
Mən ümumiyyətlə bilmirdim ki, o, qadındır. Mənə bu, “qolda-
mer” kimi, bitişik söz kimi gəldi. Amma vaxtı uzatmaq, nəsə dü-
şünmək üçün meydan oxuyurmuş kimi cavab verdim:
- Necə yəni kimdir? – və sırf inandırmaq üçün təkrar etdim. – 

41
- Əvvəllər məşhur aktyoru görəndə, bəzi qadınlar huşunu 
itirərək yıxılırdılar, - Oleq Yankovskiyə dedim.
- Bəs indi nə üçün yıxılmırsınız? –  o, ciddi tərzdə soruşdu.

42
Necə yəni kimdir? Qolda Meir – mübarizdir!
Təsadüfən  onluğa  vurmuşdum.  “Necə  yəni  kimdir”  sualını 
təkrar verən kimi onlar qəhqəhə çəkməyə başlamışdılar. “Mü-
bariz” sözü o vaxt elə təbii idi ki. Bütün həyat mübarizlərlə dol-
muşdu. Zəhmətkeşlərin işıqlı gələcəyi uğrunda mübarizlər, Afri-
kanın azadlığı uğrunda mübarizlər. Ancela Devis o vaxt ABŞ-da 
qaradərililərin  hüquqları  uğrunda  mübariz  idi...  Buna  görə  də 
mənim “mübarizim” onların dəhşətli dərəcədə xoşuna gəlmişdi. 
Beləcə mən dərhal hər şeydən qurtuldum: cinsimin, şəxsiyyəti-
min, məşğulluğumun dəqiqləşdirilməsindən.
-  Ümumiyyətlə,  hə.  Düzdür,  mübarizdir.  Belə  də  demək 
olar. – Mənim üçün həvəsləndirici cavab oldu.
Komissiyanın  iclasındakı  müzakirələri  dinləməyə  çalışır-
dıq. Oradakı atmosfer çox gərgin, həyəcanlandırıcı idi. İnsan 
taleləri həll olunduğundan, hər şey çox dramatik idi. Bu ta-
leləri də öz qərəzləri, rəğbətləri, zövqləri olan yaradıcı insan-
lar həll edirdilər. Kimsə daha çox xoşuna gələni müdafiə edir, 
digəri isə hündürdən onunla mübahisə edirdi. Biz yalnız da-
nışıqların bəzi parçalarını eşidə bilir, ona əsasən müəyyənləş-
dirirdik ki, kimin haqqında danışırlar.
Qəbul komissiyasına kömək edən dördüncü kurs tələbələ-
ri  arasında  demək  olar  ki,  hər  birimizin  öz  azarkeşi  var  idi. 
Xatırlayıram,  artıq  kinoda,  “Malinovkada  toy”  filmində  çə-
kilməyə başlamış Tanya Lısenko mənə yaxınlaşdı. O, mənim 
talismanım idi.
- Bilirsən, çox güman ki, səni qəbul edəcəklər. Sənin haqqın-
da dedilər ki, gözlərin fara kimidir. Yarım metrə irəlini işıq-
landırır.
Komplimentin  xoşuma  gəldiyini  deyə  bilmərəm.  Yaxşı 
olardı desinlər ki, mən istedadlıyam, gözlərim isə ulduzlar ki-
midir, göl kimidir və mən Yuliya Konstantinovna Borisovanın 
əvəzinə Kleopatranı oynayacağam. Onlarsa – “fara” və “yarım 
metrə qabağı”.  Yox, bu kompliment xoşuma gəlmirdi. Amma 
bu informasiyada ümidverici və həvəsləndirici nəsə var idi. 
Siyahılar  gecəyə  yaxın  asıldı.  Soyadımı  qəbul  olunanların 
içərisində görəndə, nə sevinə, nə də şadlana bildim. Çünki hə-
min saniyə ay ərzində rəfiqəm olmuş qızın hönkürtüsü eşidildi. 

43
Biz birlikdə necə oxuyacağımızı xəyal edirdik. Onun adı siyahı-
da yox idi. Hətta iyirmi altı deyil, iyirmi səkkiz nəfəri, iki nəfər 
artıq  qəbul  etmişdilər.  O  ümidlə  ki,  təhsil  prosesində  kimsə 
ələnəcək, bizim sayımız minimallaşacaq, optimallaşacaq.
Qəbul  olunanlar  qruplara  bölünmüşdülər  və  başa  düşür-
dülər ki, dağılışmaq istəmirlər. Bu, sehrli gecə idi. Belə gecələr-
də  yatmırlar,  biz  də  yatmağa  hazırlaşmırdıq.  Xəsisliklə  işıq-
landırılmış  Kalinin  prospektinə  çıxdıq,  ayıq  olsaq  da,  elə  bir 
təəssürat vardı ki, sanki şampan içmişik.
Teatr institutunun tələbələri olmuş gənc, xoşbəxt və məğrur 
dəstə metroya gedirdi. Qışqırmaq, oxumaq, atəşfəşanlıq etmək, 
artıq uyuyan sakit şəhəri oyatmaq istəyirdik. Sibir kəndindən 
gələn və bizimlə birgə qəbul olunan Stas Jdanko qəfildən ma-
şının  kapotuna  tullanaraq,  pivə  barının  qarşısındakı  dalanda 
dayanmış təzə “Jiquli”nin banında qaçmağa başladı. Siqnaliza-
siya işə düşdü.
Səssiz şəhər canlandı, söyüş yağdırmağa başladı: bağlı bar-
dan çox güman ki, “Jiquli”nin sahibi olan adam çölə yüyürdü. 
O əlindəki boş butulkanı kimə atacağını kəsdirməmiş aradan 
çıxdıq.  Gənclik və qəbul olduqdan sonra hiss etdiyimiz qey-
ri-insani  qüvvə  qalib  gəldi.  Qarşıda  bütöv  problemsiz  həyat 
dururdu.
Qəbul olduğum günü xatırlayarkən, indiyə kimi həmin gecə 
şəhərə hopmuş yasəmən və cökə ətrini duyuram. Yaddaşımda 
həmçinin çox tez həlak olmuş istedadlı Stas Jdankonun yüngül 
tullanışı da qalıb.
O vaxt bu kəndli oğlan bizə vəhşi heyvanın zərif hərəkətləri-
ni nümayiş etdirirdi.
Bizim  dərs  cədvəlimizdə  yeri  gəlmişkən  hərəkət  –  səhnə 
hərəkəti, rəqs kimi aparıcı fənlərdən sayılırdı.
Rəqs  müəllimimiz  İtsxoki  soyadlı  qədim  baba  idi.  Onun 
gözəl  qartalvari  profili  vardı,  lələk  kimi  yüngül  idi.  Bütün 
hərəkətləri  elə  alınırdı  ki,  sanki  o  havadan  asılıb  qala  bilirdi. 
Sevimli tələbələri Stas Jdanko və Yura Vasilyev idi. 
Bizə,  hər  şeyi  dərhal  qavraya  bilməyənlərə  isə  o,  sadə 
həqiqətləri belə başa salırdı:
- Əgər əllərin ya bədənin səhv edibsə, üzünlə rəqs et! – Və 

44
qartal burnunu elə yuxarı tuturdu ki, rəqsin şərəfinə ucaldıl-
mış  heykələ oxşayırdı.
Biz qızlar bu qoca babaya heyran idik! Biz hətta onun neçə 
yaşı olduğunu başa düşə bilmirdik. O qədər yaşlı görünürdü. 
Lakin bizə həyatın özünü xatırladırdı– yüngül və ölçüsüz. 
Mənim  heyran  olduğum  daha  bir  adam  vardı  –  Vladimir 
Georgiyeviç Şlezinqer. Bütün ölkə, Sovet İttifaqının bütün qa-
dınları gözəl vaxtanqovçulara – Vasili Semyonoviç Lanavoy, 
Yuri  Vasilyeviç  Yakovlev,  Mixail  Aleksandroviç  Ulyanova 
aşiq  olduqları  halda,  mənə  əksinə,  qiymətləndirilməyənlər 
xoş gəlirdi. Mənim ürəyim qiymətləndirilməyənlərlə idi. Axı 
onlar da dahi idilər. 
Vladimir Georgiyeviç Şlezinqer kinoda az çəkilib və teatr-
da o qədər də çox rolu olmayıb. Şukin məktəbində aktyorluq 
məharəti kafedrasının müdiri idi.
Etüdlərdə və ya tamaşalarda bizimlə işləyəndə, onun yu-
mor hissi və artistizmi tələbələri coşdururdu. Biz elə qəhqəhə 
çəkirdik ki, üz əzələlərimiz gülməkdən ağrıyır, qarnımız san-
cılanırdı.
“Vladimir Georgiyeviç, siz ki... Siz ki, dahisiniz! – düşünür-
düm. Ona nəsə hədiyyə etmək lazımdır! Bəs nə və necə hədiy-
yə etməli? Bəlkə bayramda, yoxsa elə bilər ki, yaltaqlanıram”.
Axşamların birində Vaxtanqov dalanı ilə üzüaşağı metroya 
qaçanda qarşımda tanış palto peyda oldu. 
İş ondadır ki, bizim tələbələr ən xırdalığına kimi müəllimlə-
rimizin üst geyimlərini tanıyırdılar. Onlar giriş qapısından sağ-
da, açıq asılqanın ilk sırasında asılırdılar. Və biz, dərsə gecikən-
də birinci olaraq asılqana nəzər salırdıq –müəllimimiz  gəlibmi?
Bax  belə,  qarşımda  Şlezinqerin  paltosu  hərəkət  edirdi, 
amma qamət onunku deyildi. Mən bir azca sürəti artırdım və 
onunla bərabərləşəndə başımı döndərdim.
“İlahi, bu ki, Şlezadır”, - biz onu öz aramızda belə çağırır-
dıq. Amma  əhvalsız,  fikirli  və  adəti  xilafına  beli  donqarlan-
mış. Buna görə də dərhal tanımadım. Qərara gəldim ki, - bu 
spontan qərar idi – onun əhval-ruhiyyəsini qaldırım. 
- Vladimir Georgiyeviç! – çağırdım.
- Bəli. Nə lazımdır sənə? – O, mənim hardan peyda oldu-

45
1975-ci ilin modeli: bu foto məşhur “Çarodeyka”nın 
pəncərəsindən asılmışdı

46
ğumu və onu nə üçün saxladığımı başa düşmədi. – Nə demək 
istəyirsən?
Mən  isə  bu  anda  dayanmışam  və  -  Qolda  Meirlə  olduğu 
kimi  –  nə  demək  istədiyimi,  onu  nə  üçün  çağırdığımı  bil-
mirəm.  Hər  şeydən  çox  ondan  soruşmaq  istəyirdim:  “Niyə 
belə kədərlisiniz?” Amma birdən o, bunu şəxsi həyatına mü-
daxilə, münasibətsizlik kimi qəbul edər? Biz ki, dərsdən sonra 
heç vaxt söhbət etməmişdik.
Amma birtəhər onun əhval-ruhiyyəsini qaldırmaq istəyir-
dim. Bəs necə? Lətifə danışa bilməzdim, əvvəla onlar yadım-
dan çıxır, həm də səfehlikdir. Nəsə tələbəlik həyatından gül-
məli əhvalat? Yenə səfehlikdir. Onda əsas sualımı verdim:
-  Vladimir  Georgiyeviç,  -  səmimiyyətlə  başladım,  -  teatr 

Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin